Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4656/2025 19.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh inzibati orqan tərəfindən həmin pul vəsaitininin qanunsuz və əsassız hər ay aldığı pensiyadan tutulması dayandırılmasını, tutulan məbləğin geri qaytarılmasını, hesablanmış artıq ödəmə barədə 7527,77 manat borcun silinməsini və Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli, 469 nömrəli Sərəncamına əsasən əmək pensiyanın artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Eyyub oğlu xx.xx.1937-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Həm Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə, həm də Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müxtəlif dövlət orqanlarında yüksək vəzifərələrdə işləmiş və ümumi iş stajı 40 ildir. Dövlət qulluğunda işlədiyi dövr və vəzifələr aşağıdakilardır: xx.xx.1961 -ci ildən - xx.xx.1962-ci ilədək - Bakı Qida Sənayesi Kolleci, emalatxana rəisi; xx.xx.1962-ci ildən - xx.xx.1963-cü ilədək - Lənkəran Meyvə-tərəvəz Konserv Zavodu, istehsalat rəhbəri; xx.xx.1963-cü ildən - 29.06.196-ci ilədək - X3, istehsalat rəhbəri; xx.xx.1965-ci ildən - xx.xx.1966-cı il tarixinədək - Azərbaycan SSRİ Nazirlər Sovetinin Dövlət Meyvəçilik və Tərəvəzçilik Komitəsi, keyfiyyət müfəttişinin rəisi (mərkəzi aparatda); xx.xx.1968-ci ildən xx.xx.1971 -ci il tarixinədək - Azərbaycan SSRİ Nazirlər Sovetinin Baş tərəvəz və meyvə tədarükü, emalı və satışı idarəsi. Konserv sənayesi idarəsi (Az.KPMK nornenklaturası); xx.xx.1971 -ci ildən xx.xx.1975-ci il tarixinədək - Azərbaycan SSRİ Nazirlər Sovetinin Baş tərəvəz və meyvə tədarükü, emalı və satışı idarəsi, Konserv sənayesi idarəsi rəisinin 1 müavini (Az.KPMK bürosunda xx.xx.1971 -ci ildə təsdiq olunmuşdur); xx.xx.1975-ci ildən - xx.xx.1976-cı il tarixinədək - Azərbaycan SSRİ Nazirlər Sovetinin Aqrar Sənaye Birliyi Baş konserv sənaye idarəsinin rəisi, mərkəzi aparatda (Az.KPMK nornenklaturası); xx.xx.1982-ci ildən - xx.xx.1986-cı il tarixinədək - Meyvə və Kənd Təsərrüfatı Nazirliyi Baş konserv sənayesi idarəsi rəsinin müavini (mərkəzi aparat); xx.xx.1986-cı il tarixindən - xx.xx.1988-ci il tarixinədək - Azərbaycan SSRİ Nazirlər Dövlət Aqrar Sənaye Komitəsi bölmə rəisi (mərkəzi aparat); xx.xx.1989-cu il tarixindən - xx.xx.1991 -ci il tarixinədək - Azərbaycan SSRİ Nazirlər Dövlət Aqrar Sənaye Komitəsi. Konserv sənayesi idarəsinin baş mühəndisi (mərkəzi aparat); xx.xx.1991 -ci il tarixindən - xx.xx.1996-cı il tarixinədək - AR Kənd Təsərrüfatı Nazirliyinin konserv sənayesi idarəsinin Baş mühəndisi (mərkəsi aparat); xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək - AR Kənd Təsərrüfatı Nazirliyi Baş ekspertmühəndis (mərkəzi aparat); xx.xx.2002-ci il tarixindən - xx.xx.2002-ci il tarixinədək - İqtisadi İnkişaf Nazirliyi, mütəxəssis (mərkəzi aparat). Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda. habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”sı ilə işlədiyi vəzifələr dövlət qulluqçusu kimi pensiya hüququ verən vəzifələr hesab edilmişdir. 1997-ci ildən əmək pensiyasına çıxmışdır. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə xx.xx.2005-ci il tarixində etdiyi müraciəti əsasında ona 24 il dövlət qulluğu stajı ilə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Sonrakı dövrlər üzrə artımlar da nəzərə alınmaqla pensiyanın məbləği xx.xx.2024-cü il tarixindən 2024-cü ilin may ayınadək 1848 (bir min səkkiz yüz qırx səkkiz) manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyamın yenidən hesablanmasını xahiş etdi. Belə ki, 1997-ci ildən 2024-cü ilin may ayınadək aldığı pensiya 1848 (min səkkiz yüz qırx səkkiz) manat təşkil edirdi, lakin həmin ilin may ayında pensiya alarkən məbləğdə 367 (üç yüz altmış yeddi) manat fərq ilə azalma baş verdiyini və pesniya kartıma 1481 (min dörd yüz səksən bir) manat daxil olduğu aşkar edildi və yaranmış vəziyyət ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 dəfə müraciət etdi. xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində etdiyi müraciətlərə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra - Mərkəzi Filial) xx.xx.2024-cü il tarixli 3-17- 1 /2-A134098/2024 saylı və xx.xx.2025-ci il tarixli 3-17-1/2-A- 100266/2025 saylı artıq ödənilmiş pul vəsaiti haqqında eyniməzmunlu məktublar ilə cavab verilmişdir. Həmin məktublarda bildirilmişdir ki, vaxtilə mənim əmək pensiyanın məbləği səhv hesablandığına görə münasibətdə artıq pul vəsaitinin ödənildiyi aşkar edilmiş və bu məbləğ son 3 il üzrə tutula bildiyinə görə xx.xx.2021-xx.xx.2024-ci il üzrə ümumilikdə 7527,77 manat artıq pul vəsaitinin ödənildiyi və müvafiq borcun yarandığı bildirilmişdir. xx.xx.2024-cü ilədək mülahizələrinin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixində Mərkəzi Filiala getdikdə orada eyniməzmunlu cavab aldı və artıq ödəmə məbləğinin tutulması üçün razılıq aktını imzalamaqdan imtina etdi, lakin buna baxmayaraq həmin pul vəsaitininin qanunsuz və əsassız hər ay aldığı pensiyadan tutulması dayandırılmadı. Müvafiq normaların və işin faktiki hallarının təhlilidən də aydın olur ki. Ona dövlət qulluqçusu kimi pensiya təyin olunan zaman DSMF-nin vəzifəli şəxsləri tərəfindən tələb olunan sənədlər təqdim olunmuş, eləcə də DSMF orqanı tərəfindən aparılmış araşdırmalar zamanı əldə edilmiş sənədlər əsasında ona dövlət qulluqçusu kimi yaşa görə pensiya təyin olunmuşdur. Cavabdeh inzibati orqanın ona ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1 /2-A-134098/2024 saylı artıq ödənilmiş pul vəsaiti haqqında məktubda qeyd edilmiş artıq ödəmə məbləği DSMF-nin vəzifəli şəxslərinin təqsiri nəticəsində yaranmışdır və müvafiq təyinat və hesablamalarla bağlı onun hər hansı bir müdaxiləsi, təqsiri istisna edilir. Göründüyü kimi cavabdeh inzibati orqanın razılığı olmadan, həmçinin məhkəməyə müraciət etmədən pensiya məbləğindən qanunsuz olaraq tutulmalar aparmaqla müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarının tələblərini kobud surətdə pozmuşdur.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardada əsasən iddia tələbi “eyni məzmunlu xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-4677/2024 tarixli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 5361/2024 tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarların ləğv edilməsi, İddiaçı Eyyub oğlunun əmək pensiyasından tutmanın qanunsuz hesab edilmıklə geri qaytarılması” kimi dəyişdirilmişdir.
4. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “İcraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Milialına (bundan sonra - Mərkəzi Filial) qarşı əmək pensiyasından tutulmanın dayandırılması, tutulan məbləğin geri qaytarılması, hesablanmış artıq ödəmə barədə 7527,77 manat borcun silinməsi və əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli, 469 nömrəli Sərəncamına əsasən əmək pensiyasının artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2-1(112)-11425/2025 nömrəli inzibati iş vardır. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(112)- 11425/2025 nömrəli inzibati iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazımızı təqdim edirik. Bildiririk ki, İddiaçı məxsus pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edildiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də İddiaçı artıq ödənilmiş pul vəsaiti 28 mart 2024-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılmışdır. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 759,33 manat, qulluq stajına görə əlavəsi 46,17 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 6,42 manat olmaqla orta aylıq əməkhaqqı 811.92 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 20 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (811,92 manat) 80 faizi-649,53 manat məbləğində hesablanmışdır. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası"nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 17 il 20 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 56 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 834,33 manat, qulluq stajına görə əlavəsi 50,73 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 7,04 manat olmaqla orta aylıq əməkhaqqı 892,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 yun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (811,92 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əməkhaqqı (892,10 manat) arasındakı fərq məbləğinin (80,18 manat) 56 faizi-44,90 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (649,53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 694,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1254,00 manat, qulluq stajına görə əlavəsi 76,24 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 10,58 manat olmaqla orta aylıq əməkhaqqı 1340,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (892,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əməkhaqqı (1340,82 manat) arasındakı fərq məbləğinin (448,72 manat) 56 faizi-251,29 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (694,43 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 945,72 manat məbləğində hesablanmışdır. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq, əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1 -ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. İddiaçı pensiya təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalına görə əmək pensiyası Mərkəzi Filiala 28 mart 2024-cü il tarixində daxil olmuş müraciətinə əsasən yenidən hesablanaraq 28 mart 2021-ci il tarixindən 1132,86 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23936,24 manat məbiəğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 27733,97 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə İddiaçı 3797,73 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1429,33 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1656,11 manat məbləğində köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 2721,36 manat artıq pul vəsaiti ödənilmişdir. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar pensiyası həmin tarixdən 1589,42 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1841,59 manat məbləğində köçürülmüşdür. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 1008,68 manat artıq pul vesaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq son üç il üzrə İddiaçı ümumilikdə 7527,77 (3797,73+2721,36+1008,68) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 7527,77 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün İddiaçı yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Eyni zamanda bildiririk ki, İddiaçı maddi yardım üzrə 2022-ci il üçün 215,64 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin pul vəsaiti cari ilin may ayından hissə-hissə əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasına yenidən baxılması haqqında inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 1 may 2024cü il tarixində məktub göndərilməklə 14 may 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. İddiaçı mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala 7 may 2024-cü il tarixində gəlmişdir. Lakin mülahizələrinin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamışdır. Yuxarıda qeyd edilənləri və İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq icraatınızda olan 2-1(112)- 11425/2025 nömrəli inzibati iş üzrə İddiaçı “əmək pensiyasından tutulmanın dayandırılması, tutulan məbləğin geri qaytarılması, hesablanmış artıq ödəmə barədə 7527,77 manat borcun silinməsi və əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2025-ci il tarixli, 469 nömrəli Sərəncamına əsasən əmək pensiyasının artırılması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş edirik.”
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı Eyyub oğlunun əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024- cü il tarixli 3-17-1/3-7-4677/2024 tarixli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5361/2024 tarixli qərarlar ləğv edilməsi və İddiaçı Eyyub oğlunun əmək pensiyasından tutulmuş məbləğ geri qaytarılması, İddiaçı Eyyub oğlunun müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilməsi qərara alınmışdır.
6. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır.
IV. Tərəflərin izahatları:
7. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi.
Əsaslandırıcı hissə
V. Tədqiq olunan sənədlər: - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2005-ci il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması X2 Birliyinin Baş Konserv Sənayesi idarəsinin rəisi vəzifəsi nəzərdə tutulmuşdur. xx.xx.2005-ci il tarixdə Fondun Bakı şəhəri Yasamal rayon şöbəsinə təqdim etdiyi ərizəyə əsasən 24 il dövlət qulluğu stajı ilə dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Müraciətlə əlaqədar Dövlət Sosial Müdafiə Fondunda olarkən Sizi maraqlandıran suallara ətraflı aydınlıq gətirildiyini nəzərə almaq xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli artıq ödənilmiş pul vəsaiti haqqında məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 may 2024-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, pensiya işinizə aid sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də artıq ödənilmiş pul vəsaitiniz 28 mart 2024-cü il tarixində daxil olmuş müraciətinizdən 3 il geri dövr üzrə məhdudlaşdırılıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 759,33 manat, qulluq stajına görə əlavəniz 46,17 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 6,42 manat olmaqla orta aylıq əmək haqqınız 811,92 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3cü maddəsinə əsasən 17 il 20 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (811,92 manat) 80 faizi-649,53 manat məbləğində hesablanıb. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 17 il 20 gün qulluq stajınıza görə əmək pensiyanızın hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 56 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 834,33 manat, qulluq stajına görə əlavəniz 50,73 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 7,04 manat olmaqla orta aylıq əmək haqqınız 892,10 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqınız (811,92 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (892,10 manat) arasındakı fərq məbləğinin (80,18 manat) 56 faizi-44,90 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (649,53 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 694,43 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 1254,00 manat, qulluq stajına görə əlavəniz 76,24 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 10,58 manat olmaqla orta aylıq əmək haqqınız 1340,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqınız (892,10 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (1340,82 manat) arasındakı fərq məbləğinin (448,72 manat) 56 faizi-251,29 manat 1 sentyabr 2019- cu il tarixinədək hesablanmış pensiyanızın (694,43 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 945,72 manat məbləğində hesablanıb. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq, əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Sizə pensiya təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində toplanmış pensiya sığorta kapitalına görə əmək pensiyanız Mərkəzi Filiala 28 mart 2024-cü il tarixində daxil olmuş müraciətinizə əsasən yenidən hesablanaraq 28 mart 2021-ci il tarixindən 1132,86 manat məbləğində müəyyən edilib.- Qeyd olunanlara əsasən, sizə xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23936,24 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 27733,97 manat ödənilib. Buna görə də həmin dövr üzrə sizə 3797,73 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 1429,33 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 1656,11 manat məbləğində köçürülüb. Buna görə də sizə həmin dövr ərzində ümumilikdə 2721,36 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar pensiyanız həmin tarixdən 1589,42 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 1841,59 manat məbləğində köçürülüb. Buna görə də sizə həmin dövr ərzində ümumilikdə 1008,68 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə sizə ümumilikdə 7527,77 (3797,73+2721,36+1008,68) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 7527,77 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Eyni zamanda bildiririk ki, sizə maddi yardım üzrə 2022-ci il üçün 215,64 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin may ayından hissə-hissə əmək pensiyanızdan çıxılmaqla büdcəyə bərpa edilir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən əmək pensiyanıza yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələriniz dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün sizə 1 may 2024- cü il tarixində məktub göndərilməklə 14 may 2024- cü il tarixinədək Mərkəzi Filiala gəlməyiniz xahiş edilib. Mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala 7 may 2024-cü il tarixində gəlmisiniz. Lakin mülahizənizin dinlənilməsi ilə bağlı tərtib edilmiş akt tərəfinizdən imzalanmayıb.” - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli artıq ödənilmiş pul vəsaiti və dövlət qulluğu stajı haqqında məktubda qeyd edilmişdir ki: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 aprel 2025-ci il tarixində daxii olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, etibarnamə üzrə nümayəndəsi olduğunuz İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə de adıçəkilən şəxsə artıq ödənilmiş pul vəsaiti 28 mart 2024-cü il tarixində daxil olmuş müraciətindən 3 ıl geri dövr üzrə məhdudlaşdırılıb. Aparılan araşdırma nəticəsində İddiaçı pensiya məbləği 2024-cü ilin may ayında qanunvericiliyə uyğunlaşdırılaraq 1589,42 manat məbləğində müəyyən ediiib, həmçinin ona pensiya üzrə xx.xx.2021-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7527,77 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş, dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası 1 yanvar 2025-ci il tarixindən hesablanmaqla 1718,17 manata artırılıb. Həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 128,74 manat fərq məbləği hesablanıb. Həmin vəsait ona son üç il üzrə məhdudlaşdırılmaqla artıq ödənilmiş 7527,77 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan 7399,03 (7527,77-128,74) manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə adıçəkilən şəxsin əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Eyni zamanda bildiririk ki, İddiaçı maddi yardım üzrə 2022-ci il üçün 215,64 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti 2024-cü ilin may və iyun aylarında hissə-hissə (hər ay 107,82 manat) onun əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilib. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.1969-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətinin dövlət qulluğu stajına aid edilib-edilməməsinə dair tərəfimizdən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilib. Cavab olaraq, sözügedən dövr ərzində adıçəkilən şəxsin fəaliyyət göstərdiyi “Azərkonserv” Konserv Sənayesi İdarəsinin rəisi, “Azərbkonservmeyvətərəvəz” Baş İdarəsinin rəis müavini və Azərbaycan SSR Nazirlər Sovetinin “Azmeyvətərəvəz” AqrarSənaye X1 Baş İdarəsinin rəisi vəzifələrindəki iş müddətinin dövlət qulluğu stajına aid edilmədiyi bildirilib. Məlumat üçün bildiririk ki, əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında İddiaçı 7 iyun 2024-cü il tarixli 3-17-1/2-A-134098/2024 nömrəli məktubla ətraflı məlumat verilib.” - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli müvafiq məsələyə münasibət bildirilməsi haqqında məktubunda qeyd edilmişdir ki: “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1965-1966cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Tərəvəzçilik və Meyvəçilik üzrə Dövlət İstehsalat Komitəsində iş müddətilə bağlı bildiririk ki, adıçəkilən Komitənin hüquqi statusunu və strukturunu təsdiq edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin illərə dair rəy vermək mümkün olmamışdır. 1969-1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin “Azərkonserv” Konserv Sənayesi İdarəsində və “Azərbkonservmeyvətərəvəz” Baş İdarəsində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası aparılmışdır. “Azərbaycan SSR Nazirlər Sovetinin Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və satışı İdarəsinin təşkili haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 6 mart tarixli 103 nömrəli Qərarının 4-cü bəndinə əsasən Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin tərkibində 2 nömrəli əlavəyə müvafiq olaraq təsərrüfat hesabı ilə işləyən təşkilatlar yaradılmışdır. Adıçəkilən 2 nömrəli əlavədə İdarənin tabeliyində olan təşkilatların siyahısında Konserv Sənayesi İdarəsi nəzərdə tutulmuşdur. Həmçinin adıçəkilən Qərara 1 nömrəli əlavə ilə İdarənin mərkəzi aparatının strukturu təsdiq edilmişdir. Həmin strukturda “Azərkonserv” Konserv Sənayesi İdarəsi və “Azərbkonservmeyvətərəvəz” Baş İdarəsi nəzərdə tutulmamışdır. 1975-1976-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar-Sənaye Birliyində iş müddətilə bağlı bildiririk ki, Birlik Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 1975-ci il 20 avqust tarixli 276 nömrəli Qərarı ilə yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 17 iyun tarixli 198 nömrəli Qərarı ilə sözügedən Birliyin müvəqqəti Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 2-ci hissəsinə əsasən Birlik təsərrüfat hesabı əsasında fəaliyyət göstərmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qeyd edilənlərə əsasən 1969-1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin “Azərkonserv” Konserv Sənayesi İdarəsində və “Azərbkonservmeyvətərəvəz” Baş İdarəsində, 1975-1976-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Tərəvəz və Meyvə İstehsalı, Tədarükü, Emalı və Satışı Aqrar- Sənaye Birliyində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.” - İddiaçı münasibətdə cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarlar: İlkin pensiyanın təyin olunduğu tarix: xx.xx.1999-cu il Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon Şöbəsinin pensiya və müavinət təyin edən komissiyanın 9/6312 nömrəli xx.xx.2005-ci il tarixli qərarına əsasən dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-7-4677/2024 nömrəli qərarında qeyd edilmişdir ki, 1841.59 manat pensiya məbləği yenidən hesablanaraq 1340.69 manat təyin edilmişdir. (Yenidən hesablamanın səbəbi: Kapital hesablanması). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/3-7-5361/2024 nömrəli qərarında qeyd edilmişdir ki, 1841.59 manat pensiya məbləği yenidən hesablanaraq 1340.69 manat təyin edilmişdir. (Yenidən hesablamanın səbəbi: Kapital hesablanması).
VI. Tətbiq olunan hüquq
9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır.
10. “İnzibati icraat haqqında” qanundan: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
VII. Məhkəmənin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
12. Belə ki, məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). 58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”
13. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın öz təşəbbüsü ilə inzibati icraat başlanması hüququ qanunda nəzərdə tutulmuşdur. Hazırda mübahisələndirilən qərardan da görünür ki, yenidən hesablanmanın yaranma səbəbi “kapital hesablanması”dır. Bununla belə, həmin hüquq digər vəzifələrlə əlaqəli şəkildə tətbiq edilməli, kapital hesablanması nəticəsində müəyyən olunan halların inzibati orqana əvvəllər məlum olmasının və ya aşkar olunmasının mümkünlüyü ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma hüquqi dövlət, hüquq müəyyənliyi və etimad hüququnun qorunması prinsiplərinə uyğun hesab edilə bilməz.
14. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 1937-ci il təvəllüdlüdür və başqa gəlir mənbəyi yoxdur. İddiaçı Eyyub oğluna dövlət qulluqçusu kimi əmək pensiyaçısı statusuna xx.xx.2005-ci il tarixdə keçirilmiş və cavabdeh tərəfindən müvafiq hesablama (uyğunlaşma) inzibati icraat qaydalarına riayət etmədən 19 ildən sonra 2024-cü ildə həyata keçirilmişdir.
16. Hazırkı işin hallarında cavabdeh tərəfindən Qanunun 67.6.1-ci maddəsinin (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda) hallarının mövcudluğuna istinad edilmir. Qeyd edilənlərə əsasən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi ilə müəyyənləşdirilmiş bir illik müddət ötürülmüşdür.
17. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında eyni məzmunlu xx.xx.2024-cü il tarixli 3- 17-1/3-7- 4677/2024 tarixli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5361/2024 tarixli Qərarlarla iddiaçının 1841,59 manat əmək pensiyası yenidən hesablanaraq 1340,69 manata azaldılmışdır. Qeyd edilən qərarlar məzmun etibarilə fərqlənmir.
18. Məhkəmə kollegiyası iddiaçının əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
19. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir.
20. İddiaçının əmək pensiyasından xx.xx.2024-cü il tarixində 107.82 manat, xx.xx.2024-cü il tarixində 107.82 manat və xx.xx.2025-ci il tarixində 128.74 manat (cəmi 344.38 manat) tutulma həyata keçirilmişdir. Eyni zamanda tərəflər iclasda iştirak edən zaman maddi yardımdan da tutulma həyata keçirildiyi bildirilmişdir.
21. Odur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında eyni məzmunlu xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 4677/2024 tarixli və xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-5361/2024 tarixli Qərarlar ləğv edilməlidir. Bununla da iddiaçının (müdaxilədən) əvvəlki məbləğdə hesablanmış pensiyası bərpa edilmiş olacaqdır.
22. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11425/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.