Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4596/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X5 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Prezident təqaüdünün təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 52 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidenti təqaüdünün təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu il tarixdə N.Nərimanov adına Azərbaycan Tibb Institutuna qəbul olmuşdur. 1995-ci il tarixdə Institutu “Tibbi-profilaklika işi” ixtisası üzrə bitirmişdir. X1 Komissiyasının ##.##.1995-ci il tarixli qərarı ilə “həkim” ixtisası verilmişdir. Instituta qəbul edilməmişdən əvvəl, ##.##.1988-ci və 1989-cu illərdə Bakı şəhəri ** nömrəli Birləşdirilmiş Xəstəxanada kiçik tibb personalı vəzifəsində işləmişdir. ##.##.1989-cu il tarixdə Universitetə qəbul olmuşdur. ##.##.1995-ci il tarixdə Taun əleyhinə stansiyada həkim vəzifəsində işə qəbul olmuşdur. 2012-ci ildə Epidemioloji tədqiqat şöbəyə aparıcı elmi işçi vəzifəsinə təyin edilmişdir. 2013-cü ildə Təşkilati-metodiki və statistik bölməyə aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. ##.##.2019-cu tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçıya Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ##.##.2012-ci il tarixli qərarı ilə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir. Iddiaçı cavabdehə Prezident təqaüdünün təyin edilməsi üçün müraciət etsə də, cavabdeh iddiaçının elmi müəssisə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində stajının (23 il, 10 ay, 18 gün) Fərmanla tələb edilən 25 il sığorta stajından az olduğu üçün ona Prezident təqaüdünün təyin edilməsindən imtina etmişdir. Iddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə. Iddiaçı##.##.1995-ci ildən 2019-cu ilədək Taun əleyhinə stansiyada işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən onun stajı ikiqat ölçüdə hesablanmalıdır. Bakı Inzibati Məhkəməsinin (hakim Tural Məlikov) e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, heç bir qanunda stajın pensiya və ya təqaüd hüququ üçün hesablanması qeyd olunmur. Şəxs işləyib staj yığır, bu staj ona pensiya təyin olunarkən, təqaüd təyin olunarkən nəzərə alınır. Həmçinin, məhkəmənin gəldiyi nəticə heç bir məntiqə dayanmır. Hansı qanunda göstərilir ki, məhz taun əleyhinə müəssisədə işləyənlərin stajı ikiqat hesablanır və bu, yalnız onun ümumi stajına aid edilir? “Əmək pensiyaları haqqında" Qanunun 24-cü maddəsində qeyd olunan “pensiya hüququ verən" sığorta stajına müəyyən dövrlərin güzəştli şərtlərlə daxil edilməsi ifadəsini məhkəmə yanlış olaraq konkretləşdirmişdir. Burada pensiya hüququ verən staj dedikdə, staj anlayışının təyinini nəzərdə tutmuşdur. Yəni, həmin maddənin əvvəlindəki anlayış - “pensiya hüququ verən sığorta stajına" - hələ konkretləşmədən hamıya aid edilir. Daha sonra isə konkretləşərək, kimlərin stajının ikiqat hesablanması müəyyən edilir. Əgər həmin maddədə “aşağıdakı dövrlər güzəştli şərtlərlə daxili edilir" və bu ancaq pensiya təminatına hüquq verir yazılsaydı hakimin qərarı əsaslı olardı. Şəxsin sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin, eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Burada maraqlı məqam ortaya çıxır: 1. Sosial sığorta stajı iş dövlərinin məcmusudur; 2. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış şəxslərə Prezident təqaüdü verilir. Burada aydın olur ki, şəxsin 25 il sığorta stajı olmalıdır. 3. “Əmək pensiyaları haqqında" Qanunun 24.0.3-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti sığorta stajının hesablanmasında ikiqat ölçüdə nəzərə alınır. Burada belə məntiqi nəticəyə gəlmək olar ki, şəxsin sığorta stajı 25 ildən artıqdır və bu, həm pensiya təminatı hüququ, həm də Prezident təqaüdü hüququ verir. Həmin maddədə "pensiya təyinatı zamanı" ifadəsi qeyd edilməmişdir. Məhkəmə qanunu yanlış təqdim etmişdir. Həmçinin Prezident təqaüdünün təyin edilməsi zamanı sosial sığorta stajlarının ikiqat hesablanması mövcud heç bir qanunvericilik aktı ilə nəzərdə tutulmalı deyil. Digər əmək pensiyaçılarında olduğu kimi staj hesablanmalı və ona təqaüd təyin edilməlidir. Iddiaçının pensiya hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında" Qanunun 24-cü maddəsinə, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 68-ci maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması qeyd edilmişdir. Göründüyü kimi, qanunun göstərilən normalarında yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Digər tərəfdən, şəxsin bir müəssisədə işlədiyi iş dövrü necəki stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması ona Azərbaycan Respublikasının Prezident təqaüdü təyin edilməsi zamanı nəzərə alınmalıdır. Əks halda, 24-cü maddə həmin kateqoriyadan əmək pensiyaçılarına münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. Bundan başqa, iddiaçının pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx" X2 tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli **/** nömrəli arayışa əsasən ##.##.1995-ci il tarixindən ##.##.2019-cu il tarixinədək “xxxx" X2ndə (əvvəlki adı S.Imaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) təşkilati, metodiki və statistik bölməsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. Iddiaçı elmi işçi kimi xüsusi təhlükəli labaratoriyalarda işləmiş, araşdırmalar aparmışdır. O, sağlamlığını daha çox məhz bu elmi araşdırmalar apardığı dövrdə itirmişdir. Ona görə də kompensasiya olaraq Qanun bu şəxslərin sosial sığorta stajının ikiqat hesablanmasını nəzərdə tutmuşdur. Iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalı, bu staj (iş dövrü) əsasında isə ona Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməlidir. Şəxsə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün eyni zamanda dörd şərtin mövcud olması zəruridir: 1. əsas iş yeri kimi elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmalı; 2. elmi dərəcəsi olmalı; 3. əmək pensiyaçısı olmalı; 4. işləməməlidir. "Əmək pensiyaları haqqında" Qanunun 24-cü maddəsində yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş yoxdur. Bir vəzifənin güzəştli iş stajı verən vəzifə olması, onun ikiqat hesablanması, lakin bu zaman ümumi staj kimi nəzərə alınması məntiqə sıxmır. Sanki həmin vəzifə ikiqat hesablanarkən güzəştli (zərərli) iş xüsusiyyətlərini itirir. Şəxsin bir müəssisədə işlədiyi iş dövrü necəki onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm xüsusi stajına, həm də təqaüd üçün tələb olunan staja tətbiq olunması zamanı nəzərə alınmalıdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsində qeyd olunur: Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin * saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində stajı qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğu (23 il 10 ay 18 gün) üçün ona sözügedən təqaüdün təyin edilməsi mümkün hesab edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanına əsasən ##.##.2021-ci il tarixindən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanına əsasən ##.##.2023-cü il tarixindən Prezident təqaüdünün aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manata çatdırılmışdır. Fərmanın məzmunundan göründüyü kimi, şəxsə fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün eyni zamanda dörd şərtin mövcud olması zəruridir: 1. əsas iş yeri kimi elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmalı; 2. elmi dərəcəsi olmalı; 3. əmək pensiyaçısı olmalı; 4. işləməməlidir. Iddiaçı İddiaçı münasibətdə isə qanunvericiliklə nəzərdə tutulan dörd şərtdən yalnız üçü mövcud olmuşdur: iddiaçıya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının ##.##.2012-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir; ##.##.2024-cü il tarixindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir; hazırda işləməyən əmək pensiyaçısı kateqoriyasına aiddir. Beləliklə, hazırda məhkəmə mübahisəsinin predmetini İddiaçı qeyd edilən Prezident təqaüdünün təyin edilməsi üçün elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində qanunvericiliklə nəzərdə tutulan 25 il sosial sığorta stajının olmaması təşkil edir. Güzəştli pensiya və Prezident təqaüdü fərqli hüquqi institutlar olmaqla yanaşı, fərqli qanunvericilik aktları ilə tənzimləndiyindən, iki vacib məqam vardır: 1. Iddiaçı İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 52 yaşının tamam olduğu ##.##.2024-cü il tarixindən Qanunun 9.8-ci maddəsinə əsasən (21 il 09 ay 07 gün ümumi, 10 il 05 ay güzəştli iş stajı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Iddiaçının pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixindən **/** nömrəli arayışa əsasən ##.##.1995-ci il tarixindən ##.##.2019-cu il tarixinədək “xxxx” X2ndə (əvvəlki adı S.Imaməliyev adına Respublika Taun Əleyhinə Stansiya) təşkilati, metodiki və statistik bölməsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.3-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti pensiya təyinatı zamanı sığorta stajının hesablanmasında ikiqat ölçüdə nəzərə alınır. Göründüyü kimi, burada məqsəd şəxsin sağlamlığına və həyatına risk yaradan şəraitdə işləməsinin pensiya hüququnda kompensasiya edilməsidir. Fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi zamanı sosial sığorta stajlarının ikiqat hesablanması mövcud heç bir qanunvericilik aktı ilə nəzərdə tutulmamışdır. Iddiaçının əmək kitabçasına baxış keçirdikdə, əsas iş yeri qismində elmi müəssisə və təşkilatlarda işlədiyi dövr kimi yalnız ##.##.1995-ci il tarixindən ##.##.2019-cu il tarixinədək S.Imaməliyev adına Respublika Taun Əleyhinə Stansiyada işlədiyi dövr hesab edilir. İddiaçı qeyd olunan stansiyada isə cəmi sosial sığorta stajının müddəti 23 il 10 ay 18 gün təşkil edir. Mübahisələndirilən və ya cavabdeh tərəfindən qəbul edilməyən dövrlər mövcud deyildir. Göründüyü kimi, elmi dərəcəyə görə Prezident təqaüdünün təyin edilməsi əmək fəaliyyəti ilə bağlı sosial sığorta mexanizmi deyil, elmi və intellektual fəaliyyətə verilən stimullaşdırıcı ödəniş növüdür. Bu təqaüd hüququnun yaranması üçün minimum faktiki əmək stajı tələbi (25 il) yalnız faktiki işlənmiş dövrü əhatə edir, yəni güzəştli, artırılmış və ya ikiqat hesablanan dövrləri özündə ehtiva etmir. Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək hər iki sosial ödəniş növünün qarşılıqlı təhlili: Iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı taun əleyhinə müəssisədə işlədiyi müddətin ikiqat ölçüdə nəzərə alınmasının hüquqi əsasları: - sığortaolunanın əmək şəraitinin xüsusilə ağır və zərərli olması; - işlədiyi müddətdə vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı ağır xəstəliklərə yoluxmaq ehtimalının yüksək olması; - sığortaolunanın sağlamlığının daim risk altında olması. Göründüyü kimi, iş stajının ikiqat hesablanması qaydası istisnasız olaraq yalnız əmək pensiyasının təyini zamanı tətbiq edilir və digər sosial ödənişlərə, o cümlədən Prezident təqaüdünə şamil edilmir. Beləliklə, hər bir hüquqi güzəşt yalnız onun nəzərdə tutulduğu institut çərçivəsində tətbiq oluna bildiyindən, pensiya qanunvericiliyində nəzərdə tutulmuş güzəştin (Qaunun 24.0.3-cü maddəsi) Prezident təqaüdünə şamil edilməsi üçün birbaşa normativ əsas mövcud deyildir. Bu səbəbdən, iddiaçı İddiaçı fəlsəfə doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün təyin edilməsi üçün sosial sığorta stajının müddəti qanunvericiliklə nəzərdə tutulan 25 ildən az olması tərəflərindən sübuta yetirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.1972-ci il tarixdə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasının surətinə əsasən elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində stajı (23 il 10 ay 18 gün) Fərmanla tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona sözügedən təqaüdün təyin edilməsi Fərmanın tələbləri baxımdan mümkün hesab edilməmişdir. Iş materiallarında olan IT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək Bakı şəhəri ** nömrəli Birləşmiş Şəhər Xəstəxanasında kiçik tibb personalı işləmiş, ##.##.1989-cu il tarixdən ##.##.1995-ci il tarixədək N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Tibbiprofilaktika fakültəsində təhsil almış, ##.##.1995-ci il tarixdən ##.##.2012-ci il tarixədək Taun əleyhinə stansiyada həkim vəzifəsində, ##.##.2012-ci il tarixdən ##.##.2019-cu il tarixədək Epidemioloji tədqiqat şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş FD № ***** nömrəli, 2012-ci il tarixli Fəlsəfə doktoru diplomunun surətindən görünür ki, Komissiyanın ##.##.2012-ci il tarixli qərarı ilə İddiaçı tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Iş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının təyin edilməsi haqqında ##.##.2024-cü il tarixli, 3-17- 1/3-3-*****/**** №-li qərarından görünür ki, iddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Fərmanı:
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 (beş yüz) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin ######ın #-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir.
4. Bu Fərman 2021-ci il ######ın #-dən qüvvəyə minir. Işin faktiki hallarından görünür ki, iddiaçı ##.##.1972-ci il təvəllüdlüdür. Iddiaçıya 52 yaşının tamam olduğu ##.##.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçı pensiya hüququnun yarandığı tarixdən ona fəlsəfə doktoru elmi dərəcəsinə görə 300 (üç yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsini xahiş edir. Bununla əlaqədar iddiaçı cavabdehə müraciət etmişdir. Lakin cavabdehin iddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində stajı (23 il 10 ay 18 gün) Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona həmin təqaüdün təyin edilməsini Fərmanın tələbləri baxımından mümkün hesab etməmiş və iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Iddiaçı isə cavabdehin imtinası ilə razılaşmır və “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsaslanmaqla qeyd edir ki, onun ##.##.1995-ci il tarixdən ##.##.2019-cu il tarixədək Taun əleyhinə stansiyada çalışdığı dövr üzrə iş stajı ikiqat ölçüdə hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Fərmanının tələblərinə əsasən Azərbaycan Respublikası Prezidentinin təqaüdü aşağıdakı şərtlərə cavab verən şəxslərə təyin edilir: 1) Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışan; 2) elmi dərəcəsi olan; 3) işləməyən; 4) əmək pensiyası hüququ olan. Hazırkı işdə iddiaçıya münasibətdə mübahisələndirilən yeganə hal iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində 25 ildən az çalışmasıdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində stajının 25 ildən az (23 il 10 ay 18 gün) olması həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisə edilmir. Lakin iddiaçı həmin stajın “Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsinə əsasən ikiqat ölçüdə hesablanmalı olduğunu bildirir. “Əmək pensiyaları haqqında” Qanunun 24.0-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Fərmanında təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi üçün əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il stajın olması tələb edilir. Qeyd olunan Fərmanda həmin stajın güzəştli şərtlərlə hesablanması nəzərdə tutulmamışdır. Həmin Fərmanda bütün elmi müəssisə və təşkilatlar və ya təhsil müəssisələri nəzərdə tutulmuş, hər hansı fərq müəyyən edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Fərmanında qeyd olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi şərtləri müəyyən edilmişdir. Qeyd olunan Fərmanda göstərilmiş elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində stajın güzəştli şərtlərlə hesablanması nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 24.0-cü maddəsində isə güzəştli şərtlər məhz əmək pensiyası hüququ verən sığorta stajının hesablanması məqsədi ilə müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində olan iş stajı Azərbaycan Respublikası Prezidentinin ## ###### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə tələb olunan 25 il sığorta stajından az olduğu üçün ona təqaüdün təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.