Məhkəmə qərarları › İş №2-1(103)-4619/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4619/2025

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4619/2025 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rüblük hüquqi şəxsinə (üçüncü şəxslər üçüncü şəxs2 və Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi) qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili nümayəndə1, adi qaydada cəlb edilmiş 3-cü şəxs “Dövlət Neft Şirkətinin” nümayəndəsi və vəkili nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli sərəncamında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Zığ qəsəbəsinin şərq hissəsindən 200 kv.m. torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsi haqqında sərəncam verilmişdir.

2. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin ##.##.2025-ci il tarixli ** nömrəli məktubunda qeyd edilmişdir ki, Zığ Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı "Bələdiyyə Torpaqlarının İdarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanunu (## #### 2001-ci il 160-IIQ) 6-cı maddəsinin 7-ci bəndinə istinad olunmayaraq ##.##.2006-cı il tarixli ** saylı sərəncamla torpaq sahəsi ayrıldığına dair bələdiyyənin arxivində digər sənədlər aşkarlanmamışdır.

3. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanıb. Torpaq sahəsi ilə bağlı 2430123302 və ********** nömrəli ərizələr ilə müraciətlər olub. Torpaq sahəsinin faktiki koordinatları əlavə olundu.

4. Dövlət Arxivinin Bakı Filialının ##.##.2025-ci il tarixli *-**-*F/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

5. İddiaçı tərəfindən təqdim edilmiş “SOCAR”ın ##.##.2024-cü il tarixli **-*/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının ##.##.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən bildiririk ki, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək “Suraxanı rayonu Zığ Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş edilmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).

7. Məhkəmənin qərardadı ilə üçüncü şəxs2 və Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi üçüncü şəxslər qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində 200 kv m torpaq sahəsi tikinti üçün iddiaçı İddiaçı ayrılmışdır. İşə əlavə olunan sənədlərdən göründüyü kimi İddiaçı ##.##.2006-cı il tarixdə torpağın alqı-satqısı üçün bir milyon qırx manat məbləğində pul ödəmişdir. İddia tələbinə əlavə olunan * saylı Bakı Ərazi İdarəsinin cavab məktubundan göründüyü kimi, torpaq sahəsi daşınmaz əmlakın dövlət reysterində qeydiyyatdan keçmədiyindən sahə barəsində ətraflı məlumat verilməsi tərəflərindən mümkün olmamışdır. ##.##.2024-cü il tarixli ****/** saylı sorğu məktubuna cavab olaraq bildirilmişdir ki, Zığ Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunu ##.##.2001-ci il 160IIQ) 6-cı maddəsinin 7-ci bəndinə istinad olunmaqla ##.##.2006cı il tarixli ** saylı sərəncamla torpaq sahəsi ayrıldığına dair bələdiyyənin arxivində digər sənədlər aşkar olunmamışdır. Socarın ##.##.2024-cü il tarixli cavab məktubunda həmin koordinatlarda olan torpaq sahəsi Azərbaycan Respublikası ##.##.2007-ci il tarixli ***-III* nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən X1 Limited” Sirkətinin istifadəsinə verilmiş sahənin hüdudları daxilində yerləşir. Torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə daşınmaz əmlaka ##.##.2024-cü il tarixdə sənədləri rəsmi götürməkdən imtina etmiş və səbəb olaraq, Xəritəçəkmə Komisəsinin müqavilədə imzasının və kadastrın olmamasını bildirmiş və bu əsasla poçt vasitəsi ilə rəsmi müraciət imzalanmış və poçt qəbzinin surətini iddia tələbinə əlavə edir. Hesab edir ki, torpaq sahəsinin özəlləşdirilməsinə maneə yaradılması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi Torpaq sahəsinin yerquruluşu işləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmək Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamənin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və idarəçilərinin sifarişi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd olunmamış, eyni zamanda cizgidə müvafiq bələdiyyənin sərəncamına istinad edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə dövlət mülkiyyətində olan torpaqlara aiddir.

10. Üçüncü şəxs iddia tələbinə etiraz edir və bildirir ki, qeyd edilən torpaq sahəsi 1976-cı ildən uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və hal-hazırda da torpaq sahəsi Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X4 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sazişin 1 və * saylı Əlavələrində Saziş ərazisinə daxil olan torpaqların koordinatları verilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları da həmin torpaqlar arasındadır. Əlavələr Sazişin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Hüquqi əsaslandırma: “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanununa əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Suraxanı rayon Zığ Bələdiyyəsinin qərarı olmuşdursa da (iş materiallarında arxiv sənədlərində aşkar olunmadığı bildirilmişdir) bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, “X4 Limited” Əməliyyat Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neftqaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu isə öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Suraxanı rayonu Zığ Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

12. Üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

b) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi 1976-cı ildən uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və halhazırda da torpaq sahəsi Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***- IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X4 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sazişin 1 və * saylı Əlavələrində Saziş ərazisinə daxil olan torpaqların koordinatları verilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları da həmin torpaqlar arasındadır. Əlavələr Sazişin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22ci maddəsinin 5-ci bəndinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 86cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə, təyinatı üzrə istifadə edilə bilər.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

15. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını, 3-cü şəxs “Dövlət Neft Şirkətinin” nümayəndəsi və vəkili iddia apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXIŞININ HƏDLƏRİ

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

24. Belə ki, iddiaçı Suraxanı rayonu Zığ Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli sərəncamı ilə Zığ qəsəbəsinin şərq hissəsində ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir.

25. Cavabdeh orqan isə torpaq sahəsinə dair yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri və perimetrik ölçülərin qeyd olunmadığını, həmçinin elektron kadastr baza məlumatına əsasən qeyd olunan sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyini bildirərək, imtina cavabı vermişdir.

26. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli sərəncamına əsasən İddiaçı Zığ qəsəbəsinin şərq hissəsindən 200 kv.m. torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilməsi haqqında sərəncam verilmişdir. Torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil.

27. İşin apellyasiya baxışı zamanı üçüncü şəxs2 (SOCAR) tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həmin torpaq sahəsi Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Eyni zamanda iddia edilən torpaq sahəsinin Kontrakt sahəsinin daxilində olduğunu təsdiq edən xəritədən çıxarış təqdim edilmiş və həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə əsasən “X2” LTD-nin iş üzrə üçüncü şəxs qismində cəlb olunması xahiş edilişdir.

28. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə “X2” LTD adı cəlb etmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.

29. Eyni zamanda qeyd olunan halların araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli **/*** saylı ekspert rəyindən görünür ki, Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları və xəritə materialları olmadığından Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli Sərəncamına əsasən İddiaçı Zığ qəsəbəsin şərq hissəsində ayrılmış 200 kv.m torpaq sahəsinin neft-qaz əməlyyatlarının aparılmıası üçün “SOCAR”-ın daimi istifadəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli Sərəncamına əsasən İddiaçı Zığ qəsəbəsin şərq hissəsində ayrılmış 200 kv.m torpaq sahəsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsində qeyd olunan “yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları” kateqoriyasına aid olmaqla, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları nəzərə alaraq bələdiyyə mülkiyyəti torpaq sahəsi olduğu müəyyən edilmişdir.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2004-cü il tarixli *** nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir.

32. Qanunvericiliyin tələbinə əsasən kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsaslar müəyyən edilməli, yerli icra hakimiyyəti orqanlarının aktları bu əsaslardan birinə aid edilməlidir. Göründüyü kimi, iddiaçı bu əsası – torpaq sahəsinin ayrılması barədə Suraxanı rayonu Zığ Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli sərəncamını cavabdehə təqdim etmişdir.

33. Eyni zamanda, sözügedən sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Bundan başqa 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının onun hüquqlarının əsaslı şəkildə pozulması ilə bağlı əsaslı dəlillərini məhkəməyə təqdim etməmişdir.

34. 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşməsinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçının torpaq sahəsi üzərində gözlənti hüququnun olmasına baxmayaraq, bərabər əsasla əldə edilmiş daşınmaz əmlaka dair digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina əsaslı və qanuni olmamış, inzibati icraatın bərabərlik prinsipi pozulmuşdur.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar