Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-464/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, İddiaçı David oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsli Nazirliyi yanında Təhsildə X4rşı Azərbaycan Respublikası Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-4105/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı David oğlu cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin bərpa edilməsi və Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası” tərəfindən 21.06.2018-ci il tarixdə adına verilmiş D18 No: 131207 saylı bakalavr diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı David oğlu məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, cavabdehlər qismində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyini göstərərək Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası” tərəfindən 21.06.2018-ci il tarixdə adına verilmiş D18 No: 131207 saylı bakalavr diplomunun tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı David oğlu yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizim və otelçiliyin idarə edilməsi ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No: 131207 saylı 21.06.2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2018-ci illərdə Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X5 Olunması Akademiyasında təhsil almış və Menecment hazırlıq istiqaməti, Turizm və otelçiliyin idarə edilməsi ixtisaslaşması üzrə Bakalavr ali ixtisas dərəcəsinə yiyələnmişdir. Daha sonra, Azərbaycan Respublikasına qayıdaraq, həqiqi hərbi xidmətə başlamış və hərbi xidmətini başa vurmuşdur. 08 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinə 21.06.2018-ci il tarixdə onun adına verilmiş Dİ8 Nö: 131207 saylı Bakalavr Diplomunun tanınması barədə müraciət etmişdir. Bundan bir qədər sonra, 27 sentyabr 2020-ci il tarixdə Vətən Müharibəsi başlamış və o, döyüşlərdə könüllü iştirak üçün müraciət etmiş, 27.10.2020-ci il tarixdə ordu sıralarına alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd, Xankəndi və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 10.11.2020-ci il tarixdən 02.01.2021-ci il tarixinədək isə. Qubadlı, Cəbrayıl, Zəngilan və Laçın rayonlarının mühafizəsi istiqamətində görülən fəaliyyətlər üzrə xidmətini davam etdirmişdir. 02.01.2021-ci il tarixdə ehtiyata buraxılmışdır. O, hərbi xidmətdə olduğu dövrdə yəni, 02.11.2020-ci il tarixdə etdiyi müraciətə aşağıdakı məzmunda cavab verilmişdir: “Hörmətli müraciətçi Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 İdarəolunması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü verinə yetirməyiniz qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiva prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasivası) Qaydaları"nın 3.7-ci bəndinə əsasən. **********-nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-4105/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-4105/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı müddət ərzində Ukraynada olduğu müddət 16 ay təşkil etmişdir. Bu müddət isə dərs yükünü mənimsəməsi üçün ali təhsil müəssisəsi tərəfindən qəbul olunaraq, ali təhsil alması barədə diplom vermişdir. Tədris aldığm müddət ərzində tədris aldığı dili bilmə səviyyəsi ilə bağlı ali təhsil müəssisəsi tərəfindən irad bildirilməmişdir. Tədris zamanı aldığı təhsilin qavranmasında və fikirlərinin ifadə olunması ilə bağlı heç bir çətinlik olmamışdır. Halhazırda 3 ildən çoxdur ki, ali məktəbi bitirdiyindən və tədris aldığı dilin istifadə olunması üçün zərurətin olmaması, fikrinin ifadə olunmasında müəyyən problemlər yaratsada, ümumilikdə, cavabdeh tərəfindən qənaətbəxş hesab edilməməsi üçün əsas ola bilməz. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-4105/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-4105/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı tərəflərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı David oğlu xx.xx.1996-ci ildə doğulmuşdur. - Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası” tərəfindən verilmiş 21.06.2018-ci il tarixli B18 № 131207 saylı diplomun surətindən müəyyən olunur ki, İddiaçı David oğlu “Menecment və İnzibatçılıq” ixtisası üzrə bakalavr dərəcəsini almışdır. - Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası” tərəfindən verilmiş 21.06.2018-ci il tarixli B18 № 131207 saylı diploma əlavənin surətindən müəyyən olunur ki, İddiaçı David oğlu “X7 Olunması Akademiyası”nda oxuduğu müddət ərzində “Menecment və İnzibatçılıq ” ixtisası üzrə 4 il əyani tədris formasında təhsil almışdır. - Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası” tərəfindən 06.09.2018-ci ildə № A 66423-18 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. - İddiaçı hazırkı tələblə cavabdeh orqana elektron qaydada müraciət etmiş, elektron müraciətinə cavab olaraq bildirilmişdir ki, X2 İdarəolunması Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - Birinci instansiya məhkəməsinin 09.06.2021-ci il tarixli qərardadı ilə İddiaçı David oğlunun cavabdeh Təhsildə X4rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə, Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizim və otelçiliyin idarə edilməsi” ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No: 131207 saylı 21.06.2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim edilməsi üçün İddiaçı Davud oğluna 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. - Qərardadın icrası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 00-05-345/TKTA №li 19.08.2021ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı David oğluna Ukrayna Respublikasının Regionlararası X3 tərəfindən verilmiş 11.06.2018-ci il tarixli, B 18 seriyalı 131207 nömrəli diplom üzrə ixtisasın tanınması məsələsi yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəmədi hesab etmişdir ki, iddiaçı Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” ixtisası üzrə əyani formada təhsil almasını bildirsə də, məhkəmə araşdırması zamanı onun təhsil aldığı institutun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması və aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmaması müəyyən olunmuşdur ki, bu cür vəziyyətdə təhsil alan şəxsin özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir. Ona görə də İddiaçı David oğlunun cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Təhsildə X4rşı Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizim və otelçiliyin idarə edilməsi ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No: 131207 saylı 21.06.2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarınin tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın (bundan sonra mətndə Qaydalar) 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in (bundan sonra mətndə - Saziş) 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Sazişin 6-cı maddəsinə görə, bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Belə ki, Sazişin tərəfi olan dövlət məzuna verdiyi diplomla onun ali təhsil proqramını uğurla başa vurduğunu təsdiq etmişdir (Qaydaların 1.2-ci bəndi). Qeyd olunan normaların tələbləri birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınamışdır. Baxılan iş üzrə iddiaçı əyani formada təhsil almış, və “Menecment və İnzibatçılıq” ixtisası üzrə bakalavr dərəcəsi alması Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası” tərəfindən verilmiş 21.06.2018-ci il tarixli B18 № 131207 saylı diploma əsasən təsdiq olunmuşdur. İddiaçının diplomu Ukraynanın Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası” tərəfindən 06.09.2018-ci ildə № A 66423-18 nömrəsi ilə 05.10.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-4105/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı David oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2-1(112)-4105/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı David oğlunun iddiası təmin edilsin. İddiaçı David oğlunun Ukrayna Respublikasının Xüsusi Səhmdar Cəmiyyəti Ali Təhsil Müəssisəsi “X7 Olunması Akademiyası”-nın “Menecment və inzibatçılıq” fakultəsinin əyani şöbəsinin “Turizim və otelçiliyin idarə edilməsi ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş D18 No: 131207 saylı 21.06.2018-ci il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-464/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-464/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver