Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4668/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Arif qızının sədrliyi və məruzəsi ilə, X7 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Ərizəninin vəkili və nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində dövlət reystrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6057/2025 nömrəli qərardadından X4 tərəfindən verilmiş apellyasiya şikayəti 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 1033 saylı qərarı ilə alqısatqı yolu ilə satılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən 600 kv. m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. 08.10.2025-ci il tarixdə X18 tərəfindən yazılı vəsatətlə məhkəməyə müraciət edilərək, 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur
3. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə irəli sürülən Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1033 saylı Qərarı əsasında ayrılmış Biləcəri qəsəbəsində yerləşən 600 kv.m. torpaq sahəsinin bir hissəsi (200 kv.m.) faktiki X13 məxsusdur, onun sahibliyi və istifadəsindədir. Sadiq Hacıyev tərəfindən inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evi (bir hissədə) iddia irəli sürülən torpaq sahəsinin bir hissəsində yerləşir. Sadiq Hacıyev ailəsi ilə birlikdə həmin evdə yaşayır. Bu torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 972/1 saylı qərarı ilə ayrılmış X1 xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Qeyd edilən qərar Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur. İkincisi, İddiaçı özü (o cümlədən qardaşı Nizami Ağayev) Binəqədi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli 2(001)-12/2025 saylı qətnaməsi ilə X11 və qeyrilərinin Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1033 saylı Qərarı əsasında ayrılmış torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və köməkçi tikilinin Sadiq Hacıyevin hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir. Sözügedən qətnaməni təqdim etməklə İddiaçı məhkəmədən çıxarış verilməsini tələb etdiyi torpaq sahəsindən, digər məhkəmənin qətnaməsi ilə inşa edilmiş fərdi yaşayış evinin, köməkçi tikilinin sökülməsi, çıxarılması qət edilmiş şəxsləri, o cümlədən X14 hazırki inzibati mübahisəyə qəsdən, bilərəkdən cəlb etməmişdir. Üçüncüsü, İddiaçı, X11 və qeyrilərinin Biləcəri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1033 saylı Qərarı əsasında guya ki ayrılmış torpaq sahəsindən çıxarılması və fərdi yaşayış evinin, köməkçi tikilinin sökülməsi tələbini rayon məhkəməsində irəli sürməklə, Sadiq Hacıyevin həmin torpaq və üzərindəki tikili ilə bağlı qanuni maraqlarının olduğunu qəbul edir, öz hüquqlarının müdafiəsi məqsədi ilə Sadiq Hacıyevə qarşı iddia qaldırmışdır. Belə olan halda, eyni torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi tələbində İddiaçı, X11 iştirakını məhkəmədən gizlətməsi sonuncunun hüquqlarının və qanuni maraqlarının kobud pozuntusu hesab edilməlidir. Dördüncüsü, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı X12 və onun qardaşı İddiaçı cavabdehlər X2rşı (üçüncü şəxslər X8, X15, X19 və qeyriləri) "qərarın etibarsız hesab edilməsi" tələbinə dair iddiası, eyni zamanda iddiaçı X3 cavabdeh Biləcəri Bələdiyyəsinə qarşı (üçüncü şəxslər İddiaçı və X20 və qeyriləri) "qərarın etibarsız hesab edilməsi" tələbinə dair iddiası üzrə inzibati iş olmuşdur. Hər iki iddiaya vahid icraatda baxılmış və Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-l(112)-71/2024 saylı qərardadı ilə hər iki iddia qeyri-mümkün sayılmışdır. Həmin mübahisəyə baxılması gedişində Sadiq Hacıyev maraqlarına toxunan şəxs kimi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etsə də, məhkəmə Sadiq Hacıyevin bu vəsatətini təmin etməmişdir. İddiaçı "çıxarışın verilməsi" tələbinə dair hazırki 2-1(112)- 6057/2025 saylı inzibati işə baxılması gedişində, iddia tələbinin X11 hüquqlarına və qanuni maraqlarına toxunması iddiaçıya çoxdan bəlli idi. X14 üçüncü şəxs qismində cəlb etmədən hazırki inzibati işə baxılmasını hesab edirlər ki, onu məhkəmə müdafiəsi hüququndan məhrum edir, çəkişmə və ədalətli məhkəmə araşdırması prinsiplərini pozur. İddiaçı tələb irəli sürdüyü torpaq sahəsi Dövlət mülkiyyətindədir, Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. İddiaçıya Biləcəri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 1033 nömrəli qərarı ilə guya ki ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazini koordinatlara əsasən təyin etmək mümkün olmamışdır. Bununla bağlı ekspert və mütəxəssis rəyləri də mövcuddur.
4. Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, 2-1(112)-6057/2025 nömrəli qərardadı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsi üzərində hüquqların dövlət reystrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair 2-1(112)-6057/2025 saylı inzibati iş üzrə və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatəti təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərardadı ilə X3 İddiaçı və X16 ayrılmış torpaq sahələrinə münasibətdə hər hansı subyektiv hüququnun mövcud olmadığı müəyyən olunduğundan, E.M.Cəbrayılovun iradəsinə uyğun torpaq sahəsindən istifadə edən X11 hazırki mübahisə ilə bağlı çıxarılacaq qərar üzrə hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyinə görə, sonuncunun hazırki inzibati məhkəmə icraatına cəlb olunması barədə vəsatəti təmin edilməməlidir.
6. Həmin qərardaddan narazı qalan X18 vəkili və nümayəndəsi X21 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli 2-l(112)-6057/2025 saylı qərardadını ləğv edilməsinin; X11 vəsatətini təmin edilməsini və onun zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, S.İ.Hacıyevin iştirakı ilə inzibati işə Bakı İnzibati Məhkəməsində mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
II. Apellyasiya şikayətinin dəlilləri:
7. Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmışdır.
III.Tərəflərin izahatları:
8. Ərizəçinin vəkili X22 məhkəməyə şikayətin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək apellyasiya şikayətini təmin olunmasını və birinci instansiya məhkəməsinin qərardadının X13 münasibətdə ləğv olunmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
Əsaslandırıcı hissə
IV. Tətbiq olunan hüquq
10. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
11. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər.
12. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 40-cı bəndinə əsasən adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur.
V. Məhkəmənin mövqeyi
14. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6057/2025 saylı iş üzrə xx.xx.2025-cü il tarixli qərardadı X13 münaisbətdə ləğv edilməli və X4 hazırki məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməlidir.
15. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin X11 faktiki sahibliyində olması və orada onun tərəfindən fərdi yaşayış evinin inşa edilməsi işin mübahisəsiz halıdır. Belə ki, Binəqədi rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X12 iddiası qismən təmin edilərək cavabdehlər X5, X19, X23 və X15 Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 10 noyabr 2004-cü il tarixli 1031 və 1033 nömrəli qərarları əsasında iddiaçılar X16 və İddiaçı ayrılmış torpaq sahəsindən çıxarılmaları, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və köməkçi tikilinin X11 hesabına sökülərək ərazidən çıxarılması qərara alınmışdır. Həmin qətnamə hazırda qanuni qüvvəyə minməmiş, həmin iş üzrə cavabdehlər tərəfindən mübahisələndirilmişdir.
16. Belə olan təqdirdə, məhkəmə kollegiyası hazırki inzibati iş üzrə çıxarılacaq məhkəmə qərarının X11 maraqlarına təsir etmə (toxunma) ehtimalı olmadığı qənaətinə gələ bilməz. Belə ki, bu hal X11 torpaq sahəsinə subyektiv hüququnun olmasından asılı deyildir. Belə ki, şəxsin maraqların təsir etmə (toxunma) ilə subyektiv hüququn mövcudluğu hər zaman üst-üstə düşməyə bilər. Yuxarıda qeyd edilən qərardaddan da göründüyü kimi, cəlbetmə məhz maraqlarına təsir etmə (toxunma) ilə şərtlənir. Odur ki, işin hallarının hərtərəfli araşdırılması prinsipini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, X18 hazırki məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməlidir.
17. Odur ki, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.
18. Birinci instansiya məhkəməsi tərəfindən digər şəxslərin də cəlb edilməsindən imtina edilmiş, lakin qərardad həmin şəxslər tərəfindən mübahisələndirilməmişdir. Odur ki, cəlbetmə ancaq ərizəçiyə aid olacaqdır.
Nəticə hissəsi
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6057/2025 saylı iş üzrə xx.xx.2025-cü il tarixli qərardadı X13 aid hissədə ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməklə) “torpaq sahəsi üzərində dövlət reystrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia tələbinə dair iş üzrə məhkəmə icraatına X18 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Rəşid Səmədov Orxan İsmayılov