Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-466/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyət hüquqlarına dair Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının və onun vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-727/2005 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, 3-cü Xrebtovi 12 110, 87 saylı (İ Alatava) yaşayış evinin mənzil yaşayış fondunun balansına götürülməklə, X8 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və həmin evə üç nəfər ailə tərkibi ilə (özü, anası İddiaçı və bacısı X13 ilə birlikdə) X3 adına order verilməsinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir.
2. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “Yasamal Rayon Məhkəməsinin 16 mart 2005-ci il tarixli qətnaməsinin icrası haqqında” xx.xx.2005-ci il tarixli, 345 №-li sərəncamının surətindən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 2-727/2005 sayı 16 mart 2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən 87 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 91.2 kv. metr olan bir mərtəbəli evin mənzil yaşayış fondunun balansına götürülməklə, mənzilin kirayə müqaviləsinin X8 ilə bağlanması qərara alınmışdır: Ailə tərkibi 3 nəfər: 1. X9; 2. İddiaçı; 3. X10.
3. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının “xx.xx.2005-ci il tarixli 345 saylı sərəncama əlavə edilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 577 №-li sərəncamında qeyd olunmuşdur ki, MM-nin 48 maddəsini, “Qaydalar”ın 59-cu bəndini və mənzil fondunun özəlləşməsi haqqında qanunları nəzərə alaraq Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 345 saylı sərəncamına aşağıdakı bəndin əlavə edilməsi qərara alınmışdır: Bakı şəhəri 3-cü Xrebtovi 129/110 ünvanındakı 87 saylı evin sahəsi 114,4 kv.metr olan 5 otaq mənzilində yaşayan X6 order verilsin. Orderə daxil edilsin.
1. X9, 2. İddiaçı, 3. X10.
4. Qeyd olunan sərəncam əsasında Bakı şəhəri 3-cü Xrebtovi 129/110 ünvanındakı 5 otaqdan ibarət ümumi sahəsi 114,4 kv. metr olan 87 saylı evə dair X3 adına xx.xx.2005-ci il tarixdə 037146 №li order verilmişdir. X1 ilə yanaşı, anası İddiaçı və bacısı X4 adları qeyd olunmuşdur.
5. ünvan 2 ünvanında yaşayan X6 ünvanlanmış C-51 №li 07 iyul 2005- ci il tarixli məktubda göstərilmişdir ki, qəza vəziyyətinə düşmüş evinin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında ərizəsinə cavab olaraq bildirilir ki, evin yaşayış üçün yararsız vəziyyətə düşməsini nəzərə alaraq Yasamal rayon İcra Hakimiyyəti onun təmir və bərpa olunmasına etiraz etmir. Bərpa işləri aparılarkən ətraf ərazinin sanitar vəziyyətinin pozulmasına yol verilməməlidir.
6. 24 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən X3 adına ünvan 3 ünvanına dair yaşayış sahəsinin texniki göstəriciləri tərtib olunmuşdur.
7. “Asan 3” tərəfindən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 495626 №-li arayışından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X11, xx.xx.1977-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X12 ünvan 4 ünvanında pasport qeydiyyatındadır.
8. X11 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş 7E- 61318 reyestr nömrəsi ilə qeyd olunmuş ərizənin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir.
9. X9 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş notarial təsdiq olunmuş 7E-401 reyestr nömrəsi ilə qeyd olunmuş ərizənin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir.
10. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********28 saylı cavab məktubunda göstərilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə mənzilin yaşayış sahəsi 114,0 kv.metr olan 5 otaqdan ibarət oldğu qeyd edildiyi halda faktiki daşınmaz əmlakın ümumi sahəsi 453.0 kv.metr, yaşayış sahəsi 66.7 kv.metr olan 4 otaqlı, iki mərtəbəli mansardlı fərdi evdir. Təqdim edilmiş razılıq ərizələrində daşınmaz əmlak fərdi ev kimi qeyd edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
11. Məhkəmənin müvafiq sorğusuna əsasən: DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********94 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 144,4 kv. metr və faktiki yaşayış sahəsi isə 171.9 kv. metr, ümumi 457 kv. metr təşkil edir. Otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 5 otaq təşkil edir. Mənzil 2 mərtəbəli və mansard mərtəbədən ibarətdir. 34.0 kv. metr torpaq sahəsində yerləşir. Mənzil təqdim edilmiş eskizə uyğundur. Mənzilin faktiki vəziyyəti çəkilib işə əlavə olundu. 1-ci mərtəbənin döşəməsindən mansardın döşəməsinə qədər olan hündürlük H = 7.42 metrdir. Ayrı tikilidir.
12. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim olunmuş “X7”nin xx.xx.2024-cü il tarixli, 98 №-li mütəxəssis rəyində göstərilmişdir ki, Tədqiqatin nəticəsi:
1. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hündürlüyü torpaq qatından belə götürüldüyü halda sonuncu mərtəbənin üzərinə qədər 8-11 metr arasında dəyişir. Bu da Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq 12 metrdən azdır.
2. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud hündürlüyü 12 m-dən az olduğu üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə aid olması müəyyən edilmişdir.
3. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi texniki göstəricilərdə göstərilən ölçüləri mövcud vəziyyəti üzrə həmin evin perimetrboyu ölçüləri ilə üst-üstə düşür və kənarlaşma aşkar olunmadı. Bu o deməkdir ki, evin mövcud ölçüləri evin ilkin vəziyyətinə dair (bir mərtəbəli olan dövr üçün) olan ölçüləri ilə üst-üstə düşür.
4. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə dördbucaqlı formada olduğunu, iki tərəfdən yol ilə, digər iki tərəfdən yol ilə, digər tərəfdən qonşu torpaq sahələri ilə həmsərhəd olduğunu nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 3-cü Xrebtovi 129/110, 87 saylı yaşayış evinin özəlləşdirilərək, üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması, aparılmış dəyişiklikləri qeyd etməklə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 2-727/2005 saylı qətnaməsinə əsasən iddiaçının adına olan Bakı şəhəri 3-cü Xrebtovi 129/110, 87 saylı (1 Alatava 87) yaşayış evini mənzil yaşayış fondunun balansına götürülməklə oğlu X9 ilə mənzil icarə müqaviləsinin bağlanması barədə müvafiq sərəncam verilməsi və həmin evə üç nəfər ailə tərkibi üzrə (özü, anası İddiaçı və bacısı X10 ilə birlikdə) X3 adına orderin verilməsi Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Qətnamə xx.xx.2005-ci il tarixdə qanuni qüvvəsini almış, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncamı ilə ünvan 6 ünvanında yerləşən 87 saylı 2otaqdan ibarət, ümumi sahəsi 91,2 kv. m. olan birmərtəbəli yaşayış evinin mənzil yaşayış fondunun balansına götürülməklə mənzilin kirayə müqaviləsinin X9 ilə bağlanması (ailə tərkibi 3 nəfər X3 (özü), İddiaçı (anası) və X4 (bacısı) olmaqla) qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli 577 nömrəli sərəncamı ilə xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncama Bakı şəhəri 3-cü Xrebtovi 129/110, 87 saylı) yaşayış evinin sahəsi 144,4 kv. m. olan 5 otaqlı mənzilində yaşayan X6 orderin verilməsi və orderə X3 (özü), İddiaçı (anası) və X4 (bacısı) daxil edilməsi barədə bənd əlavə edilmişdir. Bundan sonra həmin mənzilə dair X3 adına 037146 nömrəli, xx.xx.2005-ci il tarixli order verilmişdir. Həmin mənzil köhnə təmirli və yaşamaq üçün yararsız vəziyyətə düşdüyündən mənzilin əsaslı təmir edilməsinə dair Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli C-51 nömrəli məktubu ilə təmirin aparılmasına razılıq verilmişdir. Beləliklə həmin mənzil təmir edilərək, yaşayış üçün yararlı hala salınmışdır. Onun ümumi sahəsində əlavə dəyişikliklər olmuşdur. Dəfələrlə müraciət edərək həmin dəyişikliklərin və yaşayış evinin adına dövlət qeydiyyatına alınmasını xahiş etsə də müraciətinin müsbət həll olunmayacağı bildirilmişdir. Həmin mənzildə oğlu X9, gəlini X11, nəvələri X14, X12 və iddiaçı qeydiyyatdadır. Nəvələri azyaşlı olduğundan gəlini və oğlu həmin yaşayış evinin iddiaçının adına özəlləşdirilməsinə razı olduqlarına dair notarial ərizə də təqdim etmişlər. Mənzilin dövlət reyestrindən qeydiyyatdan keçirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə etdiyi müraciətlər (şəxsən və Əmlak Xidmətləri Məkanı vasitəsi ilə) müxtəlif səbəblərlə öz müsbət həllini bu günə kimi tapmamışdır.
15. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir.
16. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş ünvan 7 ünvanında yerləşən 87 saylı evin – saylı mənzilinə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 577 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında verilmiş 037146 saylı, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakın sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı kimi göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka texniki baxış keçirilən zaman müvafiq daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 457.0 kv.m., yaşayış sahəsi 171.9 kv.m. olan 5 (beş) otaqlı, ikimərtəbəli və mansard mərtəbəsindən ibarət ayrıca tikili olduğu müəyyən edilmişdir. Əlavə sahələrlə bağlı iddiaçı tərəfindən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin çoxmərtəbəli yaşayış binasının yaxınlığında yerləşir. Fərdi yaşayış evinin yerləşdiyi ümumi torpaq sahəsinə Azərbaycan Respublikası qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Repspublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
17. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır.
18. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 453.0 kv. metr, yaşayış sahəsi 66.7 kv. metr olan mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, mübahisəli mənzildə yenidən qurulma işləri həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubuna əsasən aparılmışdır. İş üzrə verilmiş mütəxəssis rəyindən də müəyyən olunur ki, mübahisəli mənzilin hündürlüyü torpaq qatından belə götürüldüyü halda sonuncu mərtəbənin üzərinə qədər 8-11 metr arasında dəyişir ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq 12 metrdən az olmaqla yanaşı, 24 saylı Mənzil Kommunal İstismar Sahəsinin tərtib etdiyi texniki göstəricilərdə göstərilən ölçüləri mövcud vəziyyəti üzrə həmin evin perimetrboyu ölçüləri ilə üst-üstə düşür və kənarlaşma aşkar olunmamışdır. Bu isə o deməkdir ki, evin mövcud ölçüləri evin ilkin vəziyyətinə dair (bir mərtəbəli olan dövr üçün) olan ölçüləri ilə üst-üstə düşür.
20. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə dördbucaqlı formada olduğunu, iki tərəfdən yol ilə, digər iki tərəfdən yol ilə, digər tərəfdən qonşu torpaq sahələri ilə həmsərhəd olduğunu nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
21. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-6818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə Kollegiyasının iclasında iddiaçı, onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
26. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının: 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur.
28. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
33. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
34. Hazırkı işə tətbiq olunan normalardan görünür ki, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsaslarını müəyyən etmişdir.
35. İşin hallarından görünür ki, ünvan 7 ünvanında yerləşən 87 saylı evin – saylı mənzilinə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 577 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında verilmiş 037146 saylı, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakın sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı kimi göstərilsə də, hazırda həmin daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 457.0 kv.m., yaşayış sahəsi 171.9 kv.m. olan 5 (beş) otaqlı, ikimərtəbəli və mansard mərtəbəsindən ibarət ayrıca tikili olduğu müəyyən edilmişdir.
36. Belə ki, bu fakt məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********94 №-li cavab məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”, tərəflərin izahatı və işin digər materialları ilə təsdiq olunur.
37. Həmçinin, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin müayinə (baxış) “aktı”nda qeyd olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən mənzilin hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 144,4 kv. metr və faktiki yaşayış sahəsi isə 171.9 kv. metr, ümumi 457 kv. metr təşkil edir. Otaqların sayı hüquqmüəyyənedici sənəd üzrə və faktiki olaraq 5 otaq təşkil edir. Mənzil 2 mərtəbəli və mansard mərtəbədən ibarətdir. 34.0 kv. metr torpaq sahəsində yerləşir. Mənzil təqdim edilmiş eskizə uyğundur. Mənzilin faktiki vəziyyəti çəkilib işə əlavə olundu. 1-ci mərtəbənin döşəməsindən mansardın döşəməsinə qədər olan hündürlük H = 7.42 metrdir. Ayrı tikilidir.
38. İddiaçının və iddiaçının mövqeyi ilə razılaşan birinci instansiya məhkəməsinin dəlilləri ondan ibarətdir ki, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakın sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı kimi göstərilsə də, mənzilin üzərində 2005-ci ildə tikili inşa olunaraq həmin daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 457.0 kv.m., yaşayış sahəsi 171.9 kv.m. olan 5 (beş) otaqlı, ikimərtəbəli və mansard mərtəbəsindən ibarət ayrıca tikili olmaqla aparılmış inşaat (iddiaçı və birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisəli mənzildə yenidən qurulma işləri) həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubuna əsasən aparılmışdır.
39. Məhkəmə Kolleiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakın sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı kimi göstərilsə də, mənzilin üzərində 2005-ci ildə tikili inşa olunaraq həmin daşınmaz əmlakın faktiki olaraq ümumi sahəsi 457.0 kv.m., yaşayış sahəsi 171.9 kv.m. olan 5 (beş) otaqlı, ikimərtəbəli və mansard mərtəbəsindən ibarət ayrıca tikili inşa olunsa da həmin əlavə sahələrə, yəni 114.4 kv.m olan 5 (beş) otaqlı sahədən əlavə inşa olunan qeyd edilən tikililərə dair iddiaçı tərəfindən nə inzibati orqana, nə də məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir.
40. İddiaçı bildirir ki, 2005-ci ildə aparılmış həmin əlavə inşaatı Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubuna əsasən aparılmışdır.
41. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, məhkəmə müvafiq orqanlara sorğular göndərmiş, lakin sorğulara cavab məktubundan müəəyən olunur ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubu və ona əsas olan sənədlər arxivdə mövcud deyildir.
42. Həmçinin, qeyd edilən məktubun əsli də məhkəməyə təqdim edilməmişdir.
43. Eyni zamanda, məhkəmə Kollegiyası qeyd edir ki, həmin məktub əlavə inşaata icazə verilməsi ilə bağlı olmamış, yalnız qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında olmuşdur.
44. Məhkəmə Kollegiyası onu da diqqətə çəkir ki, qeyd olunan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubunda hansı ünvana təmir və bərpa edilməsinə icazə verilməsi də göstərilməmişdir.
45. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir.
46. Beləliklə, iddiaçı əlavə inşaatın aparılması ilə bağlı tələb olunan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri (müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və.sair) təqdim etməmişdir.
47. Birinci instansiya məhkəməsi “X7”nin xx.xx.2024-cü il tarixli, 98 №-li mütəxəssis rəyində göstərilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mövcud vəziyyəti üzrə dördbucaqlı formada olduğunu, iki tərəfdən yol ilə, digər iki tərəfdən yol ilə, digər tərəfdən qonşu torpaq sahələri ilə həmsərhəd olduğunu nəzərə alaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmadığına istinad edir.
48. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunan “X7”nin xx.xx.2024-cü il tarixli, 98 №-li mütəxəssis rəyi ilə razılaşmır və bildirir ki, ümumi sahəsi 457.0 kv.m., yaşayış sahəsi 171.9 kv.m. olan 5 (beş) otaqlı, ikimərtəbəli və mansard mərtəbəsindən ibarət tikili 2005-ci ildə tikilmişdir, Şəhərsalma və Tikinti Məcəlləsi isə 2013-cü ilin yanvarın 1-dən qüvvəyə minmişdir.
49. Məhkəmə Kollegiyası onu da nəzərə alır ki, iddiaçı mübahisəli tikilini dövlət mülkiyyətində olan torpaqda inşa etmiş, yəni həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində, icarəsində və.sair deyildir.
50. Bundan başqa iddiaçı məhkəmə Kollegiyasının iclasında bildirmişdir ki, orderdə sahəsi 114.4 kv.m olan mənzilin birinci mərtəbəsindən üstdəki mərtəbələrə pilləkənlər inşa olunmuşdur.
51. Göründüyü kimi, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakda, yəni sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı mənzildə də iddiaçı yenidənqurma işləri aparmış, lakin bununla bağlı müvafiq qurumdan icazə ilə bağlı hər hansı sənəd təqdim etməmişdir.
52. Halbuki, Mənzil Qanunvericiliyinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarına görə yaşayış sahəsinin yenidən qurulması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur.
53. Belə ki, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. (Mənzil Məcəlləsinin 23.1-ci maddəsi)
54. Doğrudur ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
55. Lakin göründüyü kimi, xx.xx.2005-ci il tarixli orderdə qeyd olunan daşınmaz əmlakda, yəni sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı mənzildə iddiaçı yenidənqurma işləri aparsa da, bununla bağlı müvafiq qurumdan icazə ilə bağlı hər hansı sənəd təqdim etmədiyindən məhkəmə Kollegiyası iddianın qismən- sahəsi 114.4 kv.m olan 5 (beş) otaqlı mənzilə çıxarışın verilməsi hissəsində də iddianı əsaslı hesab etmir.(Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının qəza vəziyyətinə düşmüş evin təmir və bərpa edilməsinə icazə verilməsi haqqında 07 iyul 2005-ci il tarixli razılıq məktubuna məhkəmə Kollegiyası yuxarıda hüquqi qiymət vermişdir.)
56. Apellyasiya şikayətinin fərdi yaşayış evinin yerləşdiyi ümumi torpaq sahəsinə Azərbaycan Respublikası qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olması dəlili üzrə məhkəmə araşdırması ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubla sənədləri təqdim etmişdir.
57. Həmin sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının evinin yerləşdiyi torpaq sahəsinin də aid olduğu Bakı şəhəri, Yasamal rayonu Ə.Salamzadə və Ş.Mediyev küçələrinin arasındakı 1-ci Alatava adlanan ərazidə yerləşən 11.33 ha torpaq sahəsinin “X24” MMC-yə ayrılmasına dair rəy bildirilməsi və yerquruluşu planının hazırlanması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq qurumların müraciətləri qeydə alınmışdır.
58. Göründüyü kimi, iddiaçı mübahisəli tikilini dövlət mülkiyyətində olan torpaqda inşa etmiş, yəni həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində, icarəsində və.sair deyildir.
59. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
60. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
61. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
62. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı qərarı ləğv olunaraq iddianın rədd edilməsinə dair yeni qərar qəbul olunmalıdır.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6818/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.