Məhkəmə qərarları › İş №2-1(103)-4618/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4618/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4618/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək fəaliyyəti ilə məşğul olduğu illərin güzəştli iş stajına daxil edilməklə iddiaçıya 57 yaşının tamam olduğu vaxtdan, yəni ##.##.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranacaq fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı aşağıdakı adları qeyd edilən idarə və müəssisələrdə işləmişdir. ##.##.1978-ci il tarixdən ##.##.1979-ci il tarixədək X1 Idarəsində "fəhlə" vəzifəsində işləmişdir, ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək keçmiş SSRI-nin ərazisində hərbi xidmətdə olmuşdur, ##.##.1981-ci il tarixdən ##.##.1983-cü il tarixədək Yol Təmiri Idarəsində "fəhlə" vəzifəsində, ##.##.1984-cü il tarixdən ##.##.1988-ci il tarixədək "X4"nun maldarlıq fermasında "mala baxan" vəzifəsində, ##.##.1988-ci il tarixdən ##.##.1990-cı il tarixədək Nizami rayonu Meyvə- Tərəvəz Ticarəti Idarəsində "fəhlə” vəzifəsində, ##.##.1990-cı il tarixdən ##.##.1995-ci il tarixədək Bakı X11 "dəri aşılayıcı" vəzifəsində, ##.##.1995-ci il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində "külləmə-aşılama" vəzifəsində, ##.##.2017-ci il tarixdən ##.##.2018-ci il tarixədək "xxxx” Açıq Səhmdar Cəmiyyətində "3cü dərəcəli elektrik quraşdırıcı" vəzifəsində, ##.##.2018-ci il tarixdən ##.##.2021-ci il tarixədək "xxxx" X14 "3-cü dərəcəli elektrikquraşdırıcı” vəzifəsində işləmişdir. ##.##.2021-ci il tarixdən hazırki dövrədək "xxxx" Açıq Səhmdar Cəmiyyətində "3-cü dərəcəli elektrik quraşdırıcı" vəzifəsində işləyir. Əmək fəaliyyəti dövründə işlədiyi vəzifələrin çoxu Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** saylı qərarına əsasən zərərli sahə hesab edilir. Bu səbəbdən hesab edir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən ##.##.2020-ci il tarixindən 57 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Ona görə ki, əmək qanunvericiliyin tələblərinə əsasən işlədiyi əmək şəraitinə görə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Lakin güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqanın ##.##.2025-ci il tarixli cavab məktubu ilə tələbinin təmin olunmasından əsassız yerə imtina edilmişdir. Verilmiş cavab məktubu ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbləri təhrif edilərək qanuni tələbləri təmin edilməmişdir. Belə ki, ##.##.1990-cı il tarixdən ##.##.1995-ci il tarixədək Bakı X11 "dəri aşılayıcı” vəzifəsində işlədiyi dövrlər iş stajı kimi cavabdeh orqan tərəfindən nəzərə alınmır. Hakbuki qeyd olunan dövrdə həqiqiətən də həmin vəzifədə çalışmış və bununla bağlı məlumatlar işəgötürən tərəfindən əmək kitabçasına qeyd olunmuş və möhürlə təsdiq edilmişdir. Bununla da, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 31-ci və 32.1-ci maddələrindəki hüquqları pozulmuşdur. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Mərkəzi Filiala ##.##.2025-ci il tarixində müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin müraciətə baxılaraq iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçı İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür, əmək fəaliyyətinə ##.##.1978-ci il tarixdə başlamışdır. Iddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. İddiaçı tərəfindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilmədiyi üçün cavabdeh iddiaçının güzəştli iş stajının olub-olmamasını müəyyən edə bilməmiş, Milli Arxiv Idarəsi tərəfindən təqdim olunmuş ##.##.2025-ci il tarixli arxiv arayışında iddiaçının ##.##.1995-ci il tarixindən ##.##.2004-cü il tarixinədək çalışdığı dövrün güzəştli iş stajına daxil edilməsi üçün zəruri məlumatları özündə əks etdirmədiyini bildirmişdir. Bundan əlavə, Milli Arxiv Idarəsinin eyni tarixli arxiv arayışında iddiaçının Azərbaycan X11 1990-1995-ci illər ərzində çalışmasını təsdiq edən hər hansı məlumatın aşkarlanmadığı bildirilmişdir. İddiaçı PT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, ##.##.1990-cı il tarixdən ##.##.1995-ci il tarixədək Bakı X11 "dəri aşılayıcı" vəzifəsində, ##.##.1995-ci il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində "külləmə-aşılama" vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən iddiaçının işlədiyi ##.##.1990-##.##.1995-ci il, ##.##.1995-##.##.2004-cü il tarixləri əhatə edən dövrə dair müəssisənin sənədləri iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) aşkar edilmədiyindən güzəştli iş stajına daxil edilməmişdir. Belə ki, iddiaçının ##.##.1990-cı il tarixdən ##.##.1995-ci il tarixədək Bakı X11 işlədiyi "dəri aşılayıcı" vəzifəsi və ##.##.1995-ci il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi "külləmə-aşılama" vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li siyahısı”nın “XX. Yüngül sənaye” bəndinin 22108000 şifrəli “7. Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı” yarımbəndində şifrə 2210800a—10236 ilə göstərilmiş “aşılama aparatçıları (dəri və dəri-xammal istehsalatları)” və şifrə 2210800a—10255 göstərilmiş “külləmə aparatçıları” peşələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** saylı qərarının “26. Yüngül sənaye” bölməsinin “26.7. Dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı” yarımbölməsində “aşılama aparatçıları (dəri və dəri xammalı istehsalatları)” və “külləmə aparatçıları” vəzifələrinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Bundan əlavə məhkəmə qeyd edir ki, güzəştli iş stajına dair arxiv sənədlərinin natamam olması iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil. Belə ki, işəgötürən tərəfindən qeyd edilən məlumatların Elm və X6 tam təhvil verilməməsi iddiaçının əleyhinə təsvir edilə bilməz. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının mübahisəli dövrlərdə (##.##.1990-##.##.1995-ci il, ##.##.1995-##.##.2004-cü il) işlədiyi müəssisələr mövcud olmuş və onun həmin müəssisələrdə işləməsi təsdiq olunduğundan cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Odur ki, iddiaçının qeyd edilən dövrlərdə işləməsinə dair əsaslı şübhələr aşkar olunmadı. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi PT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiqlənir. Iddiaçı İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və X16 məlumatlara əsasən ümumi sosial sığorta stajı 29 il 09 ay 01 gün təşkil edir. Eyni zamanda, iddiaçı İddiaçı fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ümumilikdə 38232,24 manat qeydə alınmışdır. Iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı İddiaçı ##.##.1960-cı il tarixində anadan olmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala müraciət edilərək ona güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahiş edilmişdir. Qanunvericilikdə güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi forması tam olaraq müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən qanunla müəyyən edilmiş yaş həddi tələbi ödənilmiş, lakin sosial sığorta stajı tələbi ödənilmədiyindən ona yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin öz qərarında gəldiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, məhkəmə öz qərarında qeyd edir ki, “güzəştli iş stajına dair arxiv sənədlərinin natamam olması iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil.” Belə ki, inzibati orqan tərəfindən İddiaçı ümumi iş stajı deyil, güzəştli iş stajı mübahisələndirilmişdir. Bunun səbəbi də qanunvericiliyin tələbi olmuşdur. Birinci instansiya məhkəməsi bu halı nəzərə almayaraq iddiaçının ümumi iş stajına münasibət bildirmiş və nəticədə işin halına uyğun olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməmişdir. Məhkəmə iddiaçının həmin dövrlərdə işləməsi faktını əmək kitabçası ilə müəyyən etmiş və həmin dövrü də güzəştli iş stajı kimi nəzərə almışdır. Nazirlər Kabinetinin təsdiq etdiyi “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda güzəştli iş stajını təsdiq edən hüquqi əsas kimi işəgötürənin arayışı çıxış edir. Belə ki, qanunvericilik tərəfindən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin sosial təminatı sahəsində diferensasiya müəyyən edilmiş və bu şəxslərə qarşı müəyyən güzəştlər tətbiq edilmişdir. Bu peşə, vəzifə və sahələrdə çalışan şəxslərə tətbiq edilən güzəştlər dövlətin maliyyə imkanları və dövlət büdcəsi hesabına həyata keçirildiyindən bu sahədə xüsusi tənzimlənmə aparılaraq bu güzəştlərin iş yerindən arayış verilməklə tətbiq edilməli olduğu müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi dövlətin sosial sahədə apardığı tənzimlənmələri, dövlətin sosial təminat siyasətini, həmçinin qanunvericiliyi nəzərə almayaraq qanunda nəzərdə tutulmamış qaydada İddiaçı güzəştli iş stajının olması qənaətinə gəlmişdir. İddiaçı iddia etdiyi ##.##.1990-##.##.1995 və ##.##.1995-##.##.2004-cü illərdə “dəri aşılayıcısı” və “külləmə aşılama” vəzifələrində fəaliyyət göstərməsi dövrü güzəştli iş stajına daxil edilməmiş və həmin dövrün güzəştli iş stajına daxil edilməməsi səbəbi müəyyən edilən faktlar və sənədlər əsasında müəyyən olunan qanunvericilikdəki tələblərin ödənilməməsi olmuşdur. Belə ki, Mərkəzi Filial tərəfindən İddiaçı güzəştli iş stajının olmadığı müəyyən edildiyindən “Əmək pensiyaları” haqqında Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışması tələbi ödənilmir. Beləliklə, Bakı Inzibati Məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.1960-cı ildə doğulmuşdur. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ## ##### 2025-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyiniz dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğunuz peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Yuxarıda göstərilən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmağınıza dair iş yerinin arayışı tərəfinizdən Mərkəzi Filiala təqdim edilmədiyi üçün güzəştli iş stajınızın olub olmamasını müəyyən etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Elm və X8 ## ##### 2025-ci il tarixli *-**-EA/*-M-*-*-*/**** saylı məktubundan görünür ki, Azərbaycan X12 “xxxx” 1990-1995-ci illərə aid sənədləri Azərbaycan Respublikası Elm və X6 tam təhvil verilmədiyi üçün sorğuda tələb olunan İddiaçı aid məlumat aşkarlanmamışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Elm və X8 ## ##### 2025-ci il tarixli *-**-EA/*-M-*-*-*/**** saylı arxiv arayışından görünür ki, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı aid aşağıdakı məlumatlar aşkarlanmışdır: İddiaçı ##.##.1995-ci ildə Bakı X11 işinə xitam verildikdən sonra həmin il, yəni ##.##.1995-ci ildə **k №-li əmrlə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin külləmə-aşılama sexinə müqaviləli iş fəaliyyəti olmaqla dəri aşılayıcısı vəzifəsinə işə qəbul olunub. ##.##.2004-cü ildə **/k №-li əmrinə əsasən əmək müqaviləsinin bitməsilə əlaqədar olaraq işdən azad edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid sənədlər arxiv fonduna qismən təhvil verildiyi üçün İddiaçı işlədiyi illər ərzində müəyyən vaxtlarda (cədvəldə qeyd olunub) əmək haqqı barədə məlumat aşkarlanmamışdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (##.##.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin ##.##.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, iddiaçı İddiaçı ##.##.1960-cı il tarixdə doğulmuşdur. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla ##.##.2022-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (##.##.1978-##.##.1979, ##.##.1979-##.##.1981 (hərbi xidmət), ##.##.1981-##.##.1981, ##.##.1982-##.##.1983, ##.##.1983-##.##.1984, ##.##.1984-##.##.1984, ##.##.1984-##.##.1985, ##.##.1985- ##.##.1988, ##.##.1988-##.##.1989, ##.##.1990-##.##.1990, ##.##.1990-##.##.1995, ##.##.1995-##.##.2004, ##.##.2017-##.##.2018, ##.##.2018-##.##.2021, ##.##.2021- ##.##.2022 - cəmi 30 il 03 ay 09 gün). ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ##.##.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilməsə də, iş materiallarından görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixə 25 ildən artıq ümumi sığorta stajına malikdir. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.1990-cı il tarixdən ##.##.1995-ci il tarixədək Bakı X11 "dəri aşılayıcı" və ##.##.1995-ci il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi "külləmə-aşılama" vəzifələrində işləmişdir. Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: 26. Yüngül sənaye; 26.7. Dəri və xəz istehsalatları, dəri xəz xammalının ilkin emalı: a) fəhlələr: aşılama aparatçıları (dəri və dəri xammalı istehsalatları); külləmə aparatçıları. Eyni zamanda həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XX. Yüngül sənaye; 7. Dəri və xəz istehsalatları, dərixəz xammalının ilkin emalı; a) fəhlələr: 2210800a—10236 aşılama aparatçıları (dəri və dəri-xammal istehsalatları); 2210800a—10255 külləmə aparatçıları. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrlərdə həmin vəzifələrdə işləməsi iş materialları ilə təsdiq edildiyindən və bu vəzifələr yuxarıda göstərilən siyahıda nəzərdə tutulduğundan qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (##.##.1990-##.##.2004 - cəmi 14 il 03 ay 17 gün). “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi əxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ##.##.2022-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar