Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-466/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5327/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2021-ci il tarixli, **********1060 saylı, xx.xx.2021-ci il tarixli, **********2542 saylı, xx.xx.2021-ci il tarixli, **********2547 saylı və xx.xx.2021-ci il tarixli, **********2544 saylı qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “Cavabdeh tərəfindən ona məxsus təsərrüfat subyektlərində operativ vergi nəzarəti keçirilmiş, vergi məsulliyyəti tədbirləri görülmüşdür. Belə ki, ünvan 1 ünvanda yerləşən “Sooshi room” adlanan obyektdə keçirilmiş nəzarət tədbirinin nəticələrinə dair xx.xx.2021-ci il tarixli, 008115 saylı aktda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11:42-də müştəri tərəfindən udon vegan və pendirli çubuqlar alınmış və 15 AZN ödənilmiş, ödəniş müqabilində müştəriyə çek verilməmiş, məbləğ kassaya mədaxil edilməmişdir. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********1060 saylı qərarı ilə iddiaçıya 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni gündə, eyni obyektdə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 002593 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********2542 saylı qərarı ilə iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin tarixdə, iddiaçıya aid ünvan 2 ünvanda yerləşən “Sushi room” adlı kafedə keçirilmiş tədbirin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 002594 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021 -ci il tarixli **********2547 saylı qərarı ilə əsasən iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin tarixdə, iddiaçıya aid Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 24 ünvanda yerləşən “BakenRoll” adlı kafedə tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 002596 saylı aktda göstərilmişdir ki, iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 4 işçi aşkar edilmiş, onlardan biri ilə əmək müqaviləsi bağlanmamışdır. Akta əsasən çıxarılmış cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli **********2544 saylı qərarı ilə iddiaçıya 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İnzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********1060 saylı qərarın çıxarılmasına əsas olmuş xx.xx.2021-ci il tarixli, 008115 saylı aktda göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Belə ki, vergi orqanının əməkdaşları obyektdə olan kompüterə baxış keçirilmiş, 15 manatlıq onlayn sifariş verildiyini aşkar etmişlər, lakin həmin sifarişə görə ödəniş edilməmişdir. Ümumiyyətlə müştəri obyektə gəlməmiş, yalnız müştərinin verdiyi sifariş kompüterə daxil edilmişdir. Bu 11:40-da olmuş, müştəri yalnız saat 15:00-da obyektə gələrək sifarişə görə ödəniş etmişdir. Qeyd olunan akt vergi ödəyicisi tərəfindən nəğd hesablaşmaların aparılması qaydalarının pozulmasına görə tərtib edilmişdir. Lakin, qeyd olunduğu kimi, hələ ödəniş edilməmişdir. Beləliklə, həmin həqiqəti əks etdirmədiyi üçün, akt əsasında çıxarılmış xx.xx.2021-ci il tarixli, **********1060 saylı qərar da, əsassızdır. Üç obyektdə əmək müqaviləsi bağlanmadan işçilərin cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli 002593 saylı, xx.xx.2021-ci il tarixli 002594 saylı və xx.xx.2021-ci il tarixli 002596 saylı aktlarda, vergi müfəttişlərinin mülahizələrinə görə iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş şəxslərin iddiaçının işçiləri olmasını sübut edən hər-hansı hallar əsaslandırılmamış, şərh olunmamışdır. Həmin aktlar əsasında vergi orqanı tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli **********2542 saylı, **********2547 saylı və **********2544 saylı qərarlar əsassız tərtib edilmiş aktlar əsasında çıxarıldığından qanunsuzdur və ləğv edilməlidir. Əlavə olaraq, “BakenRoll” kafesində əmək müqaviləsi olmadan muzdlu əməyə cəlb edildiyi ehtimal edilən işçi - X7, iddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən, iddiaçı tərəfindən X3 aylıq 100 manat ödəniş müqabilində, bir ay müddətinə ofisiant təlimi xidmətləri göstərilmişdir. Təlimin bitməsi nəticəsində, R.Bağırov, iddiaçı tərəfindən ofisiant kimi işə qəbul edilmişdir.” Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin qərarları poçt xidməti vasitəsilə xx.xx.2021-ci il tarixdə iddiaçıya təqdim edilmişdir...” Sonradan, iddiaçının nümayəndəsi iddia tələbindən “cavabdehin xx.xx.2022-ci il tarixli **********1060 saylı qərarının ləğv edilməsi” hissəsində imtina etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5327/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı həmin imtina qəbul edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir və operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5327/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2542 saylı, xx.xx.2021-ci il tarixli, **********2547 saylı qərarları ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın iddianın təmin edilən hissəsində qismən ləğv edilərək, iddianın tam rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Birinci instansiya məhkəməsi qərarının əsası kimi bildirir ki, iddiaçıya məxsus obyektdə aşkar edilmiş 2 işçinin yəni X1 və Alıyev Ahmetin izahatları alınmamış, həqiqətən həmin şəxslərin iddiaçıya məxsus obyektlərdə işçi kimi çalışması sənədlərlə öz təsdiqini tapmamış, işin halları inzibati orqan tərəfindən araşdırılmayaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla müvafiq qərar qəbul edilmişdir. Bununla əlaqədar vergi orqanı qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar Vergi Məcəlləsinin tələbləri gözlənilməklə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi vergi nəzarəti tədbirini inzibati icraat kimi dəyərləndirərək, “İnzibati icraat haqqında” Qanununun ümumi xarakterli normalarını Vergi Məcəlləsinin xüsusi normaları ilə tənzimlənən münasibətlərə tətbiq etməkdə haqlı olmamışdır. Çünki həyata keçirilmiş icraat inzibati icraat deyil, vergi qanunvericiliyi ilə tənzimlənən operativ vergi nəzarət formasıdır. Daha sonra bildirilir ki, operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilmiş fiziki şəxslər operativ vergi nəzarəti tədbiri zamanı izahat verməkdən imtina etdikdə qanunvericiliklə həmin fiziki şəxslərə hüquq mühafizə orqanları vasitəsilə hər hansı təsir etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Digər tərəfdən, “Dövlət vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 8.1.8-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat obyektində çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə (ünvanda, yerində) həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Akt hazırkı iş üzrə vergi əməkdaşları tərəfindən tərtib edilmiş və həmin akt məhkəməyə təqdim edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün əsas Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işəlrin (xidmətlərn) yerinə yetirilməsinə cəlb edilməsidir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) hazırkı məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.E.Camalov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, İddiaçı və onun nümayəndəsi Vəkil onunla razılaşmamış, şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişlər). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia qardırararaq cavabdehin - xx.xx.2021-ci il tarixli **********2542 saylı, xx.xx.2021-ci il tarixli **********2547 saylı və xx.xx.2021-ci il tarixli **********2544 saylı qərarlarının ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun iddiası qismən təmin olunaraq, cavabdehin xx.xx.2021-ci il tarixli iki - **********2542 saylı və **********2547 saylı qərarlarıı ləğv edilmiş, eyni tarixli **********2544 saylı qərarına münasibətdə isə iddia rədd olunmuşdur. Konkret halda, cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, iddianın təmin olunan, yəni, **********2542 və **********2547 saylı - xx.xx.2021-ci il tarixli hər iki qərarın ləğv edilməsi hissələrində qərar əsasız olduğundan həmin hissədə qərar ləğv edilərək iddia rədd olunmalıdır. İPM-in 82-ci maddəsinin tələbələrini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti həddində işə baxılıb birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İşin hallarından göründüyü kimi operativ vergi nəzarəti qaydasında iddiaçıya cavabdehin mübahisələndirlən xx.xx.2021-ci il tarixli **********2542 saylı qərarı ilə 2000 manat, həmçinin, eyni tarixli **********2547 saylı qərarı ilə də 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla, vergi məsuliyyətinə cəlb olunmuşdur. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarına əsasən, məhkəmə araşdırmasının cavabdehin apellyasiya şikayəti həddində predmetini təşkil edən - xx.xx.2021-ci il tarixli **********2542 saylı qərarının qəbul edilməsinə əsas olan faktiki hallar ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanda yerləşən “Sooshi room” adlanan obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2021-ci il tarixli 002593 saylı akta əsasən iddiaçı tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçidən bir nəfərinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, əmək fəaliyyətinə cəlb edildiyi müəyyən edilmişdir. Həmin akta əlavə olunmuş siyahıya əsasən Alıyev Ahmet adında həmin şəxs izahat almaq üçün dəvət olunduğunda arxa qapıdan çıxaraq obyekti tərk etmiş, iddiaçı (sahibkar) da həmin işçi barədə izahat verməkdən imtina etmişdir. Eyni zamanda, cavabdehin digər, xx.xx.2021-ci il tarixli **********2547 saylı qərarının qəbul olunmasına əsas olan şərtlər ondan ibarətdir ki, qeyd olunan xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus digər təsərrüfat subyektində - Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev 24 ünvanda yerləşən “BakenRoll” adlı kafedə keçirilmiş operativ vergi nəzarəti zamanı tərtib olunmuş 002594 saylı akta əsasən iddiaçı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edilmiş 5 işçidən biri - X2 ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunduğu aşkar edilmiş, bununla bağlı həmin şəxs, eyni zamanda iddiaçı (sahibkar) izahat verməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, operativ vergi nəzarəti zamanı izahatı alınmamış həmin şəxslərin iddiaçı ilə əmək münasibətlərində olub-olmamaları faktı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməlidir. Belə ki, biirincisi, Vergi Məcəlləsinin 53.3-cü maddəsinin 3-cü hissəsinin təlbinə görə vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Digər tərəfdən, İPM-in 14.1-ci maddəsinin tələbinə görə Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh tərəfindən isə qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iddiaçı tərəfindən sözügedən şəxslərin mək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunması mötəbər sübutlarla öz təsdiqini tapmır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, həmin şəxslərin iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunması kimi qiymətləndilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin mübahisələndirilən iki qərarı ilə iddiaçıya, ümumilikdə,4000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması əsassızdır. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə işin hallarına və qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qərarın iddianın təmin olunan hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5327/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5327/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı yoxlanılan hissəsində dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-466/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-466/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver