Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-463/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X9 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqalədə Hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.2007-ci il tarixində fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmiş, xidmət müddəti ərzində nazirliyin maraq və mənafelərini yüksək səviyyədə qorunub saxlanmasına xidmət etmiş, qulluq keçmə ilə bağlı vəzifələrinin icrasına xələl gətirə biləcək, habelə nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmiş, etik davranış qaydalarına və normalarına, xidmətdənkənar davranışın qaydalarına əməl etmiş,dir. xidməti ilə bağlı irad və töhmət almamış, qüsursuz xidmət etmişdir. Fövqalədə Hallar Nazirliyinin daxili xidmət mayorudur. Azərbaycan Respublikası Fövqalədə hallar nazirinin xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmri ilə “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci bəndlərinə əsasən fövqəladə hallar orqanlarından xaric edilmişdir. Lakin fövqalədə hallar orqanlarından xidmətdən azad olunmağı onunla əsaslandırılmışdır ki, guya iddiaçı narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş əmr qanunsuz və əsassızdır. Belə ki, iddiaçı heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Bununla bağlı olaraq onun barəsində Fövqalədə Hallar Nazirliyinin sorğusu əsasında əməliyyat işi aparılmış, Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək qan analizi vermiş və qanında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ilə bağlı heç bir hal aşkar edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, AR FHN X11 Xidmətinin Neftayırma müəssisələri üzrə X5 13 nömrəli X6 Yanğından profilaktika sektorunun inspektoru daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə əməliyyat məlumatı daxil olmuşdur. 8 dekabr 2020-ci il tarixində iddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkar olunmuş, müayinənin nəticəsi ilə razı olmadığına görə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 təkrar tibbi müayinədən keçməyi təklif olunmasına baxmayaraq İddiaçı tibbi müayinədən keçməkdən yayınaraq həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır.Səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. Ona 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə məlumat əldə etmək üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020-ci il tarixədək iddiaçıya açılmış əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə həkiminə qarşı intizam tənbeh tədbiri görülmüşdür. İddiaçının müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və təkrar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. İddiaçı Fövqəladə Hallar Nazirinin 0070/Ş 12 yanvar 2021-ci il tarixli əmri ilə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələbini kobud şəkildə pozdugunu nəzərə alaraq, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun 6.7-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5 və 33.1.12-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndi rəhbər tutularaq, vəzifələrin icrası zamanı kobud pozuntulara yol verdiyinə görə iddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Cavabdehin əmri qanuni və əsaslı olmuşdur. ...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “ …Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmişdir. Bununla bağlı olaraq onun barəsində Fövqalədə Hallar Nazirliyinin sorğusu əsasında əməliyyat işi aparılmış, Azərbaycan Respublikasının DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilərək qan analizi vermiş və qanında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ilə bağlı heç bir hal aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəli işi tam, ətraflı və obyektiv araşdırmamış, sübutları düzgün qiymətləndirməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 5470-01/8 saylı məktubundan göstərilir ki, ünvan 1 ünvanında yaşayan 1986-ci il təvəllüdlü, İddiaçı "Böyrək sancısı" diaqnozu ilə 08.12 2020-ci il tarixdən 19 12.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmışdır. Aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, bu məsələ tibb müəssisənin Tibbi Şurasında müzakirə olunmuş və açılmış əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi əsassız hesab olunaraq, onun ləğv edilməsi qərarı verilmişdir. 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevt R.Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli iddiaçının sidikdə narkotestlərin təyini analizinin nəticəsindən görünür ki, iddiaçıya məxsus nümunədə "marixuana" və "metamfitamin" tərkibli narkotik vasitələr aşkar edilmişdir.Hesab edir ki, Cavabdeh tərəfindən tərtib edilən və sübut kimi təqdim edilən sənəd və sübutların heç bir hüquqi əsası yoxdur və formal xaraker daşıyır, həmin sənədlərin onun barəsində verilmiş inzibati tənbeh tədbirin verilməsi üçün hüquqi əsas deyil və iş materiallarına əlavə edilən sənədlər sübut kimi qəbul edilə bilməz. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir. Göründüyü kimi, Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi bu sahədə ixtisaslaşmış orqan olmadığından onun verdiyi analiz nəticələrinə istinad eməsi və inzibati tənbeh təbrinin verilməsi üçün əsas ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Xüsusi rütbəli əməkdaşlarla iş şöbəsinin baş zabiti, polkovnik-leytenant Ramin Əlizadə, X11 Xidmətinin Şəxsi heyətlə iş şöbəsinin rəisi, daxili xidmət polkovniki Rəşid Əliyev, FHN-nin X7 şöbəsinin təxirəsalınmaz yardım bölməsinin feldşeri, gizir Laçın Xudabaxışovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 8 dekabr 2020-ci il tarixində İddiaçı narkoloji müayinədən keçirilməsi məqsədilə Nazirliyin Tibb Mərkəzinin laboratoriyasında müvafiq analiz götürülmüş, nəticədə onun sidik nümunəsində "marixuana" və "metamfitamin" tərkibli narkotik vasitələr aşkar edilmişdir. Analizin nəticələri barədə daxili xidmət mayoru İddiaçı məlumat verilmiş, bununla bağlı ondan izahat almaq istədikdə o, izahat verməkdən imtina etmiş və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirmişdir. Daxili xidmət mayoru İddiaçı Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X4 yenidən tibbi müayinədən keçirilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək müayinədən yayınmışdır. Bununla bağlı bildirmək istəyir ki, ona bu barədə heç bir şifahi və rəsmi qaydada məlumat verilməmiş və iş materiallarına əlavə edilmiş aktlar formal xarakter daşıyır. Məlumat üçün bildirir ki, 08.12 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikasında müayinə və mülaciə almışam. Bu barədə iş yerini məlumatlandırmışdır. Bundan sonra isə, iş yerimə qayıdıb iş fəlaiyyətimi davam etdirmişəm, xx.xx.2022-ci ildən,xx.xx.2021ci il tarixədək X11 Xidmətinin Neftayırma Müəssisələri üzrə X5 13 nömrəli X6 inspektoru vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2020-ci il tarixli 5470-01/8 saylı məktubunda İddiaçı 19 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xəstəlik vərəqəsinin əsaslı olubolmaması barədə məktubu tibbi sənədlər əsasında mütəxəssislər tərəfindən Bakı şəhər Baş Səhiyyə İdarəsində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yaşayan 1986-ci il təvəllüdlü, İddiaçı "Böyrək sancısı" diaqnozu ilə 08.12 2020ci il tarixdən 19 12.2020-ci il tarixədək 19 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi açılmışdır. Aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, bu məsələ tibb müəssisənin Tibbi Şurasında müzakirə olunmuş və açılmış əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsi əsassız hesab olunaraq, onun ləğv edilməsi qərarı verilmişdir. 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevt R.Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. Qeyd olunan hallarla bağlı bildirmək istəyir ki, həmin məktub özlüyündə formal xarakterlidir. Belə ki, əmək qabiliyyətinin müvəqqəti itirilmə vərəqəsinin əsassız hesab edilməsinə səbəb olan nöqsanların və qüsurların nədən ibarət olması barədə məlumat verilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Səhiyyə Mərkəzi 19 nömrəli şəhər Poliklinikasının 518 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatsız yaşayan xx.xx.1986-cı il təwəlüdlü İddiaçı "Lyumbaqo" diaqnozu ilə açılmış SN 00006 № 981120 əmək qabiliyyətinin olmaması vərəqəsi əsaslı olduğu üçün ləğv edilməmiş və xəstəlik vərəqəsi İddiaçı özünə təqdim edilmişdir. Bakı şəhər Baş Səhiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli PHŞ/1.1.1-2-2022- 1528 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş X10 xx.xx.2020-cı il tarixində 19 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş (SN00006N981120) əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı əməkdaşı olduğu Cavabdeh tərəfindən həmin sənədin əsaslı olub olmaması barədə şübhə yarandığından araşdırılması tələb olunmuşdur. Bu məsələ 19 nömrəli Şəhər poliklinikası tərəfindən araşdırılmış, əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtib edilməsi zamanı nöqsanlar aşkar edilmiş və həmin müəsssisənin tibbi şurasında müzakirə olunmuşdur. Tibbi şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokoluna əsasən İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Əlavə olaraq məsələ ilə bağlı həkim terapevt R.Qasımovaya tibbi sənədləşmənin tərtibatında yol verdiyi nöqsanlara görə intizam tənbehi tədbiri görülmüşdür. Təqdim edilmiş sənədlərə diqqət yetirdikdə sənədlərin kserosurət olamsı, aydın və oxunaqlı olmadığından həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir.O, ümümiyyyətlə narkotik vasitələrdən istifadə etməmişəm, Cavabdeh rəhbərliyin və tabe olduğu rəis heyətinin bütün əmr, göstəriş və tapşırıqlarını yüksək səviyyədə icra etməyə çalışmışam, heç vaxt rəhbərlik tərəfindən xidməti ilə bağlı irad və töhmət almamış, qüsursuz xidmət etmişdir. Xidməti dövründə ona "usta" məharət dərəcəsi verilmiş, üzərində intizam tənbeh tədbirləri olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhər Narkoloji Mərkəzin xx.xx.2021-ci il tarixli 443 saylı arayışına əsasən ünvan 3 ünvanında olan xx.xx.1986-ci il təvəllüdlü İddiaçı Bakı şəhər Narkoliji Mərkəzində qeydiyyatda yoxdur. Bakı şəhər Narkoloji Mərkəzinin "Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında" 321 saylı aktdan görünür ki, iddiaçıya məxsus sidik nümusənin analizinin nəticəsində narkotik tərkibli maddəyə rast gəlinməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli 008-943-1222 saylı məktubundan görünür ki, narkotik vasitə qəbul etməsi ilə bağlı barəsində məlumat daxil olmuş İddiaçı ətrafında zəruri əməliyyat- axtarış tədbirləri keçirilmişdir. Qısa müddətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İddiaçı narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilməmişdir. Vət.İddiaçı sidiyində və qanında narkotestlərin təyini üzrə yoxlama keçirilməmişdir. Qeyd olunan halları və işdəki sübutları nəzərə alaraq hesab edirəm ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020ci ci il tarixli mənə məxsus nümunədə "marixuana" və "metamfitamin" tərkibli narkotik vasitələr aşkar edilməsinə istinad və tərəfimzdən narkotik vasitələrdən istifadənin təsdiqlənməsi üçün xüsusi laboratoriyaya göndərilmədən mənim Fövqəladə Hallar orqanlarından xaric edilməyim barədə əmrin qəbul edilməsi əsassız olmuşdur.Onun narkotik maddə istifadəçisi olmağım, xidmətə uyğunsuzluğa səbəb ola biləcək hər hansı xəstəliyim olması ilə bağlı iş materiallarında tibbi sənədlər və digər sübutlar mövcud deyil. Birinci instansiya məhkəməsi işdə olan sübutların tam və hərtərəfli araşdırılmasına və nəticə etibarı ilə onların qiymətləndirilməsinə açıq aşkar formal və səthi yanaşmış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin mövqeyi üçün əsas olmuş səbəbləri göstərməmişdir.Belə olan halda birinci instansiya məhkəməsinin 28 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı sayıla bilməz…» Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilsə də məhkəməyə gəlməmişdir). Hazırkı məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi R.Cəbrayılov iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış iddia ərizəsinə etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının tələbindən göründüyü kimi, cavabdehin, onun xidmətdən xaric edilməsi barədə xx.xx.2021-ci il tarixli 0070/Ş nömrəli əmrinin ləğv edilməsini və həmin əmrin hüquqi nəticələrinin aradan qaldırılmasını tələb etmişdir. Cavabdehin işə əlavə olunmuş mübahisələndirilən əmrindən isə görünür ki, həmin əmrlə AR FHN X11 Xidmətinin Neftayırma müəssisələri üzrə X5 13 nömrəli X6 Yanğından profilaktika sektorunun inspektoru daxili xidmət mayoru İddiaçı tərəfindən: - Narkotik vasitədən istifadə edilməsi aşkar olunmuş, lakin o, “Məhkəmə-tibbi ekspertiza və X8”də (PHŞ) təkrar tibbi müayinədən keçməkdənn yayınaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək heç bir üzrü səbəb olmadan xidmətə çıxmamaqla “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10.0.1 və 10.0.10-cu maddələrinin tələblərini pozmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, o, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanunun 6.7-ci maddəsinə, AR Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” ni və “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun 31.1.8-ci, 31.5-ci və 33.1.12-ci maddələrini və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Cavabdeh haqqında Əsasnamə"nin 10.10.22-ci bəndini rəhbər tutularaq fövqəladə hallar orqanlarından xaric edilmişdir. Əmrdə istinad olunan qanunvericiliklə isə aşağıdakılar nəzərdə tutulur: “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun “10.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşları aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar: 10.0.1. qanunvericiliyin tələblərinə riayət etməyə...; 10.0.10. etik davranış və intizam qaydalarına əməl etməyə...” Həmin Qanunun 31.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşı bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.8. fövqəladə hallar orqanlarından xaric etmə…” Həmin Qanunun 31.5. Bu Qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı qanunvericiliyə uyğun olaraq kobud pozuntulara, habelə bu Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş, xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.” Həmin Qanunun 33.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə aşağıdakı əsaslar olduqda xitam verilir: “… 33.1.12. fövqəladə hallar orqanlarından xaric edildikdə..; "Azərbaycan Respublikasının Cavabdeh haqqında” Əsasnamənin 10.10.22-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir.” “Narkoloji xidmət və nəzarət haqqında” Qanuna əsasən 6.7-ci maddəsinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə narkoloji xəstələr üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olmağa məhdudiyyətlər qoyulur. Belə peşə növlərinin və vəzifələrin siyahısı və məhdudiyyətin müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” İ. Peşə növlərinin və vəzifələrinin Siyahısı: “... 10. Müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr...” İş materiallarına əsasən, AR FHN X11 Xidmətinin Neftayırma müəssisələri üzrə X5 13 nömrəli X6 Yanğından profilaktika sektorunun inspektoru İddiaçı tərəfinjdən isə “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun qeyd olunan 10.0.1-ci və 10.0.10-cu “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun qeyd olunan 6.7-ci maddələrinə, habelə “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti” nin “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 10-cu bəndinin tələblərinə riayət etməyə borclu olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə zidd hərəkətlərə yol verdiyi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan sənədlərə əsasən mübahisələndirilən məsələ ilə bağlı iddiaçının aşağıdakı faktiki hərəkətlərinin mövcudluğu müəyyən olunur: Azərbaycan Respublikası Cavabdeh Tibb Xidməti Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli iddiaçının sidiyində narkotestlərin təyini analizinin nəticəsindən görünür ki, iddiaçıya məxsus nümunədə “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Bununla əlaqədar Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinin Xüsusi rütbəli əməkdaşlarla iş şöbəsinin baş zabiti, polkovnikleytenant Ramin Əlizadə, X11 Xidmətinin Şəxsi heyətlə iş şöbəsinin rəisi, daxili xidmət polkovniki Rəşid Əliyev, FHN-nin X7 şöbəsinin təxirəsalınmaz yardım bölməsinin feldşeri, gizir Laçın Xudabaxışovun iştirakı ilə tərtib edilmiş aktda aşağıdakılar qeyd olunur: - “8 dekabr 2020-ci il tarixində X11 Xidmətinin Neftayırma Müəssisələri üzrə X5 13 nömrəli X6 inspektoru, daxil xidmət mayoru İddiaçı narkoloji müayinədən keçirilməsi məqsədilə Nazirliyin Tibb Mərkəzinin laboratoriyasında müvafiq analiz götürülmüş, nəticədə onun sidik nümunəsində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmişdir. Analizin nəticələri barədə daxili xidmət mayoru İddiaçı məlumat verilmiş, bununla bağlı ondan izahat almaq istədikdə o, izahat verməkdən imtina etmiş və analizin nəticəsi ilə razı olmadığını şifahi bildirmişdir. Daxili xidmət mayoru İddiaçı Azərbaycan Respublikası Məhkəmə Tibbi Ekspertiza və X4 yenidən tibbi müayinədən keçirilməsi təklif olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək müayinədən yayınmışdır.” Eyni zamanda, cavabdeh nazirliyin X11 Xidmətinin Neftayırma Müəssisələri üzrə X5 rəisi daxili xidmət polkovniki İntiqam Musayev, 13 nömrəli YMH-nin rəisi daxili xidmət polkovnik leytenantı Fuad Seyidov, 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət baş leytenantı Bəhruz Muradovun iştirakı ilə tərtib edilmiş aktda aşağıdakı faktlar təsbit olunur: -“xx.xx.2020-ci il tarixində hissənin X2 inspektoru daxili xidmət mayoru X3 saat 08:00-da xidmətə gəlməmişdir. Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmışdır. Xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayonu 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir.Təkrar FHNnin Daxili Təhlükəsizlik Baş İdarəsinə çağırılmasına ona bildirilmişdir, lakin getməkdən imtina etmişdir.” Həmin tarixdə X11 Xidmətinin Neftayırma Müəssisələri üzrə X5 rəisi daxili xidmət polkovniki İntiqam Musayev, 13 nömrəli YMH-nin rəisi daxili xidmət polkovnik leytenantı Fuad Seyidov, 13 nömrəli YMH-nin rəis müavini daxili xidmət baş leytenantı Bəhruz Muradovun iştirakı ilə tərtib edilmiş digər bir aktda göstərilir: - “xx.xx.2020-ci il tarixində saat 16:00-da FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsinin şifahi göstərişinə əsasən hissənin X2 inspektoru daxili xidmət mayoru İddiaçı Daxili Nəzarət İdarəsinə göndərilməsi tapşırılmışdır. Saat 16:15-da daxili xidmət mayoru İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq Cavabdehnə çağırıldığını bildirdikdə məlum olmuşdur ki, o saat 16.00-da xidmət yerini icazəsiz tərk edərək evə getmişdir. İddiaçıa dərhal FHN-nə getməyi tapşırıldı, lakin o, getməkdən imtina etdi.” Eyni zamanda, nazirliyin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik baş idarəsinin rəisinin xx.xx.2021-ci il tarixdə Fövqəladə Hallar Nazirliyə daxil olmuş təqrirində aşağıdkılar bildirilmişdir: - “.. Nazirliyin X11 Xidmətinin Neftayırma müəssisələri üzrə X5 13 nömrəli X6 Yanğından profilaktika sektorunun inspektoru daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi barədə əməliyyat məlumatı Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsinə daxil olmuşdur. 8 dekabr 2020-ci il tarixində daxili xidmət mayoru İddiaçı tərəfindən narkotik vasitədən istifadə edilməsi aşkarlanmış, müayinənin nəticəsi ilə razı olmadığına görə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 təkrar tibbi müayinədən keçməyi təklif olunmasına baxmayaraq İddiaçı tibbi müayinədən keçməkdən yayınaraq həmin tarixdən 19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmamışdır. Təkrar müayinədən keçməkdən yayınması və Xidmətə gəlməməyinin səbəbini araşdırmaq üçün onunla telefon əlaqəsi saxlanılmış, lakin İddiaçı xəstə olduğunu əsas gətirərək xidmətə gələ bilməyəcəyini, Yasamal rayon 19 saylı şəhər poliklinikasına müraciət edəcəyini bildirmişdir. İddiaçı 19 nömrəli Şəhər Poliklinika tərəfindən verilmiş 8 dekabr 2020-ci il tarixli (seriya SN 00006 № 981120 ) əmək qabiliyyətinin olmaması vərəqəsi şübhə yaratdığına görə həmin vərəqənin əsaslı verilib-verilməməsi barədə məlumat əldə etmək üçün (qeydiyyat nömrəsi: 12/xx-xx/04147 29 12.2020) Bakı şəhər Baş Səhiyyə İdarəsinə məktubla müraciət olunmuş, müraciətə cavab olaraq bildirilmişdir ki, (qeydiyyat nömrəsi: 5471-01/8, xx.xx.2020) aparılmış yoxlama zamanı sənədlərdə bir sıra uyğunsuzluq və nöqsanlar aşkar edilmiş, 8 dekabr 2020-ci il tarixdən 20 dekabr 2020ci il tarixədək İddiaçı açılmış (seriya SN 00006 № 981120) əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsinə qərar verilmiş və 19 nömrəli Şəhər Poliklinikası rəhbərliyi tərəfindən işində yol verdiyi nöqsanlara görə sahə terapevti R Qasımovaya qarşı intizam tənbeh tədbiri görülmüşdür. İddiaçı müayinənin nəticəsi ilə bağlı izahat verməkdən imtina etməsi və təkrar müayinədən keçməkdən yayınması tərtib olunmuş müvafiq aktlarla təsdiq olunmuşdur. Beləliklə, araşdırma zamanı X11 Xidmətinin Neftayırma müəssisələri üzrə X5 13 nömrəli X6 Yanğından profilaktika sektorunun inspektoru, daxili xidmət mayoru İddiaçı narkotik vasitələr qəbul edilməsi və 8-19 dekabr 2020-ci il tarixədək heç bir üzrlü səbəb olmadan xidmətə çıxmaması təsdiq olunmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı haqqında intizam tənbehinin tətbiq edilməsinin məqsədəmüvafiq hesab edilmişdir.” Bakı şəhər Baş Səhiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli PHŞ/1.1.1-2-2022- 1528 saylı məktubunda isə bildirilmişdir: - “vətəndaş X10 xx.xx.2020-cı il tarixində 19 nömrəli Şəhər poliklinikası tərəfindən verilmiş (SN00006N981120) əmək qabiliyyətinin olmaması vərəqəsi ilə bağlı əməkdaşı olduğu Cavabdeh tərəfindən həmin sənədin əsaslı olub olmaması barədə şübhə yarandığından araşdırılması tələb olunmuşdur. Bu məsələ 19 nömrəli Şəhər poliklinikası tərəfindən araşdırılmış, əmək qabiliyyətinin olmaması vərəqəsinin tərtib edilməsi zamanı nöqsanlar aşkar edilmiş və həmin müəsssisənin tibbi şurasında müzakirə olunmuşdur. Tibbi şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokoluna əsasən İddiaçı verilən əmək qabiliyyətinin olmaması vərəqəsi əsassız hesab olunaraq ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Əlavə olaraq məsələ ilə bağlı həkim terapevt R.Qasımovaya tibbi sənədləşmənin tərtibatında yol verdiyi nöqsanlara görə intizam tənbehi tədbiri görülmüşdür.” Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən alınmış işə əlavə olunmuş sözügedən xx.xx.2020-ci il tarixli 4 nömrəli protokolda isə Yasmal rayonu 19 saylı şəhər polikliniksının tibbi şurada ümumi yığıncağının xx.xx.2020-ci il tarixli yığıncağında iddiaçı barəsində tərtib olunmuş əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsinin müzakirəsi aparılarkən məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə sahə həkimi terapevt Rəna Qasımova FHN-nin əmkdaşı İddiaçı “Lyumbaqo” diaqnozu ilə xəstəlik vərəqəsi açmış , lakin təlimat üzrə diaqnoza uyğun müəyinələrin aparılmadığı məlum olmuş, ona töhmət verilməsi və xəstəlik vərəqələrinin ləğv edilməsi qərpara alınmışdır. Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan aydın göründüyü kimi, xx.xx.2020-ci il tarixində Nazirliyi Tibb Xidməti Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli iddiaçının sidiyində ona məxsus nümunənin narkotestlərin təyini üzrə analizin nəticələrində “marixuana” və “metamfitamin” tərkibli narkotik vasitələr aşkar edilmiş (i.v.61. 76, 77), lakin bununla bağlı o, izahat verməkdən imtina etmiş və ona Məhkəmə Tibbi Ekspertiza və X4 yenidən tibbi müayinədən keçirilməsi təklif olunsa belə, analizin nəticələri ilə razı olmayaraq müayinədən yayınmış və aşkar edilmiş bu neqativ halı təkzibedici hərəktələrə getməmiş, müvafiq səhiyyə orqanlarında sözügedən məsələnin təkzibinə çalışmaq əvəzinə, ümumiyyətlə, işə çıxmamış, 19 nömrəli Şəhər poliklinikasına gedərək həmin poliklinka tərəfindən ona xəstəlik vərəqi açılmasına nail olmuş, lakin həmin xəstəllik vərəqəsi düzgün verilmədiyindən sonradan ləğv olunmuş, beləliklə də xx.xx.2020-ci il tarixədək üzrsüz səbəbdən xidməti buraxmışdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri Narkoloji Mərkızində qeydiyyatda olmaması, onun əvvəllər narkotik vasitədən istifadə etmədiyini bildirən dəlilləri və bununla bağlı işə əlavə olunmuş səndələr, yuxarıda tədqiq olunan sənədlərələ müəyyən olunan faktların təkzibinə əsas olan hallar kimi qiymətləndirilə bilməz. Beləliklə də iddiaçının üzərində, həm xx.xx.2020-ci il tarixdə ondan götürülən analiz nümunəsində narkotik vasitənin aşkar olunması faktının aşkar olunduğu təkzib olunmamış qalmış, ikinci bir tərəfdən isə həm də onun xidməti vəzifəsindən irəli gələn qanunvericiliyin tələblərini və intizam qaydalarını kobud surətdə pozduğu öz təsdiqini tapmış olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1-ci hissəsinin 10-cu bəndində isə göründüyü kimi, narkotik vasitə istifadəçilərinin müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə çalışmalarına yol verilmir. “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun qeyd olunan 10.10.0.8ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinədən keçməyə borcludur. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Qanunun qeyd olunan 3.2-ci maddəsi baxımından Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi...; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. Azərbaycan Respublikası FHN-nin 140 nömrəli xx.xx.2007-ci il tarixli əmri ilə təsdiq olunmuş fövqalədə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nın 4.1-ci bəndinə əsasən işçi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən işçi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur... Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. Həmin Qaydaların 6.4-cü maddəsinə əsasən etik davranış qaydalarının pozulması işçinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun 31.1 və 31.1.8-ci maddələrinin tələblərindən isə göründüyü kimi, fövqəladə hallar orqanlarının əməkdaşı qeyd olunan kobud pozuntulara yol verildikdə kobud barəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehi tətbiq oluna bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinin köbud surətdə pozduğuna görə iddiaçı barəsində fövqəladə hallar orqanlarından xaric etmə intizam tənbehinin tətbiq olunması qanuni və əsaslıdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İnzibati Posessual Məcəllənin 70.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, cavabdehin mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənldəri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1191/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-463/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-463/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver