Məhkəmə qərarları › İş №2-1(103)-4660/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4660/2025

03.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4660/2025 03.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair işi üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), İsmayılzadə Fərid Sabir oğlu və Hüseynov Pərviz Aktiv oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Cavabdeh qarşı “məxsusluğa dair arayışın verilməsi” haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq təsərrüfatının ##.##.1999-cu il tarixli * saylı Protokolundan Çıxarışa əsasən X3 adına *-** saylı bağ sahəsinin sənədləşdirilməsi qeyd olunmasına baxmayaraq, H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq birliyinin *** nömrəli Üzvlük Biletində əsasən X3 ayrılmış bağ sahəsinin nömrəsi 1/70 olaraq müəyyən edilmişdir (əvvəlcə 1/91 yazılmış, daha sonra düzəliş edilərək 1/70 qeyd edilmişdir). İddiaçı qeyd edilən torpaq sahəsinin mərhum həyat yoldaşına məxsus olmasına dair arayışın verilməsi ilə bağlı Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adı aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Həmçinin təqdim olunan üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, */** saylı ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, H.Z.Tağıyev adına NQÇİ-nin "BAHAR" bağçılıq təsərrüfatının ##.##.1999-cu il tarixli * saylı protokolundan edilmiş * saylı çıxarışa əsasən */** saylı bağ sahəsi * saylı NQÇİ-nin operatoru X3 adına sənədləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması həmin təsərrüfat tərəfindən qərara alınmışdır. İstinad olunan qərar əsasında X3 adına */** saylı üzvülük kitabçası açılmışdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 1/70 sayı ünvanında yerləşən torpaq sahəsi 1995-ci ildən X3 və istifadəsində olmuşdur. X3 ##.##.2013-cü il tarixində vəfat etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri ** saylı Notariat ofisində vərəsəlik işi açılaraq mərhumun qanun üzrə vərəsi kimi iddiaçı (arvadı) İddiaçı tanınmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi,1/70 sayı ünvanında yerləşən torpaq sahəsi üzərində dövlət reyestrində qeydiyyata alınmasına dair miras qoyan X3 adına arayışın verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan təqdim olunan original sənədləri nəzərə almadan ##.##.2024-cü il tarixli məktubu ilə imtina edərək, bildirmişdir ki, "... idarəsinin arxivində saxlandan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adı aşkar edilməmişdir." Bu hissəyə münasibətdə bildirilir ki, müvafiq üzvlük kitabçasının əsli cavabdehə təqdim edilmiş, lakin, sonuncu həmin sənədi nəzərə almamışdır. Bununla yanaşı, cavabdeh imtina məktubunda "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə istinad edərək, 2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışının təqdim edilməsini bildirmişdir. Yuxarıda da qeyd olunduğunu, qanunvericiliklə tələb olunan üzvlük kitabçası və bağ təsərrüfatı idarələri tərəfindən mərhuma ayrılmış torpaq sahəsinə dair sərəncamından çıxarış cavabdeh inzibati orqana təqdim edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən əlavə sənədlərin tələb edilməsi mötəbərlik prezumpsiyasının pozuntusuna səbəb olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. İddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, */** saylı ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə idarəyə müraciət etmiş və ##.##.2024cü il tarixli ************ nömrəli xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X3 adı aşkar edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağçılıq yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Həmçinin təqdim olunan üzvlük kitabçasında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim Günel Sevdimalıyeva) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən naturada hazırda onun istifadəsində olan bağ sahəsinin sıra nömrəsi müəyyən edilərək, həmin sahəyə uyğun olaraq arayışın verilməsi öhdəliyinin * saylı Ərazi idarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh * saylı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli cavab məktublarında SOCAR-da saxlanılan H.Z.Tağıyev adına X1 İdarəsinin “Bahar” Bağçılıq Birliyinin arxiv sənədləri arasında ##.##.1999-cu il tarixli * saylı və ##.##.1988-ci il tarixli * saylı protokolların, həmçinin 1/69 və */** nömrəli bağ sahələrinin hansı şəxsə ayrılması, o cümlədən X3 torpaq sahəsinin ayrılması barədə hər hansı bir sənədin aşkar edilməməsini göstərilmişdir (2-ci səhifədə 2-ci bəndin 3-cü abzası; 3-cü bənd, 4-cü bəndin 3-cü cümləsi; 3-cü səhifədə 8-ci bənd; 4-cü səhifədə 10-11-ci bəndlər və 5-ci səhifədə 27-ci bənd). H.Z.Tağıyev adına NQÇİnin “Bahar” Bağçılıq Birliyinin ##.##.1999-cu il tarixli * saylı Protokoluna(Çıxarış 7) əsasən mərhum həyat yoldaşı X3 adına */** saylı bağ sahəsinin rəsmiləşdirilməsi və onun adına üzvlük kitabçasının açılması barədə qərar qəbul edilmişdir. Həyat yoldaşına H.Z.Tağıyev adına NQÇİ baxçılıq birliyinin üzv olması barədə ## ###### 1998-ci il tarixində üzvlük kitabçasının açılması nəzərə alınaraq, yeni kitabça açılmayaraq həmin kitabçada göstərilən bağ sahəsinin “1/91” nömrəsi “1/70” nömrəsi ilə dəyişdirilərək, “Bahar” Baxçılıq Birliyinin möhürü ilə təsdiq edilmişdir. Bu sənədlərdə göstərilən yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etdikdə, məhkəmə prosesində gözlənilməz və xoşagəlməz bir hal ilə qarşılaşmışdır: “mərhum həyat yoldaşı X3 bağ sahəsinin ayrılması barədə ümmiyyətlə hər hansı bir sənədin aşkar edilməmişdir”. Hər bir təşkilat vətəndaşların müraciətlərinə baxılmasına xüsusi həssaslıqla yanaşmalı, müraciətlərində qeyd olunmuş məsələlərin həlli ilə bağlı onlara lazımi izahat və düzgün istiqamət verilməlidir. Cavabdeh isə çox sadə və mükəmməl bir yol tapmışdır: “sənədlər aşkar edilməmişdir”. Cavabdeh yuxarıda göstərilən sənədlərin tapılması üçün digər faktlardan da istifadə edə bilərdi: ## ###### 1998-ci il tarixində Əhməd Məmmədovun adma açılmış *** nömrəli üzvlük kitabçası üzvlük kitabçalarının qeydiyyatı kitabında (jurnalında) qeydiyyatdan keçmişdirmi? Keçməmişdirsə, onda həmin qeydiyyat kitabında *** nömrəli üzvülük kitabçısı kim adına açılmışdır? Əhməd Məmmədov H.Z.Tağıyev adma NQÇİ-nin Bağçılıq-yoldaşlıq birliyinin üzvü kimi 1997-ci ildən 2001-ci ilə kimi, 5 il müddətində illik üzvlük haqqı ödəmişdir. Birliyin Mühasibatlıq sənədlərinin içərisində bu ödənişlərlə bağlı zəruri maliyyə sənədləri olmalıdır. Əgər yoxdursa, onda mərhum həyat yoldaşı Əhməd Məmmədovun ödədiyi bu vəsaitlər hara köçürülmüşdür? *** nömrəli üzvlük kitabçasında bağ sahəsinin əvvəlki nömrəsi “1/91” göstərilmişdir. Həmin nömrə ilə bağ sahəsi mövcuddurmu? Bu sahə kimə məxsusdur? Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0-cı maddələrinə əsasən: “2007- ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” təqdim olunmalıdır (2-ci səhfənin 3-cü bəndinin 3-cü abzası; 3-cü səhifədə 4-cü bəndin 6- cı cümləsi və 5-ci səhifədə 23-24-cü bəndlər). Yuxarıda göstərilən bu normativ aktlara əsaslanaraq, H.Z.Tağıyev adma NQÇİ-nin “BAHAR” bağçılıq təsərrüfatının ##.##.1999-cu il tarixli * saylı Protokolundan * saylı Çıxarışın və ## ###### 1998-ci il tarixində Əhməd Məmmədovun adına açılmış *** nömrəli üzvlük kitabçasının əslini təqdim etmişdir. Dövlət qurumu ona rəsmi qaydada torpaq sahəsinin ayrılmasına dair sənədlər təqdim etmiş, o da həmin sənədlərə əsaslanaraq hüquqi əminliklə həmin torpaq sahəsini qəbul etmiş, faktiki olaraq istifadə etmiş və edir. Bu halda, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən, mülkiyyət hüququ yalnız formal çıxarışla deyil, həm də qanuni əsaslara söykənən və dövlətin rəsmən yaratdığı hüquqi gözlənti ilə meydana çıxa bilər. Dövlət qurumunun öz verdiyi sənədləri sonradan tanımaması, onun konstitusion mülkiyyət hüququnun və hüquqi əminlik prinsipinin pozulmasına səbəb olmuşdur. Qeyd edilən bu hüquqi vəziyyət nəticəsində, belə düşünmək olar ki, o həmin sənədlərə əsaslanaraq bağ sahəsini qeyri-qanuni əldə etmişdir. Faktiki olaraq ona mənsub olan həmin torpaq sahəsindən gələcəkdə tam şəkildə istifadə edə bilməyəcəkdir. Belə ki, torpağı nə özgələşdirə, nə də icarəyə verə bilir. Bu isə onun mülkiyyət hüququnun sərbəst həyata keçirilməsinə mane olur. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun və Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin birbaşa pozulması deməkdir. Qanuni sənədlərə əsaslanan hüququ dövlət qurumunun texniki və ya inzibati əsaslandırılmamış imtinası nəticəsində məhdudlaşdırılır, bu da onun zərərçəkən şəxs kimi hüquqi statusunu təsdiqləyir. Cavabdeh eyni zamanda öz etirazında göstərir ki, təqdim edilmiş bağçılıq-yoldaşlığın üzvlük kitabçasında bağın(torpaq) sahəsinin ölçüsü qeyd olunmadığından sənəd üzrə sahə məlum deyildir (2-ci səhifədə 3-cü bəndin 2-ci abzasının 2-ci cümləsi; 3-cü səhifədə 4-cü bəndin 5-ci cümləsi və 4-cü səhifədə 12-ci bəndin sonuncu cümləsi). Bu imtina üçün əsas hesab oluna bilməz. Mərhum həyat yoldaşı Əhməd Məmmədova verilmiş *** nömrəli üzvlük kitabçasında ümumiyyətlə bağ sahəsinin ölçüsünün göstərilməsi barədə hər hansı bir qrafa nəzərdə tutulmamışdır. Həmin üzvlük kitabçasında nələrin dəqiq şəkildə göstərilməli olduğu bilavasitə qeyd edilmişdir. Bunlara biletin və sahənin nömrəsi, təqdim edilən şəxsin iş yeri və vəzifəsi, üzvlük haqqında məlumatlar (tarix, üzvlük haqqı, imza və qeyd) daxildir. Həmin tələblərə uyğun olaraq da *** nömrəli üzvülük kitabçası doldurulmuşdur. Cavabdeh mövcud hüquqi sənədlərin tanınmaması üçün bəhanə kimi torpaq sahəsinin naturada bölgüsü ilə sxematik xəritə arasında fərqin olmasını, yəni elektron kadastr məlumatında göstərilən torpaq sahəsinin yerləşməsini bağçılıq-yoldaşlıq bölgü sxemi ilə uyğunsuzluq təşkil etməsini göstərmişdir (2-ci səhifədə, 3-cü bəndin 2-ci abzasının 1-ci cümləsi; 3-cü səhifədə 4-cü bəndin 4-cü cümləsi və və 4-cü səhifədə 12-ci bənd). Lakin bu yanaşma hüquqi əsaslara söykənmir. Çünki Cavabdeh yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 15-ci maddəsində müəyyən olunmuş hallar üzrə qeydiyyatdan imtina edə bilər. Naturada və xəritədə bölgü arasındakı fərqlər bu maddədə göstərilən imtina əsaslarından biri deyildir. Bu cür əsasla qeydiyyatın və hüququn tanınmasının rədd edilməsi DƏDKR PHŞ-nin qanunsuz inzibati qərar verməsi ilə nəticələnmişdir. Belə praktika hüquqi dövlət prinsiplərinə ziddir, inzibati orqanın və məhkəmənin faktiki olaraq vətəndaşın hüquqlarının məhdudlaşdırması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Daşınmaz əmlaka mülkiyyət hüququnun əladə edilməsi” adlı 178-ci naddəsinin 6-cl hissəsinə əsasən (178.6) Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. O, X3 ilə ##.##.1976-ci ildə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Həyat yoldaşı Əhməd Məmmədov ##.##.2013-cü il tarixində vəfat etmişdir. Bağçılıqyoldaşlıq təsərrüfatının ona verdiyi bu torpaq sahəsini birgə yaşadıqları dövrdə əldə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci və Ailə Məcəlləsinin 32-ci maddələrinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. H.Z.Tağıyev adına NQÇİ-nin “Bahar” Bağçılıq Birliyinin ##.##.1999-cu il tarixli * saylı Protokolunun * saylı Çıxarışında */** saylı bağ sahəsinin 1995-ci ildə həyat yoldaşına sənədsiz olaraq verilməsi göstərilmişdir. Həmin vaxtdan başlayaraq həyat yoldaşının ölümünə kimi həmin sahəyə birlikdə sahiblik etmişlər. Həyat yoldaşının vəfatından sonra o, Bakı şəhəri ** saylı notariat ofisində açılmış vərəsəlik işi üzrə qanuni vərəsə kimi tanınmışdır. Həyat yoldaşının ölümündən sonra isə o özü bu sahəyə fasiləsiz və etirazsız sahiblik edir. Artıq həmin sahənin əldə olunmasından 30 ildən artıq müddət keçmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il ######un ##-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar;[11] 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; [14] 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar; 2.8. yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarlar və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi (layihədə torpaq sahəsinin ölçüsü göstərildikdə. Layihə olmadığı və ya həmin layihədə torpağın ölçüsü göstərilmədiyi hallarda yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülməklə)

İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, */** saylı ünvanında yerləşən torpaq sahəsi üzərində hüquqların X3 məxsus olması haqqında arayışın ona verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin (protokoldan çıxarış və üzvlük kitabçası) mövcudluğu torpaq sahəsini ayırdığı iddia olunan qurum (SOCAR) tərəfindən təsdiqlənməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən müvafiq torpaq sahəsini ayıran quruma (SOCAR-a) sorğu ünvanlanaraq X3 “Bahar” bağçılıq təsərrüfatının üzvü kimi torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumatın təqdim edilməsini tələb etmişdir (H.Z.Tağıyev adına NQÇİ-nin “BAHAR” bağçılıq təsərrüfatının ##.##.1999-cu il tarixli * saylı Protokolundan Çıxarışın surəti sorğuya əlavə edilmişdir). Buna baxmyaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə bildirilmişdir ki, SOCAR-da saxlanılan H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin "Bahar” bağçılıq təsərrüfatının sənədləri arasında ## #### 1999-cu il tarixli * saylı və ## ######## 1988ci il tarixli * saylı protokollar, 1/69 və 1/70 bağ sahələrinin hansı şəxsə ayrılması barədə məlumat, eləcə də X3 torpaq sahəsi ayrılması barədə hər hansı sənəd aşkar edilməmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərin (protokoldan çıxarış və üzvlük kitabçası) mövcudluğu torpaq sahəsini ayırdığı iddia olunan qurum (SOCAR) tərəfindən təsdiqlənməmişdir. İddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi daşınmaz əmlaka dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli, *** nömrəli fərmanı ilə təsdiq edilmiş Siyahıda təsbit edilmiş hüquqmüəyyənedici sənədi mövcud deyildir. Bu baxımdan, cavabdehim imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar