Məhkəmə qərarları › İş №2-1(103)-4628/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4628/2024

20.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4628/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X23 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X27) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-12248/2024 nömrəli qərarından üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi 143 saylı evin əvvəlki ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 2, mənzil 143) pasport qeydiyyatının ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 143 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. X27 həmin evin əvvəlki ünvanına (Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 2, mənzil 143) pasport qeydiyyatındadır. İddiaçı onun evə pasport qeydiyyatının ləğv edilməsini zəruri hesab etdiyindən ərizə ilə cavabdeh Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş, İdarənin xx.xx.2024-cü il tarixli, 51/2-B-25917/11/24 saylı məktubu ilə ərizə təmin edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi 2, mənzil 143 nömrəli fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. Hər iki çıxarışda qeyd olunmuş daşınmaz əmlakın reyestr nömrəsindən görünür ki, reyestr nömrəsi eynidir - **********18- 10301. İddiaçı və X8 bacı-qardaşdırlar. Həmin daşınmaz əmlak 2020-ci ilin aprel ayında, Kamilə Hacızadə tərəfindən qardaşı İddiaçı bağışlanmış və sonuncunun adına artıq yeni ünvanla çıxarış verilmişdir. Yəni “Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi 2, mənzil 143 nömrəli fərdi yaşayış evi” və “Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 143” eyni ünvandır. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il qərarının nəticə hissəsinin 2-ci bəndinə əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X27 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iş üzrə iddia tələbi azaldılaraq “X13 Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 2, mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-12248/2024 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilərək, X13 Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 2, mənzil 143 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X9 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-12248/2024 nömrəli qərarının ləğv edilərək, İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 143 ünvanı ilə eyni ünvan deyildir, tamamilə ayrı-ayrı ünvanlardır. İş materiallarında olan İddiaçı adına olan çıxarışda qeyd olunan ünvan Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 143, yeni qaydalarla: AZ1022, Bakı şəhəri Nəsimi rayonu, Azər Əliyev küçəsi 14 kimi qeyd olunub. X27 isə Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evində yaşayır və qeydiyyatdadır. Bir sözlə adıçəkilən ünvanlar tamamilə ayrı-ayrı ünvanlardır. (Təqdim olunan cd video görüntülərində aydın görünür). 1993-cü ilin 31 avqust tarixində Qubadlı rayonu işğal edildikdən sonra 1993-cü ilin oktyabr ayında 4 nəfər - X28 (ailə başçısı; vəfat edib) X18 (arvadı; vəfat edib), X29 (oğlu; vəfat edib) və X35 (oğlu; vəfat edib) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. xx.xx.1996-cı il tarixdə həmin 4 nəfər məcburi köçkün kimi adı çəkilən şəxslərdən 3 nəfəri həmin ünvana müvəqqəti qeydiyyata alınmışlar. Sonradan ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində X30 (ailə başçısının oğlu), X27, X24, X10, X31, 2012-ci illərdən etibarən X14 (ailə başçısının nəvəsi), X19 (ailə başçısının nəvəsi), 2005-ci ildən etibarən X10 (ailə başçısının qızı) və X31 (ailə başçısının nəvəsi) qeydiyyatsız yaşamışlar. Bu fakt Bakı şəhər Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil - Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 12 nömrəli arayışla təsdiq olunmuşdur. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 2V-84 nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixli vəsiyyətnamə ilə vəsiyyət edən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanında qeydiyyatda olan, mərhum X35 ona məxsus olan bütün daşınar və daşınmaz əmlakının qardaşının oğlu X13 mülkiyyətinə verilməsini vəsiyyət etmişdir. Göründüyü kimi yaşayış sahəsi 1993-cü ildən ailə üzvlərinin istifadəsində olmuş, yaşayış sahəsində quraşdırılmış "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC-yə məxsus sayğaclar X20 adına qeydiyyata alınmışdır. Həmçinin qeyd etmək lazımdır ki, həmin mənzil X15 ailə üzvlərinin orada ilk məskunlaşdıqları dövrdə, yəni 1993-cü ildə yaşayış üçün bir o qədər əlverişli olmamış indiyədək olan uzun müddət ərzində onlar tərəfindən külli miqdarda xərc çəkilərək abadlaşdırılmışdır. (Məlumat üçün X15 qardaşı X11 toyu da həmin ünvanda olmuş, toy görüntüləri də var, məhkəməyə təqdim edəcəklər.) 2023-cü il tarixdə X15 atası X30 Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-8243/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü X16 Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına qeydiyyata alınma öhdəliyi cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır (sədrlik edən Nəriman Abıyev). Bunun ardınca X32 da həmin ünvana qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilən qərardan narazı qalan X16 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsi baxaraq xx.xx.2024-cü il tarixli 2-1(103)-2499/2024 saylı qərardadı ilə qərara almışdır ki, iddiaçı X16 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarından ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. xx.xx.2024-cü il tarixində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı, 28 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmanın təzələnməsi və üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8243/2023 saylı iş üzrə qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8243/2023 saylı, 2 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmanın təzələnməsi və üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında X15 cavabdeh X4 qarşı ünvan 13 ünvanına istifadə hüququnun tanınması ilə bağlı mülki iş olmuşdur. Məhkəmə icraatının gedişində tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə verərək cavabdeh X5 tərəfindən X15 yaşadığı ünvan 14 ünvanından istifadə hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına qadağa qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəçi X13 vəkili və nümayəndəsi Vəkil2 müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, cavabdeh X5 tərəfindən ərizəçi X13 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanından istifadə etməsinin məhdudlaşdırılması (istifadəsinə maneələr yaratması) qadağan edilmişdir. Vacib məqamlardan biri də odur ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 143 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Bakı şəhəri, Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi, 13-cü keçid, 143A saylı fərdi yaşayış evi X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Hazırda ərizəçinin müvəqqəti təminat tədbirinin görülməsini xahiş etdiyi ünvan isə, ünvan 16ü kimi bir-birinə oxşar 3 fərqli ünvanda yerləşən əmlaklarla bağlı tərəflər arasında anlaşılmazlıq mövcuddur. Beləliklə, iş materiallarından göründüyü kimi sədrlik edən hakim tam qərəzli olaraq, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, hadisə yerinə baxışa getməmiş, onu məhkəmə prosesinin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamış, yalnız iddiaçın təqdim etdiyi xəyali sübutlar əsasında əsassız bir qərar qəbul etmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı və onun vəkili məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının vəkili Vəkil1 elektron məhkəmə sistemi vasitəsi ilə ərizə verərək hazırkı inzibati mübahisə üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında, səhhətində olan nasazlıqla bağlı iştirak etmək imkanının olmadığını nəzərə alaraq iştirakı olmadan keçirməklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-12248/2024 saylı qərarından üçüncü şəxs tətəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - X21 və X25 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsində yerləşən, yaşayış sahəsi 317,2 kv.m olan ev 2, mənzil 143 X1. - X8 və İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsində mülkiyyətində olan 0,203 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 317,2 kv.m, köməkçi sahəsi 689,8 kv.m olan 8 otaqlı 143 nömrəli fərdi yaşayış evi İddiaçı bağışlanmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2009-cu il) çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsində mülkiyyətində olan 0.203 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 317.2 kv.m yaşayış, 433.5 kv.m qeyri-yaşayış, 256.3 kv.m köməkçi sahədən ibarət ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 2357 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2020-ci il) çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 143 (Yeni qaydalarla: AZ 1022 Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 14) İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-20854/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X27 xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. - 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 69 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Nəsimi rayonu xidməti ərazidə yerləşən X42 küçəsi 143 (Yeni qaydalarla: AZ1022, ünvan 17 ünvanında MKİS-də olan sənədlərə əsasən X27 adlı şəxs faktiki olaraq yaşamır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-38095/2024 **********95 saylı, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, 143 saylı fərdi yaşayış evində X13 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. - Bakı şəhəri Nəsimi rayon Polis idarəsi tərəfindən 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanan 06 avqust 2024-cü il tarixli imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxsin (şəxlərin) Bakı şəhəri, ünvan 19 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnamə əsasında həyata keçirilməsi bildirilərək tələbin təmin edilməsindən imtina edilmişdir. İşdən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək üçüncü şəxs X13 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, ünvan 19 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad etməklə tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra, iddiaçı eyni məzmunlu iddia tələbi ilə birinci instansiya məhkəməsinə mürciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, iddiaçı ilə hər hansı qohumluq əlaqəsi yoxdur, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu X42 küçəsi, ev 143 ünvanı ilə eyni ünvan deyildir, tamamilə ayrı-ayrı ünvanlardır. İş materiallarında olan İddiaçı adına olan çıxarışda qeyd olunan ünvan Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 143 (yeni qaydalarla: AZ1022, Bakı şəhəri Nəsimi rayonu, Azər Əliyev küçəsi 14) kimi qeyd olunub. X27 isə Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evində yaşayır və qeydiyyatdadır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16749/2023 **********49 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, İnqilab küçəsi, ev 2, 143 saylı mənzil (indiki Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 143 saylı fərdi yaşayış evi) ilkin olaraq xx.xx.1998-ci il tarixdə X6 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1998-ci il tarixli, 3MA5/642 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X22 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-cı il tarixli 3MA/226 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 512 nömrəli fərdi yaşayış evinin yenidən qurulması haqqında sərəncamına əsasən xx.xx.2003-cü it tarixdə fərdi yaşayış evi kimi yenidən X7 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 42 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4Ə/03-225 reyestr nömrəli daşınmaz əmlakın alqt-satqı müqaviləsinə əsasən xx.xx.2005-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 2 saylı döviət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009cu il tarixli 4Ə-1/16 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir; Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-323 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-16749/2023 **********49 saylı, xx.xx.2023cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 143 (yeni qaydalarla: Az 1022, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi 14) ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına qeydə alınmasına qədər olan ilkin hüquq müəyyənedici sənədlərin hər birində, ünvan kimi Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 2, mənzil 143 kimi göstərilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi ev 2, mənzil 143 nömrəli fərdi yaşayış evi və Bakı şəhəri, Nəsimi rayonu, X42 küçəsi, ev 143 ünvanının eyni ünvan olmaması ilə bağlı apelyasiya şikayətinin dəlili əsassızdır. İşin bu vəziyyətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında X15 cavabdeh X4 (Həsən Əliyev küçəsi, ev 143 a) qarşı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanına istifadə hüququnun tanınması ilə bağlı olan mülki işin olması və həmin icraat daxilində cavabdeh X5 tərəfindən X15 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi ev 2, mənzil 143 ünvanından istifadə hüququnun qanunsuz olaraq məhdudlaşdırılmasına qadağa qoyulmasına barədə ərizəsinin təmin edilməsinə dair qərardadın cıxarılması da vəziyyəti üçüncü şəxs Natiq Həsənovun xeyrinə dəyişmir. Çünki, üçüncü şəxs Natiq Həsınovun faktiki yaşadığı evin (özlərinin etiraf etdiyinə görə iddiaçının və üçüncü şəxsin faktiki olaraq yaşadıqları evlər arasında təxminən 1 kmdən artıq məsafə vardır) ünvanının ünvan 24 cavabdeh, nə də üçüncü şəxs hər hansı bir hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 18/2-25989/2024 saylı xx.xx.2024-cü il tarixli məktubun məzmunundan aydın olur ki, X27 xx.xx.2024-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 2, mənzil 143 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olmuş sənədlər müəyyən edilməmişdir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, ünvan 25 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Sözügedən mənzildə qeydiyyatda olan şəxs həmin mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut məhkəmə icraatına təqdim edilmədiyindən, həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. -228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qanunun mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus ev üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, e-2-1(112)-12248/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar