Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4664/2025 13.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Qasımov Vidadi Kamal oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı "mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8110/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT: İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bir otaqlı 11 kv.m sahəsi olan mənzilin kirayə müqaviləsinin onun adına bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8110/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1098/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2024cü il tarixli 2-1(112)-8110/2024 nömrəli qərarından cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra xx.xx.2025-ci ildə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı 30 gün müddətində icra edilməsi üçün cavabdeh Bakı Şəhəri Cavabdehnə göndərilmiş, eyni zamanda, yuxarıda göstərilən müddət ərzində qərar icra olunmadığı halda, 50000 manatadək cərimə oluna biləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 2-1(112)-8110/2024 nömrəli qərarın icra olunması ilə bağlı Yasamal Rayon İcra və Probasya Şöbəsinə qərar üzrə icra vərəqəsi göndərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8110/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Bakı Şəhəri Cavabdeh 1000 manat miqdarında cərimə olunması və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də sözügedən məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" xx.xx.2021-ci il tarixli 10 nömrəli Qərarında göstərilmişdir: "25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər "İnzibati icraat haqqında" Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla "İcra haqqında" Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün "İcra haqqında" Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır." Göründüyü kimi, qanunverici inzibati orqan tərəfindən məhkəmə qərarının icra edilməməsi halında onun cərimə və təkrar cərimə edilməsini, buna baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi təqdirdə, bu barədə müvafiq qərardad çıxarmaqla "İcra haqqında" Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəldilməsini nəzərdə tutulmuşdur. İşdən görünür ki, məhkəmə tərəfindən cavabdehə qərarın icra edilməməsi səbəblərinin bildirilməsi ilə bağlı məktub ünvanlanmış, cavabdeh isə xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 113 nömrəli xx.xx.2025-ci il tarixli sərəncamına əsasən, Yasamal rayonu Salatın Əsgərova küçəsi söküntü ərazisinə düşdüyü və inventarizasiya aparılması ilə bağlı zəruri tədbirlər görüldüyü üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8110/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının icra olunması hal-hazırda mümkün deyildir. Göründüyü kimi, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyəcəyini açıq şəkildə ifadə etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası cavabdeh inzibati orqan üçün müəyyən edilmiş müddətlər bitdikdən və qərarın icraya yönəldilməsindən 5 ay ərzində təmin edilməmiş qaldığından, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırılmadığından və ilkin tədbir kimi təyin olunması nəzərə alındıqda cavabdehin minimal həddə, yəni 1000 manat miqdarında cərimə olunması məqsədəuyğundur. Məhkəmə xüsusilə vurğulamışdır ki, cavabdeh inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi halında daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi məsələsi müzakirə olunacaqdır. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 113 nömrəli xx.xx.2025-ci il tarixli sərəncamına əsasən, Yasamal rayonu Salatın Əsgərova küçəsi söküntü ərazisinə düşdüyü və inventarizasiya aparılması ilə bağlı zəruri tədbirlər görüldüyü üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8110/2024 nömrəli xx.xx.2024-cü il tarixli məhkəmə qərarının icra olunması hazırda mümkün deyildir. Bildirilir ki, abadlıq quruculuq işləri çərçivəsində söküntü ərazisinə düşən və sökülməsi nəzərdə tutulan mənzilə dair yeni sərəncamın, yəni kirayə müqaviləsinin verilməsi məqsədəmüvafiq hesab edilmir. Eyni zamanda, məhkəmə qərarının icrası ilə əlaqədar tələblərin yerinə yetirilməməsinə görə Rayon İcra Hakimiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki halları hərtərəfli araşdırılmalı, bundan əvvəl Rayon İcra Hakimiyyətinin bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsi, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmaması məsələsinə, eləcə də əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsinə və digər mühüm hallara xüsusi diqqət yetirilməlidir. Lakin birinci instansiya məhkəməsi bu hallara əhəmiyyət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən, "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir." Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları əsasında yerli icra hakimiyyətləri tərəfindən mütəmadi olaraq şəhər və rayonlarda abadlıq-quruculuq işləri həyata keçirilir və öz səlahiyyətləri daxilində rayon əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasında mühüm işlər görülür. "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 1.4-cü maddəsinə əsasən, yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən xx.xx.2021-ci ildə qəbul edilmiş "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" 10 nömrəli Qərarda göstərilmişdir ki, İPM-in 118.3, 118.4, 121-ci və "İnzibati icraat haqqında" Qanunun 83-cü maddələrinə əsasən hakim və ya məhkəmə məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni tərəfləri lazımi qaydada məlumatlandırmaqla məhkəmə iclasında həll etməli və məcburi icra tədbirlərinin müəyyən olunması haqqında qərardad çıxarmalıdır. Məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni həll etmək üçün təyin edilmiş məhkəmə iclası ilə bağlı tərəflərə göndərilmiş bildirişdə tətbiq olunması nəzərdə tutulan məcburi icra tədbirinin müvafiq növü konkret göstərilməli və yalnız iclasda həmin növün tətbiqinin mümkünlüyü ilə bağlı məsələ həll olunmalıdır. Buna görə məhkəmə əvvəlcədən tərəflərə ünvanlandığı bildirişdə göstərmədiyi məcburi icra tədbirinin növünü tətbiq edə bilməz. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbiri tətbiq edilə bilər. Odur ki, yeni icra tədbirinin tətbiqi məsələsinə yalnız əvvəlki icra tədbiri nəticə vermədikdə baxıla bilər. Məcburi icra tədbirləri məhkəmə qərarı icra olunana qədər təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə bilər. Borclu tərəfindən məhkəmə qərarı icra edildiyi halda isə məcburi icra tədbirləri dərhal dayandırılmalıdır. Məhkəmələr məcburi icra tədbirlərinin tətbiqi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl etməyə borcludurlar. Mütənasibliyə əməl etmək üçün məhkəmələr üç meyar üzrə qiymətləndirmə aparmalıdırlar – yararlılıq, zərurilik və uyğunluq. Yararlılıq onu tələb edir ki, məhz seçilmiş məcburi icra tədbiri icranı təmin etməyə qadir, yəni nəticəni təmin etmək xüsusiyyətinə malik olmalıdır. Zərurilik meyarına əsasən əgər özünün təbiətinə və şəxs barəsində doğuracağı nəticələrə görə daha az sərt olan məcburi icra tədbirinin tətbiqi ilə məqsədə çatmaq mümkündürsə, onda məhkəmə daha sərt olan tədbiri tətbiq etməkdə haqlı deyildir. Uyğunluq elementi baxımından isə nəzərə alınmalıdır ki, tətbiq edilmiş məcburi icra tədbiri şəxsi həddindən artıq yükə məruz qoymamalıdır. Buna görə borcluya münasibətdə əgər bir neçə məcburi icra tədbirinin tətbiqi mümkündürsə, yəni onlardan hər biri zərurilik və yararlılıq meyarlarına cavab verirsə, bu zaman borclunu ən az yükləyən tədbirin tətbiqi lehinə seçim edilməlidir. Xəbərdarlıqda göstərilən müddətdə məhkəmə qərarının icrası təmin edilmədikdə hakim İPM-in 119.1-ci maddəsinə uyğun olaraq tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarmalıdır. Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət daşıdığı, eləcə də məhkəmə qərarları icrasız qaldıqda məhkəmə müdafiəsi hüququnun xəyali xarakter qazanacağı nəzərə alınmaqla, tələbkar ərizə vermədikdə belə (tələbkar tələbdən imtina etdikdə və s. bu kimi xüsusi hallar istisna olmaqla) hakim mütləq ağlabatan müddətlərdə xidməti vəzifəsinə görə icra haqqında qərardad çıxarılması məsələsini həll etməlidir. Belə qərardad proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməklə məhkəmə iclasında qəbul olunur. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: Öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Xatırladırıq ki, Bakı İnzibati Məhkəməsinin 30 iyul 2025-ci il tarixli 2-1(112)-8110/2024 nömrəli qərardadı elektron məhkəmə sisteminə (e-kabinetə 2 ay 15 gündən sonra) 15 oktyabr 2025-ci il tarixdə daxil olmuşdur. Yuxarıda qeyd edilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi Cavabdeh cərimə edərkən işi hərtərəfli araşdırmamış, eyni zamanda qərardad qəbul edərkən maddi və prosesual qanunvericiliyinin tələblərini pozmuş və səhv nəticəyə gəlmişdir. Bununla da qeyd edilən qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun hər hansı üzürlü səbəblə əlaqəli olub-olmadığı barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 120.1. Bu Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" 19 noyabr 2021-ci il tarixli Qərarı: 25-ci bənd. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər "İnzibati icraat haqqında" Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. 26-cı bənd. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. 27-ci bənd. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. 28-ci bənd. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qəradadın ləğv edilməsi üçün əsas vermir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu baxımdan Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Məhkəmə qərarlarının icrasının məcburiliyi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar (bundan sonra – qərarlar) çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququ məhkəmə tərəfindən yalnız qanuni və əsaslandırılmış qərarın qəbul edilməsini deyil, həmçinin onun vaxtında icra edilməsini nəzərdə tutur. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı İnzibati Məhkəməsinin qərarının icra edilməsi üçün cavabdehə göndərilməsinə, icra üçün müddət təyin edilməsinə və əks təqdirdə, cavabdehin cərimə olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh qeyd edilən qərarın icrasını hal-hazıradək təmin etməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 113 nömrəli xx.xx.2025-ci il tarixli sərəncamına əsasən, Yasamal rayonu Salatın Əsgərova küçəsi söküntü ərazisinə düşdüyü və inventarizasiya aparılması ilə bağlı zəruri tədbirlər görüldüyü üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8110/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının icra olunması hal-hazırda mümkün deyildir. Apellyasiya şikayətində isə cavabdeh bildirmişdir ki, abadlıq quruculuq işləri çərçivəsində söküntü ərazisinə düşən və sökülməsi nəzərdə tutulan mənzilə dair yeni sərəncamın, yəni kirayə müqaviləsinin verilməsi məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsindən və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən görünür ki, məhkəmə qərarı ilə üzərinə öhdəlik qoyulmuş inzibati orqanın qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının məqsədəmüvafiq olub-olmamasını araşdırmaq səlahiyyəti yoxdur. İnzibati orqan həmin qərarı müəyyən olunmuş müddət ərzində tam şəkildə icra etməli, əks təqdirdə, məhkəmə qərarının icra edilməməsinə görə məsuliyyət daşımalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar tələblərin yerinə yetirilməməsinə görə cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki halları hərtərəfli araşdırılmalı, bundan əvvəl cavabdehin bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsi, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmaması məsələsinə, eləcə də əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsinə və digər mühüm hallara xüsusi diqqət yetirilməli idi. Kollegiya bununla bağlı qeyd edir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdeh barəsində tətbiq edilmiş cərimə inzibati tənbeh hesab edilmir. Beləliklə, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehə 1000 manat məbləğində cərimə tətbiq etməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8110/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.