Məhkəmə qərarları › İş №2-1(103)-4671/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4671/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4671/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X11 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçı iddiaçı2 və iddiaçılar iddiaçı2 və iddiaçı3 vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” və iddiaçılar iddiaçı2, iddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı iddiaçı1 və iddiaçılar iddiaçı2, iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, Hüseyn Cavid prospekti 26 və X12 küçəsi 19 ünvanında yerləşən yaşayış binası, giriş 106A, 8-ci mərtəbə, * saylı mənzilə dair iddiaçı1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı2, iddiaçı3, “xxxx” MMC, X4 və X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Eyni zamanda iddiaçılar iddiaçı2 və iddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 H.Cavid prospekti 26 ünvanda giriş 106A, 8-ci mərtəbədə yerləşən * saylı mənzilə dair Məmmədova (Abasova) Nailə Ənvər qızı və iddiaçı3 paylı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçılar iddiaçı2 və iddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş iddiaçı iddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işlə bir icraatda birləşdirilmişdir. Iddiaçılar iddiaçı2 və iddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, H.Cavid prospekti 26 və X12 küçəsi, 19, giriş 106A, 8-ci mərtəbədə yerləşən * saylı yaşayış sahəsinə iddiaçı2 və iddiaçı3 hər birinə 1/3 pay üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı “çıxarışın verilməsi” və iddiaçı iddiaçı2, iddiaçı3 cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyət hüququ üzrə çıxarışın verilməsi” tələblərinə dair iddiaları rədd edilmişdir. Həmin qərardan iddiaçı iddiaçı1 iddia tələbinə dair iş üzrə iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, qərarın qismən - onun iddiasının rədd edilməsi hissəsində ləğv edilməsini və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan iddiaçılar iddiaçı2 və iddiaçı3 iddia tələbinə dair iş üzrə iddiaçılar iddiaçı2 və iddiaçı3 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və onların iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X13 etibarnamə əsasında səlahiyyətli nümayəndəsi şəxsində poçt vasitəsilə ## ### 2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək onun Bakı şəhəri, Yasamal rayonu, məhəllə 546, Hüseyn Cavid prospekti 26 və X12 küçəsi 19 ünvanında yerləşən yaşayış binasının giriş 106A, 8-ci mərtəbəsində yerləşən * saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh həmin müraciətə mahiyyəti üzrə fakitiki olaraq baxmamış, yuxarıda qeyd olunan mənzil üzərində iddiaçı1 mülkiyyət hüququnu dövlət qeydiyyatına almamışdır, bunun nəticəsində iddiaçının hüquq və qanunla qorunan hüquqları pozulmuşdur. Idarənin ## #### 2024-cü il tarixli məktubunda qeyd olunan mövqeyi tam qanunsuz və əsassızdır. Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi, 546-cı məhəllə, *** saylı mənzilin əvvəlki mülkiyyətçisi iddiaçı1 əri X1 olmuşdur. R.Abasov ## #### 2014-cü ildə vəfat etmişdir. iddiaçı1 vərəsəlik qaydasında mənzil üzərində mülkiyyət hüququnu əldə etmişdir. Mənzil üzrə iddiaçı1 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir (seriya RX № *******; qeydiyyat nömrəsi 1116000848). “Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, X12 küçəsi, 19 və Hüseyn Cavid prospekti, 26 ünvanlarında yerləşən 10 bloklu binanın qəza vəziyyətinə düşərək yaşayış üçün yararsız olması ilə əlaqədar görüləcək tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il ## ##### tarixli ** nömrəli Qərarına əsasən mənzilin yerləşdiyi bina sökülmüşdür və həmin torpaq sahəsində yeni bina tikilmişdir. Yeni binada olan yeni mənzilə dair (Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, Hüseyn Cavid prospekti 26 və X12 küçəsi 19 ünvanında yerləşən yaşayış binası, giriş 106A, 8-ci mərtəbə, mənzil 7 /ümumi sahəsi 1**,39 kv.m/) iddiaçı1 mülkiyyət hüququ rəsmiləşdirilməlidir. Yeni mənzil sökülmüş mənzilin əvəzinə verilmiş daşınmaz əmlakdır. Mənzildə əvvəl yaşamış və mənzildə yaşayış yeri üzrə qeydiyyatında olmuş fiziki şəxslər artıq bir neçə il ərzində faktiki olaraq yeni mənzildə yaşayırlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə həmin şəxslərin (iddiaçı2 və iddiaçı3) iddiaçı1 qarşı iddiası qismən təmin edilmiş, iddiaçı3 və iddiaçı2, onun övladları X4, X5, X6 yeni mənzilə istifadə hüququ tanınmışdır. Məhkəmə öz qətnaməsində aşağıdakıları qeyd etmişdir: «…məhkəmə hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən cavabdeh iddiaçı1 “gözlənilən” mülkiyyət hüququ mövcuddur...”. Qeyd olunan mülki iş üzrə Idarə də tərəf (cavabdeh) olmuşdur. Həmin qətnamə qanuni qüvvəsinə minmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən sökülmüş binada olmuş mənzillərin mülkiyyətçiləri ilə müqavilələr imzalanmamışdır və həmin şəxslər tərəfindən yeni mənzillərə görə ödənişlər həyata keçirilməmişdir, bununla bağlı yeni mənzil üzrə müqavilənin və maliyyə arayışının təqdim edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yeni binada verilməli olan mənzillərə dair hüquqların rəsmiləşdirilməsi üçün sökülmüş mənzillərin mülkiyyətçilərinə yeni binanın sahibi (sifarişçisi) tərəfindən hər hansı maliyyə sənədinin tərtib edib təqdim olunması nəzərdə tutulmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı iş üzrə məhkəmə iclasında həmin iş üzrə cavabdehlərdən biri olmuş Üçüncü şəxs MMC-nin nümayəndəsi hakimin rəsmi sorğusuna şifahi olaraq cavab vermişdir ki, mənzil və mənzilin yerləşdiyi bina söküldükdə Rüfət Abasov ilə hər hansı müqavilə imzalanmamışdır (sökülmüş binada olmuş digər bütün mənzillərin mülkiyyətçiləri kimi), çünki həmin binanın sökülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilmişdir. Habelə binada olmuş bütün mənzillərin mülkiyyətçiləri tərəfindən onlara sökülmüş mənzillər əvəzinə yeni binada təqdim olunmuş mənzillərə görə ödənişlər həyata keçirilməmişdir. Bununla əlaqədar olaraq, R.Abasov ilə müqaviə bağlanmadığına görə mövcud olmamış müqavilənin rayon məhkəməsinə təqdim etmək mümkün deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3-cü və 3.1-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçı1 yeni mənzilin verilməsinə dair ## ### 2024-cü il tarixli zəmanət məktubu verilmişdir. Həmin məktubun skan olunmuş surəti ## ### 2024-cü il tarixli ərizəyə əlavə kimi # #### 2024-cü il tarixdə Idarəyə elektron poçt vasitəsilə göndərilmişdir. iddiaçı1 iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3.3-cü bəndində əsasən sökülmüş binadan köçürülmüş mənzillərin mülkiyyətçilərinə yeni binada verilmiş mənzillərə dair hüquqların rəsmiləşdirilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən sökülmüş binada olmuş mənzillərin mülkiyyətçiləri ilə müqavilələr imzalanmamışdır və həmin şəxslər tərəfindən yeni mənzillərə görə ödənişlər həyata keçirilməmişdir, yəni yeni mənzil üzrə müqavilə olmamışdır. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yeni binada verilməli olan mənzillərə dair hüquqların rəsmiləşdirilməsi üçün sökülmüş mənzillərin mülkiyyətçilərinə yeni binanın sahibi (sifarişçisi) tərəfindən hər hansı maliyyə sənədinin tərtib edilib təqdim olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 3-cü və 3.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçı1 yeni mənzilin verilməsinə dair zəmanət məktubu verilmişdir. Yeni mənzilə dair müqavilənin olmaması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə hər hansı maliyyə sənədinin yeni binanın sahibi (sifarişçi) tərəfindən tərtib edib təqdim olunması nəzərdə tutulmamasına görə iddiaçının mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən məhdudlaşdırılmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasına görə iddiaçının iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı iddiaçı1 yeni mənzil üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında yeni mənzili qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Birinci instansiya məhkəməsi iddiaçı1 mülkiyyətini müdafiə etməmişdir. Belə ki, onun tərəfindən iddiaçı1 xüsusi mülkiyyət hüququ qorunmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı1 yeni mənzil mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyini cavabdehin üzərinə əsassız olaraq qoymamışdır. Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları hazırki iş üzrə mövcud deyildir. Beləliklə, dövlət tərəfindən tanınan və qorunan iddiaçı1 mülkiyyət hüququ birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Birinci instansiya məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iddiaçı1 prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərini nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Iddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdır. Birinci instansiya məhkəməsi həmin hüquqları müdafiə etməmişdir. Iddiaçılar iddiaçı2 və iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Akademik Landau küçəsi 546-cı məhəllə ünvandakı *** nömrəli mənzil 1992-ci il tarixə qədər X7 adına (iddiaçının babası) (##.##.1960-cı il tarixli ***** nömrəli order verilmişdir) olması və bu mənzilin ilkin sahibi (yəni baba) 1991-ci ildə rəhmətə getdiyi üçün həmin vaxt qüvvədə olan qaydalara əsasən kirayə müqaviləsinin kiçik oğlu X1 adına dəyişdirilməsinə dair Yasamal (Oktyabr) rayon Icra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli ***/** nömrəli sərəncamı olmuşdur. Sərəncamda qeyd olunur ki, bu mənzildə yaşayan ailə tərkibi (üzvləri) cəmi dörd nəfər olmuşdur. Mənzildə yaşayan aşağıda adları qeyd olunmuş ailə üzvləri bu şəxslər olmaqla həmin vaxt qüvvədə olmuş qaydalara əsasən ata mülklərini kirayə müqaviləsi əsasında qəbul edib mənzildə yaşamışlar: 1. X1 (kiçik qardaş); 2. X2 (böyük qardaş); 3. iddiaçı3 (hazırkı iddiaçı - Ə.Abasovun həyat yoldaşı); 4. Abasova (Məmmədova) Nailə Ənvər qızı (hazırkı iddiaçı - Ə.Abasovun qızı). Məhkəmə nəzərə almalıdır ki, mənzil ##.##.1992-ci il tarixə qədər order əsasında mənzildə qeydiyyatda olan bu dörd nəfər şəxsin valideynləri olmuş X7 adına olmuşdur. Order əsasında mənzilin sahibi olmuş X7 ##.##.1991-ci ildə rəhmətə getmişdir. Nəzərə alınmalıdır ki, order əsasında ilkin sahib rəhmətə getdikdən sonra mənzil kirayə müqaviləsi əsasında oğlanlardan birinin adına keçirilib. “Mənzillərin özəlləşdirilməsi haqqında” qanuna uyğun olaraq dörd nəfərin faktiki yaşadığı Akademik Landau küçəsi 546-cı məhəllədəki *** nömrəli mənzilə dair “Qeydiyyat vəsiqəsi” ##.##.1996-cı ildə X1 adına rəsmiləşdirilmişdir. Bu mənzildə qeydiyyatda olmaqla yaşamış Rüfət Abasov və Ənvər Abasov doğma qardaş olmuşlar. Rüfət Abasov kiçik qardaş olduğundan, 1992-ci ildə sərəncam əsasında kirayə müqaviləsinin onun adına keçirilməsi və ##.##.1996-cı ildə sökülmüş keçmiş *** nömrəli mənzilin Raufun adına “qeydiyyat vəsiqəsi” əsasında keçirilməsi həmin vaxt qüvvədə olan normalara görə mənzildə qeydiyyatda olub faktiki yaşayan digər ailə üzvlərini mülkiyyətdən məhrum etmirdi. Həmin vaxt üçün istifadə hüququ mülkiyyət hüququna bərabər tutulurdu. ## #### 1996-cı il tarixdə “qeydiyyat vəsiqəsi” rəsmiləşdirildikdən bir müddət sonra Rüfət Abasov ölkə ərazisini tərk etmişdir. Rüfət Abasov ##.##.2001-ci il tarixdə Marina Enrikovna ilə rəsmi nikaha daxil olmuşdur. Rusiya vətəndaşlığını qəbul etmişdir. Rüfət Abasov ölkəni tərk etdiyi gündən sonra Rusiyada faktiki olaraq yaşamış və Rusiya vətəndaşlığını qəbul etmişdir. Akademik Landau küçəsi, 546-cı məhəllədəki *** nömrəli evdə fasiləsiz olaraq Abasov Ənvər, onun həyat yoldaşı və qızı qeydiyyatda olmaqla (bu ünvanda anadan olub yaşayıblar) bu mənzil və ünvan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2009-cu il tarixli ** nömrəli qərarı əsasında söküldükdən sonra iddiaçı2 (Abasova), iddiaçı3 və onların ailələri bu ünvandan (mənzildən) köçürülmüş 100 ailədən biri olmuşlar. Bu ünvanda faktiki yaşamaqla mənzildən istifadə etmiş bu şəxslər köçürmə zamanı mənzil müqabilində onlara yeni mənzil verilməsindən imtina etməmişlər. 1996-cı il tarixli “qeydiyyat vəsiqəsi” əsasında Landau küçəsi 546, mənzil 130 ünvanının mülkiyyətçisi olaraq ## #### 2008-ci il tarixdə bütün hüquqlarla (satmaq və s.) Rüfət Abasov bu ünvanda faktiki yaşayıb istifadə edən qardaşı Ənvər Abasovun adına 2018-ci il tarixə qədər etibarlı olan etibarnamə vermişdir. X8 mənzilə dair bütün hüquqlardan mənzildə faktiki yaşayan qardaşı və onun ailə üzvlərinin xeyrinə imtina etmişdir. Bu səbəbdən etibarnamə vermişdir. Rüfət Abasov ##.##.2014-cü il tarixdə, qardaşı Ənvər Abasov ##.##.2016-cı il tarixdə rəhmətə getmişlər. Faktiki olaraq sökülmüş *** nömrəli mənzil ilə əlaqədar bütün hüquqları sağlığında qardaşına (iddiaçının atası evin faktiki sahibi) etibarnamə əsasında ötürən Rüfət Abasov rəhmətə gedəndən sonra(2014-cü ildə) Marina Enrikovna 2016-cı ildə vərəsəlik şəhadətnaməsi alaraq sökülmüş mövcud olmayan *** nömrəli mənzilə dair ##.##.2016-cı il tarixdə adına çıxarış əldə etməyə nail olmuşdur. Nəzərə alınmalıdır ki, söküldüyü üçün mövcud olmayan əmlaka dair çıxarış verilməsi qanuna zidd olduğundan, reyestr orqanı öz səhvini sonradan düzəldərək (həmin qeydiyyatı) qeydiyyatı ləğv etmişdir. Mənzildə faktiki olaraq daimi yaşayan, bu ünvanda anadan olmuş, bu sökülmüş mənzilin faktiki və həqiqi sahibləri sökülmüş mənzilə dair Marina Enrikovnanın adına ##.##.2016-cı ildə verilmiş çıxarışın qanunsuz olduğunu bu orqana bildirdikdən sonra * saylı Bakı Ərazi Idarəsi ##.##.2023-cü il tarixdə vəkil sorğusuna cavab ünvanlayaraq *** nömrəli mənzil söküldüyü üçün, əmlak mövcud olmadığı üçün ##.##.2016-cı il tarixli çıxarış əsasında hüquq sahibinə mənzil ilə əlaqədar verilmiş hüquqların ləğv edildiyini bildirmişdir. 2009-cu il tarixdə sökülmüş və mövcud olmayan Landau küçəsi *** nömrəli mənzilin əvəzində, mənzildən köçürülmüş şəxslərə verilmiş H.Cavid prospekti 26 və X12 küçəsi 19 giriş 106A ünvandakı * saylı mənzil halhazırda Üçüncü şəxs MMC-nin mülkiyyətindədir. Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *** nömrəli qətnaməsi əsasında sökülmüş *** nömrəli mənzilin faktiki sahibləri olaraq əvəzində Nazirlər Kabinetinin ##.##.2009-cu il tarixli ** nömrəli qərarına uyğun olaraq mənzildən köçürülən şəxslər olaraq onlara verilmiş yeni mənzilə istifadə hüquqları tanınmaqla mənzildə faktiki yaşamaqla qeydiyyatdadırlar. Bu mübahisəyə münasibətdə 2000-ci il tarixə qədər olan normalar tətbiq olunmaqla, istifadə hüququ mülkiyyət hüququna bərabər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2001-ci il tarixli qərarındakı hüquqi mövqe əsas götürülməklə, 1982ci ildən ##.##.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Beləliklə, 2000-ci ildən sonra qüvvəyə minmiş Mülki Məcəllənin göstərilən maddələri (md. 228 və s.) yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında sökülən mənzilin sakini və faktiki sahibi olan iddiaçılar mənzilə münasibətdə pay hüququna malik olan payçıdırlar. Bu əmlak 1980-ci illərdən mövcud olmuş və 1996-cı ildə verilmiş “Qeydiyyat vəsiqəsi” əsasında bu ailəyə məxsus olduğu üçün sökülmüş, əvəzində bu mənzildə yaşayan və mənzilin sahibi olan şəxslərə verilən əmlakdır. Bu mənzildən köçürülən şəxslər hazırkı iddiaçılar olub. Bu mübahisəli mənzil sökülmüş mənzilin əvəzindən mənzildən köçürülən şəxslərə verildiyi üçün, bu məsələyə münasibətdə, həmin vaxt (1990-cı illərdə) qüvvədə olan normalar tətbiq olunmalıdır. Mənzil sökülən vaxt ilkin iddiaçı və onun vərəsəsi olduğu R.Abasov Azərbaycanda yaşamayıblar. Nəzərə alınmalıdır ki, iddiaçılar həm də yeni mənzildə qeydiyyatda olmaqla, mənzildə yaşayırlar. Mənzili iddiaçılar qəbul edib, orada yaşamağa başladıqları vaxtdan mənzilin yaxşılaşdırılmasına xeyli vəsait xərcləmişlər. Digər tərəf Marina Enrikovna bu mənzildə yaşamamışdır. Onun qanunvericiliyə zidd formada vərəsə kimi 2016-cı ildə mövcud olmayan əmlaka dair əldə etdiyi çıxarış əhəmiyyətsiz sənəddir. Çıxarışın ləğv olunduğu * saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli məktubunda qeyd olunub. Iddiaçılara münasibətdə ##.##.2000-ci ilə qədər olan hüquq münasibətləri tətbiq edilməklə, onların bərabər paylarda hüquqları tanınmalıdır. Hüquq münasibətlərinin yarandığı dövr 1996-cı il və ona qədər olan hüquq münasibətlərindən irəli gələn haldır. Ilkin iddiaçı iddiaçı1 mənzilin yalnız onun adına çıxarış verilməsini, iddiaçı2 və iddiaçı3 olaraq paylı mülkiyyət hüququ əsasında çıxarışın verilməsini məhkəmədən xahiş etmişlər. Nəzərə alınmalıdır ki, sökülmüş mənzilin əvəzində verilmiş yeni mənzilin sahibi olaraq mənzilin bütün saxlanması və sair xərcləri iddiaçı2, iddiaçı3 və onların ailə üzvləri icra edirlər. Mənzildə iddiaçı3, iddiaçı2 və onların ailə üzvləri olmaqla cəmi 6 nəfər yaşayırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ərazidəki söküntü ilə əlaqədar ##.##.2009-cu il tarixdə qəbul edilmiş ** nömrəli qərarda mənzillərdən köçürülən şəxslərə münasibətdə aşağıdakılar qeyd olunur: Mənzildən köçürülən 100 ailənin müvəqqəti yerləşdirilməsi; Söküləcək binanın yerində yeni bina tikilənə qədər sökülən evdən köçürülən şəxslərə kirayə haqqı və s. məsələlər. Beləliklə, qeyd olunan qərarın tələbləri və mənzildə faktiki olaraq iddiaçılar yaşadığı üçün, digər tərəf Marina Enrikovna (2001-ci ildən sonra nikaha girdiyi R.Abasov da ərazidə yaşamamışdır) 1996-2009-cu illər dövründə Bakıda yaşamamış və mənzil sökülən zaman “mənzildən köçürülən” sakin olmamışdır. Mənzilə münasibətdə tərəflərin hüquq və vəzifələri ilə əlaqədar münasibətlər ##.##.2000-ci ilə qədər yaranmış münasibətlərə aiddir. Azərbaycan Respublikası Iqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 və onun vəkili Nümayəndə oğlu iddiaçılar iddiaçı2 və iddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı iddiaçı1 apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı iddiaçı1, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respubliksı Fövqəladə Hallar Nazirliyi Tikintidə X23 Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*/*-****/**** saylı zəmanət məktubundan görünür ki, bu zəmanət Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, X12 küçəsi 19 və Hüseyn Cavid prospekti 26 ünvanlarında yerləşmiş, qəza vəziyyətinə düşərək yaşayış üçün yararsız olduğu üçün sökülmüş 10 bloklu yaşayış binasının 5-ci mərtəbəsində olmuş 3 otaqlı, *** nömrəli mənzilin əvəzinə, həmin ünvanda tikilmiş yeni yaşayış binasının 8-ci mərtəbəsində, giriş 106A, ümumi sahəsi 1**.39 kv.m. * nömrəli mənzillə təmin edilməsi ilə bağlı iddiaçı1 (** saylı Dövlət Notariat Kontorunun 2V-01-** reyestr nömrəli ##.##.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzilin əvvəlki mülkiyyətçisi olmuş X3 vərəsəsi və iddiaçı1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ##.##.2016-cı il tarixli ******* nömrəli çıxarış) verilmişdir. Iş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi, məhəllə 546, *** nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində ##.##.2016cı ildə 1116000848 nömrə ilə qeydiyyata alınmışdır. Iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçılar iddiaçı3 və iddiaçı2, onun övladları X4, X5, X6 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev-19 və H.Cavid pr.26, sahəsi 1**,39 kv.m olan, giriş 106A, 8-ci mərtəbə, blok A, * saylı mənzilə istifadə hüququ tanınmışdır. Iş materiallarında olan *** saylı ##.##.2019-cu il tarixli istismara icazə sənədindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 546-cı məhəllə, H.Cavid prospekti 26 və Ş.Mehdiyev küçəsi 19; 2 ədəd 2 girişli, 3 səviyyə zirzəmili (C blokunda üst səviyyə kürsülü), 17 mərtəbəli (Blok A və C) və 2 girişli, 3 səviyyə zirzəmili, 19 mərtəbəli (Blok B) yaşayış binaları tikinti obyektinin sahibi “xxxx” MMC göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları"icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “HYPERLINK "http://e-qanun.az/framework/107" \o "Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762-IQ nömrəli Qanunu"Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək HYPERLINK "https://eqanun.az/framework/23986" \o "şəhər (rayon) icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Prezidenti"müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, HYPERLINK "https://eqanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Prezidenti"orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının HYPERLINK "https://e-qanun.az/framework/46955" \o "Azərbaycan Respublikasının Mənzil Məcəlləsi"Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi"müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsi konkret olaraq müəyyən edilmişdir. Iddiaçılar hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən hər hansı birini həm cavabdeh inzibati orqan, həm də məhkəməyə təqdim edə bilmədi. Iddiaçı iddiaçı1 zəmanət məktubuna və sökülən mənzilin onun mülkiyyətində olmasına istinad etsə də, həmin sənəd hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün əsas hesab edilmir, qanunvericilikdə belə bir əsas nəzərdə tutulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, qeyd olunan sökülən binada (iddia edilən mənzilin yerləşdiyi binada) hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı digər şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər olaraq Üçüncü şəxs MMC ilə digər şəxslər arasında notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri, sökülən binanın əvəzinə yeni binada mənzillərin verilməsi ilə əlaqədar isə həmin kateqoriya şəxslərlə mənzil sahəsinin əvəzlənməsi müqavilələri əsasında aparılmışdır. Həmin müqavilələrin mahiyyətindən də aydın olur ki, sökülən binada yerləşən mənzilin əvəzinə mülkiyyətçiyə yeni binada mənzilin verilməli olmasına dair tərəflər arasında qarşılıqlı hüquq və öhdəliklər müəyyən edilmişdir ki, həmin əvəzləşmə müqaviləsi də müllkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas olmuşdur. Iddiaçılar tərəfindən isə belə bir sənəd, habelə hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı üçün əsas olan hər hansı digər sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçılar iddiaçı2 və iddiaçı3 hüququ məhkəmə qətnaməsi əsasında tanınsa da, nəzərə alınmalıdır ki, tanınan hüquq istifadə hüququdur. Məhkəmə araşdırması zamanı isə iddiaçılar məhz paylı qaydada mülkiyyət hüququnun tanınmalı olmasını tələb etmişdir ki, həmin hüququn mövcudluğuna dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iddiaçılar iddiaçı2 və iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar