Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4633/2025 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, İsmayılzadə Fərid Sabir oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanının 2022-ci il mənfəət dövrü üzrə ##.##.2023-cü il tarixli, **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli protokol qaydasında qəbul etdiyi qərardad ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2022-ci il Mənfəət dövrü üzrə ## #### 2023-cü il tarixli 2319021312540200 “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə kameral vergi yoxlaması nəticəsində müəssisəyə əsassız olaraq 81296,95 manat əlavə vergi məbləği hesablamışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir: Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində göstərilmiş 28798,5 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmış, tərəfinizdən təsdiqedici sənədlər vergi orqanına təqdim edilməmişdir. Tərəfinizdən 2022-ci il ərzində aparılmış idxal əməliyyatı üzrə malların statistik dəyəri ilə faktiki (invoys) dəyəri arasında 734908,4 manat kənarlaşma yaranmışdır və təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı qeyd etmişdir ki, cavabdeh vergi orqanı tərəfindən onlara ünvanlanmış uyğunsuzlq məktublarına aşağıdakı kimi cavablar təqdim edilmişdir: Tərəfimizdən təqdim edilmiş bəyannamənin * nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur" sütunundakı göstəricilərin cəmi olan 4.226.971,29 manat məbləğ tərəfimizdən idxal edilmiş malların invoys dəyəridir. Belə ki, malların maya dəyəri Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir ki, yəni mallar anbara daxil olunanadək çəkilən real xərclər əsasında hesablanır. Tərəfimizdən də mallar anbara invoys dəyəri və onlara gömrükdə çəkilən xərclər əlavə olunaraq daxil edilmişdir. Uyğunsuzluq məktubunuzda vergi orqanının məlumat bazasına əsasən 4.579.906,04 manat məbləğ göstərilərək 352.934,75 manat qədər fərq çıxarılmışdır. 4.579.906,04 manat məbləğ tərəfimizdən idxal olunmuş malların gömrük dəyəridir (Statistik dəyər). Lakin çoxsaylı göstərişlərinizə istinad edərək idxal olunmuş malların maya dəyərini invoys dəyəri ilə müəyyən etmişik. Mənfi məzənnə fərqini əks etdirən bank hesabından çıxarışı qoşmada Sizə təqdim edirik. Xahiş edirik nəzərə alasınız. Məktubunuzun 2-ci bəndinə cavab olaraq bildiririk ki, ##.##.2023-cü il tarixli **************** saylı Mənfəət vergisi - 2022-ci il Elektron kameral üçün uyğunsuzluq məktubunda da bu məzmunda uyğunsuzluq göndərilmişdir və “Təqdim edilmiş bəyannamənin * nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş, elektron-qaimə fakturalar və alış aktları əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən fərqli olduğu üçün kənarlaşma yarandığı” bildirilmişdir.” ##.##.2023-cü il tarixli **************** saylı uyğunsuzluğa cavab məktubunda ətraflı şəkildə izahat təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bunlarla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Əlavə olaraq bildirilir ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən malların statistik dəyərinin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur. Qeyd olunanlar qanunvericiliyə uyğun olaraq Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi ilə tənzimlənir. - Məktubunuzun 3-cü bəndinə cavab olaraq bildiririk ki, müəssisə tərəfində təqdim edilən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinin 1.9 Gələcək dövrün xərcləri bölməsi dövrün əvvəlinə qalıq sətrinin göstəricisi müəssisə tərəfindən qeyrirezidetlərdən “X2”, “"Ras- Les”, “X4”, “X5” idxal ediləcək mallar üzrə ödənilən avans məbləğlərə əsasən formalaşmışdır. ##.##.2022-ci il tarixinədən avans ödənilmiş “X2”, “"Ras-Les”, “X4”, “X5” müəssisələrindən 2022-ci il ərzində ödənişin müqabilində 480 087,1 manat məbləğində mallar idxal edilmişdir. Bu səbəbdən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsinin 1.9 Gələcək dövrün xərcləri bölməsində dövr ərzində təqdim edilmişdir sətrində 480 087,1 manat məbləğ əks etdirilmişdir. Müəssisənin mühasibat uçotu düzgünlüyü baxımından ödənilən avans məbləğlər gələcək dövrün xərcləri kimi qeydiyyat alınmış, avansın müqabilində qeyri rezidentdən mal idxal edildiyi tarixdən müvafiq mühasibatlıq yazılışı ilə idxal edilən malın invoys dəyəri ilə ödənilən məbləğ əvəzləşdirilmişdir. Təsdiqedici sənədləri Sizə təqdim edirik. 4-cü bənddə göstərilənlərlə əlaqədar bildiririk ki, müəssisə tərəfindən təqdim edilən 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsinin * nömrəli əlavəsində qeyd olunan "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" sətrində idxal olunan mallar əks edilmişdir. İdxal edilmiş malların dəyəri uyğunsuzluq məktubunun 2-ci bəndində geniş şəkildə izahat verilmişdir. Əlavə olaraq bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyvənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.” Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin müraciət cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. İddiaçı hesab edir ki, qərarlar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixli, **************** nömrəli qərar ləğv edilərək, ##.##.2023-cü il tarixdə ***************** nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Bu qərarda təqdim edilmiş bəyannamə hesabat üzrə tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 86.341,37 manat göstərilmişdir. Lakin müəssisə tərəfindən vergi orqanına təqdim edilən bəyannaməyə əsasən, 5.044,42 manat vergi hesablanmışdır. Bu da qərarın əsassız olduğunu əsaslandıran hallardan biridir. Verginin azaldılmış məbləği və ya sığorta haqqı olaraq 5760 manat göstərilmişdir. Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində isə **************** nömrəli müraciətə əsasən çıxarıldığı göstərilmişdir. Bütün bunlar və müəssisənin məhkəməyə təqdim edilən sənədlərlə müəssisənin mənfəət vergisini düzgün hesablamasını sübut edir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin * nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir", "Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ nəzərə alınmaqla 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində göstərilmiş 28798,5 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 81.296,95 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə ##.##.2023cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə ##.##.2023- cü il tarixli, 2317010069317200 və **************** nömrəli müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və vergi ödəyicisinin mənfi məzənnə fərqi barədə izahları nəzərə alınmaqla nəticəsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği qismən azaldılaraq 80581,69 manat vergi məbləği qüvvədə saxlanılaraq bu barədə vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının ##.##.2022-##.##.2022-ci illər ərzində əldə etdiyi eqaimə fakturaların cəmi məbləği 367828 manat, yük gömrük bəyannaməsi üzrə idxalı 3852187,681 manat, 2022-ci ilin əvvəlinə mal qalığı 322,033 manat olmuşdur. Göründüyü kimi iddiaçının təqdim etdiyi bəyannamə üzrə 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc məbləği müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında göstərilənlərin əsassız olması ilə bağlı material hesabatları, yük gömrük bəyannamələri, xərc sənədləri, invoyslar iş materiallarında mövcud olmuşdur. Təqdim edilmiş ilkin sənədlərdən və həmçinin çıxışlara əsaslanaraq, mal materialların uçotu “statistik dəyər”lə deyil, “invoys dəyəri” ilə aparılmışdır. Vergi orqanı tərəfindən qeyd edilənin əksi iddia edilmiş, lakin bu əsaslı olmamışdır. Müvafiq sübutların təqdim edilməsindən sonra *- *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə ekspert qarşınına aşağıdakı suallar qoyulmuşdur: “1. İddiaçı MMC-nin 2022-ci il üzrə mənfəət vergisinin məbləği nə qədər təşkil edir? 2. İddiaçı MMC-nin 2022-ci il üzrə xərci və gəliri nə qədər müəyyən edilir? 3. İddiaçı MMC-nin 2022-ci il üzrə mənfəət vergisinin hesablanması üçün əsas olmuş xərc sənədləri hansı ilkin sənədlərlə öz əksini tapır?” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə hissəsində qoyulmuş suallara cavab olaraq qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər (yük gömrük bəyannamələri, e-qaimə fakturalar, bank çıxarışları, bəyannamələr və s.) əsasında İddiaçı MMC-nin 2022-ci il üzrə xərcinin 4.316.608,52 manat, gəlirinin 4.341.830,63 manat, mənfəət vergisinin isə 5.044,42 manat məbləğində olmasının müəyyən edildiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının 9-cu səhifəsində qeyd edilənlərə görə */**** nömrəli ekspert rəyi mötəbər hesab edilməmiş, ekspertin vergi ödəyicisinin bəyannamə məlumatlarını təsdiqləməsinə baxmayaraq bu nəticəyə hansı hesablamalar və sənədlər əsasında gəldiyini qeyd etməmiş, hər hansı araşdırma aparıldığı görünmədiyi qeyd olunmuşdur. Gömrük dəyəri barədə vergi orqanının məlumatlarının əsassız olduğunu təsdiq edən sənədlər Dövlət Gömrük Komitəsinin elektron xidmətlər portalından çıxarılaraq iş materiallarına əlavə olunmuşdur. Gömrük dəyəri cavabdehin qeyd etdiyi kimi 3.852.187,68 manat deyil, əslində 4.579.905,89 manat təşkil etmişdir. Bununla əlaqədar təsdiqedici sənədlər tərəfimizdən məhkəməyə təqdim edilmişdir və iş materiallarında mövcud olmuş, lakin məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd edək ki, işin hallarının düzgün araşdırmasının aparılmasını təmin etmək məhkəmə tərəfindən həyata keçirilir. Əgər məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişsə, xüsusi bilik tələb edən halların düzgün araşdırılması üçün təkrar və ya əlavə ekspertiza İPM-in 1.2, 29-1 və MPM-in 102-ci maddələrinə əsasən təyin edə bilərdi. Lakin göründüyü kimi məhkəmə bunu etməmiş, sadəcə formal mülahizələrə əsaslanaraq ekspert rəyini və təqdim etdiyimiz sənədləri də əsassız saymışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli qərarı ilə, aparılmış kameral yoxlama nəticəsində 79.001,75 manat (əlavə hesablama 73.957,33 manat) mənfəət vergisi hesablanmışdır; 2022-ci ilin cari mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 4.370.269,15 manat gəlir (200.1), çıxılmalardan sonra ümumi gəlir 4.341.831,63 manat (220.), 3.904.938,67 manat malın dəyəri (221.4), 4.316.608,52 manat cəmi xərclər (236.), 25.222,11 manat vergi tutma məqsədləri üçün mənfəət (237.), ödənilməli mənfəət vergisinin 5044,42 manat (247.) olduğu bəyan edilmişdir; İddiaçı MMC tərəfindən 2022-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə * nömrəli əlavədən görünür ki, əlavənin 1.3.2-ci (Mallar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 4.226.971,29 manat, 1.3-cü (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 4.226.971,29 manat göstərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinin nəticə qoyulmuş suallara cavab olaraq qeyd edilmişdir ki, təqdim olunmuş sənədlər (yük gömrük bəyannamələri, e-qaimə fakturalar, bank çıxarışları, bəyannamələr və s.) əsasında İddiaçı MMC-nin 2022-ci il üzrə xərcinin 4.316.608,52 manat, gəlirinin 4.341.830,63 manat, mənfəət vergisinin isə 5.044,42 manat məbləğində olması müəyyən olunur; Cavabdeh vergi orqanı tərəfindən ekspert rəyinə dair verilmiş mülahizədə rəylə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir: “Əvvəla, bildiririk ki, iddiaçının ##.##.2022- ##.##.2022-ci illər ərzində əldə etdiyi e-qaimə fakturaların cəmi məbləği 367828 manat, yük gömrük bəyannaməsi üzrə idxalı 3.852.187,681 manat, 2022-ci ilin əvvəlinə mal qalığı 322,033 manat olmuşdur. Göründüyü kimi iddiaçının təqdim etdiyi bəyannamə üzrə 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərc məbləği müəyyən edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir...Qeyd olunanlara əsasən cavabdeh hesab edir ki, ##.##.2025ci il tarixli */**** saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməlidir.” Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, 73957,33 manat əlavə hesablamanın aparılmasına əsas olmuş təsdiq edilməyən xərclər, həmçinin gömrük dəyəri və faktiki dəyər arasındakı fərqi təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsinin * nömrəli əlavəsində qeyd olunan "Əsas vəsaitlərin dəyəri" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğindən "Kapitallaşma üçün aktivlər" sətrinin "Təqdim edilmişdir", "Silinmişdir","Ləğv edilmişdir" məbləğlərinin cəmi çıxılmaqla və "Ehtiyatlar" sətrinin "Dövr ərzində daxil olmuşdur" məbləğinin toplanması nəticəsində yaranan məbləğ nəzərə alınmaqla 377686,2 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Eyni zamanda təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində göstərilmiş 28798,5 manat mənfi məzənnə fərqi barədə açıqlama (izah) və təsdiqedici sənədlərin təqdim edilməsinə zərurət yaranmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 81 296,95 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə ##.##.2025ci il tarixli, **************** nömrəli müraciətləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və vergi ödəyicisinin mənfi məzənnə fərqi barədə izahları nəzərə alınmaqla nəticəsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləği qismən azaldılaraq 73957,33 manat vergi məbləği qüvvədə saxlanılaraq bu barədə vergi ödəyicisinə ##.##.2025-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 13.2.31. Malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 162.1. Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: 1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; 220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ## ####### 2014-cü il tarixli ***/*** saylı sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın müddəalarına görə bəyannamələrin 45-ci – “gömrük dəyəri” qrafasında bəyan olunan malların gömrük dəyəri milli valyuta ilə göstərilir, 46-cı – “statistic dəyər” qrafasında bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Digər tərəfdən, “Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Qeyd olunan Qanunun 4.1.1-ci maddəsinə əsasən advalor gömrük rüsumu malların gömrük dəyərinə nisbətən faizlə hesablanır. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsulu olsa da, digər üsullar da (eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti, dəyərin çıxılması üsulu, dəyərin toplanması üsulu, ehtiyat üsulu) nəzərdə tutulmuşdur. Göründüyü kimi gömrük və vergi məqsədləri baxımından malın dəyəri qanunvericilikdə fərqləndirilmişdir. Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Odur ki, vergi məqsədləri baxımından mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın alışı üçün çəkilmiş faktiki xərc olmalıdır. Hazırkı iş üzrə iddiaçı invoys dəyərindən daha artıq məbləğin malın alışı zamanı ödənildiyini təsdiq edən sübut təqdim etməmişdir. Apellyasiya icraatı zamanı, müəyyən edilmişdir ki, 73.957,33 manat əlavə hesablamanın aparılmasına əsas olmuş sənədlərlə təsdiq edilməyən xərclər gömrük dəyəri və faktiki dəyər arasındakı fərqə münasibətdə kənarlaşmadan ibarət olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq o nəticəyə gəlmişdir ki, hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir və vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması qanunvericiliyin tələbinə görə mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Fərid İsmayılzadə Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4633/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4633/2025
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver