Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-46/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X6 Xidmətinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-1182/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-1182/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X6 Xidmətinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üç uşaq anasıdır. Övladları və yoldaşı heç yerdə işləmirlər. Qız övladı doğulandan sonra onda epilepsiya xəstəliyi yaranmışdır. Həmin xəstəliklə bağlı dəfələrlə ölkədaxili və ölkəxarici xəstəxanalarda müalicə olunmasına baxmayaraq heç bir xeyri olmamış və ona bildirilmişdir ki, epilepsiya xəstəliyinin müalicəsi olmur. Xəstəliyi ilə bağlı əlillik dərəcəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona əlillik dərəcəsi verilməmiş və buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”na uyğun olaraq 6 aydan çox müddətdə müalicə müəssisələrində müayinə keçməsinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün Kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epilepsiya xəstəliyi tez-tez təkrarlanan (ayda 6- 7-dəfə) generalizə olunmuş qıcolma tutmaları ilə” diaqnozu qoyulmuşdur. İddiaçı qeyd edilən xəstəliyi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tərəfindən verilmiş X1 sonuncu müayinəyə dair xx xxxx 2018-ci il tarixli məlumatından görünür ki, 0217003AAFSX saylı göndəriş əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş və iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Diaqnoz Generalizə olunmuş epilepsiyanın və epilepsik sindromların digər növləri, Epilepsiya xəstəliyi, tez-tez (ayda 7-8 dəfə) təkrarlanan, generalizə olunmuş qıcolma tutmaları. Ətraflı: Xəstənin stasionar müalicələri və əmək müqaviləsi olmasına baxmayaraq 1 gündə olsun xəstəlik vərəqəsi yoxdur.180 gün xəstəlik vərəqi tələb olunur. Eyni zamanda, işdə olan Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tərəfindən verilmiş X1 sonuncu müayinəyə dair xx.xx.2018-ci il tarixli məlumatından görünür ki, 0217003AAFTR saylı göndəriş əsasında iddiaçının əlillik dərəcəsi qiymətləndirilmiş və əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Xəstənin əmək müqaviləsi var: Əmək qabiliyyəti itirmə vərəqəsi tam deyil. Az.Res NK 140 saylı qərarının 1.3.1-ci bəndinə əsasən son bir ildə 6 ay müalicə olunduqdan sonra xəstədə funksional çatışmamazlıq qalarsa, xəstə əlillik dərəcəsi almaq üçün TSEKə göndərilə bilər. Bu xəstədə son bir ildə cəmi 38 gün əmək qabiliyyətini itirmə vərəqəsi olmasını nəzərə alıb müalicəni davam etdirməsi məsləhət görülür. Tibbi X7nın xx xxxxxx 2018-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə Tibbi X7 tərəfindən onlayn rejimdə TSERAS üzərindən müalicəsinin davam etdirilməsi barədə qərar qəbul adilmişdir. Müalicə tədbirləri başa çatdıqdan sonra, İddiaçı səhiyyə müəssisəsi tərəfindən müayinə olunmalı və göndəriş (88 nömrəli forma) verildiyi halda, əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarına uyğun olaraq özünün iştirakı olmadan X10 Komissiyaları tərəfindən TSERAS üzərindən adsızlaşdırıİmış sənədlər əsasında qiymətləndiriləcək. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “əlillik dərəcəsinin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Mərkəzi Rayon Xəstəxanasının 34 saylı xx.xx.2016 saylı № 0217003AAFPY və 228 saylı xx.xx.2016-çı il tarixli göndərişlərdən görünür ki, Ağdam rayon Böyükbəyli kənd sakini, 1978-ci il təvəllüdlü, İddiaçı qeyri-müəyyən etiologiyalı, tez-tez baş verən qıcolma tutmaları diaqnozu qoyularaq müayinə və müalicə üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilmişdir. Cavabdehin mövqeyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 saylı Qərarının 1.3.1-ci bəndinə əsasən son 1 ildə 6 ay müalicə olunduqdan sonra xəstədə funksional çatışmamazlıq qalarsa, əlillik dərəcəsi almaq üçün TSEK-ə göndərilə bilər. İddiaçı son 1 ildə 38 gün əmək qabiliyyətini ititmə vərəqəsi olmasını nəzərə alıb müalicəni davam etdirməsi məsləhət görülür. İddiaçı iddia edir ki, tibbdə epilepsiya xəstəliyinin (tez-tez ayda 7-8 dəfə) müalicəsi olmadığı üçün müalicənin aparılması onun sağlamlıq vəziyyətində hər hansı dəyişikliyə səbəb olmur. Məhkəmə kollegiyası iddiaçıya qoyulmuş diaqnozun əlilliyə əsas verib vermədiyini və cavabdehin imtinasının qanuni olub-olmamasının yoxlanılması ilə əlaqədar xx xxxx 2019-cu il tarixli qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmiş, ekspertin qarşısında aşağıdakı sual qoymuşdur: - İş materiallarına əlavə olunmuş (i.v 18-21) Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib olunaraq təsdiq olunmuş Tibbi X7na Göndərişdə göstərilən (088 saylı forma) iddiaçıda müşahidə olunan xəstəliklərin müalicə tədbirləri davamn etdirildiyi təqdirdə orqanizmin pozulmuş funksiyalarının bərpa olunması mümkündürmü? Еkspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertizası və X9-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X9- Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli T430/2019 saylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, İddiaçı düçar olduğu «qeyri-müəyyən etiologiyalı, epilepsiya xəstəliyi tez-tez (ayda 7-8 dəfə) təkrarlanan, generelizə olurmuş qıcolma tutmaları ilə» xəstəliyinin hal-hazırda tibbi praktikada aparılan müalicə tədbirləri nəticəsində tam sağalması mümkün deyildir. Bu səbəbdən də orqanizmin pozulmuş funksiyaları həmin xəstəlik nəticəsində tam bərpa oluna bilməzdi. Bu məsələ zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilməklə tutmaların xarakteri, sayı və müddəti tibbi kartada öz əksini tapdıqdan sonra X3 tərəfindən həll oluna bilər. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olmuş Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndində “şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması” göndərişin verilməsi üçün əsas hesab edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 saylı qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı bəndində qeyd olunmuşdur ki, uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi X7na göndərilir. X3nın rəyinə görə xəstəni əlil və ya sağlamlıq imkanları məhdudluğunun hesab etmək üçün əsas yoxdursa və onun əmək qabiliyyətinin itirilməsi davam edirsə, bu halda xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2-ci maddəsinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Əsasnamənin 2.3-cü maddəsinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Sadalanan normalardan müəyyən olunur ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. Hazırki iş üzrə ekspert rəyi ilə iddiaçının xəstəliyinin sağalmaz xəstəlik olduğu müəyyən olunsa da iddiaçı müvafiq tibb müəssisəsində yerləşməklə və ya ambulator (2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən) şəkildə tələb olunan müddətdə müalicədə olmamış, onun bu müddət ərzində tutmalarının xarakteri, intensivliyi və s. müəyyən edilmədən həmin xəstəliyin iddiaçının əmək qabiliyyətinə təsirini müəyyən etmək mümkün olmamışdır. İşdən müəyyən olunur ki, iddiaçı son 12 ay ərzində cəmi 38 gün ərizində əmək qabiliyyətini itirmə vərəqəsi təqdim etmişdir. Həmçinin qeyd edilməlidir ki, iş üzrə İddiaçı xx.xx.1996-cı il tarixdən Ağdam Rayon təhsil Şöbəsi ilə xxxxxxx000101 saylı əmək müqaviləsinin olduğu, həmin müqavilənin hazırda da qüvvədə olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının: - 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “X3na göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi qanununvericiliyin tələblərinə ziddir və cavabdehin imtinası əsaslı olmaqla iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər vəya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 2-1(81)-1182/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Cahangir Yusifov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-46/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-46/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver