Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-463/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in X5 idarəsinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2474/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı “Əmək pensiyaları haqınada“ Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə və əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 17-ci maddəsinin 5-ci abzasının tələblərinə əsasən, həmçinin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-142/2018 №-li, xx xxxxxx 2018-ci il tarixli presedent qərarı əsasında 51 (əlli bir) yaşından, yəni xx.xx.2011-ci il tarixdən güzəştli şərtlə yaşa görə əmək pensiyanı 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablayıb, yaranmış fərqin də birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2474/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2474/2019 saylı qərarının ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, - AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinə əsasən İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Səbail rayon şöbəsinin xx.xx.2019-cu il tarixli Arayışına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən yaşa görə 2 siyahı üzrə ömürlük əmək pensiyası alır. Hal-hazırda pensiyanın miqdarı: 609,02 manat - (altı yüz doqquz manat 02 qəpik ) təşkil edir. - notarial qaydada təsdiq edilmiş ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 1978-1980-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. İş materiallarından görünür ki, notarial qaydada təsdiq edilmiş Azərbaycan SSR Dövlət X10 İdarəsinin 14 nömrəli texniki məktəbinin 8886 nömrəli Attestatına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək texniki məktəbin “Əl ilə elektrik qaynağı” peşəsi üzrə tam kursunu bitirmişdir. - müvafiq qaydada təsdiq edilmiş ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixdə əmək fəaliyyətinə başlamış və halhazıra kimi əmək fəaliyyəti ilə məşğul olur. - cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək, xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir: “Sizin Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Səbail rayon şöbəsinə ünvanladığınız xx.xx.2019-cu il tarixli məktubunuza cavab olaraq bildiririk ki, 2006-cı il 01 yanvar tarixdən Azərbaycan Respublikasında vətəndaşların əmək pensiysı hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Təyin olunmuş əmək pensiyanızın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının tələblərinə uyğun yenidən hesablanmasına dair tələbinizlə bağlı bildiririk ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Siyahısı üzrə) çalışan sığoıtaolunan kişilər 57 (xx.xx.2017-ci ildən 60) yaşma çatdıqda , azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olurlar. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllərqüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Nəzərinizə çatdırırıq ki, Siz güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün xx.xx.2012-ci il tarixdə ərizə ilə Səbail rayon şöbəsinə müraciət etmisiniz və qanunverciliyin tələblərinə uyğun olaraq 52 yaşınızın tamam olduğu gündən, yəni xx.xx.2012ci il tarixdən Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və ödənişə göndərilmişdir.xx.xx.2012-ci il tarixdən bu günədək “Əmək pensiyalarının baza və sığorta hissələrinin artırılması barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına uyğun olaraq pensiyanızın baza və sığorta hissələri artırılaraq 609.02 manata çatdırılmışdır. Hal-hazırda pensiya ödənişiniz davam etdirilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. 1992-ci ildə qəbul edilmiş və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. 17-ci maddəsinin 4-cü bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. 17-ci maddəsinin 5-ci bəndinə əsasən həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanınüzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1997-ci il tarixədək 10 il güzəştli stajını artıqlamasilə (14 il 4 ay 10 gün) qazansa da, xx.xx.1997-ci il tarixədək 20 ilə qarşı 18 il 10 ay 29 gün ümumi stajı qazandığı üçün Qanunun 9.8-ci maddəsinə uyğun olaraq, yaş həddinin xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasında ildə 6 (altı) ay artırılmasını nəzərə aldıqda ona 52 yaşında təyin olunmuş pensiyası 50 deyil, 51 yaşından yenidən hesablanmalıdır. Kollegiya qeyd edir ki, iddiaçının işlədiyi peşələr “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndində öz əksini tapmış, həmin peşələr əmək şəraiti zərərli və ağır vəzifələr hesab olunduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmuş, iddiaçıya xx.xx.2012- ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin tələbinə uyğun olaraq yaşa və staja görə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilsə də, həmin Qanunun 17-ci maddəsinin 5-ci bəndi nəzərə alınmamış, pensiya təyin edilərkən yaş və stajla eyni zamanda pensiya məbləği də nəzərə alınmalıdır, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən həmin peşələrdə 10 ildən artıq güzəştli stajının olması və ümumilikdə 20 ildən artıq ümumi əmək stajının olması ona xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir, iddiaçı da xx.xx.1981-ci ildən əmək fəaliyyətinə başlayaraq, xx.xx.1981xx.xx.1988-ci illərdə işlədiyi əl ilə elektrik qaynaqçısı və xx.xx.1990xx.xx.2003-cü illərdə işlədiyi geoloq vəzifələrində işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmiş, cavabdeh inzibati orqan iddiaçıya, onun müraciətinə əsasən xx.xx.2011-ci ildən, yəni 51 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin etməli olduğu halda, xx.xx.2012-ci il tarixdən pensiya təyin etməsi qanuna zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə iddia tələbinin “əmək pensiyanı 2004-2005-ci illərin əmək haqqı arayışına əsasən yenidən hesablayıb ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda göstərildiyi kimi, iddiaçıya xx.xx.2011-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli olduğundan və əmək haqqına görə pensiya hesablanması xx.xx.2010-cu ildən ləğv olunduğundan, iddia tələbi bu hissədə əsassızdır və təmin olunmamalıdır. Belə ki, 2010-cu il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən 27-ci maddə aşağıdakıredaksiyada verilsin: “Maddə 27. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. ” İPM-in 1.2-ci bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmadığından, pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində də, iddia tələbi təmin edilməməli olması qənaətinə gəlməkdə doğru nəticəyə gəlmişdir. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsassız, cavabdehin imtinası əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(81)-2474/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. ədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən: Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-463/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-463/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver