Məhkəmə qərarları › İş №2-1(103)-4577/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4577/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4577/2025 27.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2020-ci ildə 2-ci dərəcə 5 il müddətinə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilmişdir. xx.xx.2024-cü ilədək 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar əlil kimi sosial müavinətlə təmin edilmişdir. xx.xx.2024cü ildə cavabdeh tərəfindən qanunsuz olaraq ona heç bir məlumat və əlillik ləğv edilməsi barədə qərar təqdim edilmədən əlilliyi ləğv edilmişdir. Baxmayaraq ki, əlillik müddəti xx.xx.2025-сi ilədək təyin edilmişdir. Qeyd etmək istəyir ki, onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron altsistemdə ləğv edilməsi əsassız və qanunsuzdur, bu səbəbdən də onun yenidən qiymətləndirilməyinə ehtiyac yoxdur, çünki, o, bir çox tarixlərdə qiymətləndirilmişdir. Hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq əlillik təyinatı ləğv edildiyi üçün əlilliyi bərpa edilməli və imtina edilməsi barədə qəbul edilmiş qərar ləğv edilməlidir. Cavabdeh onun əlillik və sosial hüquqlarını əsassız olaraq pozmuşdur, bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh tərəfindən iddiaya etiraza əsasən, İddiaçı dair Bakı 2 saylı Bakı Dəmiryol Poliklinikasının 4384003AADU5 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.2-ci bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz “B-hüceyrə tipli xroniki limfositar leykemiya. Xroniki limfoleykoz İİİ mərhələ. 6 kurs PKT-dən sonrakı vəziyyət. Başqa rubrikalarda təsnif olunmayan sple-nomeqaliya. Yenitörəmələr zamanı müşahidə olunan anemiya. İkincili anemiya. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Xro-niki qan dövranının çatmamazlığı İ dərəcə. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Xroniki böyrək çatmamazlığı İİ dərəcə. Arterial hipertenziya İİ dərəcə orta risk.” olmuşdur. Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3- 17-4/2-İ-17143/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Buna baxmayaraq vətəndaş əyani müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilmiş, xx.xx.2020-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2025saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər sakini xx.xx.1972ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Bakı 2 saylı Bakı Dəmiryol Poliklinikasının 4384003AADU5 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən 23.01,2020ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.2 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz B-hüceyrə tipli xroniki limfosıtar leykemiya. Xroniki lımfoleykoz İİİ mərhələ., 6 kurs PKT-dən sonrakı vəziyyət. Başqa rubrikalarda təsnif olunmayan sple-nomeqaliya ^Yenitörəmələr zamanı müşahidə olunan anemiya İkincıli anemiya. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar Xroniki qan dövranının çatmamazlığı İ dərəcə. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Xroniki böyrək çatmamazlıqı İİ dərəcə. Arterial hipertenziya İİ dərəcə orta risk " оİ muşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-1-17143/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Buna baxmayaraq vətəndaş əyani müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilsin, xx.xx.2020-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Mümkünlük əsaslılıqdan əvvəl gələn prossesdir. İddiaçı barədə xx.xx.2020-ci il tarixli qərarı xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. İddiaçı ləğv edilmə barədə qərardan sms vasitəsi ilə xx.xx.2024-cü il tarixində xəbərdar olmuşdur. İddia mümkünsüz iddia olmasına baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-1-17143/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Buna baxmayaraq vətəndaş əyani müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilsin, xx.xx.2020-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. İddiaçı ləğv edilmə barədə qərardan sms vasitəsi ilə xx.xx.2024-cü il tarixində xəbərdar olmuşdur. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iddiaçıya müddətin ötürülməsində üzrlü hal olduğu təqdirdə müddətin bərpa olunasına dair əsaslandırılmış ərizə vermək hüququnun izah olunması ilə bağlı İPM-in 13-cü maddəsi baxımından hüquqi yardım göstərilməsi məqsədilə verdiyi suallara cavabında iddiaçının nümayəndəsi bildirmişdir ki, həmin SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə (***-***-**-** nömrə) iddiaçıya məxsus deyildir, portalda iddiaçının adına belə nömrə yoxdur.Ailələrində bu nömrə işlədilmir.Əlillik müavinəti ilə bağlı pul kəsiləndə məlumatlı olublar əlilliyin ləğv edildiyindən.Müavinət xx.xx.2024-cü ildən kəsilib. Pulu 2-3 aydan bir çıxarırdılar.Məhkəməyə iddia verəndən bir az əvvəl məlumatlı olublar əlilliyin ləğv edilməsindən. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2025saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən: M a d d ə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətindəqaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətindəmüvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Məhkəmə kollegiyası işin yuxarıdakı faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-1- 17143/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Buna baxmayaraq vətəndaş əyani müayinədə iştirak etməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılan araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, qüvvədə olan əlillik təyinatı barədə qərar ləğv edilsin, xx.xx.2020-ci il tarixindən “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. İddiaçı əlilliyin ləğv edilməsi barədə qərardan sms vasitəsi ilə xx.xx.2024-cü il tarixində xəbərdar olmuşdur. Bununla bağlı elektron sistemdən çıxarış da məhkəməyə təqdim olunmuşdur. Məhkəmə Kollegiyasının iddiaçıya müddətin ötürülməsində üzrlü hal olduğu təqdirdə müddətin bərpa olunasına dair əsaslandırılmış ərizə vermək hüququnun izah olunması ilə bağlı İPM-in 13-cü maddəsi baxımından hüquqi yardım göstərilməsi məqsədilə verdiyi suallara cavabında iddiaçının nümayəndəsi bildirmişdir ki, həmin SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə (***-***-**-** nömrə) iddiaçıya məxsus deyildir, portalda iddiaçının adına belə nömrə yoxdur.Ailələrində bu nömrə işlədilmir.Əlillik müavinəti ilə bağlı pul kəsiləndə məlumatlı olublar əlilliyin ləğv edildiyindən.Müavinət xx.xx.2024-cü ildən kəsilib. Pulu 2-3 aydan bir çıxarırdılar.Məhkəməyə iddia verəndən bir az əvvəl əlilliyin ləğv edilməsindən məlumatlı olublar. Beləliklə, müəyyən olunur ki, iddiaçı əlilliyin ləğv edilməsi barədə qərardan sms vasitəsi ilə xx.xx.2024-cü il tarixində xəbərdar olmuşdur.Həmçinin, SMS xəbərdarlıq vasitəsilə iddaçıya qərarla razı olmadıqları təqdirdə 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ da izah olunmuşdur. Lakin iddiaçı yuxarıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyasının iddiaçıya müddətin ötürülməsində üzrlü hal olduğu təqdirdə müddətin bərpa olunasına dair əsaslandırılmış ərizə vermək hüququnun izah olunması ilə bağlı İPM-in 13-cü maddəsi baxımından hüquqi yardım göstərilməsi məqsədilə verdiyi suallara cavabında iddiaçının nümayəndəsi həmin SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə (***-***-**-** nömrə) iddiaçıya məxsus olmamasını, portalda iddiaçının adına belə nömrə olmamasını, ailələrində bu nömrə işlədilməməsini, iddiaçı əlillik müavinəti ilə bağlı pul kəsiləndə əlilliyin ləğv edildiyindən məlumatlı olmasını, müavinət xx.xx.2024-cü ildən kəsilsə də pulu 2-3 aydan bir çıxarırdıqları səbəbindən məhkəməyə iddia verəndən bir az əvvəl əlilliyin ləğvindən məlumatlı olmasını bildirsə də məhkəmə Kollegiyası qeyd edilən dəlilləri əsaslı saymır. Belə ki, aydındır ki, SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə (***-***-**-** nömrə) portalda iddiaçıya məxsus olmaması iddiaçının, yaxud onun nümayəndəsinin başqa ailə üzvünün adına qeydə alınmış həmin nömrəni istifadə edə bilmədikləri kimi qəbul oluna bilməz. Belə sübut iş materiallarında da müəyyən olunmamışdır. Həmçinin, müəyyən olunmuşdur ki, bu qəbildən olan işlərdə SMS xəbərdarlıqla məlumat verilmiş mobil nömrə iddiaçıya tibbi göndəriş vermiş tibb müəssisəsinə verdiyi sənədlərdə və məlumatlarda olur.Odur ki, imtina olunduqda SMS xəbərdarlıqla məlumat avtomatik həmin mobil nömrəyə göndərilir. Beləliklə, iddiaçının nümayəndəsi iddia müddətinin ötürülmədiyini bildirmişdir və müddətin ötürülməsində üzrlü hal olduğuna istinad etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5195/2025saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, anoloji 2-1(102)- 2576/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında da Azərbaycan Respublikası Ali Məhkəməsi oxşar mövqedən çıxış etmişdir. Həmin qərarda hüquqi mövqe olaraq qeyd olunmuşdur ki, “...26.Lakin iddiaçı həmin inzibati aktı nə “İnzibati icraat haqqında” Qanunda müəyyən edilmiş müddətdə şikayət instansiyasında, nə də İPM-in 38.1-ci maddəsində göstərilmiş müddətdə məhkəmədə mübahisələndirməmiş, qanunvericilikdə təsbit edilmiş müddəti ötürmüşdür. 27.Kollegiya onu da qeyd edir ki, iddiaçı barəsində X1 xx.xx.2020-ci ildə verdiyi göndəriş əsasında vəziyyəti xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarıldıqdan sonra da iddiaçı cavabdehin bu inzibati aktını mübahisələndirməmiş, yuxarıda da qeyd olunduğu kimi, məhkəməyə yalnız xx.xx.2024-cü ildə müraciət etmişdir ki, bu zaman da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu baxımdan Kollegiya iddiaçının sonuncu dəfə qəbul edilmiş inzibati aktı da mübahisələndirmək, yəni bununla bağlı tələbini dəqiqləşdirmək imkanını itirdiyini nəzərə alaraq hər bir halda iddianın qeyri-mümkün sayılması qənaətinə gəlir. 28.Məhkəmə kollegiyası qeyd edir ki, həm qanunvericiliyin tələbinə, həm də formalaşmış məhkəmə təcrübəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir...” İPM: 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5195/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar