Məhkəmə qərarları › İş №2-1(103)-461/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-461/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-461/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-461/2023 (Açar sözlər: ““əlilliyin müddətsiz təyin edilməsi”) Bakı şəhəri 30 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5706/22 saylı, 21 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2022-ci il tarixdən **********6 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq xx.xx.2021-ci il tarixindən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Daban sümüyünün sınığı, sol daban sümüyünün bitişmiş köhnəlmiş siniğı və posttravmatik deformasiya” diaqnozu anamnestik məlumatlar vo obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-cı il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq "Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir.

2. Bakı şəhəri Qaradağ rayon həkim-əmək ekspert komissiyasının SER TSE-10 №-li 054694 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

3. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 054477 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

4. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 286232 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2002-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

5. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 424194 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

6. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 524125 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

7. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 872519 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

8. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 076950 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

9. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 305147 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

10. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 478332 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

11. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 619171 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

12. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 760752 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

13. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 956930 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

14. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 288063 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

15. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 036721 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

16. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 292549 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

17. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 499282 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixə qədər üçüncü qrup əlil hesab edilmişdir.

18. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2016-ci il tarixdə qiymətləndirilərək “Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit. Hərəkət funksiyasının pozulması” diaqnozu ilə “Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit.” meyarlarına əsasən xx.xx.2021-ci il tarixə qədər 3-cü dərəcəli əlillik təyin edilmişdir.

19. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə 0042003AACEQ saylı göndəriş əsasında qiymətləndirilərək “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür.” səbəbi ilə əlillik təyinatından imtina verilmişdir.

20. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 alınmış məhkəmə tibbi-ekpertizasının rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Bakı “X4”nin 0042003AACEQ saylı göndərişi tam doldurulsa da, qeyd edilmiş “daban sümüyünün sınığı, sol daban sümüyünün bitişmiş, köhnəlmiş sınığı və postravmatik deformasiya” diaqnozu nəzərə alınmaqla, vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının hər-hansı bir meyarlarını ona aid etmək mümkün deyil. Vətəndaş İddiaçı hal-hazırda göndərişdə olan diaqnozu ilə əlaqədar müalicəyə ehtiyacı yoxdur.

21. İddiaçıya ilk dəfə xx.xx.1993-cü il tarixdə, sonradan isə xx.xx.2000-ci il tarixdən fasiləsiz olaraq xx.xx.2021-ci il tarixədək “Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit. Hərəkət funksiyasının pozulması” diaqnozu ilə “Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit.” meyarlarına əsasən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Beləliklə də, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər fasiləsiz olaraq 21 ildən artıq müddət 3-cü qrup əlil olmuşdur

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya 3-cü qrup əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir..

24. Məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 15 ildən yuxarı üçüncü qrup dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə həmin tarixdən üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

25. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının 1992-ci ilin avqust ayında Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə mina partlaması nəticəsində sol ayaq-daban sümükləri dağılmış, hər iki qulağının pərdələri deşilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 1993-cü ildə verdiyi arayış əsasında Qaradağ rayon HƏEK-nın 27 sentyabr 1993-cü il tarixli BTE-10 054694 saylı qərarı ilə ona 3-cü qrup əlillik təyin edilmişdir. Sonrakı illərdə müntəzəm olaraq müalicələr almış və hər il müayinədən keçərək əlillik təyinatı təsdiqlənmişdir. Sonuncu dəfə 2016-ci ilin fevral ayında komissiyadan keçmiş və əlillik 5 il müddətinə təyin olunmuş, yəni 28 ildir ki, əlildir. Keçən il növbəti müayinə üçün 19 saylı xəstəxana Forma 88-i TSEK-a göndərmiş, xx.xx.2021-ci tarixdə əlilliyin təyin edilməsindən imtina barədə mesaj gəlmiş, bununla əlaqədar DOST Mərkəzinə müraciət etmiş, sənədlərinə baxılaraq bildirilmişdir ki, Forma 88-də əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olunduğu qeyd edilmədiyi və Travmatologiya İnstitunun rəyi tam yazılmadığı üçün imtina olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixdə TSEK-a müraciət etmiş, sənədlərinə baxılaraq imtinanın düzgün olmadığı və hərbi həkim komissiyasına müraciət etməsi bildirilmişdir. Təyin edilən vaxtda komissiyada olmuş, lakin Forma 88 düzgün tərtib olunmadığı bildirilərək onu qəbul etməmişlər. xx.xx.2021-ci il tarixdə yenidən TSEK-a müraciət etmiş, xx.xx.2021-ci il tarixdə onu hərbi həkim komissiyasına çağırmışlar, komissiya üzvləri əvvəlcə şikayətini, sonra isə əlil ola-ola necə işlədiyini soruşmuşlar. Bildirmişdir ki, işi oturaq işdir, fiziki güc tələb etmir. Sual vermişlər ki, necə olur ki, 28 il eyni xəstəliklə əlil olur, indi isə sağlam olur. Komissiyanın digər bir üzvü isə bildirmişdir ki, 3-cü qrup əlilliyi ayağı kəsilənlərə verilir, gedib əlavə müalicə almalıdır. Amma ona izah edə bilməmişlər ki, 30 yaşında dağılan daban sümüyü 60 yaşınadək inkişaf edir, yaxud daha da kövrəlir. 2021-ci il iyun ayında Respublika Kliniki Xəstəxanasının Travmotologiya şöbəsində müalicədə olunmuş və iyul ayında yenə Forma 88 TSEK-a göndərilmiş, lakin ona yenidən imtina olunmuşdur. Bununla əlaqədar axırıncı dəfə xx.xx.2022-ci il tarixdə ona cavab məktubu göndərilərək məktubda imtinanın qüvvədə qaldığı qeyd olunmuşdur. Bildirir ki, TSEK Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il 413 saylı qərarının 4.2 maddəsini kobud surətdə pozaraq əlilliyini müddətsiz təyin etməmiş, qərara əsasən 3-cü qrup əlillər 15 ildən artıq fasiləsiz əlillik dərəcəsi alıdıqdan sonra əlillik müddətsiz təyin edilir.

26. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir.Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2000-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1; XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı ...; Diaqnozun mətni: Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Ətrafın hissəvi pozulması ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sol daban sümüyünün bitişmiş sınığından sonrakı baldır daban oynağının kontrakturası” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 19 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı ...; Diaqnozun mətni: Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Ətrafın hissəvi pozulması ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsiverilmişdir. Bakı X4nin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşıq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; Diaqnozun mətni: Sol daban sümüyünün qeyridüzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Hərəkət funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aşağı-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıq-baldır oynağı...; diaqnozun mətni: sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit. Hərəkət funksiyasının pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => digər: Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxlear nevrit” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı X4nin xx.xx.2021- ci il tarixli 0042003AACEQ saylı göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: sol daban sümüyünün bitişmiş köhnəlmiş sınığı və posttravmatik deformasiya, aşıq – baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz oynaq yarıqların artrozu, Aşıq-baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz, sol daban sümüyünün bitişmiş köhnəlmiş sınığı və posttravmatik deformasiya, Aşıq-baldır oynaqların kəskin kantrakturası, regionar osteoparoz daraqarxası birləşmələrin oynaq yarıqların artrozuaşıq-baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz, Aşıq -Baldır oynaqların kəskin kantrakturası. Regionar osteoparoz; Mərkəzə göndərilmənin - İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir, ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı X4nin xx.xx.2021-ci il tarixli 0042003AACEQ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90- S99 - Aşıqbaldır oynağı və ayaq nahiyələrinin travmaları => S92 - Ayağın sınığı; aşıqbaldır oynağı...; Diaqnozun mətni: Daban sümüyünün sınığı, sol daban sümüyünün bitişmiş köhnəlmiş sınığı və posttravmatik deformasiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5706/22 saylı, 21 iyul 2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 15 ildən yuxarı üçüncü dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq ona müddətsiz üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

28. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 3-cü qrup əlillik təyin olunduğu üçün eyni xəstəliklər səbəbindən cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlilliyin təyin edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.

29. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona fasiləsiz 3-cü qrup əlillik təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə).

30. Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 3-cü qrup əlillik təyin olunduğu üçün həmin tarixdən üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə dair müvafiq inzibati akt qəbul edilməlidir.

32. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 15 ildən yuxarı üçüncü dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə iddiaçıya həmin tarixdən üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi qoyulmalıdır.

33. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 38-ci, 60-cı maddəsinə, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinə, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsinə, Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016) işdə Avropa Məhkəməsinin qərarına, Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, 23.2.2016) işdə məhkəmə qərarına, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci, 58.7-ci, 68.1-ci, 68.2-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

34. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5706/2022 saylı, 21 iyul 2022-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən istinad etmişdir ki, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona fasiləsiz 3-cü qrup əlillik təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğı iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1) imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İddiaçıya xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 3-cü qrup əlillik təyin olunduğu üçün həmin tarixdən üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə dair müvafiq inzibati akt qəbul edilməlidir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-cı il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 4.2-ci bəndinə görə Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi nəzərdə tutulmuşdur. Buradan da göründüyü kimi, əlillik müddətinin 15 il davam etmiş olması vətəndaşa birbaşa əlillik təyinatının aparılmasına əsas vermir. Bunun üçün vətəndaş yenidən qiymətləndirməsi həyata keçirilməlidir.Bununla yanaşı analoji bir işdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-912/2022 nömrəli qərarında da (31, 33-cü bəndlər) əlilliyin müddətsiz müəyyən olunması üçün növbəti müayinənin labüdlüyü qeyd olunmuşdur. Qeyd etmək istəyirik ki, Hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin qiymətləndirilməsi barədə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlərə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarlardan verilmiş şikayətlərə may 2021-ci il tarixdə Agentlikdə baxılmışdır. Aparılan araşdırmalar çərçivəsində 23 nəfər Agentlikdə əyani müayinə olunmuş, hazırkı vəziyyətlərini əks etdirən tibbi sənədlər araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir. İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0042003AACEQ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993-cü il tarixli 813 nömrəli arayış verilmişdir.İddiaçı, İddiaçı əlillik təyinatı aparılmasından imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

38. Apellyasiya baxışı zamanı cavabdeh məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38- ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

40. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.

41. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var.

42. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, iştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür.

43. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrıseçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü.

44. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir.

45. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanununa əsasən,

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosialinteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtinadır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra- TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə vəreabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 4.1-ci bənd. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

48. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir ki, birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin. Fərmanın 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilmişdir.

49. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar.

50. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

51. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

52. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir.İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.Odur ki, iddia mümkün iddiadır.

54. İşin araşdırılan hallarından isə görünür ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş, “Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Qeyd edilən diaqnoz və ağırlaşmalar əlillik təyin etməyə əsas vermir. İxtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhət görülür.” səbəbi ilə əlillik təyinatından imtina verilmişdir.

55. İş materiallarından görünür ki, iddiaçıya ilk dəfə xx.xx.1993-cü il tarixdə, sonradan isə xx.xx.2000-ci il tarixdən fasiləsiz olaraq xx.xx.2021-ci il tarixədək “Sol daban sümüyünün qeyri düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit. Hərəkət funksiyasının pozulması” diaqnozu ilə “Sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığından sonrakı baldır-daban oynağının kontrakturası. İki tərəfli koxtear nevrit.” meyarlarına əsasən 3-cü dərəcəli əlillik təyin edilmişdir.

56. Beləliklə də, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər fasiləsiz olaraq 21 ildən artıq müddət 3-cü qrup əlil olmuşdur.

57. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tibbi-ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin 05 may 2022-cü il tarixli Rəyi ilə əlillik dərəcəsinə əsas verən meyarlar müəyyən edilmədiyi bildirilmişdir.

58. Bunla bağlı iddiaçı apellyasiya instansiyasında məhkəmə baxışı zamanı bildirmişdir ki, onun ekspertiza zamanı müayinəsi formal olmuş, iddiaçıya vizual baxış keçirilmiş, müayinə tibbi avadanlıqdan istifadə edilmədən və faktiki olaraq canlı müayinə edilmədən Rəy verilmişdir.

59. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 3-cü qrup əlillik təyin olunduğu üçün eyni xəstəliklər səbəbindən cavabdehin iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlilliyin təyin edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.

60. Belə olan halda məhkəmə nəticəyə gəlmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixə qədər fasiləsiz 3-cü qrup əlillik təyin olunduğu üçün həmin tarixdən iddiaçıya üçüncü dərəcəli əlilliyin heç bir müayinəyə cəlb edilmədən müddətsiz təyin edilməsinə dair müvafiq inzibati akt qəbul edilməlidir.

61. Apellyasiya şikayətinin dəlilləri baxımından və iddiaçı apellyasiya instansiyasında məhkəmə baxışı zamanı onun ekspertiza zamanı müayinəsi formal olmasını, iddiaçıya vizual baxış keçirilməsini, müayinə tibbi avadanlıqdan istifadə edilmədən və faktiki olaraq canlı müayinə edilmədən Rəy verilməsini bildirdiyindən Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(103)-461/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

62. 12 aprel 2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin 29 mart 2023-cü il tarixli, T134/2023 saylı Rəyi daxil olmuşdur.

63. Ekspert rəyində qeyd olunmuşdur ki, 1962-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - İddiaçı iş materiallarına əsasən hazırda onda “Odlu silah yaralanması-mina partlayışı nəticəsində sol daban sümüyünün bitişmiş köhnəlmiş sınığı və postravmatik deformasiyası, aşıq-daban birləşməsinin kirəcləşməsi, artrozu. Daraqarxası birləşmələrin oynaq yarıqlarının qeyri bərabər daralması-artroz və kontrakturaları. Aşıq-baldır oynağının kontrakturası, (dorzal bükmə- 85°; ayaqarxası bükmə- 95°; regionar osteoparoz. Daimi ağrılar sindromu, postravmatik çapıqlar, axsama və yeriş funksiyasının cüzi dərəcədə pozulması (S92.0; W32; W33; L91; Y36.4; M24.5; M19.0; M80.2; M21.8; İ87.2; R52.0; R26.8); İki tərəfli koxlear nevrit diaqnozu müəyyən edilir. Qeyd edilən diaqnoz ilə 2016-cı il tarixdə olan diaqnozun arasında heç bir dəyişiklik yoxdur. -Əlilliyin təyini ilə əlaqədar yəni qəraddadakı 3-cü sualın həlli məhkəmə tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"- nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyin qiymətləndirmək məqsədilə Tibbi-Sosial Ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

64. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin 29 mart 2023-cü il tarixli, T134/2023 saylı Rəyində eyd edilən diaqnoz ilə 2016-cı il tarixdə olan diaqnozun arasında heç bir dəyişiklik olmaması müəyyən edilmişdir.

65. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli № 187 Qərarı ilə:

1. “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilməsi;

2. “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” 1-ci hissəsi ləğv edilməsi Qərara alınmışdır.

66. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, iddiaçıya xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər eyni xəstəliklər səbəbindən fasiləsiz 3-cü qrup əlillik təyin olunmuş, xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlilliyin təyin edilməsindən cavabdeh tərəfindən imtina edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” qüvvədə olmuşdur.

67. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində və məhkəmə baxışı zamanı iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlilliyin təyin edilməsindən cavabdeh tərəfindən edilən imtinanın hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli № 187 Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na zidd olmasına dair heç bir dəlilə istinad etməmişdir.

68. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə Kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və tətbiq edilən normaların məzmunundan göründüyü kimi, xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlillik aşağıdakı üç haldan biri olduqda müddətsiz təyin edilir: - Tibbi göstəriş olan xüsusi hallarda; - 3-cü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda; - Əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda.

69. Göstərilən maddi hüquq normasında əlilliyin müddətsiz verilməsi halları qeyd edilir və iddiaçı məhz qanunda göstərdiyi ikinci hala, yəni 3-cü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğuna istinad edərək əlilliyin müayinə keçmədən müddətsiz təyin edilməsini tələb edir.

70. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sadalanan maddi hüquq normasının tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir. Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə onun istinad etdiyi və xx.xx.2021-ci il tarixdən müddətsiz 3-cü dərəcəli əlilliyin təyin edilməsindən cavabdeh tərəfindən imtina edilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 4.2-ci bəndi tətbiq olunacaqdır.

71. İddiaçı 3-cü dərəcə əlilliyin 15 il fasiləsiz olaraq təyin olunduğunu qeyd edərək ona 3-cü dərəcəli əlilliyin tibbi komissiyasının göndərişi olmadan müddətsiz müəyyən olunmasını xahiş etmişdir.

72. Yuxarıda qeyd olunan normanın məzmununa əsasən 3-cü dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, 3-cü dərəcə əlilliyin fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir.

73. Apellyasiya şikayətinin dəlilləri baxımından və iddiaçı apellyasiya instansiyasında məhkəmə baxışında onun ekspertiza zamanı müayinəsi formal olmasını, iddiaçıya vizual baxış keçirilməsini, müayinə tibbi avadanlıqdan istifadə edilmədən və faktiki olaraq canlı müayinə edilmədən Rəy verilməsini bildirdiyindən Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(103)-461/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

74. 12 aprel 2023-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin 29 mart 2023-cü il tarixli, T134/2023 saylı Rəyi daxil olmuşdur.

75. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsinin 29 mart 2023-cü il tarixli, T134/2023 saylı Rəyində eyd edilən diaqnoz ilə 2016-cı il tarixdə olan diaqnozun arasında heç bir dəyişiklik olmaması müəyyən edilmişdir.

76. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiası əsaslıdr, odur ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

77. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5706/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5706/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar