Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4680/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilin verilməsinə dair tibbi göstəriş verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9116/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:
1. İddiaçı aid xx.xx.2020-ci il tarixli, xxxxxxx0008 saylı qiymətləndirmə nəticəsindən görünür ki, X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrıayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G56 - Yuxarı ətrafın mononevropatiyası => G56.8 - Yuxarı ətrafın digər mononev...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərinin protruziyaları. C2-C7 və L1-S1 səviyyəsinin Şmorl yırtıqları. Boyun osteoxondrozu, kökcük ağrılarla. L2-L3, L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərinin protruziyaları. Somatoform pozuntular. Sağtərəfli qonartroz İ dərəcə. Dissosiativ (konversion) pozuntular. NSD, qarışıq tip. Arterial hipertenziya İİ mərhələ. Xroniki faringit.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);
2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və X2-sosial Ekspert Komissiyasının 09 oktyabr 2020ci il tarixli xxxxxxx0008 nömrəli qərarına əsasən iddiaçıya xx.xx.2020-ci il tarixdən Əlilliyin müəyyən edilməsi meyarının 2.3-cü bəndinə (=> 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi(G83.0,G83.2)) əsasən üçüncü dərəcə əlillik təyin olunmuşdur.
3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 17-11/2-A-541/2025 saylı məktubdan görünür ki, Əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinizə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bakı Apellyasiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, 2- 1 (103)-633/2024 nömrəli qərarı icra edilərək, sizə xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir.
4. xx.xx.2025-ci il tarixli, xxxxxxx0009 saylı “Avtomobil müayinələrinin nəticələri”ndən görünür ki, Diaqnozun mətni: "Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı Şmorle düyünləri [yırtıqları], C2-C7 və L1-S1 səviyyəsində Şmorl yırtıqları. Başqa rubrikalarda təsnif olunmayan ağrı, S-vari skalioz. Ağrı sindromu ilə”; TSEK-in əlavə diaqnozu: "Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır- Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı Şmorle düyünləri [yırtıqları], C2-C7 və L1-S1 səviyyəsində Şmorl yırtıqları. Başqa rubrikalarda təsnif olunmayan ağrı, S-vari skalioz. Ağrı sindromu ilə." Xidməti məktub № 3-17-4/3-1-5141/2025; Əlavə müayinələrin nəticələri: "Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4- C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı Şmorle düyünləri [yırtıqları], C2-C7 və L1-S1 səviyyəsində Şmorl yırtıqları. Başqa rubrikalarda təsnif olunmayan ağrı, S-vari skalioz. Ağrı sindromu ilə."; Avtomobil və motorlu arabanın verilməsi üçün əsas: Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslər; Reabilitasiya vasitəsi: Avtomobil..
5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Xidmətinin 501 nömrəli qərarına əsasən iddiaçıya avtomobil və motorlu araba ilə təmin edilməsindən imtina edilmişdir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, minik avtomobili ilə təmin olunması öhdəliyinin Agentliyə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, onun xx.xx.2020-ci il tarixdən minik avtomobili ilə təmin olunması öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərinin protruziyalan, C2-C7 va Ll-Sl səviyyəsinin Şmorl yırtıqlan, boyun osteoxondrozu, kökcük ağrılarla. 12-13, 13-14, 14-15, 15-51 fəqərəorası disklərinin protruziyalan, somatoform pozuntular, sağtərəfli qonartroz İ dərəcə, dissosiativ (konversion) pozuntular, NSD, qarışıq tip, arterial hipertenziya İİ mərhələ, xroniki foringit sağlamlıq problemlərindən əziyyət çəkir. Ona xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2025-ci il tarixinədək) üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. Əlilliyini əsas götürərək o, cavabdeh inzibati orqan Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə minik avtomobili ilə təmin edilməsi məqsədilə müraciət etmişdir. Lakin, cavabdeh orqan xx.xx.2025-ci tarixli imtina qərarı ilə müraciətə heç bir əsas göstərilmədən imtina edilmişdir. İnzibati orqan tərəfindən verilən qərar, yalnız qanuna uyğunluq və əsaslandırma ilə qəbul edilməlidir. İmtina qərarında heç bir əsas qeyd edilməmişdir. Bu, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş tələblərinə ziddir.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrıayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G56 - Yuxarı ətrafın mononevropatiyası => G56.8 - Yuxarı ətrafın digər mononev...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərinin protruziyaları. C2-C7 və L1-S1 səviyyəsinin Şmorl yırtıqları. Boyun osteoxondrozu, kökcük ağrılarla. L2-L3, L3- L4, L4-L5, L5-S1 fəqərəarası disklərinin protruziyaları. Somatoform pozuntular. Sağtərəfli qonartroz İ dərəcə. Dissosiativ (konversion) pozuntular. NSD, qarışıq tip. Arterial hipertenziya İİ mərhələ. Xroniki faringit.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2);;” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçının “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2025-ci il tarixli müayinə aktı əsasında baxılmış və Diaqnozun mətni: "Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı Şmorle düyünləri [yırtıqları], C2-C7 və L1-S1 səviyyəsində Şmorl yırtıqları. Başqa rubrikalarda təsnif olunmayan ağrı, Svari skalioz. Ağrı sindromu ilə."; Tsekin əlavə diaqnozu: "Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun radikulopatiyası. C3-C4,C4-C5,C5-C6,C6-C7 fəqərəarası disklərdə protruziyalar.Boyun osteoxondrozu. Kökcük ağrılarla (Hərbi travmadır-Mərkəzi Hərbi Həkim komissiyasının xx.xx.2019-cu il 498 saylı qərarı Şmorle düyünləri [yırtıqları], C2-C7 və L1-S1 səviyyəsində Şmorl yırtıqları. Başqa rubrikalarda təsnif olunmayan ağrı, S-vari skalioz. Ağrı sindromu ilə.”; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MEİS-dəki növbəlilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. 3.6. Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. 3.7. Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. 3.8. Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. 3.13. Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. 3.16. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 57 qrafasına əsasən aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oynağının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-9116/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
10. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
Apellyasiya şikayətinin dəlilləri:
11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əlilliyini əsas götürərək iddiaçı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Ekspertiza Mərkəzinə minik avtomobili ilə təmin edilməsi məqsədilə müraciət etmişdir. Lakin, cavabdeh orqan xx.xx.2025-ci tarixli imtina qərarı ilə müraciətə heç bir əsas göstərilmədən imtina edilmişdir. İnzibati orqan tərəfindən verilən qərar, yalnız qanuna uyğunluq və əsaslandırma ilə qəbul edilməlidir. İmtina qərarında heç bir əsas qeyd edilməmişdir. Bu, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin iş üzrə qərarı, istər tərəflərin qarşılıqlı münasibətlərinə, istərsə də iş üzrə tətbiq edilmiş maddi və prosessual hüquq normalarının düzgünlüyünə münasibətdə əsaslı, adekvat sayıla bilməz. Halbuki, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxs tərəfindən verilmiş arayışlarda, həm müxtəlif səhiyyə müəssisələrinin verdiyi müayinə sənədlərində (mrt. Ekg). həm də ekspert rəyi ilə M50.1, R52, M43.0, M50.3. M51.4, R52, M19.8. M51.8. G90.8. F45, 110, J31.2, F44, J42, G44.8, M17.0, G54.1, H.90, İ20 kodlu xəstəliklərin (ağırlaşmış formaları) məndə mövcudluğu öz təsdiqini tapmışdır. Avtomobil verilməsinə əsas sayılan xəstəliklər sırasında yer alan onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları, onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan lll-İV dərəcəli əyilmələr kimi xəstəliklər məndə mövcud olan xəstəliklərə aiddir. Bu barədə travmatologiya və ortopediya institutunun 04 fevral 2022-ci il tarixli arayışında da qeyd olunur. Yuxarıda qeyd etdiyi faktlar artıq özünün qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də (Bakı AMİK-nın 2-1()103)-633/2024 №-li, xx.xx.2024-cü il tarixli qərarı) təsdiq olunub. Məhz yuxarıda qeyd etdiyi apellyasiya şikayətinin dəlilləri Bakı İnzibati Məhkəməsinin tələbi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(112)-9116/2025 nömrəli qərarının əsassız olduğunu deməyə əsas verir.
Tərəflərin izahatları
12. 16 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.3. Şəxs “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığortalanmış olduğu hallarda, bu Qaydaya uyğun olaraq dövlət büdcəsi hesabına təmin edilən reabilitasiya vasitələri istisna olmaqla, digər reabilitasiya vasitələri ilə həmin Qanunda nəzərdə tutulmuş qaydada təmin edilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X4 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 4.1. Bu Qaydanın müddəalarının pozulmasından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
15. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” adlı Əlavəsi
6. Aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ- İV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
19. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia “məcburetmə haqqında” iddia növünə aid olub, iddiaçı iddia qaldırmamışdan əvvəl hazırki tələblə bağlı cavabdeh quruma müraciət etmiş, lakin ona imtina verildiyi üçün həmin vaxtdan qanunla müəyyən edilmiş müddət daxilində məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan iddia mümkündür.
20. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi onun xx.xx.2020-ci il tarixdən minik avtomobili ilə təmin olunması öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının əlilliyinin müəyyən olunmasına əsas olan diaqnoz (xəstəlik) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən ona minik avtomobilinin verilməsi üçün əsas yaratmır.”
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
22. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. C3-C4, C4-C5, C5-C6, C6-C7 fəqərəarası disklərinin protruziyaları. C2-C7 və L1-S1 səviyyəsinin Şmorl yırtıqları. Boyun osteoxondrozu, kökcük ağrılarla. L2-L3, L3-L4, L4-L5, L5-S1 fəqərəarası disklərinin protruziyaları. Somatoform pozuntular. Sağtərəfli qonartroz İ dərəcə. Dissosiativ (konversion) pozuntular. NSD, qarışıq tip. Arterial hipertenziya İİ mərhələ. Xroniki faringit.” diaqnozu qoyulmuş və 5 il müddətinə İİİ dərəcəli əlillik təyin olunmuşdur.
23. Qeyd olunan xəstəliklər ““Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri” adlı Əlavəsində nəzərdə tutulmuş tibbi göstərişin verilməsi üçün əsas olan xəstəliklərə aid deyildir.
24. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan xəstəlik ona minik avtomobili verilməsi üçün tibbi göstərişi olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin imtinasını əsaslı hesab edərək iddia tələbini təmin etməmişdir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
26. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-9116/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9116/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev