Məhkəmə qərarları › İş №2-1(103)-4672/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4672/2025

14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4672/2025 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X9 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, iddiaçı iddiaçı1, iddiaçı iddiaçı1 vəkili vəkil1, iddiaçı iddiaçı2 nümayəndəsi vəkil vəkil2, cavabdehin nümayəndəsi X14 iştirakı ilə iddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsi ünvanında yerləşən ****A nömrəli 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun Məhərrəmov Tahir Əhməd oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına, iddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdeh qarşı "Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən **** nömrəli 0,12 ha torpaq torpaq sahəsi üzərində hüquqların miras qoyan X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə və iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı iddiaçı1 aid: Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı ilə **-** nömrəli bağçılıq-tikinti kooperativlərinin üzvlərinin (*-** nömrəli Əlavələrə uyğun) fərdi tərkibinin təsdiq edilməsi və onlara müəyyən olunmuş qaydada torpaq sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara * nömrəli Əlavə olan "Ləhiş massivində ** nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı"nın 16-cı sətrində X6 veteranı Məhərrəmov Tahir Əhməd oğlunun adı göstərilmişdir. Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı və həmin qərara * nömrəli Əlavə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanılır. Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarına uyğun olaraq, ** nömrəli bağ-tikinti kooperativi tərəfindən Məhərrəmov Tahir Əhməd oğluna həmin kooperativin tərkibində Ləhiş massivində sahəsi 0,12 ha olan ****A nömrəli bağ sahəsi ayrılmış və onun adına ##.##.1989-cu il tarixli ** nömrəli order verilmişdir. Orderin əsli iddiaçı iddiaçı1dır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı ##.##.2024-cü il tarixli arayışında bildirmişdir ki, vətəndaşlara bağ sahələrinə dair verilən orderlər fərdi qaydada Dövlət Arxivinin Bakı filialında saxlanılmır. Işdə olan "Ləhiş massivində ** nömrəli bağ-tikinti kooperativinin bağ sahələrinin yerləşmə planı"nda hər birinin ayrıca nömrəsi olan 48 ədəd torpaq sahəsi göstərilmişdir. Yerləşmə planında 4-cü sahənin nömrəsi 4626A-dır. Məhərrəmov Tahir Əhməd oğlu Bakı şəhəri Əzizbəyov rayonu Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsini ##.##.2008-ci ildə notariat qaydasında nəvəsi iddiaçı1 vəsiyyət etmişdir. Məhərrəmov Tahir Əhməd oğlu ##.##.2013-cü ildə vəfat etmişdir. iddiaçı1 ##.##.2013-cü ildə Bakı Şəhəri ** saylı Notariat Ofisinə müraciət edərək, X10 Əhməd oğlundan miras qalmış Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan ****A nömrəli bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı Şəhəri ** saylı Notariat Ofisi ##.##.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdehn müvafiq ərazi idarəsinə müraciət edərək göstərilən əmlaka hüququn Məhərrəmov Tahir Əhməd oğluna məxsus olması haqqında elektron çıxarış və ya arayışın verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdehn * saylı Bakı Ərazi Idarəsi iddiaçı1 verdiyi ##.##.2024-cü il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş"də bildirmişdir ki, elektron kadastr məlumatına əsasən, torpaq sahəsinin yerləşməsi qonşu özəl sahələrin ardıcıllığına əsasən, **** nömrəli sahənin bir hissəsinə uyğun gəlsə də, müqaviləyə dair ayrıca cizgi olmadığından ****A nömrəli sahənin hansı bölünənin ərazisində yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsi və onun bölünənlərinin qanuni istifadəçiləri arasında keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Idarənin arxiv məlumatlarına əsasən, Ləhiş bağ massivində yerləşən eyni nömrəli torpaq sahəsi ilə bağlı digər şəxsin adına müqavilə mövcuddur. Həmçinin, təqdim olunan order barədə Idarənin arxivində məlumat aşkar edilməmişdir. Göstərilən səbəblərdən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Iddiaçı iddiaçı1 iddia etdiyi torpaq sahəsi ##.##.2024-cü ildə cavabdeh tərəfindən müayinə olunaraq "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı" tərtib olunmuşdur. Həmin aktdan görünür ki, torpaq sahəsinin faktiki sahəsi 0,1325 ha, mühafizə zonası çıxıldıqdan sonra 0,1203 ha təşkil edir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Bağ sahəsində A-1 mərtəbəli yaşayışa yararsız bağ evi, 1 yararsız həyət tikilisi var. Iddiaçı iddiaçı2 aid: Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli sərəncamına əsasən, aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahələrinin ayrılması qərara alınmışdır: 2.86. X11 - Ləhic BTK № ***. Həmin sərəncama uyğun olaraq, *** nömrəli bağ-tikinti kooperativi tərəfindən X11 Ləhiş bağlar massivində həmin kooperativin nəzdində 0,12 ha torpaq sahəsi olan **** nömrəli bağ ayrılmış və onun adına ** nömrəli order verilmişdir. X11 ##.##.2003-cü ildə vəfat etmişdir. X11 oğlu iddiaçı2 Bakı Şəhəri ** saylı Notariat Ofisinə müraciət edərək, mərhum X11 qalmış miras əmlaka (Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan **** nömrəli bağ sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı Şəhəri ** saylı Notariat Ofisi ##.##.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə müraciət edərək göstərilən miras əmlak üzərində miras qoyan X11 adına tərtib edilmiş Forma 37 arayışın iddiaçı2 verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdehn * saylı Bakı Ərazi Idarəsi iddiaçı2 verdiyi ##.##.2024-cü il tarixli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş"də bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən, 0,12 ha torpaq sahəsinə dair ayrıca cizgi olmadığından sahənin sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin nömrəsi Bağ Tikinti Kooperativinin bölgü sxemində qeyd olunmamışdır. Idarənin arxiv məlumatlarına əsasən, təqdim edilmiş orderin (surət) nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Göstərilən səbəblərdən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Iddiaçı iddiaçı2 iddia etdiyi torpaq sahəsi ##.##.2024-cü ildə cavabdeh tərəfindən müayinə olunaraq "Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı" tərtib olunmuşdur. Həmin aktdan görünür ki, torpaq sahəsinin faktiki sahəsi 0,1333 ha, şərti olaraq isə 0,1200 ha təşkil edir. Bağ sahəsi hasar daxilindədir, sahədə köhnə vəziyyətdə olan 1 mərtəbəli panel ev və həyət tikilisi var. Göstərilən 1200 kv.m torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 410946.0631 4491761.8862 410937.9028 4491785.0933 410984.2400 4491801.4198 410991.8039 4491778.0115 BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı iddiaçı1 iddiası: Iddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsi ünvanında yerləşən ****A nömrəli 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun Məhərrəmov Tahir Əhməd oğluna məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, göstərilən bağ sahəsi iddiaçının mərhum babasına verilmişdir və verildiyi vaxtdan onların ailəsinin istifadəsindədir. Cavabdehin imtinası əsassızdır. Belə ki, bütün elektron kadastr və xəritələr cavabdehdədir. Cavabdeh qeyd edir ki, ardıcıllığa əsasən torpaq sahəsi həmin əraziyə uyğun gəlir. Bu o deməkdir ki, cavabdeh artıq onun torpaq sahəsinin yerini müəyyən etmişdir. Bundan başqa, orderin arxiv nüsxəsi mövcud olmasa da, torpaq sahəsinin ayrılması barədə qərar və siyahı dövlət arxivində mövcuddur. Cavabdeh bildirmişdir ki, eyni nömrəli torpaq sahəsinə digər şəxsin adına müqavilə mövcuddur, həm də ardıcıllığa əsasən, torpaq sahəsi uyğundur. Bu o deməkdir ki, iddia edilən torpaq sahəsi Məhərrəmov Tahir Əhməd oğluna məxsusdur, eyni nömrəli torpaq sahəsinə dair müqavilə isə başqa ərazidədir. Cavabdeh iddiaçı iddiaçı1 iddiasını qəbul etməmiş və ##.##.2024-cü il tarixli etirazında bildirmişdir ki, təqdim olunan order barədə Idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin Idarənin arxiv məlumatlarına əsasən, Ləhiş bağ massivində yerləşən ****A nömrəli torpaq sahəsinə dair digər şəxs X7 adına müqavilə və həmin sənədlər əsasında üçüncü şəxs3 müraciəti mövcuddur. Elektron kadastr məlumatına əsasən, torpaq sahəsinin yerləşməsi qonşu özəl sahələrin ardıcıllığına əsasən **** nömrəli sahənin bir hissəsinə uyğun gəlsə də, müqaviləyə dair ayrıca cizgi olmadığından ****A nömrəli sahənin hansı bölünənin ərazisində yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan torpaq sahəsi və onun bölünənlərinin qanuni istifadəçiləri arasında keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim olunmamışdır. Bundan başqa, iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinə digər şəxs iddiaçı2 müraciəti mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 0,1325 ha təşkil edir. Iddiaçı iddiaçı2 iddiası: Iddiaçı iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdehn * saylı Bakı Ərazi Idarəsinə qarşı "cavabdeh tərəfindən verilmiş imtinanın əsassız olması, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən **** nömrəli 0,12 ha sahəsi olan torpaq sahəsi üzərində hüquqların miras qoyan X11 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələbini "cavabdeh tərəfindən verilmiş imtinanın əsassız olması, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən **** nömrəli 0,12 ha sahəsi olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun miras qoyan X11 adına qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Daha sonra o, məhkəməyə yenidən iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələbini "cavabdeh tərəfindən verilmiş imtinanın əsassız olması, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən **** nömrəli 0,12 ha sahəsi olan torpaq sahəsi üzərində hüquqların miras qoyan X11 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Cavabdeh iddiaçı iddiaçı2 iddiasını qəbul etməmiş və ##.##.2025-ci il tarixli etirazında bildirmişdir ki, göstərilən torpaq sahəsi qonşu sahələrlə ümumi hasar daxilində yerləşir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən, 0,12 ha torpaq sahəsinə dair ayrıca cizgi olmadığından sahənin sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsinin nömrəsi Bağ Tikinti Kooperativinin bölgü sxemində qeyd olunmamışdır. Idarənin arxiv məlumatlarına əsasən, təqdim edilmiş orderin (surət) nüsxəsi Idarənin arxivində aşkar edilməmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən, iddiaçı2 iddiasına dair e-*-*(***)-****/**** nömrəli iş və iddiaçı1 iddiasına dair *-*(***)- ****/**** nömrəli iş bir icraatda birləşdirilmiş və icraat 2-1(112)-2246/2025 nömrə ilə davam etdirilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs2, üçüncü şəxs1 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında cəlb edilmişlər. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı iddiaçı1 və iddiaçı2 tərəfindən ayrılıqda verilmiş iddialar rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hüququn dövlət qeydiyyatına alınması və ya hüququn mərhum şəxsə məxsusluğu barədə arayışın verilməsi üçün iddiaçı1 ** nömrəli BTK nəzdində torpaq ayırma barədə qərara və orderə, iddiaçı2 isə *** nömrəli BTK nəzdində orderə və qərara istinad etmişdir. Hər iki şəxsə məxsus sənədlər hüquqmüəyyənedici sənədlər siyahısındadır. Lakin hər iki şəxsin eyni sahəyə dair iddiası üzrə göstərilən sənədlərin həmin sahə üzrə hüquq müəyyən edilməsindən söhbət gedə bilməz. Sxematik xəritə ilə uyğunsuzluq, eləcə də sxematik xəritədə bağın nömrəsinin olmamasına münasibətdə mövcud məhkəmə təcrübəsi həmin uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin öhdəliyi olması və faktiki istifadə vəziyyətinə uyğun uyğunlaşmanın aparılmalı olmasını və mülkiyyət hüququnun tanınması ilə bağlı formalaşsa da, hazırkı halda göstərilən uyğunsuzluğun cavabdeh tərəfindən aradan qaldırılmalı olması istisna edilməlidir. Nəzərə alınmalıdır ki, hər iki iddiaçı torpaq sahəsinin faktiki onun istifadəsində uzun müddətdir ki, olmasına istinad etsə də, məhkəmə sorğusuna nümayəndəliyin cavabından görünür ki, torpaq sahəsinin hansı tərəfin istifadəsində olması müəyyən edilə bilməmişdir. Mövcud məhkəmə təcrübəsində sxematik uyğunsuzluğun aradan qaldırılmalı olmasına istinad edilsə də, hər ikisinə də hüququn təcrübəyə uyğun olaraq tanınması həyata keçirilməlidir. Lakin hər iki vərəsəyə münasibətdə vəfat edən şəxslərə məxsus hər hansı hüququn mövcudluğu müəyyən edilmir. Hər iki şəxsə məxsus qərar mövcuddur ki, qərarda iddiaçı1 münasibətdə ayrılan torpaq sahəsinin ** nömrəli BTK nəzdində olması, iddiaçı2 münasibətdə isə *** nömrəli BTK nəzdində olması iş üzrə əhəmiyyət daşımış, lakin sorğulara cavab məktubundan və mötəbərliyi şühbə doğurmayan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, fərdi bağlar və BTK-ların bölgü sxemi olmadığından ərazinin hansı BTK-ya məxsus olması müəyyən edilə bilmir. Odur ki, hər iki iddiaçının sənədlərinin məhz faktiki iddia olunan torpaq sahəsi ilə bağlı olduğunun müəyyən edilməsi istisna edilir. Hər iki şəxsə münasibətdə sənədlər və iddia edilən ərazi ilə əlaqədar qismən uyğunluq müəyyən edilsə də, göstərilən hallar iddiaların təmini üçün kifayət etmir. iddiaçı2 iddiasına münasibətdə qeyd edilməlidir ki, arxivdə mövcud olan müvafiq qərar əsasında torpaq sahəsinin ayrıldığı müəyyən edilsə də və torpaq sahəsinin nömrəsi Ləhiş ərazisində 4626 nömrə olması müəyyən edilsə də, cavabdeh tərəfindən iddia olunan ərazinin 4626 nömrəsinə uyğunluğu qeyd edilsə də, iş üzrə aparılmış araşdırmadan müəyyən edilir ki, iddia olunan torpaq sahəsi ilə orderdə əksini tapan torpaq sahəsinin eyniliyi müəyyən edilmir. Belə ki, iddiaçının qərarında və orderində əksini tapan **** nömrəli bağ sahəsinin iddia olunan bağ sahəsi olmasını müəyyən etmək üçün ərazinin məhz *** nömrəli BTK nəzdində olması zəruri olsa da, mütəxəssis rəyindən və təqdim edilən sənədlərdən görünür ki, ümumiyyətlə *** nömrəli BTK-nin əraziyə aidiyyətini müəyyən edən hər hansı sübut və hal aşkar edilməmiş, eləcə də iddiaçının həmin torpaq sahəsindən faktiki istifadə halı da müəyyən edilməmişdir. Idarənin arxivində qərar mövcud olsa da, məhz **** nömrəli bağ sahəsinin ayrılmasına dair orderin nüsxəsi də aşkar edilməmişdir. Digər tərəfdən iddiaçı1 tərəfindən iddia olunan sahəyə dair təqdim edilən qərar, order ** nömrəli BTK-ya aiddir ki, təqdim edilən sənədlərdən və mütəxəssis rəyindən də görünür ki, ətraf və qonşuluqda həmin BTK -ya ayrılan bağ sahələrinə hüquqların tanınması həyata keçirilmişdir. Lakin ətraf və qonşuluqda ** nömrəli BTK-ya aid torpaq ayırma sənədləri əsasında çıxarışların verilməsi həmin ərazinin ** nömrəli BTK-ya aid olması anlamına gəlmir. Əksinə, mütəxəssis rəyindən və sorğuya cavab məktublarından görünür ki, BTK-lara məxsus bölgü sxemi olmadığından ərazinin həmin BTK-ya məxsusluğunu müəyyən etmək mümkün deyildir. Bu zaman qonşu qeydiyyata alınmış bağ nömrələri ardıcıllığına əsasən ərazinin 4626 nömrəsinə uyğun gəlməsi də vəziyyəti həmin şəxsin xeyrinə dəyişmir. Birincisi, 4626 nömrə ardıcıllığına uyğun gəlmə o zaman iddiaçının xeyrinə vəziyyəti dəyişərdi ki, ərazi ** nömrəli BTK-nın olsun. Lakin bir neçə şəxsin adına aparılmış qeydiyyyat mübahisələndirilməmişdir deyə göstərilən ərazinin ** nömrəli BTK ərazisi olması anlamına gəlmir. Nəzərə alınmalıdır ki, ətraf və qonşuluqda *** nömrəli BTK nəzdində, eləcə də fərdi bağ müqavilələri əsasında da qeydiyyat hərəkətləri aparılmışdır ki, bu həmin ərazinin fərdi bağlar ərazisi və ya *** nömrəli BTK ərazisi olması anlamına da gəlmir. Digər tərəfdən, cavabdeh bağ sahəsinin 4626 nömrəsinə uyğun gəlməsini demişdir, iddiaçı tərəfindən təqdim edilən sənəd isə 4626A nömrəsidir. 4626 nömrəsi ilə qismən iddia olunan sahənin uyğun gəlməsi həmin iddia olunan sahənin 4626A olması anlamına gəlmir. ****A nömrəli sahə **** nömrəli bağ sahəsinin bölünəni deyildir və iddiaçı bölünən bağ sahəsi kimi yox, ayrıca BTK tərəfindən ona ayrılmış ərazi kimi adıçəkilən sahəyə iddialıdır. Iş materiallarında isə həmin BTKya aid **** nömrəli bağ sənədi aşkar edilməmişdir ki, 4626A-nın onun bölünəni olması istisna edilir. Digər tərəfdən, sxematik xəritədən müəyyən edilir ki, ümumiyyətlə 4626A nömrəsi həmin xəritədə aşkar edilməmişdir ki, xəritədə aşkar edilməyən ərazinin yerləşmə yerinin müəyyən edilməsi, üstəlik konkret olaraq məhz üçüncü şəxslərin ehtimal olunan hüquqlarına əhəmiyyət verilmədən məhz iddia edilən yer olmasının qeyd edilməsi cavabdehin səlahiyyət müəyyən etməli olduğu hal deyildir. ****A nömrəli bağ sahəsi sxematik xəritədə olmalıdır ki, sahənin uyğunlaşdırılması faktiki istifadəyə uyğun olaraq həyata keçirilə bilsin. Hazırkı halda isə faktiki istifadə və sxematik xəritədə 4626A nömrəsi aşkar edilməmiş, müəyyən edilən yalnız həmin sahənin məhz ****A nömrəli bağ sahəsi olması olmuşdur ki, iddia göstərilən səbəblərdən qanunsuz və əsassızdır. Nəzərə alınmalıdır ki, arxivdə 4626A nömrəsi də aşkar edilməmişdir ki, göstərilən sahə ilə bağlı arxivdə X7 adına müqavilə mövcuddur ki, onun varisi üçüncü şəxs3 tərəfindən fərqli ərazi iddia edilsə də, iddia olunan sahənin ətrafında fərdi bağ nömrəsi ilə qeydiyyat hərəkətləri aparıldığı da nəzərə alınmaqla məhz göstərilən ərazinin arxiv nüsxəsi və qərarda da 4626A kimi göstərilən əraziyə aid olmasının mütləq istisna edilməsi də əsassızdır. Belə ki, iddiaçı ətraf ərazidə ** nömrəli BTK-ya istinad edərək 4626 A-nın həmin ərazi olduğunu qeyd edirsə, ətrafda fərdi bağ müqaviləsi əsasında qeydiyyat hərəkətləri aparılma nəzərə alınmaqla R.Əfəndiyevin üstəlik də iddiaçıdan fərqli olaraq arxiv nüsxəsində 4626A nömrə ilə göstərdiyi sahənin həmin sahə olduğunu mütləq istisna etmək mümkün deyildir. Göründüyü kimi, faktiki iddia olunan sahəyə dair təqdim edilən sənədlər, həmin sənədlərin məhz iddia olunan sahəyə aidiyyətini müəyyən etmək üçün kifayət etmir. Torpaq sahəsinin faktiki kimin istifadəsində olması müəyyən edilmədiyindən hüquqa dair arayışın verilməsindən söhbət gedə bilməz. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı iddiaçı1 Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verərək həmin qərarın qismən ləğv edilməsini və özünün iddiasının təmin olunmasını xahiş etmişdir. O, apellyasiya şikayətində göstərmişdir ki, məhkəmənin faktiki iddia olunan sahəyə dair təqdim edilən sənədlərin məhz iddia olunan sahəyə aidiyyətinin müəyyən etmək üçün kifayət etmədiyi barədə gəldiyi qənaət əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş qonşu bağ sahələrinə aid sənədlərdən göründüyü kimi, X3 Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı ilə ** nömrəli BTK nəzdində olan ərazidən 0,12 ha olmaqla ****A nömrəli bağ sahəsi və ##.##.1989-cu il tarixli ** nömrəli order, X1 Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı ilə ** nömrəli BTK nəzdində olan ərazidən 0,12 ha olmaqla **** nömrəli bağ sahəsi və ##.##.1989-cu il tarixli ** nömrəli order, X4 Bakı Şəhər Xalq Deputatları Sovetinin Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı ilə ** nömrəli nəzdində olan ərazidən 0,12 ha olmaqla ****A nömrəli bağ sahəsi və order verilmişdir ki, həmin sənədlər əsasında qeyd edilən bağ sahəsinin hər birinə reyestrdən çıxarış alınmışdır. Yuxarıda qeyd edilən bağ sahələrinin ** nömrəli BTK nəzdində olan əraziyə aid olduğu işə əlavə edilmiş mütəxəssis rəyi ilə də təsdiq edilir. Həmin mütəxəssis rəyində göstərilir ki, qərardadda qeyd olunan **** nömrəli bağ sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-******H nömrəli şəhadətnamə əsasında 005013025570-11301 reyestr nömrəsi ilə qeydiyyata alınıb (ilkin sənəd ** nömrəli BTK-dan keçib), ****A nömrəli bağ sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-****H nömrəli şəhadətnamə əsasında 005013015417 reyestr nömrəsi ilə qeydiyyata alınıb (ilkin sənəd ** nömrəli BTK-nın orderi), ****A nömrəli bağ sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-****H nömrəli şəhadətnamə əsasında 005013015380 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (ilkin sənəd ** nömrəli BTK-dan keçib). Yəni iddiaçı iddiaçı1 babası Məhərrəmov Tahir Əhməd oğluna Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı ilə verilmiş ****A nömrəli bağ sahəsinin ətrafında 4624A, 4625A, **** nömrəli bağ sahələri ** nömrəli BTK-nın nəzdində olan bağ sahələri olduğu halda, təqdim edilən sənədlərin iddaçı iddiaçı1 arayış tələb etdiyi bağ sahəsinin ** nömrəli BTKnın nəzdində olan bağ sahəsinə aidiyyətinin müəyyən edilməsi üçün kifayət etməməsi barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. iddiaçı1 təqdim etdiyi sənədlərin məhz iddia olunan sahəyə aid olduğu Cavabdehn * saylı Bakı Ərazi Idarəsinin arxivində saxlanılan Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı və qərarın tərkib hissəsi olan "əlavə"lərlə də təsdiq olunur. Həmin qərarın rus dilində olan * nömrəli əlavəsində Ləhiş massivində yerləşən ** nömrəli BTK üzvlərinin Siyahısında yuxarıda qeyd edilən bağ sahibləri ilə bərabər 16-cı sırada iddiaçının babası Məhərrəmov Tahir Əhməd oğlunun adı qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş arxiv arayışında *** nömrəli BTK nəzdində X11 torpaq sahəsinin ayrılması və ona verilmiş orderdə həmin torpaq sahəsinin **** nömrəli olduğu qeyd edilsə də, nə ** nömrəli BTK-nın syahısında, nə də *** nömrəli BTK-nın və *** nömrəli BTK-nın siyahısında X11 adı yoxdur. *** nömrəli BTK-nın nəzdində Ləhiş ərazisi üzrə bağ sahələrinin yerləşmə sxemində isə 4626 bağ nömrəsi mövcud deyildir. Yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmayan, lakin hazırda əldə edilmiş və apellyasiya şikayətinə əlavə edilən Ləhiş massivində ** nömrəli BTK nəzdində olan bağ sahələrinin yerləşmə planında da (sxemində) öz əksini tapmışdır. Həmin sxemdə olan nömrə ardıcılığına uyğun olaraq ərazinin şimal hissəsində 4624A, 4625A, cənub hissəsində isə 4627A, ****A nömrəli bağ sahələri, aradan yol keçməklə üzbəuz tərəfdə **** nömrəli bağ sahəsi yerləşir. Qeyd edilən ** nömrəli BTK-nın sxemi məhkəməyə təqdim edilmədiyindən məhkəmə qeyd etmişdir ki, bağ sahəsi sxematik xəritədə olmalıdır ki, sahənin uyğunlaşdırılması faktiki istifadəyə uyğun olaraq həyata keçirilə bilsin, hazırkı halda isə faktiki istifadə və məhkəməyə təqdim edilmiş 201 və *** nömrəli BTK-ların sxematik xəritələrində 4626A nömrəsi aşkar edilməmişdir. Iddiaçı iddiaçı2 ****A nömrəli bağ sahəsinin anası Bilqeyis Quliyevaya məxsus olmasını sübut etmək üçün *** nömrəli BTK-nın sxematik xəritəsindən istifadə etməklə görüntü yaratmağa çalışmış, Əfəndiyev Rəfailin vərəsələrini işə cəlb etməklə iddia ərizəsində həmin bağ sahəsinin Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli sərəncamı ilə X11 verildiyini və **** nömrəli həmin torpaq sahəsinin 0,06 ha olmaqla, X7 məxsus olmuş sahəsi 0,06 ha olan ****A nömrəli torpaq sahəsi ilə eyni hasarın içərisində yerləşdiyini qeyd etmişdir. Cavabdeh bağ sahəsinin 4626 nömrəsinə uyğun gəldiyini qeyd etsə də, iddiaçı tərəfindən təqdim edilən sənəd 4626A nömrəsidir. Məhkəmə iddiaçının bölünən bağ sahəsi kimi deyil, BTK tərəfindən ona ayrılmış ayrıca ərazi kimi adı çəkilən sahəyə iddialı olduğunu qeyd etməklə, məhkəmənin ****A nömrəli bağ sahəsinin **** nömrəli bağ sahəsinin bölünəni olmaması barədə qənaətə gəlməsi əsaslıdır. Məhkəmə belə hesab etmişdir ki, ****A nömrəli bağ sahəsi sxematik xəritədə olmalıdır ki, sahənin uyğunlaşdırılması faktiki istifadəyə uyğun olaraq həyata keçirilə bilsin. Lakin hazırkı halda, faktiki istifadə və sxematik xəritədə 4626A nömrəsi aşkar edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia qanunsuz və əsassızdır. Məhkəmə iddiaçıların hər birinə bağ sahəsinin hansı tarixdə və hansı sənəd əsasında verilməsi məsələsini araşdırmamışdır. Belə ki, iddiaçı iddiaçı1 məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun babası Məhərrəmov Tahir Əhməd oğluna mübahisəli bağ sahəsi Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı ilə, iddiaçı iddiaçı2 anası X11 Bakı şəhər Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli sərəncamı ilə, X7 isə Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı ilə verilmişdir. Bağ sahələrinin təqdim edilmiş sxemlərindən göründüyü kimi, *** nömrəli BTK-nın nəzdində iddiaçı iddiaçı2 tələb etdiyi 4626 və ya ****A nömrəli bağ sahəsi mövcud deyil, üçüncü şəxs3 isə imtina məktubunda bağ sahəsinin sxematik xəritəyə uyğun gəlmədiyini və göstərilən bağ sahəsinin **** nömrəli bağ sahəsinə aid olduğunu bildirmişdir. Belə olan halda, Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarı ilə Məhərrəmov Tahir Əhməd oğluna ayrılmış bağ sahəsi yenidən Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli sərəncamı və ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamı ilə digər şəxslərə necə ayrıla bilərdi. Bunlar isə ona dəlalət edir ki, həm Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli, həm də ##.##.1997-ci il tarixli *** nömrəli sərəncamının Məhərrəmov Tahir Əhməd oğluna ** nömrəli BTK-nın nəzdində ayrılmış ****A nömrəli bağ sahəsinə heç bir aidiyyəti yoxdur. Bundan başqa, mübahisəli torpaq sahəsinin faktiki kimin istifadəsində olmasının müəyyən edilməməsi barədə məhkəmənin gəldiyi nəticə də əsassızdır. Belə ki, mütəxəssis rəyində də qeyd edildiyi kimi, torpaq sahəsinin üzərində hazırda mövcud olan birmərtəbəli yararsız yaşayış evi iddiaçı iddiaçı1 mərhum atası tərəfindən inşa olunub və uzun müddət həmin torpaq sahəsindən istifadə etsələr də, faktiki orada yaşayış olmadığından, məhkəmə Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ##.##.2025-ci il tarixli məktubuna istinad edərək torpaq sahəsinin kimə məxsus olmasının aşkar edilməməsini qeyd etmişdir. Amma DƏDRX-də qeydiyyata alınmış yuxarıda göstərilən qonşu bağ sahələrinin məhkəməyə təqdim edilmiş ilkin sənədləri də təsdiq edir ki, iddiaçı iddiaçı1 təqdim etdiyi sənədlər məhz iddia olunan sahəyə aiddir və hazırda da bağ sahəsi faktiki olaraq onların istifadəsindədir. Həmin bağ sahəsində onun uşaqlıq dövrünə aid olan ailə fotoşəkli də var. Qeyd edilənlər onu göstərir ki, məhkəmə tərəfindən sübutlar tam və hərtərəfli araşdırılmadan qiymətləndirilmişdir. Iddiaçı iddiaçı2 da Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və özünün iddiasının təmin olunmasını xahiş etmişdir. O, apellyasiya şikayətində göstərmişdir ki, Bilqeyis Quliyevanın adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Bilqeyis Quliyevaya Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən, ümumi sahəsi 0,12 ha olan **** nömrəli bağ sahəsinin *** nömrəli Bağ Tikinti Kooperativi nəzdində ayrılması işin mübahisəsiz halıdır və sözügedən şəxsin mülkiyyət hüququ sənədlərlə öz təsdiqini tapır. Məhkəmə torpaq sahəsinin faktiki olaraq hansı iddiaçının istifadəsində olmasının müəyyən edilə bilməməsini vurğulamasına baxmayaraq, iddiaçı iddiaçı2 və ****A nömrəli bağ sahəsinin mülkiyyətçisi Rəfael Əfəndiyevin arasında mövcud olan bölgü sxemi mübahisəli torpaq sahəsinin məhz iddiaçı2 istifadəsində olduğu qənaətinə gəlməyə imkan verir. Bundan əlavə, yerləşmə sxeminə də uyğun olaraq **** nömrəli bağ sahəsinin cənubunda yerləşən bağ sahələrinin nömrəsi 4627, 4628 şəklində olması da bu ehtimalı daha da gücləndirir. Iddiaçılara cavabdeh tərəfindən verilmiş imtina məktublarına nəzər salsaq, iddiaçı iddiaçı2 ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə imtina əsası kimi torpaq sahəsinin qonşu sahələrlə ümumi hasar daxilində yerləşməsi, ayrıca cizgi olmaması, X33 bölgü sxemində qeyd edilməməsi, orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi qeyd edilmişdir. Iddiaçı iddiaçı1 ünvanlanmış imtina məktubunda isə torpaq sahəsinin yerləşməsinin qonşu özəl sahələrin ardıcılığına əsasən **** nömrəli sahənin bir hissəsinə uyğun gəlməsi, ****A nömrəli sahənin hansı bölünənin ərazisində yerləşməsinin müəyyən edilməsinin mümkün olmaması, torpaq sahəsi və onun bölünənlərinin qanuni istifadəçiləri arasında kecid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin olmaması, eyni torpaq sahəsinə dair başqa şəxsin adına müqavilə olması, order barədə idarənin arxivində məlumat askar edilməməsi göstərilmişdir. Məktublardan bir daha məlum olur ki, məhz elə cavabdehin özü tərəfindən iddiaçı1 ünvanlanmış məktubda mübahisəli torpaq sahəsinin **** nömrəli sahəyə uyğun gəlməsi müəyyən edilir. Əlavə olaraq, sahədə mövcud olan yararsız tikili ilə bağlı digər tərəfin təzadlı ifadələri də bu fikri bir qədər də möhkəmləndirir. Yararsız belə olsa, tikilinin şəxsin atası və ya babası tərəfindən inşa edilməsini dəqiq bilməməsi verdiyi ifadələrin dəqiqliyini şübhə altına salan haldır. Iş materiallarında mövcud olan *** nömrəli X33 Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemində ****A nömrəli bağ sahəsi qeyd edilmişdir. Gəlinən nəticə odur ki, digər tərəfin iddia etdiyi kimi elə ** nömrəli X33 bölgü sxemində ****A nömrəli bağ sahəsi mövcud deyil. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində isə **** nömrəli bağ sahəsi BTK 48-8 uyğun gəldiyi göstərilməsinə baxmayaraq, həmin bağ sahəsinin harada yerləşməsi, kimin adına qeydiyyata alınması ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Məhkəmə qərarında qeyd edilir ki, sxematik xəritə ilə uyğunsuzluq, eləcə də sxematik xəritədə bağın nömrəsinin olmamasına münasibətdə mövcud məhkəmə təcrübəsi həmin uyğunsuzluğun aradan qaldırılmasının cavabdehin öhdəliyi olması və faktiki istifadə vəziyyətinə uyğun uyğunlaşmanın aparılmalı olması və mülkiyyət hüququnun tanınması ilə bağlı formlaşsa da, hazırkı halda göstərilən uyğunsuzluğun cavabdeh tərəfindən aradan qaldırılmalı olması istisna edilməlidir. Belə olan halda sual yaranır ki, əgər uyğunsuzluğun aradan qaldırılması cavabdeh orqanın vəzifəsi deyilsə, onda hansı qurum tərəfindən vətəndaşın pozulmuş hüquqlarının bərpası həyata keçiriləcəkdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında iddiaçı iddiaçı1 və onun vəkili vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahatlar verdilər. Iddiaçı iddiaçı2 nümayəndəsi vəkil vəkil2 isə öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI: Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı2 iddiası ilə bağlı düzgün nəticəyə gəlsə də, iddiaçı1 iddiasını təmin etməməkdə haqlı olmamışdır. Işin halları bundan ibarətdir ki, həm iddiaçı iddiaçı1, həm də iddiaçı2 eyni torpaq sahəsinə iddia edirlər. Onlar müvafiq olaraq aşağıdakı sənədlərə istinad edirlər: - Bakı Şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin ##.##.1989-cu il tarixli */** nömrəli qərarına əsasən, ** nömrəli bağ-tikinti kooperativi tərəfindən Məhərrəmov Tahir Əhməd oğluna ayrılmış 0,12 ha bağ sahəsinə dair həmin kooperativin verdiyi ##.##.1989-cu il tarixli ** nömrəli order, - Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli *** nömrəli sərəncamına əsasən, *** nömrəli bağ-tikinti kooperativi tərəfindən X11 ayrılmış 0,12 ha bağ sahəsinə dair həmin kooperativin verdiyi ** nömrəli order. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə, həm də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 8.0.7ci maddəsinə görə, göstərilən hər iki sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin cavabdehin hər iki sənəd üzrə qeydiyyat aparmaqdan imtinasının əsas səbəbi tərəflərin torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən sxem təqdim etməməsidir. Birinci instansiya məhkəməsi tərəfindən bununla əlaqədar araşdırma aparılmış, o cümlədən *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadla Cavabdeh * saylı Bakı Ərazi Idarəsindən mütəxəssis rəyi tələb edilmişdir. * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0,12 ha olsa da, faktiki olaraq hasar daxili 0,1325 ha təşkil edir və 0,0125 ha artıqdır. Torpaq sahəsinə iddiaçı1 və iddiaçı2 nümayəndəsi ilə baxış keçirilmiş, üçüncü şəxs2 Rəfail oğlu yerli baxışda iştirak etməmişdir. üçüncü şəxs2 Rəfail oğlu telefon vasitəsilə iddiaçı1 və iddiaçı2 iddia etdikləri eyni sahəyə iddiasının olmadığını bildirmişdir. Göstərilən sahənin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Sahənin şərq hissəsindən (yol tərəf) yüksək gərginlikli (6 kVtlıq) elektrik xətti keçir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi (yararsız) mövcuddur. Iddiaçı iddiaçı1 bildirdiyinə əsasən, həmin yaşayış evi mərhum atası tərəfindən inşa olunub və uzun müddət həmin torpaq sahəsindən istifadə ediblər. X7 yerli baxışda iştirak etməmiş, lakin telefon əlaqəsi zamanı iddia olunan mübahisəli sahənin qərb hissəsindəki sahəyə iddiasının olduğunu bildirmişdir. üçüncü şəxs3 yerli baxışda iştirak etmədiyindən iddia olunan **** nömrəli bağ sahəsinə baxış keçirilməsi mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarna əsasən, BTK-ların, yaxud fərdi bağ sahələrinin ərazilərinin xüsusi bir ayrıcı olmur. Ərazinin hansı BTK-nın ərazisi olduğunu müəyyənləşdirmək olmadı. Qeyd olunan *** nömrəli BTK-da 4626 və ya 4626A bağ nömrəsi qeyd olunmayıb. Ərazinin şimal hissəsində 4624A, ****A nömrəli bağ sahələri qeydiyyata alınıb. Cənub hissədə isə BTK-48-ə uyğun olaraq (ardıcıllıqla) 4627 və **** nömrəli bağ sahələrinin ardıcıllığına əsasən **** nömrəli bağ sahəsinə uyğun gəlir. Qeyd olunan hər üç bağ sahəsi ** nömrəli BTK-ya aiddir. Adıçəkilən sahələrə hər hansı şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmayıb. Bundan əlavə, BTK-201-də ****A nömrəli bağ sahəsi, BTK-48-də isə **** nömrəli bağ sahəsi öz əksini tapıb. Arxiv məlumatlarına əsasən, **** nömrəli bağ sahəsi ***** nömrəli icarə müqaviləsi əsasında 005013021846 reyestr nömrəsi ilə qeydiyyata alınıb (bağ sahəsinə dair müqavilə və akt (aktda BTK-201 yazılıb) rəyə əlavə olunur). **** nömrəli bağ sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-******H nömrəli şəhadətnamə əsasında 005013025570-11301 reyestr nömrəsi ilə qeydiyyata alınıb (ilkin sənəd BTK-48-dən keçib). ****A nömrəli bağ sahəsi ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-****H nömrəli şəhadətnamə əsasında 005013015417 reyestr nömrəsi ilə qeydiyyata alınıb (ilkin sənəd order BTK-48). ****A nömrəli bağ sahəsi isə JN-****H nömrəli şəhadətnamə əsasında 005013015380 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (BTK-48). * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli başqa bir məktubunda göstərilmişdir ki, ** nömrəli BTK-nın üzvlərinin siyahısında Məhərrəmov Tahir Əhməd oğlunun adı qeyd edilmişdir, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Idarənin arxivində Məhərrəmov Tahir Əhməd oğlunun adına ** nömrəli BTK-nın nəzdində Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində ****A nömrəli bağ sahəsinin ayrılmasına dair sənəd (order), eləcə də onun adına ləğv etmə aktında bağ sahəsinin ləğv edilməsinə dair məlumat aşkar edilməmişdir. Sadalanan sənədlərlə iddia olunan 0,12 ha torpaq sahəsinin ətrafında olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bütün torpaq sahələrinin ilkin sənədlərinin ** nömrəli BTK tərəfindən verildiyi müəyyən edilir. X10 Əhməd oğlunun adına olan order də məhz ** nömrəli BTK tərəfindən verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə və tərəflərə ünvanlanmış məktublarda ****A nömrəli bağ sahəsinin ** nömrəli BTK-nın ərazisində olması birbaşa göstərilməsə də, bu hal iddiaçı iddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş "Ləhiş massivində ** nömrəli bağ-tikinti kooperativinin bağ sahələrinin yerləşmə planı" (rus dilində) ilə təsdiq olunmuşdur. Həmin sənəddən göründüyü kimi, yerləşmə planında göstərilən və hər birinin ayrıca nömrəsi olan 48 ədəd torpaq sahəsindən 4-cü sahənin nömrəsi 4626A-dır. Birinci instansiya məhkəməsi həmin yerləşmə planını əldə etməmiş və tədqiq etməmişdir. Bununla yanaşı, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, mərhum X11 adına **** nömrəli bağ sahəsinə dair orderi vermiş *** nömrəli BTK-da ümumiyyətlə **** nömrəli bağ sahəsi qeyd olunmamış, həm də iddia olunan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələri arasında *** nömrəli BTK tərəfindən ayrılmış bağ sahəsi yoxdur. Bu isə X11 ayrılmış bağ sahəsinin göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsini istisna edir. Məhkəmə kollegiyası bu xüsusatı da qeyd etməyi vacib bilir ki, iddia olunan torpaq sahəsində 1 ədəd yararsız köhnə bağ evi və 1 ədəd yararsız həyət tikilisi mövcuddur. Aydındır ki, həmin ev və yardımçı tikili göstərilən torpaq sahəsinə sahiblik etmiş şəxs tərəfindən inşa edilmişdir. Lakin məhkəmə iclası zamanı məhkəmənin müvafiq sualına cavab olaraq iddiaçı iddiaçı2 nümayəndəsi vəkil2 həmin tikililərin X11, yaxud mərhumun ailə üzvləri tərəfindən inşa olunduğunu təsdiq etmədi. Nümayəndə həmin tikililərin yararsız olduğunu və iş üçün əhəmiyyət kəsb etmədiyini bildirdi. Kollegiya hesab edir ki, iddiaçı iddiaçı2 iddia etdiyi torpaq sahəsində onun ailə üzvləri tərəfindən deyil, başqa şəxslər tərəfindən inşa edilmiş tikililərin mövcud olması torpaq sahəsinin əvvəllər X11 deyil, başqa şəxsin sahibliyində olmasını təsdiq edir. Bu hal iddiaçı iddiaçı2 onun xeyrinə çıxış etmir. Belə olan halda, iddiaçı2 iddiasının təmin edilməsi üçün əsas yoxdur və birinci instansiya məhkəməsi həmin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə kollegiyası işin həlli üçün əhəmiyyət kəsb edən aşağıdakı halları da qeyd edir. Bakı Şəhər Icra Hakimiyyəti Aparatının Abadlaşdırma və X30 Departamentinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin ##.##.2005-ci il tarixli *** nömrəli qərarı ilə X7 (şəhid ailəsi) Ləhiş bağında ****A nömrəli bağ sahəsinin ayrılması qərara alınmışdır. Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli *** nömrəli sərəncamı ilə Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin ##.##.2005-ci il tarixli *** nömrəli protokolu təsdiq edilmişdir. Həmin sərəncama əsasən, Bakı Şəhər Icra Hakimiyyəti Aparatının Abadlaşdırma və X30 Departamentinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə X7 arasında ##.##.2006-cı il tarixli ***** nömrəli "Ləhiş ərazisindəki ****A nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə" bağlanmışdır. Həmin müqavilə ilə Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi ****A nömrəli bağ X7 verilmişdir. Cavabdeh iddiaya etirazında mübahisəli torpaq sahəsinə üçüncü şəxs3 da müraciətinin olmasını bildirdiyinə görə birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək X7 torpaq sahəsinin ayrılmasına dair yuxarıda göstərilən sənədlər əldə edilmişdir. Həmin sənədlərdən göründüyü kimi, X7 Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha ****A nömrəli bağ sahəsi ayrılsa da, bu nömrənin hansı BTK-ya aid olması göstərilməmişdir. Ayrılmış sahənin yerləşmə cizgisi, yaxud onun koordinatlarını müəyyən etməyə imkan verən hər hansı sənəd mövcud deyil. Belə olan halda, həmin torpaq sahəsinin iş üzrə iddiaçıların iddia etdikləri torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən heç bir sübut yoxdur. Bundan başqa, apellyasiya şikayətlərinə baxıldığı zaman iddiaçı iddiaçı2 nümayəndəsi ****A nömrəli 0,12 ha torpaq sahəsinə dair X12 adlı başqa bir şəxsin də adına order verildiyini bildirdi. Həmin məsələ məhkəmə kollegiyası tərəfindən araşdırıldı. Müəyyən edildi ki, ##.##.1991-ci il tarixli ** nömrəli order Ləhiş bağlar sahəsindəki *** nömrəli BTK tərəfindən həmin BTK-nın nəzdində 0,12 ha olan ****A nömrəli bağa dair X12 adına verilmişdir. "BTK-201 Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemi"ndən görünür ki, 4626A nömrəsi planda olan 10-cu sahənin nömrəsidir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi tərəfindən * saylı Bakı Ərazi Idarəsinə sorğu edilərək alınmış ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, X12 adına olan 201 BTK nəzdində Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən ****A nömrəli bağ sahəsinə dair order arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda, Idarənin arxivində mövcud olan ##.##.2004-cü il tarixli aktda bağ sahələrinin gələcəkdə zibilxanalara çevrilərək antisanitariyanın qarşısının alınması məqsədilə Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.1992-ci il tarixli *** nömrəli sərəncamı əsas tutularaq *** nömrəli bağ tikinti kooperativi nəzdində X12 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən ****A nömrəli bağ sahəsinə dair order ləğv olunaraq bağ sahəsinin Bağlar təsərrüfatı birliyinin boş bağlar balansına keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi, əvvəla, X12 verilmiş orderdə göstərilən torpaq sahəsi 48 deyil, *** nömrəli BTK-ya aiddir, digər tərəfdən isə, artıq həmin order ləğv olunmuş və bağ sahəsi Bağlar təsərrüfatı birliyinin boş bağlar balansına keçirilmişdir. Belə olan halda, həmin sənədin hazırkı işin həllinə təsiri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan sənədlər bir-birindən təcrid olunmuş şəkildə deyil, onların yaranma tarixi, məzmunu və bir-biri ilə əlaqəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu sənədlərdən görünür ki, Məhərrəmov Tahir Əhməd oğluna konkret olaraq ** nömrəli BTK nəzdində və 4626A nömrəsi ilə torpaq sahəsi ayrılmışdır. Həmin sahənin məhz iddia olunan 0,12 ha torpaq sahəsi olmasını şübhə altına alan hal mövcud deyil. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Məhərrəmov Tahir Əhməd oğluna torpaq sahəsinin ayrılmasına dair sənədlər 1989-cu ilə, digər şəxslərin təqdim etdikləri sənədlər isə daha sonrakı tarixlərə aiddir. Belə ki, X11 aid sənədlər 1993-cü ilə, X7 aid sənədlər isə 2005- 2006-cı illərə aiddir. Iş materiallarında Məhərrəmov Tahir Əhməd oğluna 1989-cu ildə ayrılmış ****A nömrəli sahənin sonradan qanuni əsaslarla ləğv edilməsi, geri alınması və ya həmin sahənin başqa şəxsə verilməsini əsaslandıran hər hansı qərar və ya digər mötəbər sənəd müəyyən edilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin iddiaçı1 iddiası ilə bağlı hissəsinin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilmişdir. Bu hal birinci instansiya məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dəlalət edir və qərarın qeyd olunan hissədə ləğv olunmasına əsas verir. Odur ki, iddiaçı iddiaçı1 apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ona aid hissədə ləğv edilməli və onun iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarının ona aid hissəsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı iddiaçı1 apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı iddiaçı1 iddiasına aid hissədə ləğv edilsin və həmin hissədə yeni qərar qəbul olunsun. Iddiaçı iddiaçı1 iddiası təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Ləhiş qəsəbəsi ünvanında yerləşən ****A nömrəli 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun Məhərrəmov Tahir Əhməd oğluna məxsus olması haqqında arayışın iddiaçı iddiaçı1 verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Cavabdehn üzərinə qoyulsun. Iddiaçı iddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı iddiaçı2 iddiasına aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar