Məhkəmə qərarları › İş №2-1(103)-4622/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4622/2025

05.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4622/2025 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona təyin edilmiş xx.xx.2024-cü il tarixdən 2-ci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1978-ci ildə doğulmuşdur. O, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci ilədək AR Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilədək AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.2018-ci il tarixdə 77B/2 №-li xəstəlik haqqında şəhadətnaməyə əsasən hərbi xidmətdən ehtiyyata buraxılmışam. Ona xx.xx.2018-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Ona əlillik təyin edilən zaman diaqnoz olaraq “qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-kordinator funksiyanın pozunutulan ilə müşayət olunan baş-beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20, G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95- G95.9) qeyd edilmişdir. Həmin əlillik qiymətləndirilməsinin müddəti bitdikdən sonra o yenidən əlillik təyin edilməsi üçün mövcud tibbi sənədlər əsasında Forma 88 tərtib edərək elektron qaydada sistemə yüklənmişdir. Tərtib edilmiş Forma 88 əsasında ona imtina cavabı verilmişdir. İmtinada diaqnoz olaraq proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya. İnsulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət qeyd olunmuşdur. İmtinada qiymətləndirmə tarixi xx.xx.2024-cü il göstərilsə də ona həmin qərar son bir neçə gün ərzində təqdim edilmişdir. Əlillik qiymətləndirilməsindən imtinaya səbəb kimi göstərilmiş diaqnozun əlillik təyinatına imkan verməməsi qeyd edilmişdir.

3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmintarixli qərardadla iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2024-cü il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının pozulmasının 61-80 faiz aralığında ikinci dərəcəli əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

5. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlərə və məhkəmə-tibbi ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyir ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkimrəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “G60- Proqressivləşən idiopatik nevropatiya, Xroniki motor polineyropatiya” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 6.4-cü bəndinə əsasənUSİ səbəbindən orqanizmin davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi xəstəliyin klinik formasına, hərəkət pozuntularının xüsusiyyətlərinə və dərəcəsinə, əşyaları tutma və saxlama bacarığının pozulmasına (biləklərin bir və ya ikitərəfli pozuntusu); dayaq və hərəkət pozuntusunun dərəcəsinə (bir və ya ikitərəfli), dil və nitq pozuntularının olması və təzahür dərəcəsinə, psixi pozulma dərəcəsinə (yüngül koordinativ pozulma, dil və nitq çatışmazlığı olmadan əqli inkişafdan yüngül dərəcədə qalma, dizartriya ilə birgə əqli inkişafdan yüngül dərəcədə qalma, orta dərəcə əqli inkişafdan qalma, ağır dərəcə əqli inkişafdan qalma, əqli inkişafdan dərin geriqalma), psevdobulbar sindromun olmasına və dərəcəsinə, epileptik tutmaların olmasına (onların xüsusiyyətləri və tezliyi), bioloji yaşa uyğun fəaliyyətin məqsədyönlülüyünə, məhsuldarlığına, bioloji yaşa və hərəkət çatışmazlığının strukturuna görə uşağın potensial qabiliyyətlərinə, potensial qabiliyyətləri realizə etmək imkanına (realizə edilməsinə şərait yaradan və maneə olan amillər, kontekst amilləri) əsaslanır. Qiymətləndirmədə sadalanmış fərqli halların (ağırlaşmaların) biri və ya bir neçəsi olduğu zaman seçimedilir. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə- 35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında ekspertiza idarəssi əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur.

IV. Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

V. Tədqiq olunan sənədlər:

- xx.xx.2018-ci tarixli 0120003AAD6U nömrəli Forma 88-dən görünür ki, TSEK-ə göndəriş zamanı diaqnoz: Əsas diaqnoz-G60.3-Proqressivləşən idiopatik nevropatiya, xroniki motor-sensor polineyropariya Ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması Ağırlaşma-G82.0-süst paraplegiya, aşağı ətrafların paraparezi hissi trofiki pozulmalarla Yanaşı xəstəliklər-G93.4-dəqiqləşdirilməmiş ensefalopatiya,dissirkulyator ensefalopatiya 2ci dərəcə - xx.xx.2023-cü il tarixli T00158027LRG nömrəli Forma 88-dən görünür ki, TSEK-ə göndəriş zamanı diaqnoz: Əsas diaqnoz-G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor sensor polineyropatiya Ağırlaşma-G82.0-sust paraplegiya,aşağı ətrafların süst parezi(əzələ gücü 3 bal) Ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları,hərəkətin,yerişin az pozulması Yanaşı xəstəliklər-E11-insulindən asılı olmayan şəkərli diabet, şəkərli diabet tip İİ Yanaşı xəstəliklər G63.2-diabetik polinevropatiya (e10-14 ümumi dördüncü.4 işarəsi ilə), diabetik polineyropatiya Yanaşı xəstəliklər-F48.9-dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik vəziyyət - xx.xx.2024-cü il tarixli L00170238SEB nömrəli Forma 88-dən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı barəsində TSEKə göndərilən zamanı diaqnoz: Əsas diaqnoz-G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya Ağırlaşma-R26-hərəkətin və yerişin pozulmaları, hərəkətin,yerişin az pozulmaası Ağırlaşma-G82.0-Sust paraplegiya, aşağı ətrafların süst parezi(əzələ gücü 3 bal) Yanaşı xəstəliklər-E11-İnsulin asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət Yanaşı xəstəliklər-F48.9-dəqiqləşdirilməmiş nevrotik pozuntular, kəskin asteno nevrotik vəziyyət Yanaşı xəstəliklər-G63.2*-diabetik polinevropatiya(E10-14 ümumi dördüncü.4 işarəsi ilə),diabetik polineyropatiya - xx.xx.2018-ci il tarixdə İddiaçı Bakı X7 xx.xx.2018-ci il tarixli 0120003AAD6U göndərişi əsasında vəziyyəti qiymətləndirilmiş, səbəbi:hərbi xidmət dövrü ilə əlaqədar; Xəstəliklərin beynəlxalq təsnifatı: Vİ sinif-sinir sistemi xəstəlikləri=>G60-G64-polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri=>G60-irsi və idiopatik nevropatiya=>G60.3-proqressivləşən idiopatik nevropatiya; Diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor-sensor polineyropariya, hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması, süst paraplegiya,aşağı ətrafların paraparezi hissi trofiki pozulmalarla; Meyar:2.2.İkinci dərəcəli əlillik=>2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın enməsi,emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pyramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg… olmaqla İddiaçı xx.xx.2018-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -xx.xx.2023-cü il tarixdə İddiaçı Bakı X7 xx.xx.2018-ci il tarixli 0120003AAD6U nömrəli göndərişi əsasında əyani müayinə edilərək qiymətləndirilmiş, Xəstəliklərin beynəlxalq təsnifatı: Vİ sinif-sinir sistemi xəstəlikləri =>G60- G64-polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri =>G60-irsi və idiopatik nevropatiya =>G60.3-proqressivləşən idiopatik nev;Diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor-sensor polineyropatiya, hərəkətin və yerişin pozulmaları,yeriş funksiyasının pozulması, süst paraplegiya,aşağı ətrafların paraparezi hissi trofiki pozulmalarla. Mərkəzə göndərilmənin/İmtinanın səbəbi:Diaqnoz öz təsdiqini tapmamasısəbəb:tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-18909/2023 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 4 nəfər vətəndaşa müxtəlif tarixlərdə əyani müayinəyə çağırılması haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası 4 nəfər vətəndaşın tibbi-ekspert sənədlərini araşdırmış və aşağıdakıları müəyyən etmişdir: 2. Bakı şəhər sakini xx.xx.1978- ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) xx.xx.2018-ci il tarixində TibbiSosial Ekspert Komissiyasında əyani müayinə edilmiş və ona “Proqressivləşən idiopatik nevropatiya. Xroniki motor-sensor polineyropatiya, Hərəkətin və yerişin pozulmaları. Yeriş funksiyasının pozulması. Süst parapleqiya. Aşaqı ətrafların paraparezi, hissi trofiki pozulmalarla." diaqnozu ilə 2.2.9 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17- 4/2-M-26493/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir. -xx.xx.2024-cü il tarixdə İddiaçı Bakı X7 xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə vəziyyəti qiymətləndirilmiş, müayinədən əvvəlki qrupu:ikinci dərəcəli əlillik; Diaqnozun mətni:G60.3- proqressivləşən idiopatik nevropatiya,xroniki motor sensor polineyropatiya; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:göndərişin natamam doldurulması-səbəb:DTSERAda əyani müayinə olunması tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-2890/2024 nömrəli Qərarına əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası (bundan sonra-Komissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 26 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. - Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 77b/2 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Xroniki motor-sensor polineyropatiya, aşağı ətrafların paraparezi, hissi və trofiki pozulmalarla. Dissirkulyator ensefalopatiya İİ (ikinci) mərhələ’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bədəninin müxtəlif nahiyələrində iynəbatma hissindən, tez yorulmadan, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında yanaşı olaraq insulin tələbli şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlardan 2- 3 gündən bir Alisa qəbul etdiyini söyləmişdir. Müayinə zamanı 12 cüt kəllə beyin sinirləri, əzələ gücü və tonusu normal olmuş, əlcək-corab tipli səthi hissiyyatın pozulması, reflekslər bilateral Axil refleksi alınmamış (şəkərli diabet xəstəsi), Biceps, Triceps, Carporadial reflekslər normal, hipotrofiya, atrofiya müşahidə edilməmişdir. Nevrologiya Klinikasının xx.xx.2018-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Aparılan müayinə zamanı əsasən hissi sinirlər tərəfindən (daha çox aşağı ətraflarda) aksonal tip polineyropatik dəyişikliklər qeyd olunmuşdur. X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 384 nömrəli Çıxarışında diaqnoz “Xroniki motor sensor polineyropatiya. Aşağı ətrafların parezi, hissi trofiki pozulmalarla. Yeriş funksiyasının pozulması. Baş beyin qan dövranının xroniki pozğunluğu. Ürəyin aterosklerotik xəstəliyi. Nevrosteniyä' kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 4981 nömrəli Çıxarışında diaqnoz “Xroniki motor-sensor polineyropatiya. Aşağı ətrafların distal paraparezi. Hərəkətin və yerişin pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 8551 nömrəli Çıxarışında diaqnoz “Xroniki motor-sensor polineyropatiya. Aşağı ətrafların süst polineyropatiyası, Dissirkulyator enselefalopatiya, İİ mərhələ. Şəkərli diabet tip 2” kimi qeyd edilmiş olsa da, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Sağ dorsalis pedis, trifazik. Sol dorsalis pedis, trifazik. Magistral arteriyaların aterosklerozu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, əyani müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli .187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq. Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - İddiaçı vəziyyəti xx.xx.2024-cü il tarixdə Bakı X7 xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor polineyropatiya, insulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi:diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb:diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2- 33680/2024 nömrəli məktubu ilə məhkəmə qrardadının icrası ilə bağlı təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-8824/2024 nömrəli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası (bundan sonraKomissiya) xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 24 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0120003AAD6U nömrəli xx.xx.2018- ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9. bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Yenidən əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında vətəndaş 3-17-4/2-M-26493/2023 nömrəli məktuba əsasən DTSERA-ya əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş və ona xx.xx.2023-cü il tarixindən Diaqnoz öz təsdiqini tapmır barədə qərar verilmişdir (ESDAS: 3- 17-4/3- 3-19180/2023, 3-17-4/3-3-18909/2023). Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2024-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-8440/2024). Vətəndaş 3-17-4/1-35377/2024 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-9319/2024 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 77b/2 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Xroniki motor-sensor polineyropatiya, aşağı ətrafların paraparezi, hissi və trofiki pozulmalarla. Dissirkulyator ensefalopatiya İİ (ikinci) mərhələ” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı bədəninin müxtəlif nahiyələrində iynəbatma hissindən, tez yorulmadan, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında yanaşı olaraq insulin tələbli şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlardan 2-3 gündən bir Alisa qəbul etdiyini söyləmişdir. Müayinə zamanı 12 cüt kəllə beyin sinirləri, əzələ gücü və tonusu normal olmuş, əlcək-corab tipli səthi hissiyyatın pozulması, reflekslər bilateral Axil refleksi alınmamış (şəkərli diabet xəstəsi), Biceps, Triceps, Carporadial reflekslər normal, hipotrofiya, atrofiya müşahidə edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, qıcolmalardan, gecələr aşağı ətraflarında baş verən qıcolmalardan, barmaqlarında keyləşmələrdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2016-cı ildən özünü xəstə hesab etdiyini, bir neçə ildir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, medikamentoz preparatlardan “Thiogamma”, “Diabzid M”qəbul etdiyini bildirmişdir. Nevroloji status: müayinə zamanı reflekslər canlı alınmış D=S, patoloji reflekslər aşkarlanmamış, atrofiya, parez qeyd edilməmiş, ətraflarda süstlük müşahidə edilməmişdir. Əlillik təyinatına əsas verə biləcək patologiya aşkarlanmamışdır. X6 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1915 nömrəli Çıxarışında diaqnoz “Qaraciyər fibrozu. Xroniki xolesistit. Şəkərli diabet tip 2. Nazik gastrobulbıt” kimi qeyd olunmuşdur. Modern Hospitalın xx.xx.2023-cü il tarixli Kompüter EMQ müayinəsinin nəticəsi “Müayinə olunan sinirlər: Sağ N.Ulnaris, N.Medianus, sağ sol N.Tibialis posterior, N.Peronealis N.Suralis sensor-motor. Aparılmış müayinələr hər iki N.Suralisi sensor cavabları alınmadı, Nulnaris, N.Medianusun sensor cavabları uzanmışdır. Motor sinirlər norma daxilindədir. Yekun: Bu ENMG sensor tip polineyropatiya ilə xarakterizədir” kimi qeyd edilmişdir. X7 xx.xx.2024cü il tarixli Çıxarışında diaqnoz “Xroniki motor sensor polineyropatiya. Aşağı ətrafların paraparezi. Yeriş funksiyasının pozulması. Şəkərli diabet, tip 2. Diabetik polineyropatiya” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2024-cü il tarixli Aşağı ətraf arteriyalarının doppleroqrafiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir” kimi qeyd edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - İddiaçı Bakı X7 xx.xx.2024-cü il tarixli L00170238SEB nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə müayinə olunmuş, diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya, insulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsisəbəb:”Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5”nin xx.xx.2025ci il tarixli 2095 nömrəli məktubu ilə təqdim edilmiş T280/2025 nömrəli Ekspert rəyinə əsasən, 1978-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, vətəndaş İddiaçı “X8”ndə 26.04xx.xx.2025-ci il tarixlərdə “G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor-sensor polineyropatiya, G83.2-aşağı ətrafların paraparezi, R26-hərəkətin və yerişin pozulması, İlOhipertoniya xəstəliyi İİ dərəcə, El 1.8-şəkərli diabet tip İİ, G63.2- diabetik polineyropatiya, F44dissosiativ konversion tipli nevrotik reaksiyalar” diaqnozu ilə müalicə olmuşdur. Qərardadda suallarda göstərilən xəstəliklərə onda hazırda da rast gəlinir.

Əsaslandırıcı hissə

VI.Tətbiq olunan hüquq

8. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. - 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

VII. Məhkəmənin mövqeyi

10. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 77b/2 nömrəli xəstəlik haqqında Şəhadətnamə ilə şəhadətləndirilmiş və barəsində “Xroniki motor-sensor polineyropatiya, aşağı ətrafların paraparezi, hissi və trofiki pozulmalarla. Dissirkulyator ensefalopatiya İİ (ikinci) mərhələ’’ diaqnozlu xəstəliklə şəhadətləndirilmiş və xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

11. Sonuncu dəfə İddiaçı vəziyyəti xx.xx.2024-cü il tarixdə Bakı X7 xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş, diaqnozun mətni:proqressivləşən idiopatik nevropatiya,xroniki motor polineyropatiya, insulindən asılı olmayan şəkərli diabet, kəskin asteno nevrotik vəziyyət; olmaqla diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə əllik təyinatından imtina edilmişdir.

12. İddiaçı qeyd edilən imtinanı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

13. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslıdır.

14. Belə ki, cavabdeh tərəfindən keçirilmiş iddiaçının əyani müayinə olunması ilə bağlı qərarlarından görünür ki, cavabdeh iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, gəldiyi nərticələri hər hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmiş, iddiaçının əlillik təyinatına əsas verməyən halları “Əlilliyin müəyyən olunması meyarları”na istinadən təqdim etməmişdir.

15. Halbuki İddiaçı “X8”ndə 26.04-xx.xx.2025-ci il tarixlərdə “G60.3-proqressivləşən idiopatik nevropatiya, xroniki motor-sensor polineyropatiya, G83.2-aşağı ətrafların paraparezi, R26hərəkətin və yerişin pozulması, İlOhipertoniya xəstəliyi İİ dərəcə, El 1.8-şəkərli diabet tip İİ, G63.2diabetik polineyropatiya, F44-dissosiativ konversion tipli nevrotik reaksiyalar” diaqnozu ilə müalicədə olmuşdur.

16. Məhkəmə icraatı gedişində sonuncu dəfə əldə edilmiş ekspertizanın rəyinə əsasən iddiaçıda müşahidə olunan xəstəliklərin Beynəlxalq Təsnifatında kodu əsas xəstəliyi G60.3- idiopatik nevropatiya olduğu müəyyən olunmuşdur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyyən olunması meyarları” nın qiymətləndirmə meyarları aşağıdakılardır: 6.8.2. orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası , yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin amplitudasının orta dərəcəli məhdudlaşması, yerişin çətinləşməsi, xırda əşyaların tutulmasının çətinləşməsi); orta dərəcəli hissi pozulmalar; neyropatik tipli ağrılar; mülayim statodinamik pozuntular-G60 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr -R25-R29 6.1.10.2.başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları 6.5.1 serebral iflic və digər paralitik sindromlar (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) -G81-G83 6.5.1.2.mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, bud-çanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması);mülayim statodinamik pozuntular.

18. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş ekspert rəyində verilmiş suallara cavab olaraq iddiaçıda proqressivləşən idiopatik nevropatiya, xroniki motor polineyropatiya, hərəkətin və yerişin pozulmaları, hərəkətin, yerişin az pozulması, sust paraplegiya, aşağı ətrafların süst parezi (əzələ gücü 3 bal) kimi xəstəliklrin hazırda rast gəlindiyi bilavasitə qeyd edilmişdir.

19. Göründüyü kimi iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş Forma 88-dəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır.

20. İddiaçının tibbi göndərişindəki xəstəliklərin təsnifat kodları “Əlilliyin müəyyən olunması meyarları” nda göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında əsas diaqnoz və qiymətləndirmə onun əlillik təyinatına əsas verir.

21. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərarın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticə hissəsi

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1272/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar