Məhkəmə qərarları › İş №2-1(103)-460/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-460/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-460/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X26 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X15 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1467/2022 nömrəli qərarından cavabdeh və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X34 Departamentində fiziki şəxsin sahibkarlıq uçotuna alınmışdır. Fəaliyyətini Bakı şəhərində həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Telnov küçəsində yerləşən «Narzan» adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və DVX seriyalı 004713 saylı akt tərtib edilmişdir. Daha sonra cavabdeh tərəfindən ünvan 1ndə yerləşən «Narzan» adlı obyektdə 10 nəfər şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə, xidmətlərin göstərilməsinə cəlb edilməsi əsası ilə ona xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixdə “Narzan” kafesinə daxil olan cavabdeh orqanın əməkdaşları guya 10 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən çalışdığını müəyyən etmişlər. Qeyd olunan 10 nəfər fiziki şəxslə qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılmışdır. Cavabdeh orqanın əməkdaşları isə öz subyektiv fikirlərinə əsaslanaraq onlara əmək müqavilələrini sistemdən çıxarıb təqdim etmək üçün şərait yaratmadan akt tərtib etmişlər. xx.xx.2021-ci il tarixli **********5440 qərarda izahatları alınmış şəxslərin əmək müqavilələri və ya xidmət müqavilələri bağlamadıqlarını etiraf etmələri qeyd edilmişdir, lakin belə əmək müqavilələri mövcuddur və sistemdə qeydə alınmışdır. Cavabdeh orqanının onu Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə məsuliyyətə cəlb etməsi üçün münasibətlər əmək münasibətləri olmalıdır. Həmin şəxlərin gəlirlərinin gizlədilməsinə şərait yaratdığına görə məsuliyyət daşımalıdır. Qeyd olunan şərtlərin heç biri gözlənilmədən onun maliyyə sanksiyasına məruz qalmağı kobud qanun pozuntusudur. Əgər işəgötürən şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş olsa belə, fəaliyyət sferası uyğun gəlirsə və xidmət müqaviləsi bağlamışdırsa, bu yolla onların sayını, gəlirlərini gizlətməmişdirsə, bununla bağlı vergi ödəməkdən yayınma hallarına yol verməmişdirsə, o cümlədən vergi orqanı belə bir halı aşkar etməmişdirsə, vergi orqanı həmin şəxs barəsində maliyyə sanksiyasını tətbiq etməkdə haqlı deyildir. Belə ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin əməyə cəlb edilməsi inzibati xəta tərkibini yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Həmin inzibati xətalar haqqında işlərə baxılması isə vergi orqanlarının deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aiddir. Vergi orqanı şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə deyil, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə şərait yaratmasına görə məsuliyyətə cəlb edə bilər. Bu hal isə vergi orqanının qərarında təsdiqini tapmaqla, aydın və anlaşılan formada əsaslandırılmalıdır. Lakin cavabdeh orqanının tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktda və onun əsasında qəbul edilən xx.xx.2021-ci il tarixli qərarda belə bir halın mövcud olması göstərilməmiş və bununla bağlı heç bir əsaslandırılma aparılmamışdır. Belə ki, qeyd olunan aktda və qərarda yalnız əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Vergi orqanı onun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmağını araşdırmamış, bu barədə hər hansı sübut əldə etməmiş, yalnız əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edilməsini göstərməklə kifayətlənmiş və bununla da əmək müfəttişlərinin vəzifə səlahiyyətlərinə aid olan məsələni həll etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazda qeyd etmişdir ki, araşdırma zamanı cavabdehin xx.xx.2021-ci il tarixli **********4215 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 1ndə yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 (on) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004713 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın iddiaçı tərəfindən imzalandığı və bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz izahatında ünvan 1ndə yerləşən “Narzan” restoranında ictimai iaşə fəaliyyəti ilə məşğul olduğunu, qeyd olunan 10 nəfər işçi ilə əmək müqaviləsi bağlamadığını və tez bir zamanda onlarla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Göründüyü kimi, iddia ərizəsində yazılanın əksinə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxtda 10 nəfər işçidən heç birinin əmək müqaviləsi hüquqi qüvvəyə minməmişdir. Operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1467/2022 nömrəli qərarı (hakim: P.Hüseynov) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarı qismən, yəni İddiaçı 2000 (iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qərarın qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməyən hissəsində iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Telnov küçəsində yerləşən Narzan adlı obyektdə operativ vergi nəzarəti həyata keçirilmiş və həmin operativ vergi nəzarəti zamanı guya 10 nəfər işçinin əmək müqaviləsi bağlanmadan əmək fəaliyyətinə cəlb olunduğu müəyyən edilmişdir. Vergi orqanı iddia etmişdir ki, yoxlama tədbiri keçirilən zaman həmin şəxslərdən izahatlar alınarkən onlar əmək müqaviləsi bağlanılmadan işlədiklərini etiraf etmişlər. Lakin məhkəmə araşdırması zamanı həmin şəxslər şahid qismində məhkəmədə ifadə vermişlər və öz ifadələrində operativ nəzarət tədbirinin həyata keçirildiyi zaman iddiaçı ilə əmək münasibətlərində olmadıqlarını bildirmişlər. Lakin məhkəmə şahidlərin məhkəmədə verdikləri ifadələri mötəbər hesab etməmiş və əsassız olaraq həmin şəxslərin guya vergi orqanına verdikləri etirafedici izahatları əsas götürmüşdür. Məhkəmənin bu mövqeyi əsassızdır, ifadələri alınmış şahidlərin həqiqətə uyğun olmayan məlumatları məhkəmədə səsləndirmələri onların cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnəciyindən bu şəxslərin həqiqətə uyğun olmayan ifadə vermələri real deyil. Eyni zamanda məhkəmə iddianı qismən təmin edərkən operativ nəzarət tədbiri həyata keçirilən zaman əmək müqaviləsi rəsmiləşdirilmədən fəaliyyət göstərən X11 fərdi sahibkarlıqla məşğul olduğunu aşkar etmişdir Bu hal özlüyündə vergi orqanının iddiaçıya məxsus restoranda apardığı nəzarət tətbirinin əsaslılığına şübhə yaradır, burdan belə nəticəyə gəlmək olur ki, vergi orqanı keçirdiyi tədbir zamanı qarşısına qoyduğu məqsədə çatmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsul və vasitələrdən istifadə etməmişdir, belə ki, vergi orqanı həmin şəxslərdən izahatlar alarkən onları foto və video görüntüsünü çəkməmiş, yalnız öz diktələri əsasında yazdırdığı sənədlərə qol çəkdirmişdir. Cavabdeh apellyasiya şikayətində qərarın təmin edilmiş hissədə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin uçotbaza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, X16 xx.xx.2019-cu il tarixindən vergi orqanında uçotda olsa da, xx.xx.2019-cu il tarixində fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə vergi orqanına arayış təqdim etmiş və nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək fəaliyyəti dayandırılmışdır, işçi Elnarə Cəfərova etirafedici izahatında xx.xx.2021-ci il tarixindən iddiaçıya məxsus “Narzan” adlı kafedə ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bildirmişdir. Eyni zamanda İddiaçı izahatında da X12 əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini etiraf etmişdir. Fiziki şəxsin vergi orqanında uçotda olması onun əmək müqaviləsi əsasında işə cəlb olunmasını istisna etmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərarın qismən təmin olunmayan hissədə ləğv olunması və iddia tələbinin tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, qərarın təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçın apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddianın təmin edilən hissəsində ləğv edilməklə həmin hissədə də iddia tələbi rədd edilməlidir. İşin hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4215 nömrəli qərarına əsasən İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (ünvan 1, fəaliyyət növü: şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004713 saylı akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilərkən 10 nəfər fiziki şəxsdən 10 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5440 nömrəli, xx.xx.2021ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, operativ vergi nəzarəti vergi ödəyicisinə məxsus “Narzan” adlı obyektdə keçirilmiş və maliyyə sanksiyası məhz onun barəsində qəbul edilmişdir. Cavabdehlik daşıyan inzibati orqandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə tam əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. - 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. - 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. - 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. - 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarını 9 nəfərə münasibətdə iddia tələbinin rədd edilməsi hissəsində, cavabdeh isə iddia tələbinin təmin edildiyi 1 nəfərə, yəni X13 münasibətdə qərarı mübahisələndirmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarında olan: - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir, qeydiyyat nömrəsi (VÖEN **********). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********4215 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan obyektdə (ünvan 1, fəaliyyət növü: şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021- ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211585399 nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) ünvan 1 ünvanındakı obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004713 saylı aktın və akta əlavə edilmiş siyahının təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı (VÖEN:**********) məxsus olan və ünvan 1 ünvanında yerləşən “Narzan” restoranında xx.xx.2021-ci il tarixdə, saat 16:40 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən 10 nəfər fiziki şəxsdən 10 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün təbirlərin görülməsi təklif olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5440 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 20.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 20.000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin nəticəsi haqqında» xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004713 saylı akta izahatları alınan və iddiaçının apellyasiya şikayətində mübahisələndirdiyi 9 nəfər şəxsin izahatları əlavə edilmişdir. X6 öz etirafedici izahatında xx.xx.2020-ci il tarixdən aşbaz vəzifəsində işlədiyini və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixli aktda izahatların xx.xx.2021-ci il tarixdə, saat 16:40-da alındığı qeyd edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X21 arasında olan əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində saat 22:58:22-də yəni, operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra elektron informasiya sistemində qeydiyyata alınmışdır. X7 öz etirafedici izahatında 2014-cü ildən ünvan 1ndə yerləşən, İddiaçı məxsus “Narzan” adlı kafedə ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X22 arasında olan əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixdə, saat 23:03:18-də elektron informasiya sistemində qeydiyyata alınmışdır. X3 öz etirafedici izahatında 17 iyun 2021-ci il tarixdən iddiaçı tərəfindən qabyuyan vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X17 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021- ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. X4 öz etirafedici izahatında xx.xx.2020-ci il tarixdə “Narzan” kafesində iddiaçı tərəfindən müğənni vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X18 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. X5 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixində ünvan 1ndə yerləşən, iddiaçıya məxsus “Narzan” adlı kafedə musiqiçi vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X19 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021- ci il tarixində əmək müqaviləsi bağlanmışdır. X24 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixindən iddiaçı tərəfindən musiqiçi kimi işə cəlb olunduğunu və onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X39 arasında operativ vergi nəzarətinin həyata keçirilməsindən sonra xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. X8 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixindən etibarən iddiaçı tərəfindən “Narzan” kafesində ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bidirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X23 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlansa da əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində elektron informasiya sistemində qeydiyyata alınmışdır. X2 öz etirafedici izahatında 2 il olar ki, iddiaçı tərəfindən “Narzan” adlı kafedə xadimə vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bidirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X14 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlansa da, əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində elektron informasiya sistemində qeydiyyata alınmışdır. X25 öz etirafedici izahatında xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən “Narzan” kafesində aşbaz vəzifəsinə işə götürüldüyünü, işəgötürənlə əmək müqaviləsi bağlansa da ona əmək müqaviləsi bildirişinin surətinin təqdim olunmadığını bildirmişdir. ƏƏSMN-nin bildiriş bazasından alınmış məlumata əsasən iddiaçı ilə X42 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlansa da, əmək müqaviləsi bildirişi xx.xx.2021-ci il tarixində elektron informasiya sistemində qeydiyyata alınmışdır. Həmçinin İddiaçı izahatında ünvan 1ndə yerləşən “Narzan” restoranında ictimai iaşə fəaliyyəti ilə məşğul olduğunu, qeyd olunan 10 nəfər işçi ilə əmək müqaviləsi və xidmət müqaviləsi bağlamadığını, işçilərə əməkhaqqının günəmuzd ödənildiyini, tez bir zamanda onlarla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı nə iddia ərizəsində, nə də ki apellyasiya şikayətinin dəlillərində xx.xx.2021-ci il tarixli **********5440 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qanunsuz olmasına dair sübutlar təqdim edə və əsaslandıra bilməmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara dair iddiaçının apellyasiya şikayətinin “məhkəmə araşdırması zamanı izahatı alınan şəxslər şahid qismində məhkəmədə ifadə vermişlər və öz ifadələrində operativ vergi nəzarət tədbirinin həyata keçirildiyi zaman iddiaçı ilə əmək münasibətlərində olmadıqlarını bildirmişlər” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu ifadələr iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən həmin şəxslərin vergi orqanına verdiyi izahatlarla fərqləndiyindən məhkəmə qeyd olunan şahid ifadələrini mötəbər sübut kimi qiymətləndirmir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş operativ vergi nəzarətinin həyata keçirildiyi obyektin müşahidə kameraları ilə çəkilmiş görüntülərə məhkəmələr tərəfindən baxış keçirilərkən cavabdehin əməkdaşları tərəfindən iddiaçıya və izahatı alınan digər şəxslərə qarşı hər hansı təzyiq, məcburiyyət və bu kimi digər hallara yol verilməsi müşahidə edilməmişdir. İddia ərizəsində və iddiaçı tərəfindən məhkəmə iclasında verilən izahatlarda da belə halların olması qeyd edilməmişdir. İzahatı alınan 09 nəfər şəxs izahatlarında restoranda konkret gördükləri işi, aldıqları əmək haqlarını, iş qrafikini, işəgötürənin İddiaçı olduğunu bildirməklə yanaşı, onlarla birlikdə çalışan digər şəxslərin (müəllimlərin) adlarını bildirmişlər ki, bu məlumatlar yalnız “Narzan” adlı obyektdə işləyən şəxslərin malik ola biləcəkləri informasiyalardır. Beləliklə, İddiaçı iş materiallarında olan etirafedici izahatından, eləcə də yuxarıda adları qeyd olunan şəxslərin iş materiallarına əlavə edilmiş izahatlarından müəyyən olunur ki, İddiaçı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən sözügedən fiziki şəxsləri işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Əmək Məcəlləsinin tələblərini pozduğundan AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların: - 3.1-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi “Elektron hökumət” portalı vasitəsilə həyata keçirilir. - 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. - 3.4-cü bəndinə görə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. - 3.5-ci bəndinə görə işəgötürən xidmətə daxil olduqda, sistem tərəfindən onun təkmil sertifikatına əsasən soyadı, adı, atasının adı, gücləndirilmiş elektron imza (dövlət orqanları və ya hüquqi şəxslərlə münasibətdə möhür vurmaq səlahiyyəti olan) kartının nömrəsi və fərdi identifikasiya nömrəsi (FİN) müəyyən edilir. İşəgötürən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxiletmə səlahiyyətini etibar etdiyi şəxsin (şəxslərin) gücləndirilmiş elektron imza kartının nömrəsini, fərdi identifikasiya nömrəsini (FİN), səlahiyyətin etibar edilmə müddətini müəyyən edilmiş formada sistemə daxil edərək təsdiqləməlidir. Qanunvericilik normalarının təhlilindən göründüyü kimi, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, inzibati pozuntunun baş verməsi əmək müqaviləsi bildirişi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 09 nəfər fiziki şəxsdən alınan izahatlar (bu izahatlar həmin şəxslərin özləri tərəfindən yazılmış və bu halı özləri təsdiq edərək imzalamışlar), eyni zamanda vergi nəzarəti tədbirindən sonra iddiaçının həmin şəxslərlə bağlanmış əmək müqavilələrini müvafiq icra hakimiyyəti orqanının elektron sistemində qeydiyyata aldırması, iddiaçının özünün etirafedici izahatı və işin digər faktiki halları ilə kifayət qədər əsaslı formada sübuta yetirilir. Kollegiya cavabdehin apellyasiya şikayətini əsaslı hesab edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianı qismən, yəni X13 münasibətdə təmin edərkən, onun fərdi sahibkar kimi vergi orqanında uçotda olmasına istinad edərək həmin şəxslə əlaqədar iddiaçının AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən vergi məsuliyyətinə cəlb edilməsinin əsassız olduğunu bildirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qeyd edilən hissədə əsassız hesab edir. Belə ki, vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən müəyyən olunmuşdur ki, X16 xx.xx.2019-cu il tarixindən vergi orqanında uçotda olsa da, xx.xx.2019-cu il tarixində fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə vergi orqanına arayış təqdim etmiş və nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək fəaliyyəti dayandırılmışdır. Həmçinin işçi Elnarə Cəfərova etirafedici izahatında xx.xx.2021-ci il tarixindən iddiaçıya məxsus “Narzan” adlı kafedə ofisiant vəzifəsinə işə götürüldüyünü və onunla əmək və ya xidməti müqaviləsi bağlanmadığını bildirmişdir. Eyni zamanda İddiaçı izahatında da X12 əmək müqaviləsi bağlamadan işə cəlb etdiyini etiraf etmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı şəhəri X34 üzrə Baş İdarəyə sorğu ünvanlanaraq xx.xx.2021-ci il tarixində keçirilmiş operativ vergi nəzarəti zamanı X1 qəbzinin olub-olmaması barədə hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya cavab məktubunda X16 (VÖEN **********) tərəfindən qeydiyyata alındığı tarixdən hal-hazıradək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınması ilə bağlı 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunmaması bildirilmişdir. Məhkəmənin sadəcə Elnarə Cəfərovanın vergi orqanında uçotda olmasını əsas gətirərək 2000 manat maliyyə sanksiyasının ləğv edilməsi ilə bağlı qərar çıxarması əsassızdır, belə ki, fiziki şəxsin vergi orqanında uçotda olması onun əmək müqaviləsi əsasında işə cəlb olunmasını istisna etmir. AR Əmək Məcəlləsininin 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3.4-cü bəndinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı ilə X20 arasında əmək münasibətləri olmasına baxmayaraq, onlar arasında əmək müqaviləsi bağlanmamış və tərəflər də inzibati icraat zamanı qeyd olunan halı etiraf etmişlər. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması iddia tələbinin qismən təmin edilməsi hissəsində düzgün və işin faktiki hallarına uyğun olmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1467/2022 nömrəli qərarı qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X34 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1467/2022 nömrəli qərarı qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar