Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-467/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X22 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X34 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********0122 saylı və xx.xx.2021-ci il tarixli **********0668 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilərək xx.xx.2021-ci il tarixli - 004751 və 004752 nömrəli aktlar tərtib olunmuş və həmin aktlar əsasında qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları xx.xx.2021-ci il tarixli **********122 saylı və xx.xx.2021-ci il tarixli **********0120 saylı qərarlar çıxarılaraq iddiaçı barədə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə müvafiq olaraq 28000 manat və 34000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı hesab edir ki, həmin qərarlar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, şadlıq evində işləyib, əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tərəfindən məcburi alınan şəxslərdən X15 nağara ifaçısıdır və şadlıq evinə heç bir aidiyyəti yoxdur, bəy və gəlini evdən çıxarkən müşayiət etmiş həmin gün əllərini yumaq üçün şadlıq sarayına daxil olmuş və oradan çıxarkən vergi əməkdaşları tərəfindən saxlanılaraq qeyriqanuni işçi kimi izahatı alınmışdır. X23 aparatla şəkil çəkən zaman yaxalanmış və məcburi şadlıq sarayının qeyri-qanuni işçisi kimi izahatı alınmış, iddiaçı onu məcburən işçi kimi əmək müqaviləsi ilə qeydiyyata almasına baxmayaraq o, bir dəfə də olsun bu günə kimi şadlıq sarayına işçi qismində gəlməmişdir. X4 və X24 isə şadlıq evinin işçisi X2 bacısı və bacısı oğludur, onlar da qohumu ilə görüşməyə gələrkən vergi əməkdaşları tərəfindən saxlanılaraq guya orda çalışan qeyri-qanuni işçilər kimi məcburi izahatları alınmışdır. X16 isə qonşuluqda yerləşən “Rifah” market mağazasından çıxarkən musiqinin səsini eşidib maraq üçün şadlıq sarayına girmiş və orada vergi əməkdaşları tərəfindən, guya işçi kimi izahatı alınmışdır. Belə ki, həmçinin həmin qərarda izahatları alınmış 18 nəfərlə əlaqə yaradılaraq onlardan ərizələr alınmış və onlar öz ərizələrində iddiaçının müəssisəsi ilə heç bir əlaqələrinin olmadıqlarını və tərtib edilmiş aktın, maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişlər. İzahatları alınmış 9 nəfər X25, X47, X26, X6, X35, X9, X7, X27, X48 ümumilikdə axtarıb tapa bilməmişlər, çox güman ki, toy mərasiminə gələn qonaqlardan olmuşlar. İzahatları vergi əməkdaşları tərəfindən məcburi alınmış və adlarını məcburən işçi kimi əmək müqaviləsilə qeydiyyatdan keçirdiyi şəxslərin çoxu şadlıq sarayının işçiləri kimi bir gün də olsa, gələrək işləməmişlər, yəni onların şadlıq sarayı ilə demək olar ki, heç bir iş əlaqələri yoxdur. Həmçinin, həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını bildirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişlər. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, Bakı şəhəri X53 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8388 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Məhərrəm Seyidov (Sahil qəs), 7D ünvanında yerləşən “Kral’’ şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 17 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004752 nömrəli Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. 16 nəfər izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmiş, bir nəfəri isə izahat verməkdən imtina etmiş və bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Əlavə olaraq, iddiaçı da izahat verərək 17 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Tərtib edilmiş akt əsasında İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0122 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 34.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli, **********0120 saylı qərar isə Baş İdarənin xx.xx.2021-ci il tarixli, **********7892 saylı qərarı ilə ləğv edilmişdir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********0668 saylı qərara gəldikdə, Bakı şəhəri X53 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8387 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri Qaradağ rayonu, Sahil ŞTQ, Emin Quliyev 45N ünvanında yerləşən “Tural” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 12 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, 2 (iki) nəfəri isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən, ümumilikdə 14 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004751 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və bir nüsxəsi onun tərəfindən qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 13 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Bir nəfər şəxs isə ailəsində problem olduğunu əsas gətirərək iş yerini tərk etmiş və bu səbəbdən izahat verməmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********0120 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 28.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Sonradan qəbul edilmiş qərara yenidən baxılaraq, **********0120 nömrəli məsuliyyətə cəlb etmə qərarı ləğv edilərək, 3 nəfər fiziki şəxsə (1.X16 (FİN 6HL6GSB) 2.X9 (FİN 0U8PJVM) 3.X27 (FİN 1WFWSZ) görə tətbiq edilən maliyyə sanksiyası ləğv edilmiş, xx.xx.2021-ci il tarixdə **********0668 nömrəli məsuliyyətə cəlb etmə qərarı qəbul edilmiş, Baş İdarənin **********272700 nömrəli məktubu ilə iddiaçıya göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını düzgün təhlil etməmiş, sübutlara düzgün qiymət verməmişdir. Belə ki, həyata keşirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021 - ci il tarixli 004751 və 004752 nömrəli aktlar tərtib olunmuşdur. Həmin aktlar əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********0122 və **********0120 nömrəli Qərarlar çıxarılmışdır. Həmin qərarlara əsasən Vergi məcəlləsinin 58.10-cu maddəsinə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə müvafiq olaraq 28000 manat və 34000 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Guya, şadlıq evində işləyib ,əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tərəfindən məcburi alınan şəxsləri araşdırdıq və məlum oldu ki, onlardan X15 nağara ifaçısıdır və şadlıq evinə heç bir aidiyyəti yoxdur,bəy və gəlini evdən çıxarkən müşaiyət edir.Həmən gün əllərini yumaq üçün şadlıq sarayına daxil olmuş və ordan çıxarkən vergi əməkdaşları tərəfindən saxlanılaraq qeyri-qanuni işçi kimi izahatı alınmışdır. X23 öz şəkilçəkən aparatı ilə şəkil çəkən zaman yaxalanmış və məcburi şadlıq sarayının qeyri -qanuni işçisi kimi izahatı alınmışdır. Onu məcburən işçi kimi əmək müqaviləsi ilə qeydiyyata almalarına baxmayaraq o, bir dəfə də olsun bu günə kimi şadlıq sarayına işçi qismində gəlməyib.X4 və X24 isə onların şadlıq evinin işçisi X2 bacısı və bacısı oğludurlar,onlar da Sədyarla qohum kimi görüşməyə gələrkən vergi əməkdaşları tərəfindən saxlanılaraq guya orda çalışan qeyri-qanuni işçilər kimi məcburi izahatları alınıb.X16 isə qonşuluqda yerləşən “Rifah” market mağazasından çıxarkən musiqinin səsini eşidib maraq üçün şadlıq sarayına girmiş və orda vergi əməkdaşları tərəfindən, guya işçi kimi izahatları alınmışdır. Həmin qərarda izahatları alınmış 18 nəfərlə əlaqə yaradılaraq onlardan ərizələr alınmış və onlar öz ərizələrində bizim müəssisələrlə heç bir əlaqəlarinin olmadıqlarını və tərtib edilmiş aktın, maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdirlər. İzahatları alınmış 9 nəfəri X25, X47,,X26, X6,X35,X9, X7,X27,X68, ümumilikdə axtarıb tapa bilmədik, çox güman ki, toy mərasiminə gələn qonaqlardan olublar. Bu günə kimi biz o adamların axtarışında olmağımıza baxmayaraq onlar haqqında bir məlumatımız yoxdur. Onu da qeyd edir ki, o, izahatları vergi əməkdaşları tərəfindın məcburən alınmış və tərəfimizdən adlarını məcburən işçi kimi əmək müqaviləsilə qeydiyyatdan keçirdikləri şəxslərin çoxu şadlıq sarayının işçiləri kimi bir gün də olsa gələrək işləməyiblər,yəni onların şadlıq sarayı ilə demək olar ki, heç bir iş əlaqələri yoxdur. Həmçinin qeyd etmək istəyir ki, həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını dilə gətirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişdirlər.Vergi orqanı tərəfindən qanunsuz olaraq tərtib olunmuş aktın əsasındaci il tarixli **********122 saylı və xx.xx.2021 -ci il tarixli **********0120 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları çıxarılmışdır. Həmin qərarlara əsasən əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyimə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Halbuki aktda adı qeyd olunan şəxslər mənə məxsus olan obyektin işçiləri olmadıqlarını orada sadəcə müştəri olduqlarını bildirmişdirlər. Lakin vergi orqanının əməkdaşları qanunsuz olaraq akt tərtib etmiş və onun nəticəsində də qərar qəbul etmişdir...” Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil R.Əlizadə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Ə.Camalov iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddiaçıya məxsus Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Kral” və “Tural” şadlıq saraylarında 10 nəfərdən çox fiziki şəxsələ əmək müqaviləsi bağlanmadan hüquqi qüvvəyə minmədən onların işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunduğunu və bütün bunların həmin şəxslərin və iddiaçının izahatları ilə təsdiq olunduğunu, fakt üzrə cinayət işi açıldığını və vurulmuş ziyanın iddiaçı tərəfindən könüllü olaraq ödənildiyndən işə xitam verildiyini bildirərək birinci instansiaya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, mübahisələndirmə haqqında iddia qaldıraraq cavabdehin xx.xx.2021-ci il tarixli **********0122 saylı və xx.xx.2021-ci il tarixli **********0668 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” əlverişsiz qərarlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, cavabdehin yoxlamalırın vahid məlumat reyestrində qeydə alınmış, xx.xx.2021-ci il tarixli: **********8388 və **********8387 nömrəli qərarlarına əsasən iddiaçının Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən iki təsərrüfat sübuyektində: “Kral” və “Tural” şadlıq saraylarında operativ vergi nəzarəti keçirilərək aşkar olunmuş faktlar barədə xx.xx.2021-ci il tarixli 004752 və 004751 nömrəli aktlar tərtib olunmuş və həmin aktlar əsasında da iddiaçı barəsində son nəticədə qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar əsasında o, Vergi Məcəlləsinin 58.10-cu maddəsilə vergi məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, iddiaçı Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə qəbul olunmuş: xx.xx.2021-ci il tarixli **********0122 saylı qərarla 17 işçiyə münasibətdə 34000 manat (“Kral”) və eyni tarixli **********0120 saylı qərarla 14 nəfərə münasibətdə 28000 manat (Tural”) məbləğində maliyyə sanksiyası təbiq olunmuş, sonradan isə bu sonuncu qərar ləğv edilərərək 3 nəfərə münasibətdə maliyyə sanksiyası ləğv olunmaqla, yeni qəbul olunmuş xx.xx.2021-ci il tarixli **********0668 saylı qərarla iddiaçı 22000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmaqla vergi məsuliyyətinə cəlb olunmuşdur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının qeyd olunan təsərrüfat subyektlərində əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər vergi orqanına verdiyi izahatlarında muzd müqavilində iddiaçı tərəfindən işə cəlb edildiklərini təsdiqləmiş, işə götürən iddiaçı özü də verdiyi izahatında əmək müqaviləsi (kontraktı) bağlamadan tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyini etiraf etmişdir. Bundan əlavə, işə əlavə olunmuş xx.xx.2022-ci il tarixdə təsdiq olunmuş Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Baş İdarəsinin (“VCİABİ”) “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərarından görünür ki, istintaq zamanı “Azərbaycah Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, 27 nəfər fiziki şəxs (X42, X36, X10, X17, X28, X29, X3, X5, X18, X69, X11, X12, X49, X23, X26, X4, X19fu, X30, X8, X50, X35, X31, X15, X32, X56, X14 və X1 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı Füzuli oğlu) iddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb olunduqlarını ifadələrində təsdiqləmiş və iddiaçı bu qanunsuzluq nəticəsində ödənilməsindən yayındığı 800,03 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqı AR ƏƏSMN DSMF-yə, 61,54 manat məbləğində icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tam şəkildə ödəmiş, bununla da faktiki olaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin cəlb edilməsi faktını etiraf etmişdir ki, bu səbəbdən də cinayət işinə xitam verilmişdir. Qeyd olunmalıdır ki, sözügedən məlumatların həqiqətə uyğun olmadığı iddiaçı tərəfindən təkzib olunmur. Yəni, həmin fiziki şəxslərlə aralarında faktiki olaraq əmək münasbətləri mövcud olmadığını mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesb edir ki, iddiaçının özünün də etiraf etdiyi və adıçəkilən şəxslərin operativ vergi nəzarəti keçirilərkən vergi orqanına verdikləri izahatlar mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qiyməmətləndirilməlidir. Beləliklə də, cavabdehin mübahisələndirilən qərarları ilə qeyd olunan 27 nəfər fiziki şəxslərə münasibətdə iddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə, 54000 (27x2000) manat məbləğində maliyyə sanksiyasının tətbiq olunmasının qanuni və əsaslı olduğu sübuta yeirilir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbinin rədd olunmasını faktlar nöqteyi nəzərindən mahiyyətcə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nətcə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını düzgün təhlil etmədən və sübutlara düzgün qiymət vermədən əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayətin təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2174/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-467/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-467/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver