Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-468/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X7- Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin 24.07.2018-ci il tarixli 312 saylı sərəncamının və həmin sərəncama əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanın birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Ona məxsus mənzilin eyvanının qarşısında Mustafayev Fərasət tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş və hazırda həmin qeyri-yaşayış sahəsinin fəaliyyəti nəticəsində onun qanunla qorunan hüquq və maraqları pozulmuşdur. Hesab edir ki, həmin qeyri-yaşayış sahəsinin Mustafayev Fərasətin adına rəsmiləşdirilməsinə əsas olmuş sərəncam və həmin sərəncam əsasında aparılmış qeydiyyat ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1634/2020 saylı 18 mart 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olmamışdır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Qərardaddan narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1347/2020 saylı 27 iyul 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin təmin edilərək, 18 mart 2020-ci il tarixli qərardadın ləğv edilməsi və inzibati işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olub-olmamasını araşdırmamışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1964/2020 saylı 21.10.2020-ci il tarixli qərarı ilə kasasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1347/2020 saylı 27 iyul 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra işə yenidən birinci instansiya qaydasında baxılarkən iddiaçı tələbini dəqiqləşdirərək məhkəmədən Bakı şəhəri Cavabdehin 312 saylı 24.07.2018-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Cavabdeh onun müraciətini təmin etməkdən imtina etmiş və bu, onun məhkəmə müdafiəsindən istifadə etmək hüququnun pozulması ilə nəticələnmişdir. Bakı İnzibati Məhkəməsi işə baxan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmiş, işin hallarını tam, hərtərəfli araşdırmamış və səhv nəticəyə gələrkən onun iddia ərizəsini təmin etməmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxmamış iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nın Bakı Ərazi İdarəsinin verdiyi Seriya RX 143670 nömrəli çıxarışa əsaslanaraq qanunsuz qərar qəbul etmişdir. X1 adına AR Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin Bakı Ərazi İdarəsinin verdiyi Seriya RX 143670 nömrəli çıxarışda istifadə etdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir. Çıxarışda göstərilmiş torpaq sahəsinin təyinatı -sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqdır. Dövlətə məxsus torpaqlarda hər hansı bir tikinti işləri aparılması uçün mütləq həmin torpaq dövlət tərəfindən vətəndaşların mülkiyyətinə verilməsi barədə sərəncam olmalıdır. Torpaqların kateqoriyalarına aid edilməsi və bir kateqoriyadan digərlərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu ıl tarixli Fərmanının 2-ci bəndinə əsasən müvafiq icra hakimiyəti orqanının səlahiyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Lakin iş materiallarından görünür ki, Bakı şəhər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanının 2-ci bəndini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətlərindən istifadə edərək, mübahisəli torpaq sahəsini bir kateqoriyadan digərinə keçirilməsinə və qeyri-yaşayış sahəsinin guya mövcud vəziyyətdə olduğundan sənədləşdirilməsinə icazə verilmişdir. Nəticədə, təyinatlı torpaq sahəsinin üzərində özbaşına bir gecədə tikilmiş geyriyaşıyış sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. İşdə olan sənədlərdən müəyyən edilir ki, mübahisəli torpaq sahəsinin statusu sənaye, nəqliyyat, rabitə müdafiə təyinatlı torpaqdır. Azərbaycan Respublikasının qanunvericiliyində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi və yaxuq onun üzərinə hər hansı bir tikinti işlərinin aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bakı şəhər Cavabdehin 24 iyul 2018-ci il tarixli 312 nömrəli sərəncamından görünür ki, Koroğlu küçəsi 2 “V" saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsinin mövcüd vəziyyətə vətəndaş F.H. Mustafayevin adına sənədləşdirilməsinə icazə verilmişdir. Qeyd etmək istəyir ki, həmin qeyri-yaşayış sahəsi dövlətə məxsus torpaq sahəsinin üzərində balkonun qarşısında olan ağacların kəsilməsi, yaşıllıq qazonunun məhv edilməsi, hamı üçün həmin torpaq sahəsinə daxil olmaq qadağan edilməsi, bir gecədə 24 kv.m. olan sahəsini inşa edilməsi nəticəsində Bakı şəhər Cavabdeh F.H.Mustafayevin adına sənədləşdirilməsinə nail olmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, nə məhkəmənin qərarında, nə də ekspert rəyində mübahisələndirilən sərəncamda nə əsasında X2 adına qeydə alınmış ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cavabdehin 36 saylı Mənzil-İstismar Sahəsinin tərtib etdiyi plan-sxemində göstərilmiş 73.32 kv.m. qeyri-yaşayış sahəsinin əvəzinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən onun adına 91,6 kv. m. qeyri-yaşayış sahəsi rəsmiləşdirilmişdir. Belə olan halda müəyyən etmək olar ki, qeyri -yaşayış sahəsi mövcud vəziyyətdə olmamışdır. Yazdığı müraciətlər əsasında (X13 Aktı 26 07 2019-cu il, AR Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Aqentliyi 01 aprel 2019-cu il tarixli 37/34-01526 nömrəli məktub) C.Q Qasımova tərəfindən qanunsuz tikilmiş 15 kvm olan sahəsi sökülmüşdür və hal hazirda C.Q.Qasımovaya məxsus qeyri- yaşayış sahəsinin ölçüsü 20,7 kv.m. təşkil edir. Lakin Bakı İnzibati Məhkəməsinin qərarının təsviri hissəsində qeyd edilir ki, Cavabdehin Başçısının 23.07.2018-ci il tarixli 307 nömrəli sərəncamı ilə C.Q.Qasımovanın adına 35,67 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi tikilişi mövcud vəziyyətdə sənədləşdirilmişdir. Bu barədə qanunsuz tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi barədə məhkəmə materiallarında aktlar mövcud olduğu halda məhkəmə buna qiymət verməmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən vətəndaş hər hansı bir tikinti aparılması üçün yalnız onun mülkiyyətində olan torpaq sahəsinin üzərində tikililərin aparılması qanunda nəzərdə tutulmuşdur. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarıın ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 27.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış 3-cü şəxs X4 məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmənin iştirakçıları hazırki işə 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxs X2 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə proseslərində iştirak etmiş 3-cü şəxs X2 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İs materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının 68 saylı 14 fevral 2007-ci il tarixli Sərəncamından müəyən olunur ki, K.Rəhimov küçəsi 22 saylı evin 132 nömrəli mənzilində yaşayan vətəndaş X8 ərizə ilə Cavabdehə müraciət edərək, K.Rəhimov küçəsi 2 B saylı binanın arxasında yerləşən, uzun müddət istifadə etdiyi daş qarajın öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (RMKTB-nin 07.01.2007-ci il tarixli x/o-55 saylı arayışı və 36 saylı MKİS-nin tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, K.Rəhimov küçəsi 2 B saylı binanın arxasında yerləşən, sahəsi 24,0 kv. metr olan daş qarajdan vətəndaş S.Ə.Cəfərova uzun müddətdir ki, istifadə edir və istismar yığımı haqqını mütəmadi ödəyir. Göstərilənlərə istinad edilərək aşağıdakılar qərara alınmışdır: 1) K.Rəhimov küçəsi 2 B saylı binanın arxasında yerləşən, sahəsi 24,0 kv.m. olan daş qarajın K.Rəhimov küçəsi 22 saylı evin, 132 №-li mənzilində yaşayan vətəndaş S.Ə.Cəfərovanın adına sənədləşdirilməsinə icazə verilsin. 2) Vətəndaş S.Ə.Cəfərovaya xəbərdarlıq edilsin ki, tikinti və abadlıq işləri ilə əlaqədar lazım gəldikdə qaraj sökülə bilər. 30/3797 saylı 17.07.1992-ci il tarixli qeydiyyat vəsiqəsindən və **********63-05301- 093015 reyestr nömrəli 31.08.2009-cu il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, ünvan 9 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh Başçısının 312 saylı 24.07.2018-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi 2 B saylı evin arxasında yerləşən qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun, mövcud vəziyyətdə X2 adına sənədləşdirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin RX seriyalı ******* №-li, 18.12.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən sahəsi 91,6 kv.m. olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Komitəsi Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Cavabdeh Başçısına ünvanladığı 12.03.2019-cu il tarixli 03-Bi/126 №-li məktubundan müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.12.2018-ci il tarixli çıxarışına əsasən ünvan 7 ünvanda istifadə olan 0,01052 ha torpaq sahəsində yerləşən 91,6 kv.m-lik qeyri-yaşayış binası vətəndaş X2 mülkiyyətindədir. Cavabdeh Başçısının 12.04.2007-ci il tarixli 200 nömrəli sərəncamı ilə K.Rəhimov küçəsi 2B nömrəli binanın həyətində yerləşən həmin tikiliyə bitişik 18 kv. m. sahəsi olan dəmir qaraj 40-cı mənzildə yaşayan vətəndaş A.M.Qafarovun adına, Cavabdeh Başçısının 23.07.2018-ci il tarixli 307 nömrəli sərəncamı ilə isə həmin qaraja bitişik 35,67 kv.m. sahəsi olan qeyri-yaşayış tikilisi mövcud vəziyyətdə vətəndaş C.Q.Qasımovanın adına sənədləşdirilmişdir. Əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən olunmuşdur ki, Koroğlu Rəhimov küçəsi 2B nömrəli binanın həyətindəki dəmir qarajın təyinatı dəyişdirilməklə hazırda meyvə tərəvəz dükanı kimi istifadə olunur. Göstərilən ünvanda yeni tikinti aparılması və ya tikintiyə hazırlıq işləri görülməsi faktı aşkar edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Cavabdehə ünvanladığı 01 aprel 2019-cu il tarixli 37/34-01526 №-li məktubunda qeyd olunur ki, ünvan 9 ünvanda yaşayan vətəndaş İddiaçı yaşadıqları binaya bitişik həyətyani sahəsi hasara almaqla zəbt edərək qaraj tikilməsi və avtoyuma məntəqəsinin fəaliyyət göstərməsindən narazılığı barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı 26.02.2019-cu il tarixli müraciət mütəxəssisləri tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı müraciətdə göstərilən faktlar təsdiqni tapmışdır. Qeyd olunanları nəzərə alaraq səlahiyyətləri daxilində müvafiq tədbirlər görülməsini və Agentliyin məlumatlandırılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş 03.09.2021-ci il tarixli 10/20288 saylı ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 14367770 №li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən çıxarışa əsasən 18.12.2018-ci il tarixdə **********6 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X2 adına qeydə alınmış ünvan 10 ünvanında istifadə olunan 0,01052 ha torpaq sahəsində yerləşən 91,6 kv. metr qeyriyaşayış binası ilə İddiaçı məxsus ünvan 11 ünvanının birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzil (mənzilin eyvanı) arasında məsafə 11,8 metr təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX serialı 14367770 №-li Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 18.12.2018-ci il tarixdə **********6 qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X2 adına qeydə alınmış ünvan 10 ünvanında istifadə olunan 0,01052 ha torpaq sahəsində yerləşən 91,6 kv. metr qeyri-yaşayış binasının Şəhərsalma tikinti norma və qaydalarına uyğun inşa olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX serialı 14367770 №-li Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 18.12.2018-ci il tarixdə **********6 qeydiyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə iş üzrə üçüncü şəxs X2 adına qeydə alınmış ünvan 10 ünvanında istifadə olunan 0,01052 ha torpaq sahəsində yerləşən 91,6 kv. metr qeyri-yaşayış biası ilə İddiaçı məxsus ünvan 12 ünvanının birinci mərtəbəsində yerləşən 29 saylı mənzilin sakinlərinin həmin mənzildən istifadəsinə hər hansı maneələrin yaratmadığı müəyyən edilmişdir. Bu səbəbdən işə baxan birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında göstərilən əsaslarla iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, yuxarıda da qeyd olunduğu kimi, işə birinci instansiya qaydasında təkrar baxılarkən iddiaçı iddia tələbini dəyişdirərək, cavabdeh İcra Hakimiyyətinin qəbul etdiyi 312 saylı 24.07.2018-ci il tarixli sərəncamın ləğv edilməsini tələb etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının “sərəncamın ləğvi” tələbinin mümkünlüyünü tam yoxlamadan həmin iddiaya mahiyyəti üzrə baxaraq onu rədd etmişdir. Halbuki işə bundan əvvəl apellyasiya qaydasında baxmış məhkəmənin mövqeyi belə olmuşdu ki, birinci instansiya məhkəməsinin iddiaçının sadalanan qanunvericilik aktlarında təsbit edilmiş hüquqlarının olub-olmamasını və məhz bu kontekstdə onun Konstitusiya Məhkəməsinin 30.07.2008-ci il tarixli Qərarında şərhi verilən müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmadan mübahisəyə mahiyyəti üzrə baxılmasından imtina etməsi iddiaçının məhkəmə müdafiəsindən istifadə etmək hüququnun pozulması ilə nəticələnmişdir. Həmin qərardada kassasiya qaydasında baxılarkən göstərilmişdi ki, apellyasiya instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olması nəticəsinə gəlməmiş, yalnız onun belə hüquqa malik olmasını müəyyən etmək üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etmişdir. Yəni, apellyasiya instansiya məhkəməsi hesab etmişdi ki, iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsi və “Ətraf mühitin mahafizəsi haqqında” Qanunun 6-cı maddəsinin işığında araşdırılmamışdır. Buna baxmayaraq işə yenidən baxan birinci instansiya məhkəməsi yuxarı instansiya məhkəmələrinin iş üzrə hüquqi mövqeyini nəzərə almadan, ekspert qarşısında iddiaçının subyektiv hüququnun pozulması kimi qəbul edilə biləcək halların araşdırılması məqsədilə daha müvafiq sualları (məsələn: sərəncam verilən obyektin iddiaçının evinə işıq düşməsinin qarşısını alması, səs-küy yaratması və s.) qoymamış və tələsik iddianın mümkün sayılması qənaətinə gəlmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə rədd edilməsi qənaətinə gələrkən iddiaçının tələbinin hüquqi əsası kimi nəyə istinad etdiyinə düzgün qiymət verməmişdir. Belə ki, iddia tələbi “sərəncamın ləğvi” ilə bağlı olsa da, iddiaçı tələbinin hüquqi əsası kimi İcra Hakimiyyəti başçısının belə sərəncam qəbul etməkdə səlahiyyətli olmadığına istinad etmişdir. Məhkəmə isə iddiaçının bu dəlilinin inzibati aktın ləğvi üçün deyil, onun etibarsızlığı üçün əsas yaratdığını, yəni “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan əsaslardan birinə (“səlahiyyətli olmama” əsasına) uyğun olduğunu nəzərə almamışdır. Belə olan halda məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə tələbinin hüquqi əsası kimi çıxış edən dəlilə uyğun olaraq “sərəncamın etibarsızlığı” ilə bağlı tələbini dəqiqləşdirməyi təklif edə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İşin apellyasiya baxışı zamanı iddiaçının hüquqi marağının hüquqlarını pozan inzibati aktın etibarsız hesab edilməsindən ibarət olduğu nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən ona hüquqi yardım göstərilmiş və cavabdehin qəbul etdiyi sərəncamın etibarsız sayılması ilə bağlı tələbini dəqiqləşdirmək təklif olunmuşdur. Bununla bağlı 25 aprel 2022-ci il tarixdə iddiaçı “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə ilə məhkəmə müraciət edilərək, “Bakı şəhəri Cavabdehin 312 saylı 24.07.2018-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının “sərəncamın etibarsız hesab edilməsi” barədə tələbinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığını, ümumiyyətlə bu tələbin də yuxarıda göstərilən meyarlarla mümkünlüyünün yoxlanılmalı olduğunu nəzərə alaraq hesab edir ki, inzibati iş yeni tələbə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı və işə təkrar baxılarkən məhkəmə bu iş üzrə yuxarı instansiya məhkəmələrinin aktlarında olan hüquqi mövqeyə uyğun araşdırma apararaq müvafiq qərar (və ya qərardad) qəbul etməlidir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 04.10.2021-ci il tarixli qərar ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-299/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-468/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-468/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver