Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4600/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın bərpa edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi nümayəndə1 və cavabdehin nümayəndəsi nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli, ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, arxiv sənədində aydın göstərilmişdir ki, atası ##.##.1978-ci ildən ##.##.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir və həmin institutun nəzdində hərbi kafedra keçmiş və ona SSRİ MNnin *** №-li əmrinə əsasən ##.##.1983-cü ildə R hərbi rütbəsi verilmişdir. Burada tələb olunan (2 ay) aydın şəkildə görünür, hansı ki, 13 il 9 ay 8 gün hal-hazırda staj kimi yazılıb (14 ili tamamlayan (2 ay 23 gün) onun hərb kafedra keçmiş olanlara “sbor”a 2 ay, 3 ay müddətində çağırış olurdu. Həmin o çağırışa o zamanlar keçmiş “Kirovabad”, indiki “Gəncə” şəhərində Zaqafqaziya hərbi qoşun birliyində “Sborda” olmuş, ** №-li əmrə əsasən atasına ##.##.1989-cu ildə hərbi rütbə verilmişdir. Bütün bunlar arayışda təqdim olunmuşdur. Bütün tələb olunan sənədləri təqdim etsə də, Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla kifayətlənmir və iddiaçının verdiyi sənədləri qənaətbəxş olmadığını deyirlər.
3. Cavabdeh tərəfindən iddiaya dair yazılı etirazda imtina məktubunda göstərilən dəlillərə istinad olunmuşdur.
4. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli 3-17-1/1-R******/2023 nömrəli, ##.##.2023-cü il tarixli 3-17-1/1- R-******/**** nömrəli, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli qərarların ləğv edilmiş və iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sosial sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra bu hal cavabdeh tərəfindən müəyyən edilmiş və əmək pensiyasının ödənişi ##.##.2023-cü il tarixdən etibarən dayandırılmışdır. Bildiririk ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (##.##.1978-ci il tarixdən ##.##.1983-cü il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. Qeyd olunan hallara əsasən iddiaçı İddiaçı atası Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə mübahisələndirilən qərarında qeyd edir ki, inzibati orqan tərəfindən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı hesablanarkən ##.##.1978-ci il tarixdən ##.##.1983-cü il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmışdır. Azərbaycan SSR təhsil qanunvericiliyinə əsasən, tədris ili rəsmi olaraq sentyabr 1-i başlayıb 31 mayda başa çatırdı. Bu müddət ərzində ümumi təhsil müəssisələrində nəzəri və praktiki dərslər keçirilir, iyun ayında isə yekun imtahanlar təşkil edilirdi. Lakin cavabdeh orqan hesablama zamanı bu faktı nəzərə almadan tədris müddətinin bitməsi kimi ##.##.1983-cü il tarixi nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən nəzərə alınmayan 1 ay 21 gün sığorta stajı kimi hesablamalıdır. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı tərəfindən təqdim edilmiş Azərbyacan Dövlət Aqrar Universitetinin##.##.2023-cü il tarixli arxiv arayışında mərhum Məhərrəmov Mənsum İsa oğlunun ##.##.1978-ci il tarixdən ##.##.1983-cü il tarixədək əyani təhsil aldığı qeyd edilmiş və sözügüedən arayışa əsasən həmin dövrlər M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. Hesab edirik ki, məhkəmənin sözügedən arayışı gözardı edərək, heç bir normaya əsaslanmadan təhsil dövrünün ##.##.1983-cü il tarixədək qəbul etməsi əsassız olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin ##.##.2024-cü il tarixli * nömrəli arayışına əsasən ##.##.1978-ci il tarixdən ##.##.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış və həmin institutun nəzdində hərbi kafedra keçmişdir. 1983-cü il tarixdə N nömrəli hərbi hissədə 60 gün təlim keçmiş və SSRİ MN-nin 194№-li əmri ilə ##.##.1983-cü ildə R hərbi rütbəsi, ##.##.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin ** №-li əmrinə əsasən R hərbi rütbəsi verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan sığorta stajının hesablanması zamanı 1983-cü il tarixdə N nömrəli hərbi hissədə 60 gün təlim keçdiyi dövr də sığorta stajı hesablanarkən nəzərə alınmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-ci maddəsinə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sosial sığorta stajına daxil edilən müddət kimi nəzərədə tutulmuşdur. Qeyd olunan normanın mahiyyətindən də göründüyü kimi hərbi hissədə təlim müddətinin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atasının ПМК 48 (передвежная механизированная колонна) hansı tarixdən xidmət etməsini təsdiq edən faktiki sənəd mövcud deyildir. Lakin Bakı şəhəri, Əzizbəyov rayonu Hərbi Komissarlığının Atttestasiya Şəhadətləndirilməsinə əsasən ПМК 48-də (передвежная механизированная колонна) xidmətdə olan R Məhərrəmov Mənsum İsa oğluna növbəti hərbi rütbənin verilməsinə layiq olduğu qeyd edilmiş, odur ki, iddiaçının mərhum atasının həmin attestasiya şəhadətləndirilməsinin verildiyi anda (##.##.1988-ci ildə) artıq ПМК 48-də (передвежная механизированная колонна) xidmət etdiyinə dair şübhə yaranmadığından Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən ən azı həmin tarixdən hesablama aparılmalıdır. ##.##.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin ** №-li əmrinə əsasən R hərbi rütbəsi verilmişdir. Odur ki, ən geci attestasiya şəhadətləndirilməsi (növbəti hərbi rütbənin verilməsinə dair təqdimat) verildiyi tarixdən (##.##.1988-ci il) R hərbi rütbəsinin verildiyi tarixə qədər olan dövr (##.##.1989-cu il) Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən nəzərə alınmalıdır (5 ay 21 gün). Qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə Məhərrəmov Mənsum İsa oğlunun stajının ##.##.1988-ci il tarixdən ##.##.1989- cu il tarixədək hesablanmalı olmasına dair hər hansı maddi hüquq normasına istinad etməmiş, məhkəmənin mövqeyi sadəcə mülahizəyə əsaslanmışdır. Məhkəmə qeyd edilən dövrlərin hərbi xidmət dövrünə aid olub-olmaması, olduğu təqdirdə sosial təminat hüququ baxımdan mərhumun stajına daxil edilib-edilməməsi məsələsinə dair düzgün olmayan hüquqi mövqe göstərmişdir. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı ##.##.2020-ci il tarixdən (##.##.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət (pensiya hüququ olmadığı üçün) təyin edilib, ##.##.2023-cü il tarixdən 120 manata çatdırılıb. Qanunun 39.1ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ##.##.2020-ci il tarixdən (##.##.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) ##.##.2023-cü il tarixədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt,ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
10. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. İddiaçı İddiaçı ##.##.2005-ci il təvəllüdlüdür.
13. AZ-İ ****** nömrəli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”yə əsasən müəyyən edilir ki, Məhərrəmov Mənsum İsa oğlu ##.##.2005-ci ildə nümayəndə1 doğulmuş X1 atası hesab edilmişdir.
14. Məhərrəmov Mənsum İsa oğlu ##.##.2018-ci il tarixdə vəfat etmişdir.
15. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin *** nömrəli ##.##.2019-cu il tarixli qərarına əsasən nümayəndə1 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
16. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli, ##.##.2023-cü il tarixli *-**- */*-R-******/**** nömrəli (Qeyd: ##.##.2020-##.##.2023-cü il dövrü üçün ödənilməli olan müavinətin məbləği əmək pensiyası işi üzrə artıq ödənilmiş vəsait ilə əvəzləşdirilmişdir), ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2023-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ##.##.2023-cü il tarixli 3-17-1/1-R******/2023 nömrəli, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında ##.##.2024-cü il tarixli *-**-*/*-R-*****/**** nömrəli qərarlar qəbul edilmişdir.
17. Bununla bağlı iddiaçı (anası) cavabdeh quruma müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının nümayəndəsi nümayəndə1 ünvanlanmış ##.##.2023-cü il tarixli müraciətin cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (##.##.1978-ci il tarixindən ##.##.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (14 il) azdır. Qeyd olunanlara əsasən övladı İddiaçı, Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi ##.##.2023-cü il tarixli arayışda qeyd olunan ##.##.1978ci il tarixindən ##.##.1983-cü il tarixinədək əyani təhsil dövrü M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı ##.##.2020ci il tarixindən (##.##.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilib, ##.##.2023-cü il tarixindən 120 manata çatdırılıb. Qanunun 39.1ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçün bildirilmişdir ki, ##.##.2023-cü il tarixli müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əmək pensiyasının ödənişi ##.##.2023-cü il tarixindən dayandırılmışdır. Nəticədə, Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ##.##.2020-ci il tarixindən (##.##.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) ##.##.2023-cü il tarixinədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir.
18. Azərbaycan Dövlət Aqrar Universitetinin ## ###### 2025-ci il tarixli, *-**-**/*- ****/**** nömrəli məktubundan görünür ki, Məhərrəmov Mənsum İsa oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (əvvəllər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti) arxivində saxlanılan sənədlərə müvafiq olaraq o, həqiqətən 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “k/t-nın iqtisadiyyatı və təşkili” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuş (əmr № ***, ##.##.1978-ci il), 1983-cü ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (əmr № ***, ##.##.1983-cü il) və ona № ****** seriyalı adi diplom verilmişdir (qeydiyyat nömrəsi 225327).
19. Azərbaycan Dövlət Aqrar Universitetinin Arxivindən Əmrdən çıxarışlar (rus dilində) iş materiallarına əlavə edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya məhkəməsinin icraatında olan araşdırma Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** saylı qərarında qeyd olunmuş göstərişlər əsasında aparılır.
23. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
24. “Əmək pensiyaları haqqında” Qanundan: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur.
25. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (##.##.1978ci il tarixindən
26. ##.##.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 il) azdır. İddiaçı əmək pensiyası hüququna yenidən baxılan zaman onun təqdim etdiyi atası M.Məhərrəmova məxsus təhsil haqqında sənədin surətinə əsasən ##.##.1978-ci il tarixindən ##.##.1983-cü il tarixinədək təhsil illəri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin “Siqnal” İLİ idarəsinin ##.##.2023-cü il tarixli arayışının surətinə əsasən ##.##.2004-cü il tarixindən ##.##.2004- cü il tarixinədək, ##.##.2005-ci il tarixindən ##.##.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü, MEİS-in “Pensiya” altsistemində olan məlumata əsasən ##.##.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınan 8 il daxil olmaqla ümumilikdə 13 il 9 ay 8 gün sığorta stajı müəyyən edilmişdir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il ## ######## tarixli *** nömrəli qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
28. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 14 il sığorta stajdan 13 il 9 ay 8 gün sığorta stajına malik olması işin mübahisəsiz halıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı hesablanarkən ##.##.1978-ci il tarixindən ##.##.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmışdır. Azərbaycan SSR təhsil qanunvericiliyinə əsasn, tədris ili rəsmi olaraq sentyabr 1-i başlayıb 31 mayda başa çatırdı. Bu müddət ərzində ümumi təhsil müəssisələrində nəzəri və praktiki dərslər keçirilir, iyun ayında isə yekun imtahanlar təşkil edilirdi. Lakin cavabdeh orqan hesablama zamanı bu faktı nəzərə almadan tədris müddətinin bitməsi kimi ##.##.1983-cü il tarixi nəzərə almışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən nəzərə alınmayan 1 ay 21 günü sığorta stajı kimi hesablamalıdır.
30. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin ##.##.2024-cü il tarixli * nömrəli arayışına əsasən ##.##.1978-ci il tarixdən ##.##.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüftaı İnstitutunda təhsil almış və həmin institutun nəzdində hərbi kafedra keçmişdir. 1983-cü il tarixdə N nömrəli hərbi hissədə 60 gün təlim keçmiş və SSRİ MN-nin 194№-li əmri ilə ##.##.1983-cü ildə R hərbi rütbəsi, ##.##.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin ** №-li əmrinə əsasən R hərbi rütbəsi verilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sığorta stajının hesablanması zamanı 1983-cü il tarixdə N nömrəli hərbi hissədə 60 gün təlim keçdiyi dövr də sığorta stajı hesablanarkən nəzərə almalıdır.
32. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli məktubu ilə mərhum ##.##.1961-ci il təvəllüdlü R Məhərrəmov Mənsum İsa oğlunun şəxsi işinin təsdiq olunmuş surəti göndərilmişdir.
33. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atasının ПМК 48 (передвежная механизированная колонна) hansı tarixdən xidmət etməsini təsdiq edən faktiki sənəd mövcud deyildir. Lakin Bakı şəhəri, Əzizbəyov rayonu Hərbi Komissarlığının Atttestasiya Şəhadətləndirilməsinə əsasən ПМК 48-də (передвежная механизированная колонна) xidmətdə olan R Məhərrəmov Mənsum İsa oğluna növbəti hərbi rütbənin verilməsinə layiq olduğu qeyd edilmiş, odur ki, iddiaçının mərhum atasının həmin attestasiya şəhadətləndirilməsinin verildiyi anda (##.##.1988-ci ildə) artıq ПМК 48-də (передвежная механизированная колонна) xidmət etdiyinə dair şübhə yaranmadığından Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən ən azı həmin tarixdən hesablama aparılmalıdır. ##.##.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin ** №-li əmrinə əsasən R hərbi rütbəsi verilmişdir. Odur ki, ən geci attestasiya şəhadətləndirilməsi (növbəti hərbi rütbənin verilməsinə dair təqdimat) verildiyi tarixdən (##.##.1988-ci il) R hərbi rütbəsinin verildiyi tarixə qədər olan dövr (##.##.1989-cu il) Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən nəzərə alınmalıdır (5 ay 21 gün).
34. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” qanundan: İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;
35. Beləliklə, iddiaçının mərhum atası Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı tələb olunan 14 ildən çoxdur (təqribən 14 il 6 aydır).
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli 3- 17-1/1-R******/2023 nömrəli və ##.##.2024-cü il tarixi qərarlar hazırki iddianın predmeti olan ##.##.2023-cü il tarixli *-**-*/*-R-******/**** nömrəli qərarın qüvvədə saxlanması ilə bağlıdır, ona görə də ayrıca hüquqi tənzimləmə yaratmır. Məhkəmə tərəfindən iddiaçıya pensiya ödənişinin həyata keçirilməsinə əsas olan ##.##.2023-cü il tarixli 3-17-1/1-R******/2023 nömrəli qərar ləğv edildiyindən sonrakı qərarlar (artıq) öz əhəmiyyətini itirmiş olur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum atasının 13 il 9 ay 8 gün sığorta stajına malik olması işin mübahisəsiz halıdır. Cavabdehin mövqeyinə görə mərhum Məhərrəmov Mənsum İsa oğlunun sosial sığorta stajı (##.##.1978-ci il tarixdən ##.##.1983cü il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, iddiaçının mərhum atası Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı cavabdeh qurumun iddia etdiyi kimi, 13 il 9 ay 8 gün deyil, məhz tələb olunan 14 ildən çoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atasının hərbi hissədə təlim keçdiyi dövrün hərbi xidmət müddəti kimi sosial sığorta stajına hesablanmasına dair mövqe əsaslıdır. Çünki SSRİ dövründə hərbi kafedra olan universitetlərdə məhz bu qaydada xidmətkeçmə nəzərdə tutulurdu.
40. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini yoxlayıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanuniliyini və əsaslılığını qiymətləndirərək belə qənaətə gəlir: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı SSR dövründə 60 günlük hərbi təlim toplanışına çağırılmış, həmin müddətdə hərbi vəzifə icra etmişdir. Bu hal iddiaçının hərbi bileti, arxiv arayışı və digər yazılı sübutlarla təsdiq edilir. Apellyasiya şikayətində cavabdeh orqan göstərmişdir ki, həmin vaxtın sığorta stajına daxil edilməsi mümkün deyildir. Lakin məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir.
41. Kollegiya qeyd edir ki, SSR dövrünə aid münasibətlər üzrə hərbi bilet, arxiv arayışı, müəssisə sənədləri və digər rəsmi yazılı sübutlar hüquqi əhəmiyyətli sübut vasitələri hesab olunur. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun qiymətləndirmiş, iş üzrə faktiki halları düzgün müəyyən etmişdir. Cavabdeh tərəfindən həmin sənədlərin etibarsızlığına, saxtalığına və ya hüquqi qüvvəsini itirməsinə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. Kollegiya həmçinin nəzərə alır ki, sosial təminat hüququnun həyata keçirilməsi zamanı normativ müddəalar şəxsin hüquqlarını əsassız məhdudlaşdıracaq şəkildə dar şərh edilə bilməz. Hərbi təlim toplanışında olmaq dövlət vəzifəsinin icrası xarakteri daşıdığından, həmin müddətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada staja daxil edilməsi mümkündür.
42. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın təmin olunmasına dair nəticəsi işin hallarına və maddi hüquq normalarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.
43. Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarında qeyd olunmuş göstərişlərə əsasən əldə edilmiş Azərbaycan Dövlət Aqrar Universitetinin ## ###### 2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, Məhərrəmov Mənsum İsa oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (əvvəllər Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, 1991-ci ildən Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, 2009-cu ildən Azərbaycan Dövlət Aqrar Universiteti) arxivində saxlanılan sənədlərə müvafiq olaraq o, həqiqətən 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “k/t-nın iqtisadiyyatı və təşkili” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olmuş (əmr № ***, ##.##.1978-ci il), 1983-cü ildə həmin ixtisasın əyani təhsil formasını bitirmişdir (əmr № ***, ##.##.1983-cü il) və ona № ****** seriyalı adi diplom verilmişdir (qeydiyyat nömrəsi 225327)(Azərbaycan Dövlət Aqrar Universitetinin Arxivindən əmrdən çıxarışlar (rus dilində) iş materiallarına əlavə edilmişdir).
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
46. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
47. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov