Məhkəmə qərarları › İş №2-1(103)-458/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-458/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-458/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3440/2023 saylı, N iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə müvafiq sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci Qarabağ Müharibəsi zamanı 27.09.-xx.xx.2020-ci il tarixləri aralıqlarında döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi məqsədi ilə hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən döyüş bölgəsinə ezam olunmuşdur. Ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə müvafiq sənədləri əlavə etməklə rəsmi müraciət etmişdir. Onun müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”da baxılmış və ona xx.xx.2022-ci il tarixli 4B- 10943 nömrəli qərarla, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Əsaslandırma olaraq qeyd edilmişdir ki, “İddiaçı 27.09-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə Veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə AR Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya onun sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsindən imtina edilir”. O, döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etməsinə baxmayaraq, əsassız olaraq ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. O, 2-ci Qarabağ Müharibəsi dövründə döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirilməsi məqsədi ilə N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2022, 295 №-li xx.xx.2022, 298 №-li xx.xx.2020, N №-li xx.xx.2020-ci il tarixli əmrlərinə əsasən Beyləqan rayonu N saylı hərbi hissəyə ezam olunmuşdur. N saylı hərbi hissə komandirinin N №-li xx.xx.2020, 302 №-li xx.xx.2022, 304 №-li xx.xx.2020, 306 №-li xx.xx.2020-ci il tarixli əmrlərindən də göründüyü kimi hərbi hissəyə daxil olmuşdur. “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında və döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirakı olduğu müəyyən edilmişdir. Cavabdehin iddiaya qarşı verilən etirazında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (İ bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirilmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi əvvələr ehtiyata və istefaya buraxılmş, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Əsanamənin birinci hissəsinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqə vermək səlahiyyətli olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İddiaçı iddia ərizəsində qeyd edir ki, о, İİ Qarabağ Müharibəsi zamanı N sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci il tarixədək döyüşən əməliyyatlarına maddi-texniki təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi məqsədilə hərbi hissə komandirinin müvafiq əmrinə əsasən döyüş bölgəsinə ezam olunmuşdur. N nömrəli hərbi hissənin arayış-məlumatına əsasən vəzifəsi baş çavuş xidmət etdiyi hərbi hissədən N nömrəli hərbi hissəyə (Beyləqan rayonu) ezam olunmuşdur. Ezam olunmasının məqsədi-xidməti zərurətlə əlaqədar, hərbi hissələrin maddi-texniki təminatı ilə əlaqədar olmuşdur. İddiaçının ezam olunması döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır o, xidməti zərurətlə Beyləqan rayonuna ezam olunmuşdur. Həmçinin, həmin arayışdan görünür ki, o, bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət etməmiş və bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. N nömrəli hərbi hissənin ezamiyyət vərəqəsindən görünür ki, iddiaçının ezam olunması döyüş bölgəsinə olmamış və o bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, o, N nömrəli hərbi hissəyə Beyləqan rayonuna xidməti zərurətlə bağlı göndərilmişdir. Qanunvericiliyinin tələblərinə görə müharibə veteranı və vəsiqəsinin alınması üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahısında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Buna görə də iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3440/2023 saylı, N iyul 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə “Arayış-Məlumat”ın elə adından göründüyü kimi iddiaçının ezam olunması döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhz əsasnamənin bu bəndi kifayət edir ki, iddiaçının tələbi təmin edilsin. “Azərbaycan Ordusunun “Vətən Müharibəsi” dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Müdafiə nazirinin 2021-ci ilin 4 mart tarixli müvafiq əmri onu göstərir ki, iddiaçının ezam olunduğu N nömrəli hərbi hissə döyüş əməliyyatları və döyüş tapşırığının yerinə yetirilməsində aktiv şəkildə iştirak edən hərbi hissələrin siyahısına aid edilmişdir. “Müharibə Veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarının 10-cu abzasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə — hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qərarın mətnindən aydın olur ki, Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara və ya ezam olunmuş şəxslərə müvafiq sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçının bütün sənədləri, hərbi bileti ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədləri qaydasında olmuş və müraciətə əlavə edilmişdir. Məhkəmənin qəbul etdiyi qərarda da bu sənədlərlə bağlı qeydlər əksini tapmaqdadır. Həmçinin, iddia ərizəsinə də müvafiq sənədlər əlavə edilərək sübut edilmişdir. Bütün bunlardan məlum olur ki, məhkəmə qərarını qəbul edərkən, işin hallarını hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iştirak etməmiş və cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, işin müəyyən edilmiş faktiki hallarına görə iddiaçının ezam olunmasının məqsədi xidməti zərurətlə əlaqədar, hərbi hissələrin maddi-texniki təminat ilə bağlı olmuşdur. İddiaçının ezam olunması döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar olmamışdır o, xidməti zərurətlə Beyləqan rayonuna ezam olunmuşdur. Həmçinin, o, bilavasitə döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət və bilavasitə döyüş əməliyyatlarında iştirak etməmişdir. İddiaçının ezam olunması döyüş bölgəsinə olmamış və o, bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, Beyləqan rayonuna xidməti zərurətlə göndərilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd olunan hallara istinad edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. O cümlədən qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Halbuki, iş materiallarına əlavə edilmiş: Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 11/258 №-li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim edilmiş N nömrəli hərbi hissə komandirinin: N №-li, xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrində qeyd olunmuşdur ki, adları göstərilən zabit gizir, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları (Baş gizir İddiaçı) və Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən hərbi hissəyə təhkim edilmiş avtomobil nəqliyyat vasitələrinin sürücüləri İmişli rayonu (İİ istiqamət üzrə) N nömrəli hərbi hissəyə Döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə getmiş hesab edilsinlər, N nömrəli hərbi hissənin qazan təminatına qoyulsunlar və hərbi hissənin qazan təminatından çıxarılsınlar. 295 №-li, xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrində qeyd olunmuşdur ki, adları göstərilən zabit gizir, müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları (Baş gizir İddiaçı) və Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətindən hərbi hissəyə təhkim edilmiş avtomobil nəqliyyat vasitələrinin sürücüləri İmişli rayonu (İİ istiqamət üzrə) N nömrəli hərbi hissədən gəldikləri üçün, N nömrəli hərbi hissənin qazan təminatından çıxarılsınlar və hərbi hissənin qazan təminatına qoyulsunlar. 298 №-li, xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrində qeyd olunmuşdur ki, Baş gizir İddiaçı Məhəmmədiyar oğlu, maddi-texniki təminat bölüyünün baş çavuşu, ezamiyyətdə, N nömrəli hərbi hissədən (Beyləqan rayonu) N gün müddətinə 23 oktyabr 2020-ci il tarixdən getmiş hesab edilsin; Hərbi qulluqçu xx.xx.2020-ci il tarixdən hərbi hissənin qazan təminatından çıxarılsın və ərzaq attestatı ilə təmin olunsun. 300 №li xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrdən çıxarışda qeyd olunmuşdur ki, Baş gizir İddiaçı Məhəmmədiyar oğlu, maddi-texniki təminat bölüyünün baş çavuşu, ezamiyyətdən-N nömrəli hərbi hissədən N oktyabr 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlanmış hesab edilsin. Əsas. xx.xx.2020-ci il tarixli 1294 nömrəli ezamiyyət vəsiqəsi. 1294 №-li xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, baş gizir İddiaçı N nömrəli hərbi hissəyə - Beyləqan rayonuna xidməti zərurətlə əlaqədar “3” gün müddətinə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək ezam olunmuşdur. Əsas N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 298 №-li əmri. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 212 №-li Hərbi Hissəsinin 1971 №-li xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş N nömrəli hərbi hissə komandirinin: N №-li xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışda qeyd olunmuşdur ki, xidməti zərurətlə əlaqədar olaraq N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş gizir İddiaçı 23 oktyabr 2020-ci il tarixdən ezamiyyətə getmiş hesab edilsin. Əsas: xx.xx.2020-ci il tarixli 1294 nömrəli ezamiyyət vəsiqəsi. 307 №-li xx.xx.2020-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışda qeyd olunmuşdur ki, xidməti zərurətlə əlaqədar olaraq N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş gizir İddiaçı N oktyabr 2020-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilsin. Əsas. xx.xx.2020-ci il tarixli 1294 nömrəli ezamiyyət vəsiqəsi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 275 №-li Hərbi hissəsi tərəfindən İddiaçı ünvanlanmış 362 №-li xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı məktubuna cavab olaraq hərbi hissədə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Vətən müharibəsində iştirakı haqqında məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 noyabr 2021-ci il tarixli 24 №-li Qərarına əsasən yaradılmış “Vətən müharibəsi iştirakçılarına “Mübaribə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya”ya təqdim edilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyində yaradılmış Komissiyaya göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış 24/3-/0943 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən arayış-məlumatı Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmışdır. Təqdim olunmuş sənədlərdə vətəndaş İddiaçı 27.09.xx.xx.2020ci il tarixlərdə döyüş əməliyyatları aparılan dövrdə fəaliyyətinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarının 1.1-ci, 1.2-ci və 1.3-cü yarımbəndlərində qeyd olunan tələblərə (meyarlara) uyğun gəlmədiyinə görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Beləliklə işdən müəyyən olunur ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə “Arayış- Məlumat”ın elə adından göründüyü kimi iddiaçının ezam olunması döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmuşdur. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, hərbi qulluqçuya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İş materiallarından görünür ki, iddiaçı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirmiş, bu hal iş materiallarında olan hərbi hissənin arayışı, əmrlərdən çıxarış, ezamiyyət vəsiqələri və hərbi biletində aparılan qeydlə öz təsdiqini tapmışdır. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəmişdir. İddiaçı tərəfindən təqdim olunan və məhkəmə baxışı zamanı araşdırılan sübutlar iddiaçının məhz döyüş əməliyyatları keçirilən ərazilərdə xidmət etdiyini sübut edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3440/2023 saylı, N iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3440/2023 saylı, N iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar