Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-464/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızı və X13 ibarət tərkibdə, cavabdehin nümayəndəsi X21 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X18, X35, X6, X36, X7, X37, X22, X23, X19, X20, X8, X30, X14) “mənzilin onun adına özəlləşdirilməklə hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 115 saylı evin 11 saylı mənzilinin onun adına özəlləşdirilməklə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslarındırılmışdır: İddiaçının özəlləşdirmək istədiyi və hazırda yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu (əvvəlki C.Hasilov küçəsi), 115 saylı evin 11 saylı mənzili Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən sosial kirayə müqaviləsi bağlanılmaqla mərhum həyat yoldaşı X2 verilmiş və həmin mənzilə dair ərinə verilmiş xx.xx.1998-ci il tarixli, 047865 saylı orderdə əri X9 ilə yanaşı iddiaçının (İddiaçı), habelə, X20, qızı X6, qızı Sevilin həyat yoldaşı X10, nəvəsi X30 və nəvəsi Rəsulova (Sarıyeva) Gültəkin Qurban qızının adları qeyd olunmuşdur. İddiaçının əri X9 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Eyni zamanda, iddiaçının qızı X4 isə X10 ilə aralarındakı nikah pozulmuşdur. 2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinə ərizə ilə müraciət edərək həyat yoldaşının vəfatı ilə əlaqədar yaşadığı qeyd olunan mənzilin sosial kirayə müqaviləsinin onun adına dəyişdirilməsini xahiş etmiş və həmin Departamentin xx.xx.2011-ci il tarixli, 340 saylı əmri ilə onun müraciəti təmin olunaraq, onunla, yaşayış sahəsi 58,29 kv.m olan 4 otaqdan ibarət həmin mənzilə dair sosial kirayə müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı mənzili öz adına özəlləşdirilməklə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahişi ilə cavabdehə müraciət etmiş, onun müraciətinə cavab olaraq cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə hüquqmüəyyənedici sənədlərlə “ASAN xidmət” mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Həmin sənədlər əlavə edilməklə ərizə ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etdikdə isə cavab olaraq ona xx.xx.2021-ci il tarixli məktubla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri və həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq, hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında Mərkəzdə fəaliyyət göstərən daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidmətinə müraciət edə biləcəyi bildirilmişdir. Həmin qaydada qeydiyyat xidmətinə müraciətinə cavab olaraq isə mənzildə qeydiyyatda olan digər şəxslərin, yəni hazırkı iş üzrə üçüncü şəxslərin də razılıq ərizələrinin də təqdim edilməli olduğu bildirilmişdir. Üçüncü şəxslərin şəxslərin razılıq ərizələrinin olmaması mənzilin özəlləşdirilməsinə mane olmamalıdır. Çünki, mənzildə qeydiyyatda olan şəxslərin bir hissəsinin mənzilin özəlləşməsinə ərizə verməməklə mane olması onun və mənzildə qeydiyyatda olan digər istifadəçilərin hüquqlarını pozur və eyni zamanda mənzil üzərində hüquqların qeydiyyatının, yəni, çıxarışın olmaması mənzilin idarə olunmasında müəyyən çətinliklər yaradır. Buna görə də cavabdehin imtinası əsassız və qanunsuzdur...” Cavabdeh iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan sənədlərin (üçüncü şəxslərin də razılıq ərizələrinin) tam şəkildə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçının apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “... Məhkəmənin qərarı maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, iddia tələbimin təmin edilməməsinin yeganə əsası kimi məhkəmənin qərarında qeyd edilir ki, kirayəyə müqaviləsində iddiaçının ailə üzvü kimi qeyd olunmuş X7, X35 və X5 mənzilin iddiçının adına özəllləşdirilməsi üçün razılıq verməmiş etiraz etmişlər. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, birincisi, Sahibov Xəqani həm notarial təsdiq olunmuş razılıq ərizəsi vermiş, həm də məhkəmə iclasında belə bir rəsmiləşməyə etiraz etmədiyini bildirmişdir. Razılıqları olmayan və iddianın rədd edilməsində həlledici rol oynayan X3, X24 və X11 münasibətdə qeyd olunan yanaşma məhkəmənin özünün istinad etdiyi qanunvericiliyin tələblərinə ziddir. Çünki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, razılığı tələb olunan şəxslər: mənzil kirayə müqaviləsində göstərilənlər və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış şəxslər kirayəçinin ailə üzvləri olmalıdırlar. Başqa sözlə, yalnız kirayəçinin yetkinlik yaşma çatmış ailə üzvüləri mənzil kirayə müqaviləsində göstərilmişlərsə və kirayəçi ilə birlikdə faktiki yaşayırlarsa belə bir statusa malikdirlər, yəni məhz bu kateqoriya şəxslərin mənzillərin özəlləşdirilməsində razılıqları tələb olunur. Bu mənada ailə üzvü olmayan şəxslər mənzil kirayə müqaviləsində göstərilsələr və həmin mənzildə faktiki yaşasalar belə kirayəçinin mənzilin özəlləşdirilməsi ilə bağlı hüquqlarının təmin olunmasıa maneə yarada bilməzlər, çünki kirayəçinin ailə üzvləri deyillər. Kirayəçi olaraq bütün ailə üzvülərimin notarial təsdiq olunmuş razılıqları olsa da, ailə üzvülərimdən oğlum Sahibov Xaqani inzibati orqana müraciət edərkən razılıq ərizəsi verməmişdir. Hazırki işə inzibati məhkəmədə baxılarkən Xaqani də öz razılığını notarial təsdiq olunmuş ərizə ilə ifadə etmiş və məhkəmə iclasında da eyni məzmunlu mövqeyini bildirmişdir. Həmin ərizə tərəfimdən inzibati məhkəməyə təqdim edilmiş və qərarda da bu barədə qeyd edilmişdir. Razılıq ərizələri verməyən və məhkəmə iclasında da mənzilin mülkiyyət hüququ əsasında onun adına sənədləşdirilməsinə etiraz etmiş şəxslər - X7, X35 və X19 onun ailə üzvülərim deyillər. Ailə üzvüləri olmayan şəxslərin razılıq verməməsini əsas gətirərək mənzilin özəlləşdirilməsi ilə bağlı tələbimi təmin etməmək qanunvericiliyə zidd olmaqla onun hüquqlarımı pozur. Belə ki, Ailə Məcəlləsinin 2-ci maddəsi ailə üzvüləri kimi ər-arvad, valideynlər və uşaqlan müəyyən etmişdir. Ailə üzvülərinin dairəsini qanunvericilik müəyyən etdiyi halda məhkəmənin qanunvericilik normasına deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamentinin əmrinə istinad etməsi başadüşülən deyil. Bu hal, o cümlədən mənzil fondunun özəlləşdirilməsi qanunvericiliyinin (Qanunun 5-ci, 8-ci maddələrinin) düzgün tətbiq edilməməsi daşınmaz əmlakın dövlət reyestri qanunvericiliyinin normalarının tətbiqində də səhvə gətirib çıxarmış və beləliklə də qərar qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərdən çıxış edərək bir daha hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4031 /2022 saylı qərarı maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbimin təmin olunması barədə qərar qəbul olunmalıdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin nümayəndəsi Əsmər Nizamlı isə onunla razılaşmamış, kirayə müqaviləsində göstərilən bütün şəxslərin iddiaçının adına razılıq vermədiyini bildirrək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə ailə üzvləri ilə birlikdə yaşadığı - Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, 115 saylı evin 11 saylı mənzilinin onun adına özəlləşdirilməsini və adına mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsi tələbinə dair iddiası birinci instansiya məhkəməsi tərəfindən rədd olunmuşdur. Həmin qərardan narazı qalan iddiaçının apellyasiya şikayətinin dəlillərindən isə göründüyü kimi, məhkəmənin qərarı ilə razılaşmayaraq hesab edir ki, onun ailə üzvləri artıq razılıq vermiş, razılıq verməyən şəxslər isə X7, X35 və X19 isə onun ailə üzvüləri deyillər. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması qanuni və əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüququn yaranması üçün əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsi isə nəzərədə tutur ki, mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” İş materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixli, BA- 06316-2021 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının B.Sahibova order verilməsi haqqında xx.xx.1998-ci il tarixli, 209 saylı sərəncamının təsdiq olunmuş surətinə, habelə, həmin sərəncama əsasən verilmiş xx.xx.1998-ci il tarixli, 047865 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən olunur ki, iddiaçının mərhum ərinə - Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlil X2 - Badamdar qəsəbəsi, Badamar şossesi, 115 saylı evin, 11 saylı mənzilə dair 7 nəfər ailə tərkibi ilə birlikdə order verilmişdir: -X9 (özü); -İddiaçı Qələndar qızı (h/ yoldaqızı); -X20 (qızı) -X15 (qızı); -X16 ( (kürəkəni); -X30 (nəvəsi); -X17 (nəvəsi) Eyni zamanda Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 194466 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətinə əsasən X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda isə bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli, 435s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri yaşayış sahələri, o cümlədən sorğunuzda qeyd edilən bina (Badamdar qəsəbəsi, Badamar şossesi, 115 saylı ev) bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin həmin məktubuna əlavə edilmiş hmin Şirkətin Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmtlər Departamentinin (MKXD) xx.xx.2011-ci il tarixli, 340 M saylı əmrinin təsdiq edilmiş surətinə əsasən isə müəyyən olunur ki, həmin əmrlə Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi 115 saylı evin yaşayış sahəsi 58,29 kv.m olan 4 otaqdan ibarət 11 saylı mənzilin kirayə müqaviləsinin 8 nəfər ailə üzvü ilə birlikdə ( Özü-İddiaçı; oğlu-Sahibov Xaqani, gəlini-Sahibova Yeganə; qızı- Sarıyeva Ruhiyyə və dörd nəvəsi: Sahibov Bəydadaş, Sahibov Fuad, Sarıyev S, Sarıyev A) İddiaçı adına dəyişdirilərək onun adına yeni müqavilənin açılmasının MKXD-nin 20 saylı MİS-nə tapşırılmışdır. Eyni zamanda, işə əlavə olunmuş notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə aşağıdakı şəxslər razılıq vermişlər:
1. X8;
2. X18;
3. X30, 4.X6,
5. X20; 6.X14 İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışına əsasən mənzildə qeydiyyatda olan şəxslər aşağıdakılardır: 1.İddiaçı (iddiaçı);
2. X18 (təvəllüdü: xx.xx.1974),
3. X36 (təvəllüdü:xx.xx.2012), 4.X22 (təvəllüdü: xx.xx.2007), 5.X7 (təvəllüdü: xx.xx.1977), 6.X35 (təvəllüdü: xx.xx.1996), 7.X23 (təvəllüdü: xx.xx.2005), 8 X37 (təvəllüdü xx.xx.2005) Tədqiq olunan sübutlardan təhlilindən aydın olur ki,mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq verən şəxslərdən üç nəfəri: 1) Qurban Rəsulov, 2) Fərid Rəsulov, 3)Sevil Sahibova və 4) X1 - nə Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmtlər Departamentinin “sosial kirayə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi barədə”xx.xx.2011-ci il tarixli, 340 M saylı əmrdə 8 nəfər ailə tərkibinin sadalındığı şəxslər sırasında mövcud deyil və həmin mənzilə pasport qeydiyyatları da yoxdur. Həmin ailə üzvlərinin tərkibində və mənzildə qeydiyyatı olan şəxslərdən yalnız yetkinlik yaşında olan iki nəfəri - Xaqani Sahibov və Ruhiyyə Sahibova mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermiş, əmrdə adı və mənzilə qeydiyyatı olan yetkinlik yaşında olan digər şəxslər - X7, X35, eləcə də X5 (onun mənzilə qeydiyyatı yoxdur) isə mənzilin iddiaçının adına öz razılıqlarını vermimişlər. İddiaçının apellyasiya şikayətindən göründüyü kimi, sonuncular mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz edirlər ki, bu da mülki mübahisənin predmetinə aid olan məsələni ehtiva edir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan bütün şərtlər ödənilmir. Daha konkret, Qanunun qeyd olunan normasının tələbinə müvafiq olaraq, kirayə müqaviləsinin bağlanması barədə əmrdə adı və mənzildə qeydiyyatda olan iddiaçı ilə birlikdə yaşayan bütün ailə üzvlərinin (hamılıqla) iddiaçının adına mənzilin özəlləşdirilməsinə razılıqlarının mövcud olmadığı sübuta yetirilir. Belə olan halda, iddiaçının həmin mənzilə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı “legitim” (qanuni) gözlənti”sindən söhbət gedə bilməz. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının mənzilin adına özələlləşdirilməsi barədə müraciətinin təmin edilməsindən imtina olunması qanuni olmuşdur. Qanuni imtina isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, razılıq verməyən şəxslərin onun ailə üzvləri olmadığını və cavabdehin imtinasının qanunvericiliyin tələblərinə zidd olduğunu mübahisələndirən dəlilləri əsassızdır. İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, iddiaçının həmin qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4031/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.