Məhkəmə qərarları › İş №2-1(103)-464/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-464/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-464/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X17 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X12 ibarət tərkibdə, X16-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6120/2023 saylı 22 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan X29 204 BTK tərəfindən verilmiş 32 nömrəli orderin cavabdehin arxivində olan nüsxəsindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1990-cı il tarixli 6/290 nömrəli qərarına əsasən X25ndə 204 nömrəli BTK nəzdində 0,12 ha olan “120b” saylı bağ sahəsi İddiaçı ayrılmışdır. İddiaçı ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək, 0,12 ha olan “120b” saylı bağ sahəsinin X4 adına keçirilməsini xahiş etmişdir. Eyni zamanda X13 Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək İddiaçı adına olan X29ndə olan 204No-li BTK nəzdində 0,12 ha torpaq sahəsinin tikintisi ilə birlikdə 120b saylı sahənin onun adına keçirilməsini xahiş etmişdir. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2021-ci il tarixli C-81-112 saylı X9 ünvanlanan arxiv arayışından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 123No-li sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə komitəsinin xx.xx.1988-ci il tarixli 6/1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il 195 nömrəli qətnaməsinə əsasən Mərdəkan BTK 204, nömrəsi 120b olan bağ sahəsi X4 istifadəsinə ayrılmışdır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı əsas götürülərək X25ndə 204 nömrəli BTK nəzdində 0,12 ha olan “120b” saylı bağ sahəsinin X8 ayrılması barədə X25 204 BTK tərəfindən 26 nömrəli order verilmişdir. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X26 Massivində yerləşən sahəsi 0,12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh onun tələbini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X26 Massivində yerləşən sahəsi 0,12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6/290 nömrəli Sərəncamına əsasən 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi 0.12 ha olan torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan bu günə qədər də iddiaçı bağ sahəsindən mütəmadi istifadə edir. Lakin bağ sahəsi bu günə qədər özəlləşdirilməmişdir. Bağ sahəsinin Orderi itirilmişdir. Müxtəlif orqana müraciət etsə də, həmin sənədlərin surəti iddiaçıya təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən iddiaçıya verilən cavab məktubunda həmin bağ sahəsinin ona verilməsinə dair məlumatın olduğu, lakin həmin sənədlərin surətinin iddiaçıya verilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, istifadədə olan bağ sahəsi onun mülkiyyətidir və həmin bağ sahəsinə dair çıxarışın da verilməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/290 nömrəli sərəncamına əsasən X10 204 nömrəli BTK nəzdində Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsi ayrılmasında dair məlumat mövcuddur. Lakin 204 nömrəli BTK-nın nəzdində Bakı şəhəri, Xəzər rayonu, Köçəri Mərdəkan qəsəbəsində bağ sahəsinin ayrılmasına dair İddiaçı adına order İdarəsinin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6120/2023 saylı 22 iyun 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı X15 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, Qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün 2007-ci il mayın 22-dək ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçı mübahisə predmeti“120b” nömrəli bağ sahəsinin ona ayrılmasına dair orderə istinad etsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “120b” saylı bağ sahəsi arxivdə saxlanılan 32 nömrəli (iddiaçının məhkəməyə təqdim etdiyi order isə 26 nömrəlidir) order əsasında İddiaçı ayrılmış, daha sonra İddiaçı ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək, 0,12 ha olan “120b” saylı bağ sahəsinin X4 adına keçirilməsini xahiş etmişdir. Eyni məzmunlu ərizə X13 tərəfindən də yazılmışdır. Bundan sonra, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 123 nömrəli sərəncamı və onun əsasında verilmiş 26 nömrəli order ilə həmin bağ sahəsi X8 ayrılmışdır. Həmçinin o da qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1627/2022 saylı qərarı ilə, yuxarıda istinad olunan order əsasında X4 həmin “120b” nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı halda, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsasların mövcudluğu müəyyən edilmir. Hazırda bağ sahəsinin hüquq müəyyənedici sənədləri əldə edilib və iş materiallarına əlavə olunmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin 25 sentyabr 1990-cu il tarixli 6\290 saylı qərarına əsasən Bağlar Təsərrüfatı İdarəsinin 26 nömrəli Orderi ilə ona Mərdəkan qəsəbəsində 204 saylı BTK nəzdində sahəsi 0.12 ha olan 120 B saylı bağ sahəsi ayrılmışdır. Lakin işə baxan Bakı İnzibati Məhkəməsi təqdim edilmiş sənədləri nəzərə almayaraq, əsassız olaraq iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 21(112)- 6120/2023 saylı 22 iyun 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayətində qərarın hansı əsaslarla ləğv edilməsi və iddia tələbinin təmin edilməli olmasını əsaslandırmamışdır. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanır və istinad edilən qanun normaları qəbul edilmiş qərarın ləğv edilməsi üçün heç bir əsas yaratmır. İddiaçı və nümayəndəsi və vəkili qərardan verdikləri apellyasiya şikayətində məhkəmənin mövqeyi ilə bağlı göstərirlər ki, iddiaçı mübahisə predmeti “120b” nömrəli bağ sahəsinin ona ayrılmasına dair orderə istinad etsə də, məhkəmə araşdırması ilə müəyən edilmişdir ki, “120b” saylı bağ sahəsi arxivdə saxlanılan 32 nömrəli ( iddiaçının məhkəməyə təqdim etdiyi order isə 26 nömrəlidir) order əsasında İddiaçı ayrılmış, daha sonra İddiaçı ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək, 0,12 ha olan “ 120b ” saylı bağ sahəsinin X4 adına keçirilməsini xahiş etmişdir. Eyni məzmunlu ərizə X13 tərəfindən də yazılmışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı və onun əsasında verilmiş 26 nömrəli order ilə həmin bağ sahəsi X8 ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)1627/2022 saylı qərarı ilə yuxarıda istinad olunan order əsasında X4 həmin “ 120b” nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara düzgün qiymət verərək hesab etmişdir ki, hazırki halda, mübahisəli bağ sahəsinin iddiaçıya ayrılmasına dair qanunla müəyyən edilmiş əsasların mövcudluğu aşkar edilməmişdir. Məhkəmə haqlı olaraq iş materiallarında olan sənədələrə düzgün hüquqi qiymət verərək iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. İş materillarında olan sənədlərdən görünür ki, İddiaçı özünə 32 nömrəli order əsasında ayrılmış “120b” saylı bağ sahəsini X4 adına keçirilməsi barədə notarial qaydada təsdiq edilmiş ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət etmişdir. X13 həmin bağ sahəsinin onun adına keçirilməsi üçün Bağlar İarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı ilə Mərdəkan qəsəbəsində 204 nömrəli BTK nəzdində 0,12 ha olan “20b” saylı bağ sahəsi X8 ayrılmışdır və ona bağ sahəsinə dair 26 nömrəli Order verilmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2, 8, 15-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67, 68-ci maddələrinə düzgün istinad edilmiş, hər hansı prosessual pozuntuya yol verilməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6120/2023 saylı 22 iyun 2023-cü il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər üçüncü şəxs X15 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarına iştirak etmiş cavabdeh inzibati orqanın nümayəndəsi Hüseyn Allahverdiyev apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X26 Massivində yerləşən sahəsi 0,12 ha olan bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “İddiaçı adına olan order İdarənin arxivində aşkar edilməmişdir” əsası ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İşin hallarına görə, X29 204 BTK tərəfindən verilmiş 32 nömrəli orderlə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1990-cı il tarixli 6/290 nömrəli qərarına əsasən X25ndə 204 nömrəli BTK nəzdində 0,12 ha olan “120b” saylı bağ sahəsi İddiaçı ayrılmışdır. Sonradan iddiaçı ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək, 0,12 ha olan “120b” saylı bağ sahəsinin X4 adına keçirilməsini xahiş etmişdir. Eyni məzmunlu ərizə X13 tərəfindən də Bakı şəhəri Bağlar İdarəsinə ünvanlanmışdır. Həmin müraciətlər nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 123No-li sərəncamı ilə Mərdəkan BTK 204, nömrəsi 120b olan bağ sahəsi X4 istifadəsinə ayrılmış və bununla bağlı X4 adına X25 204 BTK tərəfindən 26 nömrəli order verilmişdir. Hazırda İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X26 Massivində yerləşən sahəsi 0,12 ha olan 120b nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq bu barədə reyestrdən müvafiq çıxarışın verilməsini istəyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://e-qanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki inzibati işin iştirakçıları arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7070/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinə qarşı X4 adına olan qərarın və orderin etibarsız sayılması barədə tələbi mümkün sayılmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi Bakı İnzibati Məhkəməsinin icraatında olmuş, məhkəmənin 2-1(112)-1627/2022 nömrəli 25 avqust 2022-ci il tarixli qərarı ilə onun iddiası təmin edilərək Bakı şəhəri X25ndə 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 120 “B” nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 997/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərardan kassasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Bundan başqa məhkəmə araşdırmaları zamanı məlum oldu ki, iddiaçının iddia etdiyi, lakin sonuncu dəfə adına rəsmi sənədlər tərtib olunan və adına həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, reyestrdən bu barədə müvafiq çıxarışın verilməsini tələb edən X4 torpaq sahəsi (hazırki işdə iddiaçının da iddia etdiyi torpaq sahəsi) ilə onun bacısı X2 istifadəsində olduğu iddia olunan torpaq sahəsi hasarla ayrılsa da, onlar qonşu torpaqlardır. Aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdu ki, Sevil Cəbrayılovanın bacısı Ellada Cəbrayılova tərəfindən onun faktiki istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsini X3 alınmışdır. Belə ki, X14 (hazırki işdə iddiaçı olan İddiaçı etdiyi kimi) ərizə ilə Bakı şəhəri Bağlar İdarəsinə müraciət edərək, 204 nömrəli BTK nəzdində ona ayrılmış 0,12 ha torpaq sahəsini tikintisi ilə birdikdə X2 adına keçirilməsini xahiş etmişdir. Bundan sonra hazırki işdə olduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı ilə 204 nömrəli BTK nəzdində 0,12 ha olan 120n saylı bağ sahəsi X5 ayrılmışdır. Bununla bağlı X1 torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbi təmin olunmamış və bu barədə məhkəməyə verdiyi iddiası da Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1626/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1228/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-362/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-827/2022 nömrəli 7 fevral 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X6 da (Sevil Cəbrayılovanın bacısı Ellada Cəbrayılovanın adına torpaq sahəsinin keçirilməsinə razılıq verən şəxs) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X20) qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi” barədə tələbi məhkəmə icraatında olmuş, lakin həmin iddia da rədd edilmişdir. Qeyd olunan məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2124/2022 nömrəli 8 dekabr 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, X26 massivində yerləşən, sahəsi 0.12 ha olan bağ sahəsinə dair iddiaçının adına plan-ölçünün tərtib olunması və hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Lakin həmin nəticə ilə razılaşmayan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-967/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətini qismən təmin edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2124/2022 nömrəli 8 dekabr 2022-ci il tarixli qərarını ləğv etmiş və işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarmışdır. Hal-hazırda həmin inzibati iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçı ona vaxtilə X19 204 BTK tərəfindən 32 nömrəli orderlə verilmiş bağ sahəsini başqa şəxsin (Sevil Cəbrayılovanın) adına keçirilməsinə razılıq verdiyi halda, hazırda özü də həmin torpaq sahəsinə iddialı olub onun adına mülkiyyət hüququnun qeydə alınaraq reyestrdən çıxarış verilməsini tələb edir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi “120b” nömrəli bağ sahəsinin ona ayrılmasına dair orderə münasibətdə qeyd edir ki, “120b” saylı bağ sahəsi arxivdə saxlanılan 32 nömrəli (iddiaçının məhkəməyə təqdim etdiyi order isə 26 nömrəlidir) order əsasında İddiaçı ayrılsa da, yuxarıda da qeyd olunduğu kimi, daha sonra İddiaçı ərizəsi əsasında həmin bağ sahəsi X4 adına keçirilmişdir. Hansı ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı və onun əsasında verilmiş 26 nömrəli order mövcuddur. Buna görə də artıq həmin bağ sahəsinin qanuni istifadəçisi, hətta hazırki halda bu barədə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvəsini almış məhkəmə qərarı olduğu üçün mülkiyyət hüququnun X8 məxsusluğu nəzərə alınaraq, iddiaçının istinad etdiyi order hüquq müəyyənedici sənəd rolunda çıxış edə bilməz, o, öz hüquqi əhəmiyyətini də itirmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi orderin (26 nömrəli) nüsxəsi ilə cavabdeh orqanın arxivində aşkarlanan order nüsxəsi (32 nömrəli) arasında ziddiyyətin mövcudluğu baxımından müvafiq araşdırma aparmağa, hətta sənədin mötəbər sübut növündə çıxış edə bilibbilməməsinin hüquqi əsaslarını yoxlamaq naminə müvafiq növdə ekspertizanın keçirilməsinə də zərurət görmür. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırki halda iddiaçı adına verilmiş orderlə ona ayrılmış torpaq sahəsini başqa şəxsin –Sevil Cəbrayılovanın adına keçirilməsinə razılıq verdiyindən və həmin razılıq ərizəsi nəzərə alınmaqla torpaq sahəsinin (120b saylı bağın) Sevil Cəbrayılovaya ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 123 nömrəli sərəncamı mövcud olduğundan, həmin inzibati aktın da mübahisələndirilməsinə dair iddiaçının iddiasının qeyri-mümkün sayılıb, bu barədə məhkəmə qərardadı hazırda qüvvədə olduğundan, bununla yanaşı Sevil Cəbrayılovanın mübahisəli bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınıb bu barədə çıxarışın verilməsi tələbinin təmin olunması ilə bağlı qəbul edilmiş məhkəmə qərarı da qanuni qüvvəsini aldığından sadalanan hallar iddiaçının hazırkı iddia tələbinin əsassız olub, onun təmin edilməməsi üçün rəvac verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı xeyrinə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir, cavabdeh orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6120/2023 saylı 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar