Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-46/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X4, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1375/2021 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, həmin 600 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikintisinə icazə verilməsi üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən onun müraciətinə baxılmış, Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün 600 kv.m. torpaq sahəsi adına rəsmiləşdirilmişdir. Bununla əlaqədar, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün 600 kv.m. torpaq sahəsinin iddiaçının adına ilkin dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə **********93 saylı cavabda bildirilmişdir ki, torpaq sahəsinə digər fiziki şəxs tərəfindən müraciət daxil olduğundan ərizənin icrası mümkün deyil. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Səbail Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin plan-sxemi tərtib edilmişdir. Cavabdehin imtina məktubunda qeyd etdiyi hal isə ümumiyyətlə imtinaya əsas ola bilməz. Səbail rayon İcra Hakimiyyəti başçısının 1290a saylı, xx.xx.1995ci il tarixli sərəncamı ilə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsi illərdir iddiaçının qanuni istifadəsindədir. Hazırda həmin torpaq sahəsini özəlləşdirmək istəyir. Cavabdeh əsassız imtinasi ilə iddiaçının hüquqlarını pozur. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5768/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qərardadı ilə X7, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1375/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim F.Mədətli) Həmin qərardan üçüncü şəxs X7 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur. Bakı şəhər Səbail Rayon icra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamının əsli məhkəməyə təqdim edilməmişdir. Arxivdən alınan arayışda sərəncam barədə məlumat verilsə də (bu sənədin belə doğruluğunun yoxlanılmasına ehtiyac var) torpaq sahəsinin yerləşmə çizgisi mövcud olmamışdır. Torpaq sahəsinin hansı ünvanda ayrılması qeyd edilməmişdir. Cizgi mövcud olmadığından ünvan müəyyən etmək mümkün deyildir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin Başçısının müavinin məktubu ilə Səbail RİN-nin Memarı K.X8, Torpağın Sxemi adı altında təsdiq edilmiş və DRX-nin Bakı şəhər Ərazi İdarəsinə təqdim etdiyi sənəd heç bir hüquqi qüvvəyə malik deyildir. İcra hakimiyyətində mövcud olmayan 1995-ci il tarixli (Arxivində) sərəncama, mövcud olmayan cizgiyə 2018-ci ildə necə istinad edilə bilər? Hansı səlahiyyətlə 23 il əvvələ cizgi verilir? İcra hakimiyyəti 2018-ci ildə 23 il geriyə, 1995-cı il sərəncamına ünvanını müəyyən etməyə çalışır? Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixli, **********75 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən "xxxx"nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsi müraciətə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə (eləcə də naturada qismən daş hasara alınmış) uyğundur, müraciətə əlavə edilmiş Səbail Rayon icra Hakimiyyəti Başçısının 01.010.1994-cü il tarixli 3149 saylı (sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş sxemdə hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxem koordinatsız miqyassız olduğundan sxemdə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən) sərəncamında və yerləşmə cizgisində (təhkim aktında) göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Nədənsə, qeyd olunan mütəxəssis rəyi məhkəməni qane etməmiş Sərəncamın əsli, cizginin əsli olan tərəfi tanımadan, Sərəncamın əsli olmayan, cizgisi olmayan tərəfə əsaslar müəyyən etmək üçün yenidən yeni mütəxəssis rəyi əldə etmək üçün sənədləri Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş rəydə iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən "xxxx"nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsi müraciətə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə (eləcə də naturada qismən daş hasara alınmış) uyğundur, müraciətə əlavə edilmiş Səbail Rayon icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 3149 saylı (sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş sxemdə hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxem koordinatsız miqyassız olduğundan sxemdə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən) sərəncamında və yerləşmə cizgisində (təhkim aktında) göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə mütəxəssisə 2018-ci ildə çəkilmiş cizgiləri təqdim edərək uyğun olub-olmaması sualın qoymuşdur.1995-ci ildə iddiaçıya bu formada cizgi verilməmişdir. İddiaçıya ümumiyyətlə cizgi verilməmişdir. İddiaçı bəmin ərazidə torpaq sürüşməsinin olduğunu, eyni zamanda qonşuların torpaqlarının yerdəyişməsi ilə torpağın hazırkı vəziyyətinin dəyişilmiş formasına uyğun cizgi çəkdirməsi və hüquqi qüvvəsi olmayan 2018-ci il cizgisi mütəxəssisə həmin torpaq sahəsi ilə uyğun olması barədə rəy verməsinə əsas olmuşdur. Sonradan həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2020-ci il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi ilə bağlı digər fiziki şəxsin (X7) müraciəti daxil olmuşdur. X7 iddia edilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda sözügedən inzibat iş 2-1(112)-1174/2021 nömrəsi ilə hakim Rüstəm Kərimlinin icraatında baxılmaqdadır. Əlavə olaraq bildirilir ki, torpaq sahəsinin bir hissəsindən bir boşqablı üç xətli elektrik xətti keçir. Torpaq sahəsi mübahisəli olduğundan ərazidə çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X4 apellyasiya şikayətlərinə etiraz edərək onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılması barədə” xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, qeyd olunan sərəncama əsasən Badamdar qəsəbəsində 600 kv.metrdən ibarət torpaq sahəsi fərdi ev tikmək üçün İddiaçıa ayrılmışdır. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə, Ə-176-091 nömrə ilə uçota alınaraq razılaşdırılmış torpaq sahəsinin situasiya planın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı Sərəncamına əsasən Badamdar qəsəbəsində İddiaçı adına ayrılmış 600 kv.metrdən ibarət torpaq sahəsi ilə bağlı yerləşmə cizgisi tərtib edilərək, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin rəisinə ünvanlanan xx.xx.2018-ci il tarixli, 3/10-Ə-176-091 nömrəli məktubunun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı Sərəncamı ilə vətəndaş İddiaçı Badamdar qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin təsdiq olunaraq baxılıb münasibət bildirilməsi üçün sonuncuya göndərilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 01 may 2020-ci il tarixli, **********93 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, elektron kadastr baza məlumatlarına qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti daxil olduğundan ərizənin icrası mümkün olmamışdır. Məktubda həmçinin bildirilmişdir ki, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2018-ci il tarixdə, **********39 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Məktubda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1-ci maddələrinə istinad olunaraq iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinada qeyd olunan halların araşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı Sərəncamının, Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən razılaşdırılmış 7- 176-091 saylı xx.xx.2018-ci il tarix1li Situasiya Planının və qeyd olunan torpaq sahəsinin Ayrıc Aktının, o cümlədən sözügedən torpaq sahəsilə bağlı arxiv qovluğunda olan digər sənədlərin, həmçinin imtina məktubunda qeyd olunan idarənin elektron kadastr baza məlumatlarına qeyd olunan torpaq sahəsinə hansı fiziki şəxslərin müraciət etməsi və həmin müraciətin əsasında hansı hüquqi addımın atılması barədə məlumatın verilməsi məzmunda sorğular ünvanlanmışdır. Sorğuya xx.xx.2020-ci il tarixli cavab məktubunda vətəndaşa xx.xx.2018-ci il tarixdə cavab verildiyi və sənədlərin ona geri qaytarıldığı və qeyd olunan torpaq sahəsi ilə bağlı X3 müraciət etdiyi və ona da xx.xx.2020-ci il tarixdə imtina bildirişi ilə cavab verildiyi qeyd olunmuşdur. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması, həmin 600 kv.m. torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı Sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə, yaxud Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamında və yerləşmə cizgisində göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlməsi barədə rəyin məhkəməyə təqdim olunması cavabdehdən xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin xx.xx.2020-ci il tarixli sorğusuna cavab olaraq X3 04 may 2020-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında” ərizə göndərilsə də, lakin ərizəyə X7 tərəfindən hansı ünvana dair hüquqlarının dövlət qeydiydiyyatına alınmasını tələb etdiyi müvafiq hüqumüəyyənedici sənədlər qoşulmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən X3 müraciətinin əsasını təşkil edən hüqumüəyyənedici sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi sorğu əsasında cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq təqdim edilmiş “həyətyanı torpaq sahəsinin verilməsinə dair” Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamın surətindən görünür ki, Səbail rayonu, Badamdar qəsəbəsində 600 kv.metrdən ibarət torpaq sahəsi X3 adına ayrılmış, xx.xx.1994-cü il tarixli Aktdan görünür ki, Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamına əsasən fərdi yaşayış evini tikdirməkdən ötəri verilən 0,06 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq vətəndaşa daim istifadə üçün təhkim edilmişdir. X3 adına ayrılmış Badamr qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 2031A nömrəli 600 kv.metrdən ibarət torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq rayon icra hakimiyyəti başçısının qəsəbə nümayəndəlyi tərəfindən təsdiq edilmişdir. Bütün yuxarıda göstərilən halların müəyyənləşdirilməsi, yəni iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı Sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə, yaxud Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 3149 saylı sərəncamında və yerləşmə cizgisində göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlməsi barədə mütəxəssis rəyinin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət Xidmətindən tələb edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixli, **********75 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilmiş, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki sahəsi müraciətə əlavə edilmiş Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə (eləcə də naturada qismən daş hasara alınmış) uyğundur, müraciətə əlavə edilmiş Səbail Rayon icra Hakimiyyəti Başçısının 01.010.1994-cü il tarixli 3149 saylı (sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş sxemdə hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxem koordinatsız miqyassız olduğundan sxemdə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən) sərəncamında və yerləşmə cizgisində (təhkim aktında) göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Məhkəmə gedişatı zamanı iddiaçı tərəfindən məhkəməyə Bakı şəhər İcra hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanan 16 sentyabr 2021-ci il tarixli Ə-565-091 saylı məktubun mətnindən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı Sərəncamının, Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış Ə-176-091 saylı, xx.xx.2018-ci il tarixli Situasiya Planı və sxemi ilə İddiaçı ayrılmış və istifadəsində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşərək, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı Sərəncamı, həmin Sərəncama əlavə olunmuş Ə-176-091 saylı, xx.xx.2018-ci il tarixli Situasiya Planı və sxemində göstərilmiş torpaq sahəsi ilə İddiaçı istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə uyğundur. Qeyd olunan sərəncamın və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış situasiya planı və sxemi ilə göstərilən ərazi sərəncamın verildiyi tarixdə və hal-hazırda dövlət mülkiyyətindədir. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” xx.xx.1991-ci il tarixli, 272 №li Fərmana əsasən Dövlət intizamını möhkəmləndirmək, Azərbaycan Respublikası xalq təsərrüfatının səmərəli idarə olunmasını təşkil etmək, Azərbaycan Respublikasında icra hakimiyyəti orqanlarının fəaliyyətində vəhdəti təmin etmək məqsədi ilə və "Respublikanın iqtisadi və ictimai-siyasi həyatını sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"- təsdiq edilmişdir. Sözügedən Fərmanın 3-cü bəndinə əsasən indiki çağırış rayon, şəhər (respublika tabeli şəhərlər) xalq deputatları Sovetləri "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə"də müəyyən edilən səlahiyyətlər hüdudunda fəaliyyət göstərirlər; 4-cü bəndinə əsasən şəhər rayonlarında icra hakimiyyətinin başçısı təyin edilən kimi şəhərlərdə rayon xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilir; 5-ci bəndinə əsasən rayonlarda, şəhərlərdə icra hakimiyyətinin başçısı təyin edilən kimi rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin) xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz fəaliyyətlərini dayandırırlar; Rayonların, şəhərlərin (respublika tabeli şəhərlərin), şəhərlərdə rayonların xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbələri və idarələri icra hakimiyyəti başçısı aparatının müvafiq struktur bölmələri yaradılanadək fəaliyyət göstərirlər; 6-cı bəndə əsasən rayonun, şəhərin icra hakimiyyətinin başçısı kəndlərdə, qəsəbələrdə, şəhərlərdə (rayon tabeli şəhərlərdə) öz nümayəndələrini təyin edən kimi həmin inzibati-ərazi vahidlərinin xalq deputatları Sovetlərinin və onların icraiyyə komitələrinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur. İddiaçıya torpaq ayrılan zaman qüvvədə olmuş 9 noyabr 1991-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq Dövlət mülkiyyətində olan torpaqları, rayon, şəhər xalq deputatları Sovetləri öz səlahiyyətləri daxilində kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verilməsi, həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci bəndinə əsasən torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün həmin ərazidə daimi yaşayanlara aşağıdakı məqsədlər üçün verilməsi nəzərdə tutulmuşdur. Həmçinin «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». O cümlədən hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Beləliklə, iddiaçıya sözügedən torpaq sahəsinin münasibətlərin yarandığı zaman qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə riayət olunmaqla ayrıldığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Hazırda iddiaçı faktiki istifadəsində olan və mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı Sərəncamı əsasında fərdi yaşayış evinin tikintisi üçün ona ayrıldığını və torpaq sahəsinin Səbail rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış situasiya planına istinad etməklə cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti daxil olduğundan ərizənin icrasının mümkün olmadığı əsası ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi mübahisənin qeyd olunan halları araşdırılmış və müəyyən edlmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi yer naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən ölçülmüş, ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmış, mövcud olan sənədlərə və sxemlərə əsasən iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin faktiki olaraq Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02 may 1995-ci il tarixli, 1290a saylı sərəncamında və situasiya planında göstərilən torpaq sahəsinə uyğun olduğu və qeyd olunan sərəncamın hazırda qüvvədə olduğu, o cümlədən Səbail Rayon icra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 3149 saylı (sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş sxemdə hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxem koordinatsız miqyassız olduğundan sxemdə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən) sərəncamında və yerləşmə cizgisində (təhkim aktında) göstərilən 2031A saylı torpaq sahəsinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Sadalanan xüsusatlara əsasən Məhkəmə, iddiaçının, 3-cü şəxs X3 istifadəsində olan torpaq sahəsinə deyil, faktiki olaraq öz sahibliyində olan və yuxarıda istinad olunan hüquqmüəyyənedici sənədlər əsasında ona verilən torpaq sahəsinin adına hüquqlarının reyestrdə qeydə alınaraq çıxarışın verilməsinə dair olan tələbində haqlı olduğu qənaətindədir. Başqa sözlə, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290A saylı sərəncamına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin, döngə nöqtələrinin kordinatlarının məhz naturada göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü məhkəmə araşdırması zamanı sübut edildiyindən, məhkəmə hesab etmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydasını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas»ı və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290A saylı sərəncamı) mövcud olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. Cavabdeh inzibati orqanın imtinada göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, imtinada göstərilən dəlillərin əsaslı olub-olmamasını müəyyən etmək üçün Məhkəmə Kollegiyasının 2-1(103)-726/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3525 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələr arası məsafələrinin ölçülərinin Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı əsasında verilmiş torpaq sahəsinin xx.xx.2018-ci il tarixli sxemində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun olduğu müəyyən edilir. Mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələr arası məsafələrinin, ölçülərinin iş materiallarında olan Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamında qeyd olunan torpaq sahəsinin 17 oktyabr 2005-ci il tarixli yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun gəlmədiyi müəyyən edilir. Lakin mübahisəli torpaq sahəsinin konfiqurasiya və ölçülərinin ekspertizaya təqdim edilmiş X5 məxsus torpaq sahəsinin faktiki yerləşmə sxeminə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı adına verilmiş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290a saylı sərəncamı əsasında tərtib edilən torpaq sahəsinin xx.xx.2018-ci il tarixli yerləşmə cizgisində qeyd olunan ölçü və konfiqurasiya ilə üçüncü şəxs X3 adına verilmiş Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamı əsasında X5 məxsus torpaq sahəsinin faktiki yerləşmə sxeminin üst-üstə düşdüyü, eyni zamanda hər iki sxemdə qeyd olunan ölçülər və konfiqurasiyanın naturaya uyğun olduğu müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, X7 iddia edilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda sözügedən inzibat iş 2-1(112)-1174/2021 nömrəsi ilə məhkəmənin icraatındadır. Cavabdehin istinad etdiyi inzibati işlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-283/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının torpaq sahəsinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qeyd olunan qərardan müəyyən olunmuşdur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin başqa şəxsə ayrılmış sahə ilə üst-üstə düşməsi və mübahisə obyekti olan torpaq sahəsinin iddiaçıya aid sahə olmaması işdə tədqiq edilmiş mütəxəssis rəyi ilə təsdiqlənir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar bildirilir: - iddiaçının (X3) iddia etdiyi və göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, natirada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrləri əks etdirən yerquruluşu planı hazırlanmışdır (əlavə olunur). 1) İddiaçının iddia etdiyi 600 kv.m torpaq sahəsinin qismən hissəsi (112 kv.m) ərazidən keçən 6 kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zonasında yerləşir. 2) iddiaçının iddia etdiyi və naturada göstərdiyi 600 kv.m torpaq sahəsinin faktiki göstəriciləri Bakı şəhəri Səbail RİH başçısının 2 may 1995-ci il tarixli 1290a saylı sərəncamı və İddiaçı ayrılmış torpaq sahəsinin göstəriciləri ilə naturada qismən eynilik təşkil etsə də, sənəd əsasında (3149 nömrəli sərəncama əlavə olunmuş cizgi) eynilik təşkil etmir və tamamilə fərqli mövqelərdə yerləşir. Məhkəmə araşdırması zamanı mütəxəssis və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 1290A saylı sərəncamına əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin konfiqurasiyasının, döngələr arası məsafələrinin, ölçülərinin Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 3149 saylı Sərəncamı ilə üçüncü şəxsə ayrılan torpaq sahəsinin 17 oktyabr 2005-ci il tarixli yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və ölçülərə uyğun gəlmədiyi, eyni zamanda üçüncü şəxsin naturada olan torpaq sahəsi sənəd əsasında (3149 nömrəli sərəncama əlavə olunmuş cizgi) eynilik təşkil etmir və tamamilə fərqli mövqelərdə yerləşir. Cavabdeh eyni zamanda apellyasiya şikayətində qeyd etmişdir ki, torpaq sahəsinin bir hissəsindən bir boşqablı üç xətli elektrik xətti keçir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 283/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, inzibati orqan imtinanın əsası kimi torpaq sahəsinin bir hissəsinin 6kV-luq yüksək gərginlikli elektrik hava xəttinin mühafizə zolağına düşdüyü iddia etsə də, bu hal məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı tam təsdiqini tapmamışdır. Belə ki, alınmış mütəxəssis rəyində bu hal təsdiqini tapsa da, müayinə aktından da görünür ki, mübahisə obyekti olan sahənin üzərindən keçən elektrik xətti kəsilmiş vəziyyətdədir və hər hansı mənbədən enerji almır. Sahədə dirəklər istifadəsiz qalmış kimi görünür. Odur ki, məhkəmə cavabdeh tərəfin bu dəlilini formal mülahizələrə söykənən hal kimi qiymətləndirmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının sözügedən sərəncamı ilə təsdiq edilmiş maddi maraq iddiaçının mülkiyyətini təşkil edir və iddiaçının torpaq sahəsinə faktiki ölçülərinə uyğun olaraq mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var və hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur . 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh əsassız olaraq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X12 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. Buna görə də iddiaçının tələb etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəlləni 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, üçüncü şəxsin və cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3525 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehdən və iş üzrə 3-cü şəxsdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh və üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1375/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən və iş üzrə 3-cü şəxs X1 müştərək qaydada tutularaq AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN********** müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.