Məhkəmə qərarları › İş №2-1(103)-463/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-463/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-463/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4139/2023 saylı 27 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 322 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin orta 1/3-in yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yarası. Sağ orta sinirin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” göstərilmişdir. İddiaçı barəsində verilən xx.xx.2021-ci il tarixli 2766003AADXB saylı tibbi göndərişdə - Əsas diaqnoz və ağırlaşma: “S59.7 Saidin çoxsaylı travmaları, sağ saidin orta 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasının davamlı qalıq əlamətləri. Sağ orta sinirin posttravmatik nevriti, hərəki funksiyanın pozulması, əzələ kontrakturası, sağ said sümüyünün ön tərəfinin qövsvari deformasiyası, sağ əlin İİİ və İV barmaqlarının bitişmiş kontrakturası. R26 Hərəkətin və yerişin pozulmaları sağ ətrafın hərəkət funksiyasının pozğunluğu. M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları sağ said sümüyünün içəri pn tərəfinin qövsvari deformasiyası. S52. Said sümüklərinin sınığı, sağ əlin İİİ və İV barmaqlarının bükücü kontrakturası. S54.1. Orta sinirin said səviyyəsində travması, sağ orta sinirin posttravmatik nevriti. Hərəki funksiyanın pozulması ilə. Yanaşı xəstəliklər: G20. Parkinson xəstəliyi və s.” qeyd olunmuşdur. İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli, 2766003AADXB saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərar ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9 bəndinə müvafiq olaraq “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarına əsasən İddiaçı hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı nitqi qırıq –qırıq, fasiləli monoton, ünsiyyətə ləng daxil olmuş, dərketmə və analiz qabiliyyətinin enikliyi, emosional-labillik, ətraflarda yüngül dərəcəli tremor, Romberqdə dayanıqsızlıq, sağ saiddə dəri çapıqları qeyd olunmuşdur. Yuxarı ətrafların hərəkətləri sərbəst, ətraflarda iflic, parez aşkar edilməmişdir. Anamnezə əsasən 2019-cu ildə kəskin beyin qan dövranı pozğunluğu keçirmiş, uyğun olaraq Bakı Kliniki Tibb Mərkəzin xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixli Epikrizləri təqdim edilmişdir. Həmin epikrizlərdə əsas diaqnoz “Dissirkulyator ensefalopatiya. Hipertoniya xəstəliyi, İİİ mərhələ. Vertebro-bazilyar hövzədə xronoki qan dövranı çatışmazlığı” kimi qeyd olunmuşdur. Təqdim edilmiş hərbi qərarda baş travması qeyd olunmadığından hazırkı sağlamlıq vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq olunmuş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi səbəbdən ikinci dərəcə 5 il müddətinə əllilik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi və həmin əlilliyə görə pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “pensiyanın hesablanaraq ödənilməsi” hissəsində mümkün sayılmamışdır. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-1994-cü illərdə Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirak etmişdir. Döyüşlər zamanı xx.xx.1994-cü ildə bir neçə yerdən güllə yarası-xəsarəti almışdır. xx.xx.1994-cü ildə Ordu sıralarından tərxis olunmuşdur. xx.xx.2014-cü il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin olunmuşdur. Həmin tarixdən də əlillik müavinətı almış, 1998-ci ildə isə müharibə veteranı xüsusi statusu verilmişdir. Bakı şəhər 5 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş Forma 88 arayışı əsasında 16 iyul 2021-ci il tarixdə Tibbi Sosial Ekspertiza Komissiyasının dövri, hərbi tibbi yoxlanış və müayinəsində olmuşdur. Sonda barəsində ikinci dərəcə əlillik təyin edilsə də, əlilliyinin səbəbi “ümumi xəstəlik” kimi qeyd edilmişdir. Əvvəlki müayinə aktlarında əliliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diaqnozu isə saidin çoxsaylı travmaları, sağ saidin orta 1/3-nin odlu silahla dəlib keçən güllə yaralanmasının qalıq əlamətləri, orta sinirin said səviyyədə travması və nevriti, hərəkəti funksiyasının pozulması, sag said sümüyünün deformasiyası kimi qeyd olunmuşdur. Sonuncu müraciəti əsasında xx.xx.2022-ci il tarixdə yenidən müayinədən keçmiş və diaqnozunun hərbi travma olmasına baxmayaraq ona verilən əlilliyin səbəbi “ümumi xəstəlik” kimi göstərilmiş və xx.xx.2022-ci il tarixli qərarla əvvəlki xx.xx.2022-ci il tarixli qiymətləndirmə qərarı qüvvədə saxlanılmış, əlliliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınması” kimi qeyd olunmasından imtina edilmişdir. Cavabdehin qeyd edilən əsasları nəzərə almadan əlillik təyin etməsi qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə münasibət bildirilməmiş və yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4139/2023 saylı 27 iyul 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik səbəbinin dəyişdirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarda öz mövqeyini belə əsaslandırmışdır ki, “iddiaçının tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının göndərişdə qeyd olunan əsas diaqnozu və onun ağırlaşmaları ekspert rəyi ilə öz təsdiqini tapsa da, bu diaqnozun hərbi səbəb əlaqəsi Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilsə də, həmin diaqnoz ikinci dərəcə əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə göstərilən diaqnozlar üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. İddiaçıya ikinci dərəcə əlillik onun göndərişində yanaşı xəstəlik kimi qeyd edilmiş “G20. Parkinson xəstəliyi” üzrə, adıçəkilən Əsasnamənin 2.2.9-cu bəndinə əsasən təyin edilmişdir. Həmin diaqnozun isə hərbi səbəb əlaqəsi Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, həmin qərarda baş travması qeyd olunmamışdır. Beləliklə də, cavabdeh tərəfindən haqlı olaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir”. Məhkəmə xüsusilə bu hissədə hərtərəfli və geniş araşdırma aparamamış, nəticədə yalnış nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 322 nömrəli qərarda göstərilmiş “Sağ saidin orta1/3-nin yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yarası. Sağ orta sinirin posttravmatik nevriti” diaqnozu - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşməməsi əsası ilə əlilliyin səbəbinin müəyyən edilməsi istiqamətində aparılan araşdırma yetərli olmamışdır. Sadalanan qanunvercilik normalarından göründüyü kimi, əlilliyin qiymətləndirilməsi və təyini 88 Formada verilən göndərişdə əks olunmuş məlumatlar əsasında aparılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2766003AADXB saylı tibbi göndərişdə - Əsas diaqnoz və ağırlaşma: “S59.7 Saidin çoxsaylı travmaları, sağ saidin orta 1/3-nin odlu silahla dəlib-keçən güllə yaralanmasının davamlı qalıq əlamətləri. Sağ orta sinirin posttravmatik nevriti, hərəki funksiyanın pozulması, əzələ kontrakturası, sağ said sümüyünün ön tərəfinin qövsvari deformasiyası, sağ əlin İİİ və İV barmaqlarının bitişmiş kontrakturası. R26 Hərəkətin və yerişin pozulmaları sağ ətrafın hərəkət funksiyasının pozğunluğu. M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları sağ said sümüyünün içəri pn tərəfinin qövsvari deformasiyası. S52. Said sümüklərinin sınığı, sağ əlin İİİ və İV barmaqlarının bükücü kontrakturası. S54.1. Orta sinirin said səviyyəsində travması, sağ orta sinirin posttravmatik nevriti. Hərəki funksiyanın pozulması ilə. Yanaşı xəstəliklər: G20. Parkinson xəstəliyi və s.” qeyd olunmuşdur. Məhkəmə qeyd olunan bu diaqnoz və xəstəliklər üzrə araşdırma aparmamış, ekspert qarşısında bu göndərişdəki xəstəliklərlə bağlı əliliyin səbəbinin müəyyən edilməsi istiqamətində suallar qoymamış, yalnız Həbi Həkim Komissiyasının qərarındakı diaqnoz üzrə sual ünvanlamış, ekspert isə suallardan kənara çıxa bilmədiyindən həmin suallar üzrə məhdud cavablar vermişdir. Halbuki məhkəmə tərəfindən tibbi göndərişdə qeyd olunan bütün diaqnoz və xəstəliklər üzrə suallar ekspertiza təyin qərarına yerləşdirilməli, onların yaranma səbəbləri, hərbi həkim komissiyasının qərarındakı xəstəliklərlə əlaqəsinin olub-olmaması, onlardan törənibtörənməməsi, döyüşlərdə iştirak və orada alınan xəsarətlərlə əlaqədar olub-olmaması müəyyən edilməli, bundan sonra qeyd olunan diaqnozlar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun hüquqi dəyərləndirmə aparılmalı idi, Yuxarıda göstərilən hallardan və normaların mahiyyətindən aydın olur ki, məhkəmənin qərar üzrə qənaəti düzgün olmamış, cavabdeh qurum isə arzuladığım inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ona görə də hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən ədalətli şəkildə araşdırılmalı və iddianı təmin edən qərar qəbul edilməlidir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsi” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-ci bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4.-cü bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5 - cü bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarına əsasən İddiaçı hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı nitqi qırıq –qırıq, fasiləli monoton, ünsiyyətə ləng daxil olmuş, dərketmə və analiz qabiliyyətinin enikliyi, emosional-labillik, ətraflarda yüngül dərəcəli tremor, Romberqdə dayanıqsızlıq, sağ saiddə dəri çapıqları qeyd olunmuşdur. Yuxarı ətrafların hərəkətləri sərbəst, ətraflarda iflic, parez aşkar edilməmişdir. Anamnezə əsasən 2019-cu ildə kəskin beyin qan dövranı pozğunluğu keçirmiş, uyğun olaraq Bakı Kliniki Tibb Mərkəzin xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021xx.xx.2021-ci il tarixli Epikrizləri təqdim edilmişdir. Həmin epikrizlərdə əsas diaqnoz “Dissirkulyator ensefalopatiya. Hipertoniya xəstəliyi, İİİ mərhələ. Vertebro-bazilyar hövzədə xronoki qan dövranı çatışmazlığı” kimi qeyd olunmuşdur. Təqdim edilmiş hərbi qərarda “baş travması” qeyd olunmadığından hazırkı sağlamlıq vəziyyətinin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq olunmuş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi səbəbdən ikinci dərəcə 5 il müddətinə əllilik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən təyin olunan məhkəmə-tibbi ekpertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 verdiyi 05 iyun 2023-cü il tarixli T326/2023 saylı ekspert rəyində Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 322 nömrəli qərarda göstərilmiş “Sağ saidin orta1/3-nin yumşaq toxumalarının odlu silahla dəlib keçən güllə yarası. Sağ orta sinirin posttravmatik nevriti” diaqnozu təsdiqini tapmışdır. Yuxarıda qeyd olunan ekspert rəyi ilə iddiaçının göndərişdə qeyd olunan əsas diaqnozu və onun ağırlaşmaları təsdiq olunsa da, həmin diaqnoz ikinci dərəcə əlillik təyinatına imkan vermədiyindən, yəni həmin diaqnozlar üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyinatının aparılması mümkün olmamışdır. İddiaçıya ikinci dərəcə əlillik onun göndərişində yanaşı xəstəlik kimi qeyd edilmiş “G20. Parkinson xəstəliyi” üzrə adıçəkilən Əsasnamənin 2.2.9-cu bəndinə əsasən təyin edilmişdir. Həmin diaqnozun isə hərbi səbəb əlaqəsi Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilməmişdir. Belə ki, həmin qərarda iddiaçının “baş travması” aldığı da qeyd olunmamışdır. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya haqlı olaraq “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2- 1(112)-4139/2023 saylı 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4139/2023 saylı 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar