Məhkəmə qərarları › İş №2-1(103)-4617/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4617/2025

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4617/2025 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı Qala Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ######## 2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. ##.##.2025-ci il tarixli 3-48-2F/2- ***/**** nömrəli məktubuna əlavə edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, Qala Bələdiyyəsi ilə İddiaçı arasında fərdi evin tikilməsi məqsədi ilə Bakı şəhəri keçmiş Əzizbəyov rayonu yeni massiv küçəsində 1200 kv.metr torpaq sahəsinin 1 kv.m üçün 8.800 AZN alqı-satqısına dair müqavilə bağlanılmışdır.

2. Əzizbəyov rayonu Qala Bələdiyyəsinin “Vətəndaş fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, Bakı şəh. Xəzər ray. Qala q. Dos ev 1 m 5- də yaşayan İddiaçı Qala Qəsəbəsində ev tikmək üçün 1200 kv.m sahəsi ayılmasına dair sərəncam verilmişdir.

3. Qala qəsəbə ərazisində İddiaçı ayrılan sahənin sxemi tərtib edilmişdir.

4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2005-ci il tarixli ****** nömrəli kassa mədaxil orderində qeyd edilmişdir ki, İddiaçı Qala Bələdiyyəsinin hesabına 10.560.000 AZN pul ödəmişdir.

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin tələbi təmin olunmamışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Qala qəsəbəsi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı Sərəncamına əsasən və ##.##.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən dəyərini tam ödəyərək aldığı, Qala qəsəbəsi, Yeni Massiv küçəsində yerləşən 1200 kv.m torpağına aid mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməsi barədə məhkəmə aktı qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı olaraq (FİN: *******, ş/v AZE 13021022), d/t: ##.##.1958-ci il) Bakı şəhəri Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu) Qala qəsəbəsi Bələdiyyəsinin *** saylı Sərəncamına əsasən və ##.##.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən Yeni Massiv küçəsində 1200 kv.m torpağı dəyərini tam olaraq ödəməklə almış, hasarlar daxil beton-bünövrə ilə bərabər bəzi tikinti işləri aparmış və tikinti materialları tökmüşdür. Əmlaka aid ilkin bələdiyyə sənədləri və torpağına dair sxem və baş plandan çıxarışın mövcuddur. Milli Arxiv İdarəsindən ##.##.2024-cü il tarixdə sənədlərin təsdiqlənmiş kserosurətlərini də rəsmi almışdır. Bakı şəhəri Xəzər rayonu (əvvəlki adı: Əzizbəyov rayonu), Qala qəsəbəsi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı qərarına uyğun olaraq və ##.##.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən aldığı Yeni Massiv küçəsində 1200 kv.m torpağının kommunalar və bələdiyyə vergilərini, sığorta xərclərini və digər vergilərini rəsmi qaydada ödəyə bilmir. Bundan savayı əmlakı əlaqədar bir çox hüquqlarından istifadə edə bilmir. Qeyd edilən əmlakı ilə tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı əsassız və ədalətsiz olaraq tanınmır. Cənab Prezidentimizin sənədsiz evlərin inventarlaşdırılması/sənəndləşdirilməsi haqqında 2021-ci ilin fərmanının icrası ilə bağlı ƏMDK-nə etdiyi 2 dəfə müraciətdə bildirmişdilər ki, (KİV-lərində dəfələrlə işıqlandırılmışdır) “COVİD 19” Pandemiyası ilə bağlı müvəqqəti olaraq icrası yubadılıb. Sonda DƏDRX-nin * saylı Bakı şəhər Əİ-nə 2024-cü ilin iyul ayında *(*********-qeydiyyat nömrəli) rəsmi müraciət edərək mülkiyyət hüquqlarının qeydiyyata alınmasını və DƏDRX-dən çıxarışın verilməsini “ƏRİZƏ” ilə xahiş etsə də ona hələ də cavab verilməmişdir. Yaxınlaşanda cavabın dublikatını belə ala bilmir. ##.##.2025- ci il tarixində yenidən ərizə ilə müraciət etdi və komitənin özündə bildirdilər ki, sənədləşmə tam düzgündür, 2007-ci ilin dekabr ayına qədər Qala Bələdiyyəsi qanunvericiliklə verilmiş səlahiyyət çərçivəsində əqdi imzalayıb. Qanunidir, amma ünvan yazılmayıb. Sənədlərə baxdıqda Yeni Massiv küçəsində 1200 kv.m torpağın ayrılması dəqiq qeyd edilib. Bundan savayı bildiyi kimi ünvanların verilməsi DƏDRXtərəfindən verilir və buna aid xidmət haqqı da ödəməyə hazır olduğunu bildirmişdir. *** saylı Sərəncamına uyğun olaraq və ##.##.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən müəyyən edilmiş Sxem və Baş plandan çıxarışda da əmlakının dəqiq kordinatları müəyyən edilib. Həmçinin DƏDRX-nin öz mütəxəssisləri əmlaka baxış keçirərək müəyyən etmək səlahiyyətləri var. Bildirildi ki, məhkəmə vasitəsi ilə qəbul ediləcək məhkəmə aktının icrası ilə hüquqlarınız qeydiyyata alınacaq. Dəyərini ödəyərək aldığı 20 ildən çoxdur fasiləsiz olaraq istifadə və sahibliyində olan torpaq sahəsi və tikinti digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmır və heç bir magistral boru, elektrik, qaz və kommunal xətlərin ərazi dairəsinə düşmür, ekoloji tarazlığı pozmur və Qala bələdiyyəsinin 2025-ci il tarixli tikintiyə icazə barədə sərəncam və alqı-satqı müqaviləsi verilərkən əmlaka yerli baxış keçirilərkən, bütün bunlar qala Bələdiyyəsinin və digər təşkilatların nümayəndələri tərəfindən yoxlanılaraq razılıqlar verilmişdir. Bu tələb 20 ildən çoxdur fasiləsiz olaraq tərəfindən icra edilib və hər hansı bir hüquq mühafizə və digər aidiyyəti orqanlar tərəfindən xəbərdarlıq və ya məsuliyyəti yaranmayıb. Hesab edir ki, işin hüquqi, faktiki olaraq 2005-ci ildən fasiləsiz olaraq yaşadığı, sahiblik və istifadə etdiyi Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində ona məxsus olan 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata almaqla mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməlidir. Alqı-satqı aktının imzalanması ilə əmlakın əldə edilməsi barədə əqdin nəzərə alınmaması və 20 ildən çoxdur fasiləsiz istifadə/sahibliyində olan əmlaka dair hüquqların qeydiyyata alınmasından imtina əsaslı olma bilməz.

8. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, (əvvəlki Əzizbəyov rayonu), Qala qəsəbəsi bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı sərəncamına əsasən və ##.##.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən dəyərini tam ödəyərək aldığı Qala qəsəbəsi, Yeni massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə və üzərində tikərək yaşadığı fərdi yaşayış evinə aid iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

9. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Qala Bələdiyyəsinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində stinadlar qeyd edilməmiş və cizgi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. O cümlədən cizgidə müvafiq bələdiyyə qərarına istinad edilməmişdir. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aid olmaqla yanaşı daxilindən orta təzyiqli (219 mm) qaz xətti keçir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m qeyd olunsa da, faktiki 960 kv.m təşkil etdiyi məlum olmuşdur.”

11. İddiaçının cavabdehin etirazına yazılı münasibətində qeyd edilmişdir ki, faktiki cizgilər mövcud deyil. Daşınmaz əmlak alqı-satqı olunan vaxtdan, 2015-ci ildən R.Cəmilənin sahibliyi və istifadəsində olmuşdur. Daşınmaz əmlakın fiziki mövcudluğuna DƏDRX-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və cizgilərini müəyyən olunmasında heç bir fiziki və hüquqi maniyə yoxdur. Cizgilərin çəkilməsində DƏDRX-nin çəkəcəyi xərcləri, rüsumları və xidmət haqlarını ödəməyə hazırıq. Etirazda bildirilir ki, bir hissəsindən 2.19 mm-lik qaz xətti keçir. Qaz xətti əmlakın bir hissəsi deyil, daşla örtülmüş hasarın qırağından keçir və yerin altı ilə yolun digər hissəsinə keçir. Buna aid şəkillər məlumat üçün əlavə edilir. Azərbaycanda bütün kənd qəsəbə və digər yaşayış yerlərində qaz xətləri hasarların qırağı ilə çəkilib və əmlak alqı-satqı olduqdan sonra xətt çəkildiyi üçün normalara əməl edilib. Hər hansı bir hissədə əraziyə müdaxilə edilirsə o hissənin qaz paylayıcı idarədən kənara çəkilməsini təşkil edə bilərik. İdarədən buna aid şifahi razılıq da alınıb. Etirazda bildirilir ki, qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 1200 kv.m qeyd olunsa da, faktiki 960 kv.mdir. Az olmasının səbəbi öz istəyilə qonşu ilə arasına sakinlərin kəsə/qısa gedib gəlməsi, məsafəni qısaltmağı, əziyyət çəkməməsi üçün 1.5 metrlik cığır qoymuşuq. DƏDRX-nin mütəxəssisinə özümüz bunu göstərdik və buna aid şəkillər əlavə edərək tam aydınlıq gətirmək istərdi. Vətəndaş olaraq 1200 kv m-dən az olan 960 kvm olan hissənin rəsmiləşdirilməsinə də etirazı yoxdur. Hər bir halda iddia tələbindən artıq deyil, az olan hissənin rəsmiləşdirilməsinə etirazı olmadığını Məhkəmənin diqqətinə çatdırmaq istərdi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq DƏDRX-nin etirazını əsassız və ədalətsiz kimi nəzər alaraq, etirazında bildirdiyi halların isə inzibati orqan olaraq verilmiş hüquqlarından suiistifadə edilmə halı kimi nəzərə alaraq iddia tələbinin ədalətli, qanuni və əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ######## 2026-cı il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.

13. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Cavabdehin apellyasiya şikayətinin dəlilləri:

14. Apellyasiya şikayəti iddia tələbinin məzmuna uyğun əsaslandırılmışdır.

Tərəflərin izahatları

15. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da iddiaçı və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı İddiaçı və Qala Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.

16. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

17. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

18. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli 3-21/3- *-F-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

24. Hazırki işdə apellyatorlar birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

25. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə növbəti dəfə ##.##.2025-ci il tarixdə cavadehə müraciət etmiş, lakin onun tələbi təmin olunmamış və daha sonra ##.##.2025-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.

26. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “Bakı şəhəri, Xəzər rayonu, (əvvəlki Əzizbəyov rayonu), Qala qəsəbəsi bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı sərəncamına əsasən və ##.##.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən dəyərini tam ödəyərək aldığı Qala qəsəbəsi, Yeni massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə və üzərində tikərək yaşadığı fərdi yaşayış evinə aid iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış verilməsi barədə qərar qəbul edilməsi” ilə bağlı olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.

29. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının məhkəməyə ünvanlandığı ##.##.2025-ci il tarixli 3-48-2F/2- ***/**** nömrəli məktubuna əlavə edilmiş keçmiş Əzizbəyov rayonu Qala Bələdiyyəsinin “Vətəndaş fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, Bakı şəh. Xəzər ray. Qala q. Dos ev 1 m 5- də yaşayan İddiaçı qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m sahəsi ayılmasına dair sərəncam verilmişdir.

30. Həmin məktuba əlavə edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında ##.##.2005-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, Qala Bələdiyyəsi ilə İddiaçı arasında fərdi evin tikilməsi məqsədi ilə Bakı şəhəri keçmiş Əzizbəyov rayonu yeni massiv küçəsində 1200 kv.metr torpaq sahəsinin 1 kv.m üçün 8.800 AZN alqı-satqısına dair müqavilə bağlanılmışdır.

31. Həmin məktuba əlavə edilmiş baş plandan çıxarışda qeyd edilmişdir ki, Qala qəsəbə ərazisində İddiaçı ayrılan sahənin sxemi tərtib edilmişdir.

32. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2005-ci il tarixli ****** nömrəli kassa mədaxil orderində qeyd edilmişdir ki, İddiaçı Qala Bələdiyyəsinin hesabına 10.560.000 AZN pul ödəmişdir.

33. Birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Qala qəsəbəsində yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki sahəsi üzrə isə 960 kv.m təşkil edir. Torpaq sahəsi üç tərəfi mişar daşı ilə hasara alınıb bir tərəfi şərti olmaqla iki hissəyə bölünüb. Yaşayış evi mövcuddur.

34. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.

35. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

36. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

37. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

38. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir.

39. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir.

40. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.

41. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

42. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

43. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər.

44. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.

45. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.

46. İddiaçı da hazırda Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Qala qəsəbəsi Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, *** saylı Sərəncamına və ##.##.2005-ci il tarixində “Bələdiyyə torpağının mülkiyyətə verilməsi barədə alqı-satqı müqaviləsi”nə əsasən Qala qəsəbəsi, Yeni Massiv küçəsində yerləşən 1200 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edir.

47. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusu əsasında əldə edilmiş cavabdehin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, vahid elektron kadastr bazasında torpaq sahəsinin bitişik və yaxın qonşuluğunda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə barədə məlumat aşkar edilməmişdir.

48. Apellyasiya baxışı zamanı iddiaçının qonşuluğunda yerləşən torpaq sahələrinə mülkiyyət hüquqlarının qeydiyyata alınıb–alınmaması araşdırılmış və cavabdeh orqan tərəfindən təqdim edilən sənədlərdən mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin olması aşkar edilməmişdir.

49. Odur ki məhkəkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmamışdır.

50. Məhkəmə kollegiyası iddiaçının “torpaq sahəsinə və üzərində tikərək yaşadığı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyatı alınmasına dair” tələbinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon İcra hakimiyyətinin birinci instansiya məhkəməsinə ünvanlandığı ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Xəzər RİH-də vətəndaş İddiaçı tərəfindən Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 1200 kv.m torpaq sahəsində inşa edilmiş tikiliyə dair məlumatlandırma icraatı ilə bağlı heç bir məlumat yoxdur.

51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;

52. Yuxarıda qeyd edilən normalardan görünür ki, dövlət qeydiyyatı üçün icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur ki, iddiaşı hazırad həmin sənədləri təqdim edə bilmir.

53. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

54. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

55. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir.

56. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalı, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı ## ######## 2026-cı ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar