Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4676/2025 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əlizadə Bahar Famil qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 şirkəti) qarşı "Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-2 korpus 92 ev *** nömrəli ünvanda yerləşən, ümumi sahəsi 60,4 kv.m, yaşayış sahəsi 44,3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 733 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 şirkəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki Inventarlaşdırma Bürosu tərəfindən verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport"dan görünür ki, həmin sənəd Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-2 korpus 92 ev *** nömrəli ünvanda 1955-ci ildə tikilmiş evlə bağlı iddiaçının atası Sədulla Ibrahimovun adına 1964-cü ildə tərtib edilmişdir. Notariat ofisinin məktubundan görünür ki, Sədulla Ibrahimovun vəfatı ilə əlaqədar iddiaçı tərəfindən elektron arayışın verilməsi barədə müraciət olunmuşdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi tərəfindən iddiaçıya göndərilmiş imtina məktubunda qeyd edilir ki, elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazidə olmaqla, yaxınlığında neft quyusu yerləşir. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş sorğuya **-*/*-****/**** nömrəli ##.##.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, həmin torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən, üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 145052 (5 metr), 145001 (34 metr), 232511 (46 metr) və 235002 (57 metr) nömrəli ləğv olunmuş quyuların mühafizə zonası daxilində yerləşir. Torpaq sahəsi ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı "Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-2 korpus 92, *** nömrəli evin və evin yerləşdiyi 884,1 kv.m torpaq sahəsinin üzərində hüququn mərhum atası X3 məxsus olması barədə arayış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-2 korpus 92 ev *** nömrəli ünvanda yerləşən, ümumi sahəsi 60,4 kv.m, yaşayış sahəsi 44,3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 733 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"nı xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki Inventarlaşdırma Bürosu tərəfindən verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport" əsasında fərdi yaşayış evi atasına məxsus olmuşdur. Vərəsəlik işi açılmış, o, cavabehə müraciət etmiş, lakin məxsus olma barədə arayışın verilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya etirazını iddiaçının ərizəsinə verdiyi imtina məktubunun dəlilləri ilə əsaslandırmış, əlavə olaraq ##.##.2025-ci il tarixli məktubla bildirmişdir ki, göstərilən fərdi yaşayış evi ilə sərhəd qonşuluqda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Qərb tərəfdən üçüncü şəxs1 şirkətinə məxsus nəqliyyat sexinin ərazisi ilə həmsərhəddir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaya etirazında bildirmişdir ki, mübahisəli torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, müəyyən olunmuşdur ki, torpaq sahəsinin 5 metrlik məsafəsində ****** nömrəli, 34 metrlik məsafəsində ****** nömrəli, 46 metrlik məsafəsində ****** nömrəli və 57 metrlik məsafəsində isə ****** nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Həmçinin, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Etirazda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə, 22-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 22-ci maddəsinin 5-ci hissəsinə, 48-ci maddəsinin 4-cü hissəsinə, 86-cı maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi" Qaydalarının 2-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndinə, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının ##.##.1996-cı il tarixli Qanununun 6-cı maddəsinə, "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının ##.##.1999-cu il tarixli Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına, ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndinə istinad edilərək bildirilmişdir ki, iş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-2 korpus 92, *** nömrəli ünvanda yerləşən, ümumi sahəsi 60,4 kv.m, yaşayış sahəsi 44,3 kv.m olan fərdi yaşayış evinin və yerləşdiyi 733 kv.m olan torpaq sahəsinin üzərində hüququn (mülkiyyət) X3 məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyi cavabdeh Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eləcə də həmin hüquqa dair məxsus olma barədə arayışın verilməsininin əsaslarından biri qismində çıxış edir. Iddiaçı tərəfindən təqdim edilən Pasport qüvvədədir, ləğv edilməmiş və qüvvədən düşməmişdir ki, həmin qərarın hüquqi nəticəsi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitusion hüququnun tərkib hissəsidir. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia olunan torpaq sahəsi Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) ərazisi daxilində yerləşsə də, bu hal vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Iddia olunan sahədə ləğv edilmiş neft quyularının olması, torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olması və Saziş əsasında üçüncü şəxsin istifadəyə verilməsinə dair dəlillər, nə qədər ki, iddiaçı tərəfindən göstərilən hüquqmüəyyənedici sənəd ləğv edilməmişdir, müraciətin təminini istisna edə bilməz. Faktiki torpaq sahəsi və yenidənqurma işlərinin aparılması, əlavə tikililərin inşası kimi imtina dəlillərinə münasibətdə məhkəmə hesab etmişdir ki, pasportda göstərilən xüsusiyyətlərə uyğun fərdi yaşayış evinə arayışın istənilməsinə sonradan hər hansı əlavələrin inşa edilməsi, rekonstruksiya edilmə mane olmur. Belə ki, sənəd mövcuddur və həmin sənəd üzrə hüququn məxsusluğu tələb edilir. Digər tərəfdən, pasport və faktiki vəziyyət arasında iddiaçının məsuliyyət sferası ilə əlaqədar olmayan konfiqurasiya, perimetrik uyğunsuzluqlar da iddianın təminini istisna etmir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs1 şirkəti ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayətini iddiaya etirazının dəlilləri ilə əsaslandıraraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, torpaq sahəsinin 5 metrlik məsafəsində ****** nömrəli, 34 metrlik məsafəsində ****** nömrəli, 46 metrlik məsafəsində ****** nömrəli və 57 metrlik məsafəsində ****** nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Üçüncü şəxs üçüncü şəxs1 şirkəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı hazırkı iddia predmeti olan torpaq sahəsi əslində, dövlət mülkiyyətində və SOCAR-ın daimi istifadəsinə olan torpaq sahəsi olmaqla, məlum "Hasilatın pay bölgüsü haqqında" saziş üzrə neft-qaz əməliyyatlarının aparılması məqsədilə üçüncü şəxs1 şirkətinin Azərbaycan Respublikasındakı filialının qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində * saylı mədənin 4-cü sahəsində 142330 (116 metr), 145052 (5 metr), 232511 (48 metr), 235002 (60 metr 45001 (33 metr) neft quyularının, həmçinin 90-9 QKS 6 kv (53 metr) elektrik xəttinin, eləcə də 6 kv elektrik xəttinin (37 metr) və yüksək təzyiqli neft xəttinin (35 metr) mühafizə zolağında yerləşir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən, cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh * saylı Bakı Ərazi Idarəsi hüquq varisi olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, cavabdeh birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Iddiaçı İddiaçı isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs üçüncü şəxs1 şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən işə onun iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.8. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il taixli *** nömrəli Fərmanı:
1. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı" təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. ... Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il taixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı":
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
"Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərarı: "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il ## #### tarixli ***-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # ######## tarixli *** nömrəli Fərmanının 1.6.16-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları" təsdiq edilsin. Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları
3. Neftqazçıxarma sənayesi obyektləri 3.3. Əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilmişdir: Sır Neftqazçıxar Yaşayış Ictimai Sənaye və Elektrikötür Elektrik a ma sənayesi binaları, binalar kənd ücü xətləri yarımstansi №- obyektləri fərdi (mədəniyyət təsərrüfatı (hava yaları (35/6 si yaşayış və təhsil müəssisələri xətləri-6 kV kV və evləri, müəssisələri nin binaları və yuxarı) yuxarı) yataqxanal nin binaları, ar, inzibati uşaq binalar və bağçasımüvəqqəti körpələr evi, salınmış tibb qəsəbələr müəssisələri nin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) 1 2 3 4 5 6 7 2 Mancanaq 150 250 50 30 50 dəzgahı ilə istismar olunan və basqı quyuları 3 Ləğv 75 125 25 15 25 olunmuş quyular
Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:
Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiya şikayətləri əsaslıdır. Işdən görünür ki, hazırkı inzibati mübahisə, "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport" əsasında iddiaçının mərhum atasına verilmiş fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin ona məxsus olması haqqında arayışın verilməsi ilə bağlıdır. Cavabdehin iddiaçıya verdiyi imtinanın səbəbi bu olmuşdur ki, sözügedən fərdi yaşayış evi və torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCARın daimi istifadəsində olmuş ərazilərin, hal-hazırda Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən, üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 145052 (5 metr), 145001 (34 metr), 232511 (46 metr) və 235002 (57 metr) nömrəli ləğv olunmuş quyuların mühafizə zonası daxilində yerləşir. Üçüncü şəxslər də apellyasiya şikayətlərində eyni dəlillərə istinad etmişlər. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi "Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport" bugünədək ləğv edilmədiyinə görə torpaq sahəsinin Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) ərazisi daxilində yerləşməsi və sahədə ləğv edilmiş neft quyularının olması iddiaçının mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Budan başqa, pasport və faktiki vəziyyət arasında iddiaçının məsuliyyət sferası ilə əlaqədar olmayan konfiqurasiya, perimetrik uyğunsuzluqlar iddianın təminini istisna etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli qərarına, eləcə də ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il taixli *** nömrəli Fərmanının 2-ci hissəsinə istinad etməyi məqsədə müvafiq hesab edir. Iddiaçının təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki Inventarlaşdırma Bürosu tərəfindən 1964-cü ildə verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport"dan görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-2 korpus 92 ev *** nömrəli ünvanda iddiaçının atası X3 tərəfindən 1955-ci ildə fərdi yaşayış evi tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il taixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 1.11-ci bəndinə görə, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi nəzərdə tutulmuşdur. Lakin göstərilən Fərmanın 2-ci hissəsində bunun bir şərti də göstərilmişdir. Fərmanın həmin hissəsinə görə, göstərilən sənəd daşınmaz əmlaka hüququn qeydiyyata alınması üçün o halda əsas verir ki, göstərilən daşınmaz əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməmiş olsun. Hazırkı işdən görünür ki, həyətyanı torpaq sahəsinin iddiaçının atasına ayrılması barədə sənəd mövcud olmadığı üçün torpağın ayrıldığı vaxtı müəyyən etmək mümkün olmasa da, fərdi yaşayış evi 1955-ci ildə inşa edilmişdir. üçüncü şəxs2 təqdim etdiyi xəritə və məktublarında göstərilmişdir ki, həmin torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, torpaq sahəsinin 5 metrlik məsafəsində ****** nömrəli, 34 metrlik məsafəsində ****** nömrəli, 46 metrlik məsafəsində ****** nömrəli və 57 metrlik məsafəsində ****** nömrəli ləğv olunmuş neft-qaz quyuları mövcuddur. Istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli cavab məktubunda əlavə olaraq göstərilmişdir ki, həyətyanı torpaq sahəsi ****** nömrəli (istismara verildiyi tarix: 1917-ci il) ləğv olunmuş neftqaz quyusunun 34 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** nömrəli (istismara verildiyi tarix: 1928-ci il) işlək neft-qaz quyusunun 5 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** nömrəli (istismara verildiyi tarix: 1982-ci il) işlək neft-qaz quyusunun 46 metrlik məsafəsində, ****** nömrəli ləğv olunmuş neft-qaz quyusunun isə 57 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli qərarının 2-ci bəndində mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında mühafizə zonası ən azı 150 metr, 3-cü bəndində isə ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası ən azı 75 metr olması müəyyən edilmişdir. Lakin iddiaçının hüququnun qeydiyyata alınmasını tələb etdiyi fərdi yaşayış evi ləğv olunmuş bir neftqaz quyusunun 34 metr məsafəsində, ləğv olunmuş digər neft-qaz quyusunun 57 metr məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan işlək bir neft-qaz quyusunun 5 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan işlək digər neft-qaz quyusunun 46 metrlik məsafəsində yerləşir və evlə quyular arasında olan məsafə qeyd edilən qaydalardakı parametrlərə cavab vermir. Fərdi yaşayış evi ilə həm ləğv olunmuş quyular, həm də mancanaq dəzgahı ilə istismar olunan işlək quyular arasındakı məsafə qaydalarda müəyyən edilmiş məsafələrdən azdır. Məhkəmə kollegiyası bildirir ki, ləğv olunmuş quyuların mühafizə zonasında məskunlaşmaq orada yaşayan şəxslərin sağlamlığına ciddi təhdid yaradır. Təsadüfi deyil ki, qanunverici "Texniki təhlükəsizlik haqqında" Qanunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarında neft-qaz hasilatı sənayesini əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid etmişdir. Belə mühafizə zonasının müəyyən edilməsi əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının atasının inşa etdiyi fərdi yaşayış evi həm ləğv olunmuş, həm də mancanaq dəzgahı ilə istismar olunan işlək quyuların mühafizə zonasında yerləşdiyindən məhz həmin fərdi yaşayış evində yaşayan və yaşayacaq şəxslərin sağlamlıqlarının, eləcə də ətraf mühitin mühafizəsinin təmini üçün mülkiyyət hüququ qeydiyyata alına bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi Texniki Inventarlaşdırma Bürosu tərəfindən 1964-cü ildə verilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport" iddianın torpaq sahəsi ilə bağlı hissəsinin də təmin olunmasına əsas vermir. Belə ki, torpaq sahəsinin iddiaçının atasına ayrıldığı tarixi təsdiq edən sənəd mövcud olmasa da, fərdi yaşayış evi 1955-ci ildə inşa edildiyinə görə, torpaq sahəsinin də məhz həmin vaxt ayrıldığı qəbul olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yuxarıda qeyd olunan məktubundan isə göründüyü kimi, torpaq sahəsinin yaxınlığında olan quyulardan biri 1917-ci ildə, digəri 1928ci ildə istismara verilmişdir. Deməli, torpaq sahəsinə hüququn əmələ gəldiyi anda həmin torpaq sahəsi neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmişdir. Bu isə torpaq sahəsinə münasibətdə ""Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın 1.11-ci bəndinin tətbiq olunmasını istisna edir. Eyni zamanda, kollegiya bunu ayrıca qeyd etməyi zəruri hesab edir ki, göstərilən fərdi yaşayış evi və torpaq sahəsi ilə sərhəd qonşuluqda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş başqa heç bir daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəbdən iddiaçıya münasibətdə bərabərlik prinsipinin tətbiqi də müzakirə mövzusu deyil. Beləliklə, məhkəmə kollegiyası sadalanan hallara əsaslanaraq bu qənaətə gəldi ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də apellyasiya şikayətləri təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul olunmaqla iddia rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və üçüncü şəxs üçüncü şəxs1 şirkəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin və yeni qərar qəbul olunsun. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh qarşı "Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Mədən-2 korpus 92 ev *** nömrəli ünvanda yerləşən, ümumi sahəsi 60,4 kv.m, yaşayış sahəsi 44,3 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi 733 kv.m torpaq sahəsinin üzərində mülkiyyət hüququnun X3 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası rədd edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.