Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4653/2025 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimova Gülnar Heydərağa qızının Cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ünvanlı dövlət sosial yardımın təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi Ərəbli İlkin Müşfiq oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ona ünvanlı dövlət sosial yardımın verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, ailənin maddi-məişət şəraitinin müayinəsi üçün cavabdehin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda ünvana gedilmiş və ailə üzvlərinin evdə olmadığı müəyyən edilmişdir.
2. Cavabdehin təqdim etdiyi CD diskdən müəyyən olunur ki, iddiaçının ərizəsinin əsasında inzibati icraat çərçivəsində ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə iddiaçı və onun ailə üzvlərinin maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi üçün cavabdehin əməkdaşları iddiaçının ərizəsində göstərdiyi ünvana getmişlər.Belə ki, ilkin olaraq ##.##.2024-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş yoxlama aktına əsasən təmsilçinin evdə tək olduğu müəyyən edilmiş, təmsilçi tərəfindən oğulları X1 və X2 nənəsigildə olduğu və 1 həftə sonra evdə olacaqları qeyd edilmişdir. Ünvanda 3 nəfərdən ibarət ailəyə uyğun maddi-məişət şəraitinin olmaması səbəbindən təmsilçinin qeyd etdiyi vaxtda, yəni ##.##.2024-cü il tarixdə maddi-məişət yoxlamasının təkrar keçirilməsi məqsədilə müxtəlif saatlarda ünvana gedilmiş və ailə üzvlərinin evdə olmadığı müəyyən edilmişdir.
3. Daha sonra məhkəmə icraatının gedişində Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh iddiaçının “ünvanlı sosial yardımın təyin edilməsi” barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.
4. Cavabdeh tərəfindən həmin qərardadın icrası ilə bağlı müəyyən olunmuş müddət ərzində maddi-məişət şəraitinin təkrar yoxlanılması məqsədilə iddiaçının "Ərizə-bəyannamə"də qeyd etdiyi ünvana müvafiq olaraq ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində ümumilikdə 4 dəfə gedilmiş, müayinələr zamanı iddiaçı və ailə üzvləri evdə olmadığından maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi mümkün olmamışdır.
5. Məhkəmənin sorğusu əsasında yenidən cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana müvafiq olaraq ##.##.2025 və ##.##.2025-ci il tarixlərində maddi-məişət şəraitinin müayinəsi məqsədilə gedilmiş, hər iki yoxlama zamanı iddiaçı və onun ailə üzvləri evdə olmadığından maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi mümkün olmamışdır.
6. Apellyasiya baxışı zamanı məhkəmə Kollegiyası 2-1(103)-4653/2025 saylı, 04 fevral 2026-cı il tarixli sorğular göndərərək “xxxx” ASC və, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ və ya əvvəlki adı ilə Azərsu ASC” tərəfindən Abşeron rayonu, Şəfəq qəsəbəsi, Yeni yaşayış Kompleksi, bina 50, ** saylı mənzilə dar işıq və su istehlakı müqaviləsinin, habelə işıq və su sərfiyyatı ilə bağlı difər sənədlərin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.
7. Həmin sorğulara müvafiq cavablardan yuxarıda qeyd edilən dövrlər üzrə işıq və su sərfiyyatı ilə bağlı rəqəmlərdə nəzərəçarpacaq fərqlər müəyyən olunmamışdır.
8. Həmçinin, “Azəriqaz” İB-nin məhkəməyə təqdim olunmuş abonent saldosundan müəyyən olunur ki, sentyabr 2024-cü il-noyabr 2024-cü il tarixlərdə qaz sərfiyyatı Abşeron rayonu, Şəfəq qəsəbəsi, Yeni yaşayış Kompleksi, bina 50, ** saylı mənzilə dar “0” (sıfır) olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İbrahimova Gülnar Heydərağa qızı (bundan sonra – İddiaçı) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardım almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi bununla əsaslandırılmışdır ki, İbrahimova Gülnar Heydərağa qızı, ##.##.1986-cı il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuşdur. Hal-hazırda Şəfəq qəsəbəsi, bina 50, ** saylı mənzildə yaşayır. Ünvanlı dövlət sosial yardım almaq üçün Abşeronun DOST mərkəzinə ##.##.2024-cu il tarixdə müraciət etmişdir. Cavabdeh əməkdaşları ##.##.2024-cü il tarixdə evə gəlib baxış keçirmiş, heç bir nəticə verməmişdir. Bir daha ##.##.2024-cü il tarixində Abşeronun DOST mərkəzinə ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş və ##.##.2024-cü il taixli ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərarı ##.##.2024-cü il tarixdə almışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır, “ailənin” ərizə-bəyannamə” də göstərdiyi ünvanda yaşamaması” səbəbindən imtinanın verilməsi əsassızdır. İddiaçı uşaqları ilə Şəfəq qəsəbəsi, bina 50, ** saylı mənzildə yaşayır.
11. Cavabdeh iddiaya yazılı etirazını təqdim edərək bildirmişdir ki, ilkin olaraq ##.##.2024-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş yoxlama aktına əsasən təmsilçinin evdə tək olduğu müəyyən edilmiş, təmsilçi tərəfindən oğulları X1 və X2 nənəsigildə olduğu və 1 həftə sonra evdə olacaqları qeyd edilmişdir. Ünvanda 3 nəfərdən ibarət ailəyə uyğun maddi-məişət şəraitinin olmaması səbəbindən təmsilçinin qeyd etdiyi vaxtda, yəni ##.##.2024-cü il tarixdə maddi-məişət yoxlamasının təkrar keçirilməsi məqsədilə müxtəlif saatlarda ünvana gedilmiş və ailə üzvlərinin evdə olmadığı müəyyən edilmişdir. Qanunvericiliyin birbaşa tələbləri daxilində mənzildə yoxlamanı həyata keçirən əməkdaşlar yoxlamanı tam olaraq həyata keçirməlidirlər. İstənilən halda yoxlamanın tam olaraq həyata keçirilməsinə şərait yaradılmaması və ya maneçilik törədilməsi imtina əsasıdır. Ünvanlı dövlət sosial yardım üçün müraciət etmiş hər bir ailənin mənzilində birinci mərhələ olan VEMTAS-ı keçdikdən sonra mütləq səkildə maddiməişət şəraitinin yoxlanılması həyata keçirilir. Beləliklə təmsilçinin qeyd olunan ünvanda yaşamadığı müəyyən edildikdə və ya mənzildə maddi-məişət şəraitinin yoxlanılmasına şərait yaradılmadıqda ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarından göründüyü kimi maddi-məişət şəraitinin müayinəsi zamanı ailənin müvafiq ünvanda yaşamadığı öz təsdiqini tapmış, nəticədə verilən imtina qanunauyğun olmuşdur. Bu səbəbdən iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, həmçinin, məhkəmənin sorğusu əsasında yenidən cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana müvafiq olaraq ##.##.2025 və ##.##.2025-ci il tarixlərində maddi-məişət şəraitinin müayinəsi məqsədilə gedilmiş, hər iki yoxlama zamanı iddiaçı və onun ailə üzvləri evdə olmadığından maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi mümkün olmamışdır.
14. Görünüyü kimi, qanunverici inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini iddiaçının üzərinə qoymuşdur.
15. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən həmin qərardadın icrası ilə bağlı müəyyən olunmuş müddət ərzində maddi-məişət şəraitinin təkrar yoxlanılması məqsədilə iddiaçının "Ərizə-bəyannamə"də qeyd etdiyi ünvana müvafiq olaraq ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində ümumilikdə 4 dəfə gedilmiş, müayinələr zamanı iddiaçı və ailə üzvləri evdə olmadığından maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi mümkün olmamışdır.
16. Hazırkı iş üzrə iddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə inzibati aktın qəbul edilməsini cavabdehdən tələb etsə də, həmin aktın qəbulu üçün şərtlərin mövcudluğunu sübut etməmiş, ailənin maddi-məişət şəraitinin müayinəsi üçün inzibati orqana şərait yaratmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə iddia ərizəsinə etiraza oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Proses iştirakçılarının izahatları
20. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı— aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. bənd 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. -bənd 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (* nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (* nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (* nömrəli əlavə) qərar çıxarılır. bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X9 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (* nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (* nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işin faktiki hallardan görünür ki, iddiaçı ona ünvanlı dövlət sosial yardımın verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, ailənin maddi-məişət şəraitinin müayinəsi üçün cavabdehin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda ünvana gedilmiş və ailə üzvlərinin evdə olmadığı müəyyən edilmişdir.
29. Cavabdehin təqdim etdiyi CD diskdən müəyyən olunur ki, iddiaçının ərizəsinin əsasında inzibati icraat çərçivəsində ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərdə iddiaçı və onun ailə üzvlərinin maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi üçün cavabdehin əməkdaşları iddiaçının ərizəsində göstərdiyi ünvana getmişlər.
30. Belə ki, ilkin olaraq ##.##.2024-cü il tarixdə ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı tərtib edilmiş yoxlama aktına əsasən təmsilçinin evdə tək olduğu müəyyən edilmiş, təmsilçi tərəfindən oğulları X1 və X2 nənəsigildə olduğu və 1 həftə sonra evdə olacaqları qeyd edilmişdir. Ünvanda 3 nəfərdən ibarət ailəyə uyğun maddiməişət şəraitinin olmaması səbəbindən təmsilçinin qeyd etdiyi vaxtda, yəni ##.##.2024cü il tarixdə maddi-məişət yoxlamasının təkrar keçirilməsi məqsədilə müxtəlif saatlarda ünvana gedilmiş və ailə üzvlərinin evdə olmadığı müəyyən edilmişdir.
31. Daha sonra məhkəmə icraatının gedişində Bakı İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh iddiaçının “ünvanlı sosial yardımın təyin edilməsi” barədə müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilmişdir.
32. Cavabdeh tərəfindən həmin qərardadın icrası ilə bağlı müəyyən olunmuş müddət ərzində maddi-məişət şəraitinin təkrar yoxlanılması məqsədilə iddiaçının "Ərizəbəyannamə"də qeyd etdiyi ünvana müvafiq olaraq ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixlərində ümumilikdə 4 dəfə gedilmiş, müayinələr zamanı iddiaçı və ailə üzvləri evdə olmadığından maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi mümkün olmamışdır.
33. Məhkəmənin sorğusu əsasında yenidən cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvana müvafiq olaraq ##.##.2025 və ##.##.2025-ci il tarixlərində maddi-məişət şəraitinin müayinəsi məqsədilə gedilmiş, hər iki yoxlama zamanı iddiaçı və onun ailə üzvləri evdə olmadığından maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi mümkün olmamışdır.
34. Apellyasiyaşikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı məhkəmə Kollegiyası 2-1(103)-4653/2025 saylı, 04 fevral 2026-cı il tarixli sorğular göndərərək “xxxx” ASC və, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ və ya əvvəlki adı ilə Azərsu ASC” tərəfindən iddiaçının ərizəsində yaşadığı ünvan olaraq göstərdiyi Abşeron rayonu, Şəfəq qəsəbəsi, Yeni yaşayış Kompleksi, bina 50, ** saylı mənzilə dar işıq və su istehlakı müqaviləsinin, habelə işıq və su sərfiyyatı ilə bağlı difər sənədlərin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.
35. Həmin sorğulara müvafiq cavablardan yuxarıda qeyd edilən dövrlər üzrə işıq və su sərfiyyatı ilə bağlı rəqəmlərdə nəzərəçarpacaq fərqlər müəyyən olunmamışdır.
36. Həmçinin, “Azəriqaz” İB-nin məhkəməyə təqdim olunmuş abonent saldosundan müəyyən olunur ki, sentyabr 2024-cü il-noyabr 2024-cü il tarixlərdə qaz sərfiyyatı Abşeron rayonu, Şəfəq qəsəbəsi, Yeni yaşayış Kompleksi, bina 50, ** saylı mənzilə dar “0” (sıfır) olmuşdur.
37. Beləliklə, iddiaçının ərizəsində göstərdiyi yuxarıda qeyd edilən ünvanda ailə üzvləri ilə daimi yaşamasını müəyyən etmək mümkün olmamaqla yanaşı, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvana müxtəlif tarixlərdə maddi-məişət şəraitinin müayinəsi məqsədilə gedilsə də hər iki yoxlama zamanı iddiaçı və onun ailə üzvləri evdə olmadığından maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi də mümkün olmamışdır.
38. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
39. Görünüyü kimi, qanunverici inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini iddiaçının üzərinə qoymuşdur.
40. Hazırkı iş üzrə iddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə inzibati aktın qəbul edilməsini cavabdehdən tələb etsə də, həmin aktın qəbulu üçün şərtlərin mövcudluğunu sübut etməmiş, ailənin maddi-məişət şəraitinin müayinəsi üçün inzibati orqana şərait yaratmamışdır.
41. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
42. Lakin bu norma şəxsi öz əlində olan sübutları təqdim etmə vəzifəsindən azad etmir. Əgər şəxs öz öhdəliklərini yerinə yetirmirsə (məsələn, sənədləri təqdim etmir, yoxlamaya imkan vermir), bu davranış hüququn tanınmaması riskini onun üzərinə qoyur. Bu halda, inzibati orqan öz hərəkətsizliyi üçün məsuliyyət daşımır. Çünki səbəb şəxsin vəzifəsi olduğu halda inzibati orqanla əməkdaşlıq etməməsidir. Yəni faktların müəyyənləşdirilməsinə mane olan şəxs, sonradan öz hüququnun pozulduğunu iddia edə bilməz.
43. Əgər inzibati orqan dəfələrlə şəxsə imkan yaratmış, lakin şəxs inadla əməkdaşlıq etməmişsə, artıq dövlətin daha çox resurs sərf etməsi qeyri-mütənasib hesab edilir və bu ictimai marağa ziddir.
44. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını göstərilən konteksdə qiymətləndirərək bildirir ki, cavabdeh orqan dəfələrlə ailənin maddi-məişət şəraitinin müayinəsi üçün zəruri hərəkətləri etsə də, iddiaçı müvafiq araşdırma aparmaq üçün ona şərait yaratmamış, bununla da arzu etdiyi aktın qəbul edilməsinə mane olmuşdur.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
46. Qeyd olunanları nəzərə alaraq məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia tələbi təmin olunmamalıdır.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.