Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-459/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh AR Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: Bank “VTB (Azərbaycan) ASC) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-801/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin həyatyanı sahəsində yerləşən ayrıca daş hasarda olan 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 məxsus 06.06. 2002-ci il JN- 3235D, kod-00600066 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və 2777 nömrəli kitabda qeyd alınmış Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən 700 kv.m torpaq sahəsini 06 sentyabr 2002-ci il tarixində Bakı şəhəri 34 saylı dövlət notariat kontorunda 336.000.000 (üç yüz otuz altı milyon) manata almışdır. 1998-ci il tarixdə tikilmiş 7000 kv.m, torpaq sahəsində yerləşmiş, sahəsi 83,5 kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyatyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin AN-1 ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən 02 iyun 2005-ci il tarixində Bakı şəhəri 34 saylı dövlət notariat kontorunda 250.000.000 (iki yüz əlli milyon) manata almışdır. Mülkiyyətinə verilmiş torpaq sahəsi, 995,7 kv.m olduğu halda o, 700 kv.m torpaq sahəsini 17.04.2007-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakşn Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış almışdır. Suraxanı rayon İcra Hakimiyyətinin başçısının 12.04.1999-cu il tarixdə verdiyi sərəncama əsasən Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən 1998-ci il tarixdə tikilmiş 7000 kv.m, torpaq sahəsində yerləşmiş, sahəsi 83,5 kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyatyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin 700 kv.m torpaq sahəsi və əlavə olunmuş 295.7 kv.m ümumi 995,7 kv.m torpaq sahəsində yerləşmiş hesab olunması qeyd edilmişdir. Hal-hazırda mülkiyyətində olan 295.7 kv.m torpaq sahəsi ayrıca daş hasarın içərisində yerləşir torpaq sahəsinin çıxarışı yoxdur. Belə ki, 1998-ci il tarixdə keçmiş sakin X5 rayon icra aparatına müraciət edərək, Qaraçuxur qəsəbəsində yeni tikilmiş evin texniki posportun tərtib olunmasına və ilkin hüquqi qeyydiyyata alınmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının 12 aprel 1999-cu il tarixli 769 nömrəli sərəncamına əsasən Qaracuxur qəsəbəsi Nizami İamayılov küçəsi, “4a” nömrəli yaşayış evinin texniki posportunun tərtib olunmasına və ilkin hüququ qeydiyyata alınmasına icazə verilmişdir. Müəyyən edilmişdir ki, X1 İcra Hakimiyyəti başçısının 03 noyabr 1998-ci il tarixli, 1916 saylı sərancamı ilə Qaraçuxur qəsəbəsi, “4048- 60 kvartalda, 8 nömrəli binanın qərb hissəsində, 7000 kv.m torpaq sahəsi ayrılmışdır. Yerində yoxlama zamanı müəyyən edilmişdir ki, sahəsi, 83,5 kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyətində (11,5x1,9) hamam, tualet, anbar, mətbəx tikilişdən ibarət olan 995,7kv.m torpaq sahəsində yerləşmişdir. Əlavə edilmiş 295,7 kv.m. torpaq sahəsi orada yaşayan ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edir, abadlaşdırılıb, həyatyanı sahəyə qatılıb, daş hasarla hörülüb, rəsmiləşdirilməsi məqsədə uyğun hesab edilib. Qeyd olunanları, həmçinin TİB-nun Vətəndaşlara şəxsi mülkiyyət hüquqi ilə məxsuss olan yaşayış evlərinin ilkin hüquqi qeydiyyata alınması haqqında təlimatına BŞİK-nin 18.09. 87- ci il tarixli 19/338 nömrəli qərarına əsaslanaraq sərəncam verərək, X5 1998-ci il tarixdə tikilmiş 7000 kv.m, torpaq sahəsində yerləşmiş, sahəsi 83,5kv.m. olan 4 yaşayış otaqlardan, sahəsi 57 kv.m olan köməkçi otaqlardan, həyatyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Əlavə olunmuş 295,7 kv.m. torpaq sahəsi, X5 oğlunun istifadəsində saxlanılmış və həmin mülk 995,7 kv.m torpaq sahəsində yerləşmiş hesab edilmişdir. Tİ və MHQ-ın idarəsinə həmin evin texniki posportunun tərtib olunmasına və ilkin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Həmin torpaq sahəsi, uzun illərdir mənim mülkiyyətimdədir, texniki posportu mənim adımadır və həmin evdə yaşayıram. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması və bu barədə reyesterdən çıxarışın texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, ona imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 09.06.2020-ci il tarixli qərardadı ilə Bank “VTB (Azərbaycan)” ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-801/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-801/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-801/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-801/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - X5 ilə İddiaçı arasında 06.09.2002-ci il tarixdə bağlanılmış Müqaviləyə əsasən M.S.Əliyev Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən ona məxsus 700 kv.m torpaq sahəsini İddiaçı satmışdır. - AN-İ ******* nömrəli 02.06.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.04.2007-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən “4”a nömrəli fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.11.2019-cu il tarixli məktubuna əsasən sözügedən əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-cı maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin əmlakla bağlı Yasamal rayonu Məhkəməsinin 2(004)-471/2017 saylı bildiriş daxıl olmuş, lakin qanuni qüvvəyə minmiş yekun qərarı idarəyə daxil olmamışdır və bununla yanaşı fərdi yaşayış evi ipoteka ilə Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklüdür. Bu səbələrbdən ərizənizin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndini, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1, 88-ci maddələrini, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrini, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1, 8.0.7, 12.1, 15-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs Bank “VTB (Azərbaycan)” ASC) Bakı şəhər, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi, “4”a nömrəli yaşayış evinin həyatyanı sahəsində yerləşən ayrıca daş hasarda olan 295,7 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə iddiaçıya çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının mübahisəli 295,7 kv.m. torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərinin mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyətinin 12.04.1999-cu il tarixli, 769 nömrəli sərəncamına əsasən vətəndaş X5 1998-ci ildə tikilmiş 700 kv.m. torpaq sahəsində yerləşən sahəsi 83,5 kv.m. olan, 4 yaşayış otağından ibarət sahəsi 57,0 kv.m. olan köməkçi otaqlardan, həyətyanı təsərrüfat tikililərindən ibarət Qaraçuxur qəsəbəsi, H.İsmayılov küçəsi, 4 “A” nömrəli yaşayış evinin mülkiyyətçisi müəyyən edilmişdir. Əlavə olunmuş 295,7 kv.m. torpaq sahəsi vətəndaş M.Əliyevin istifadəsində saxlanılmış və həmin mülk 995,7 kv.m. torpaq sahəsində yerləşmiş hesab olunmuşdur. Tİ və MHQ idarəsinə həmin evin texniki pasportunun tərtib olunmasına və və ilkin hüquqi qeydiyyata icazə verilmişdir. 1999-cu ildə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış evinin texniki pasportu tərtib olunmuşdur. X5 ilə İddiaçı arasında 06.09.2002-ci il tarixdə bağlanılmış Müqaviləyə əsasən M.S.Əliyev Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən ona məxsus 700 kv.m torpaq sahəsini İddiaçı satmışdır. Eyni zamanda, 02.06.2005-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. Beləliklə, iddiaçı M.S.Əliyev Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən ona məxsus 700 kv.m torpaq sahəsini, eləcə də, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini notariat qaydasında təsdiq edilmiş müqavilələrlə əldə etmişdir. İddiaçının qeyd olunan daşınmaz əmlak üzərində hüquqları ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla təsdiq olunmuşdur. Hazırki mübahisə iddiaçının Suraxanı rayon İcra Hakimiyyətinin 12.04.1999-cu il tarixli, 769 nömrəli sərəncamına əsasən vətəndaş X4 əlavə ayrılmış 295,7 kv.m. torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisə torpaq sahəsinə dair Suraxanı rayon İcra Hakimiyyətinin 12.04.1999-cu il tarixli, 769 nömrəli sərəncamı, eləcə də Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999cu ildə tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportu iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüqunun əmələ gəlməsi üçün əsas deyil. Belə ki, həmin sənədlərə əsasən torpaq sahəsi, eləcə də fərdi yaşayış evi iddiaçıya deyil, X4 ayrılmışdır. İddiaçı ilə X5 arasında notarial qaydada bağlanmış müqavilələrə əsasən iddiaçı Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4048/60-cı kvartalında yerləşən yalnız 700 kv.m torpaq sahəsini və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini əldə etmişdir. İddiaçının həmin əmlaklar üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırki mübahisə predmeti olan 295,7 kv.m. torpaq sahəsinə dair iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hər-hansı hüquqmüəyyənedici sənədləri mövcud deyil. Əvvəlki sahib M.Əliyev iddiaçıya 295,7 kv.m torpaq sahəsini satmamış və mülkiyyətçisi olmadığından sata da bilməzdi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14.09.2021-ci il tarixli, 2-1(112)-801/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-459/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-459/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver