Məhkəmə qərarları › İş №2-1(103)-459/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-459/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-459/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « kirayə müqaviləsinin bağlanması») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X12 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş, xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.1986-cı il tarixdə ölən X3 adına olan, qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin orderinin İddiaçı adına keçirilməsinə və kirayə müqaviləsinin bağlanmasına etirazı yoxdur.

2. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında xx.xx.1956-cı il təvəllüdlü X12, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı, xx.xx.1958-ci il təvəllüdlü X15, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2007- ci il təvəllüdlü X8, xx.xx.1988-ci il təvəllüdlü X11 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 22 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışında qeyd edilmişdir ki, A.M.Şərifzadə küçəsi, ev 40, mənzil 37 ünvanında X12, İddiaçı, X15, X7, X6, X8, X11 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmşdir ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 40 saylı yaşayış binası dövlət mənzil fonduna aid olmaqla Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Qeyd olunan binada yerləşən 37 saylı mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961- ci il tarixli 15104 saylı orderinə əsasən X4 verilmişdir. Həmin order və onun verilməsinə əsas olmuş sənədlər mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına göndərildiyindən qeyd olunan sənədlər Rayon İcra Hakimiyyətində aşkar edilməmişdir.

3. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 40, 37 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün cavabdehə etdiyi müraciət yaşayış sahəsinin İddiaçı anası X1 yalnız istifadəsinə verilməsi, həmçinin qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim etməməsi əsası ilə təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Cavabdeh 13 noyabr 2023-cü il tarixli imtinasının qanunsuz hesab edərək mərhum anası X1 adına Oktyabr (Yasamal) rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş 15104№-li orderə əsasən oğlu İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 40, 37 saylı mənzil Bakı şəhər Oktyabr (Yasamal) rayon İcraiyyə Komitəsinin 05104№-li orderinə əsasən 12 may 1961-cı il tarixdə mərhum anası X5 verilmişdir. Həmin orderin 12 may 1961-ci il verilmə tarixi və sərəncamın nömrəsi yazılmışdır. Halhazırda o, ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 19 avqust 2019-cu ildə iddiaçı 19 saylı notariat kontorunda vərəsəlik işi açdırmışdır. Bütün sənədləri təqdim etdikdən sonra 19 saylı notariat kontoru 11 sentyabr 2023-cü il tarixli məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək bu mənzilə dair mərhum X1 adına çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Orada bildirmişdirlər ki, orderin arxiv arayışını təqdim etməlidir. Bundan öncə də iddiaçı arxiv arayışını almaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına müraciət etmişdir. Milli Arxiv İdarəsinin 6 iyul 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, 1961-çi il arxiv fondu üzrə 12 may 1961-ci il tarixli qərarları Dövlət Arxivinin Bakı filialında mövcuddur, lakin həmin qərarlarda X9 barədə hec bir məlumat yoxdur. Bu məsələ ilə bağlı 22 saylı MKİS-ə müraciət etmişdir, onlar orderdə 20 saylı evin sonradan 40 saylı ev kimi qeyd olunmasına dair dəqiqləşdirmə arayışı vermişdirlər. Bu məsələ ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. 23 noyabr 2023-cu il tarixli cavab məktubunda bildirilmişdir kı, 15104 nömrəli 12 iyun 1961-ci il tarixli orderinə əsasən qeyd edilən yaşayış sahəsi İddiaçı anası X1 yalnız istifadəsinə verildiyindən, həmçinin qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilmədiyindən həmin mənzilə dair X13 ilə daimi kirayə müqaviləsi bağlanması ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir.

6. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər arxivdə aşkar edilməsə də, mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli 15104 saylı orderinə əsasən X4 verilmişdir. İddiaçı isə qeydiyyatda olmaqla həmin mənzildə yaşadığından mənzilin balanssaxlayıcısı olan orqan Bakı şəhəri Cavabdehndən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 15104 nömrəli 12 iyun 1961-ci il tarixli orderinə əsasən qeyd edilən yaşayış sahəsi İddiaçı anası X1 yalnız istifadəsinə verildiyindən, iddiaçı tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilmədiyindən, həmçinin, həmin mənzilə dair X10 özünün adına heç bir hüquqmüəyyənedici sənədi təqdim edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmalıdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Proses iştirakçılarının izahatları

12. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan):

52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

85. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş): 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi : Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mümkün iddiadır.

20. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

21. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 40 saylı yaşayış binası Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Həmin binada yerləşən 37 saylı mənzilə dair hüquqmüəyyənedici sənədlər arxivdə aşkar edilməmişdir. Lakin mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli 15104 saylı orderinə əsasən X4 verilmişdir. İddiaçı isə qeydiyyatda olmaqla həmin mənzildə yaşayır.

22. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər.

23. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

24. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə 01 oktyabr 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsi) tənzimlənməlidir.

25. Məhkəmə hesab edir ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər arxivdə aşkar edilməsə də, mənzil keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli 15104 saylı orderinə əsasən X4 verilmişdir. İddiaçı isə qeydiyyatda olmaqla həmin mənzildə yaşadığından mənzilin balanssaxlayıcısı olan orqan Bakı şəhəri Cavabdehndən onun mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır.

26. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

29. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

30. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası yuxarıda göstərilənlərdən əlavə qeyd edir ki, şikayətdə göstərilmişdir ki, yaşayış sahəsi İddiaçı anası X1 yalnız istifadəsinə verildiyindən, iddiaçı tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim edilmədiyindən, həmçinin, həmin mənzilə dair X10 özünün adına heç bir hüquqmüəyyənedici sənədi təqdim edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmalıdır.

31. Bununla bağlı Kollegiya diqqətə çəkir ki, iş materiallarının 53-cü vərəqində olan notarial təsdiq edilmiş ərizədən görünür ki, iddiaçının keçmiş Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1961-ci il tarixli 15104 saylı orderində adı olan qardaşı X12 mənzilə kirayə müqaviləsinin qardaşı, yəni iddiaçı ilə bağlanmasına rzı olduğunu bildirmişdir.

32. Həmçinin, iş materiallarının 25-ci vərəqində olan 19 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 vəfat etməsi ilə əlaqədar oğlu X10 müraciəti əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.

33. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası nəzərə alır ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

34. İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və ya onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 53 və 85-ci maddələri)

35. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6406/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar