Məhkəmə qərarları › İş №2-1(103)-459/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-459/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-459/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və üçüncü şəxs Ramin Quliyevin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (X10, X15, X11, X13, X14 və X16) “qeydiyyatdan çıxarılma tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6703/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evindən üçüncü şəxslərdən - X6, X3, X4 və X7 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evi xx.xx.2019-cu il tarixdə iddiaçıya bağışlanmış və hazırda mülkiyyətindədir. Üçüncü şəxslər tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Belə ki, onların qeydiyyatdan çıxarılması və istifadə hüququna xitam verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2022-ci il tarixi cavabında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə əsasında həyata keçirildiyini bildirərək imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi onun qanuni hüquqlarını məhdudlaşdırır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6703/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evindən X6, X3, X4 və X8 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X15 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, məhkəmə araşdırmamış və ya araşdırmaq istəməmişdir ki, xx.xx.2019-cu il tarixdən bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyətində olan nənəsi İddiaçı nəyə görə onu və övladlarını həmin mülkiyyətdən qeydiyyatdan çıxartmaq istəyir. Bu iddia atamın təşəbbüsü ilə qaldırılan iddiadır və onun yeni ailə həyata qurması ilə birbaşa bağlıdır. İddiaçıya bağışlanmış torpaq sahəsinin arxasında onun da xüsusi mülkiyyətində olan 0,12 ha sahəsi olan torpaq sahəsi (Gorabil kəndi, 102 saylı BTK-nm 1291 saylı bağ sahəsi) var. Hər iki torpaq sahəsi 0, 24 ha ərazidə yerləşir. Başqa sözlə, onun torpağına yol iddiaçıya bağışlanmış evin yerləşdiyi torpaq sahəsindən keçir. İddiaçıya bağışlanmış evin tikilməsi və təmiri onun tərəfimdən həyata keçirilib və bu yaxınlara kimi övladları da həmin evdə yaşamışdır. Hesab edir ki, məhkəmənin iddianın əsassız olması qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduğu halda, formal əsaslarla və qərəzli münasibət əsasında qaldırılmış iddianın təmin edilməsi nəticəsinə gələrkən qanunvericilyin tələblərini pozmuş, işin hallarına düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən apellyatorun nümayəndəsi X17 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək izahatında və məhkəmənin suallarını cavablandırarkən məhkəməyə bildirmişdir ki, üçüncü şəxslər ayrı bir bağ evində ailə tərkibi ilə birlikdə yaşayırlar. Lakin onlar qeydiyyatdan çıxarılmalarını istəmir. Çünki, həmin bağ evinin çıxarışı yoxdur. Qeydiyyata alınmaq üçün Polisə müraciət etməmişlər. Evi babası ona bağışlayıb, torpağın bir hissəsini isə ona, bir hissəsini də atasına hədiyyə edib. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı üçüncü şəxs oğlu Ramin Quliyevin apellyasiya şikayəti ilə razılaşmamış, onunla yaşamadıqlarını, ayrı bağ evində yaşadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh polis idarəsi məhkəməyə ünvanladığı məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evindən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılmasını cavabdehdən xahiş etsə də sonuncu ona ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda imtina edərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qeydiyyatdan çıxarılmanın yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirildiyini bildirmişdir. Adıçəkilən Qanunun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, iddiaçı yuxarıda qeyd olunan səbəblərdən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış sahəsindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçının bununla əlaqədar müraciətini təmin etməkdən cavabdehin imtinası həmin səbəblərdən qanunsuzdur və iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən, o cümlədən: Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən bağ evi iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışa əsasən isə üçüncü şəxslər xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X16, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.1984-cü il təvəllüdlü X15 Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1060 nömrəli bağ evində qeydiyyatdadırlar; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2381/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən iddiaçı (hazırkı işdə üçüncü şəxs) X1 cavabdehlər X12, İddiaçı və 1 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsindən köçürülmə, habelə vəkil xidmətinə görə ödənilmiş pulun və dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən olunan hallardan aydın olur ki, “...mübahisəli bağ evi ilk olaraq X2 mülkiyyətində olmuş, sonradan onun tərəfindən notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə X12 bağışlanmış, sonuncu isə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış və notarial qaydada tsdiq edilmiş bağışlama müqaviləsinə əsasən həmin evi (anası) İddiaçı (hazırkı işdə iddiaçı) bağışlamışdır. Müddət etibarı ilə həmin əmlak cavabdehin mülkiyyətinə onunla iddiaçının nikahda olduğu vaxt daxil olmuş, lakin bu əmlak ümumi gəlirlər hesabına əldə edilməmişvə cavabdehə atası tərəfindən bağışlanmışdır. Bu səbəbdən, qeyd edilən əmlak tərəflərin ümumi birgə mülkiyyəti hesab edilə bilməz və cavabdehin ayrıca mülkiyyətini təşkil edir. Bu baxımdan hüquqi nəticə etibarı ilə qeyd edilən əmlaka hər hansı fomada sərəncam vermək üçün X1 razılığı tələb edilmir...” Üçüncü şəxs Ramin Quliyevin hazırkı apellyasiya şikayətinin məzmunundan, habelə onun nümayəndəsinin və iddiaçının məhkəmə iclaslarında məhkəməyə verdiyi izahatlarından da aydın görünür ki, R.Quliyev ailə üzvləri olan digər üçüncü şəxslər, mübahisəli evin mülkiyyətçisi İddiaçı ilə yaşamır, faktiki olaraq başqa bir bağ evində yaşayırlar. Qeyd olunmalıdır ki, iş materiallarına əsasən üçüncü şəxs Ramin Quliyevin iddiaçı ilə aralarında mübahisəli bağ evinə istifadə hüququna dair notarial qaydada bağlanmış olan müqavilənin və həmin müqavilə əsasında reyestrdə qeydə alınmış olan istifadə hüququnun mövcud olmadığı da, işin mübahisələndirilməyən hallarını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında qeyd etmişdir ki, “2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati tərəfindən iddiaçının ərizəsinin təmin edilməməsi və iddiaçıya, üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassızdır və onun qanunla qorunan hüquqlarını pozur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlarla müəyyən edilən halllara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxs Ramin Quliyevin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunarkən, qanunvericilyin tələblərinin pozulduğunu və işin hallarına düzgün qiymət verilmədiyini və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar