Məhkəmə qərarları › İş №2-1(103)-469/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-469/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-469/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2022-ci tarixli Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması haqqında aktdan görünür ki, iddiaçıya məxsus obyektdə nağd qaydada ödəniş edilməsinə baxmayaraq çekin vurulmadığı müşahidə edilmişdir. Yayındırılmış çekin NKAya bərpa edilməsi, NKA-nın saatının real vaxtı əks etdirmədiyi də qeyd edilərək, bərpa çeki və X hesabatı akta əlavə edilmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, iddiaçı heç bir səbəb göstərmədən aktı imza etməkdən və aktın bir nüsxəsini almaqdan imtina etmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3217 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğinin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin nəticəsi barədə digər 04 may 2022-ci il tarixli aktdan görünür ki, 4 nəfər işə cəlb edilmiş şəxsdən 3 nəfər fiziki şəxslə iddiaçı əmək müqaviləsi bağlamamışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3237 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X17 tərəfindən İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022 tarixli 006014 №-li akt(lar)ına, eləcə də vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən etmişdir ki, Bakı şəhəri X18 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il larixli **********3940 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən operativ vergi nəzarəti tədbiri təyin olunmuş, vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçının (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən “Çinar kokoreç" adlı kafesində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 2 (iki) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər onlarla əmək və ya xidmət müqaviləsinin bağlanmadığını etiraf etmişlər. 1 (bir) nəfər fiziki şəxs heç bir əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. Bununla da fərdi sahibkar İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozduğundan Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışıdır. Həmin qərarlardan iddiaçı subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciət edərək inzibati şikayət vermiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli **********608400 saylı qərarından görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2022-ci il tarixli inzibati şikayəti təmin edilməyərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 006014 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********3237 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı cavabdeh Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3217 saylı və xx.xx.2022-ci il tarixli **********3237 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, operativ vergi nəzarəti qaydasında iddiaçının istifadəsində olan kafedə 3 nəfər fiziki şəxsin əmək müqaviləsi olmadan xidmətə cəlb edilməsi və nəzarət-kassa aparatının açıq olmamasının müəyyən edilməsi ilə bağlı məsuliyyətə cəlb edilmə barədə qərarlar qəbul edilmişdir. İddiaçı hesab edir ki, həmin qərarlar əsassızdır. Belə ki, məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi elektron sistemdə yaranmış problemlə bağlı olmuş, bununla bağlı müraciət də etmiş, lakin həmin problemin həlli mümkün olmamışdır. Bununla bağlı, hətta yazılı ərizə ilə də X12 25 aprel 2022-ci il tarixdə müraciət edilmiş, lakin problem yenə də həll edilməmişdir. Müraciət olunan tarixdən təxminən 10 gün ərzində isə X14 Xidmətinin əməkdaşları tərəfindən problem aradan qaldırılmışdır ki, həmin halın aradan qaldırılmasından 30 dəqiqə öncə vergi orqanının əməkdaşları obyektə yaxınlaşaraq əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməməsi səbəbindən məsuliyyətə cəlb edilmə barədə qərar qəbul etmişdir. Halbuki, müqavilələrin daxil edilə bilməməsi onun təqsiri səbəbindən yox, elektron sistemdə yaranmış problemlə bağlı olmuşdur. Bundan əlavə, nağd pul hesablaşmalarının aparılma qaydalarına riayət olunmaması ilə bağlı da akt tərtib edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, 3 nəfərdən biri olan X7 ümumiyyətlə onun işçisi olmamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, vergi nəzarət tədbiri zamanı 3 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması ilə bağlı pozuntuların müəyyən edilməsi ilə bağlı akt da tərtib edilərək həmin səbəbdən məsuliyyətə cəlb edilməsi barədə qərar da qəbul edilmişdir. Cavabdeh hesab edir ki, iddiaçının elektron sistemdə xətaya əsaslanaraq əmək qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinin bağlanılmamasına istinad etməsi əsassızdır. Eyni zamanda, cavabdeh qeyd edir ki, pul hesablaşmalarının pozulması halı ilə bağlı qərarın ləğv edilməsinin zəruriliyi ümumiyyətlə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyun 2022-ci il tarixli **********3237 saylı qərarın ləğv edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3237 və **********3217 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarılarına əsasən fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 59 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2022-ci il tarixli DVX seriyalı 006014 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən heç bir əsas göstərmədən imzalanmaqdan və bir nüsxəsinin qəbul olunmasından imtina edildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********3237 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 6000 (altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********716500 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16.03.07-də oxunduğu müəyyən edilmişdir. O cümlədən fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək xx.xx.2022-ci il tarixli DVX seriyalı 013921 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən heç bir əsas göstərmədən imzalanmaqdan və bir nüsxəsinin qəbul olunmasından imtina edildiyi müəyyən olunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2022-ci il tarixli **********3217 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2022-ci il tarixli **********705100 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə saat 16:35:56-də oxunduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qərarın ləğvi ilə əlaqədar vergi orqanı tərəfindən inzibati icraat aparılmışdır. İddiaçı inzibati icraat çərçivəsində verdiyi izahatda 2022-ci ilin aprel ayının 5-də vergi orqanının işçisi İsmayıl adlı şəxsin onun xəbərdarlıq edərək yeni-nəsil nəzarət kassa quraşdırılmalı olduğunu və iki nəfər yeni işçinin qediyyata götürülməli olduğunu bildirdiyini, həmin gün yeni kassa aldığını və qeydiyyata qoyduğunu, işçilərin sənədlərini götürdüyünü, həmin sənədləri mühasibə verərək qeydiyyata alınmasını tapşırdığını, lakin sistemlə bağlı problem olduğundan işçiləri qeydiyyata qoya bilmədiyini, bu barədə vergi orqanı əməkdaşı İsmayıla bildirdiyini, onun ümumi sistem xətası olduğunu bildirdiyini, hər gün işçiləri qeydiyyata almaq üçün cəhdlər etdiyini, lakin xətanın aradan qalxmadığını, ayın 15-i 1 saylı “ASAN" xidmətə yaxınlaşaraq asan imzanın dublikatını çıxartdırıb sertifikatlaşdırdığını, 1 saylı “ASAN" xidmətdə mühasibatlıq xidmətində yenidən sınadığını, yenə eyni problemlə qarşılaşdığını, Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin 142 qaynar xəttinə müraciət etdiyini, onlar tərəfindən heç nə edə bilmədiklərini, ayin 20-nə qədər hər gün cəhd etdiyini, nəhayət bu problemi ayın 20-i videoya çəkib vergi orqanı əməkdaşı İsmayıla göndərdiyini, ən son variant kimi elektron qaydada ərizə yazdığını bildirmişdir. Lakin araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən qeyd olunan halların vergi orqanı tərəfindən tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi üçün yetərli olmadığı qənaətinə gəlinmiş, 14 iyul 2022-ci il tarixli **********608400 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan məsələlər məhkəmə araşdırmasının da predmetini təşkil etmiş, məhkəmə isə iddiaçının dəlillərini əsaslı hesab edərək VM-in 58.10-cu maddəsinin pozuntusu olaraq rəsmiləşdirilən qərarın ləğv edilməsini qərara almışdır. Birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, iddiaçı həqiqətən də 3 nəfərdən 2-si ilə əmək münasibətlərində olmuş, lakin həmin şəxslərlə əmək münasibətlərinin bağlanılmasına dair rəsmiləşdirilmə həyata keçirilməmişdir. Lakin işin faktiki halları ilə də müəyyən edilir ki, həmin rəsmiləşdirmənin aparılmaması iddiaçının təqsir sferasına aid olmyan hallarla bağlı olmuşdur. Belə ki, iddiaçı aktda adı çəkilən 2 nəfər fiziki şəxslə əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi üçün X14 Xidmətinə 25 aprel, 29 aprel və 04 may tarixlərdə müraciət etmiş, onun müraciətlərinə isə yalnız yoxlama dövründə ona maliyyə sanksiyasının tətbiq ediləcəyi barədə vəziyyət Xidmətin əməkdaşlarına iddiaçı tərəfindən məlumat verildikdən sonra müsbət cavab verilmiş, texniki problemin aradan qaldırılması həyata keçirilmişdir. Qeyd olunanlara münasibətdə bildiririk ki, məhkəmə araşdırması zamanı da operativ vergi nəzarəti nəticəsində aşkar edilmiş əmək fəaliyyətinə cəlb edilən şəxslərin həqiqətən də fərdi sahibkarla əmək münasibətlərində olması faktı təsdiqlənmişdir. Belə ki, iş materiallarında olan izahatlara əsasən işçi Rəhimov Ehtibar Hicran oğlu xx.xx.2022-ci il tarixli izahatında 2 həftədir ki, İddiaçı tərəfindən "aşbaz" vəzifəsinə işə götürüldüyünü, əmək haqqını gündəlik 20 manat olmaqla nağd şəkildə aldığını, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Digər işçi X15 da xx.xx.2022-ci il tarixli izahatında 1 həftədir ki, İddiaçı tərəfindən “xadimə” vəzifəsinə işə götürüldüyünü, aylıq əmək haqqının 300 manat təşkil etdiyini, onunla əmək və ya xidməti müqavilə bağlanmadığını bildirmişdir. Aşkar edilmiş pozuntunun törədilməsində iddiaçının təqsirinin olub-olmaması ilə bağlı isə məhkəmənin diqqətinə çatdırılır ki, sözügedən məsələ Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Operativ vergi nəzarəti zamanı aşkar edilən şəxslərə dair əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Elektron informasiya sistemində hər hansı xətanın olması əsas gətirərək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin əmək münasibətlərinə cəlb edilməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Bundan əlavə, iş materiallarından görünür ki, məhkəmə araşdırma çərçivəsində bir neçə dəfə X14 Xidmətinə müvafiq sorğularla müraciət etmiş və cavab məktubunda iddiaçının qeyd etdiyi xətanın 27 aprel 2022-ci il tarixində aradan qaldırıldığı barədə məlumat verilmişdir. İddiaçı öz ərizəsində davamlı olaraq işçilərin qeydiyyatı ilə bağlı sistemi yoxladığını bildirmiş və operativ vergi nəzarəti texniki xəta aradan qaldırıldıqdan 1 həftə sonra - xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir, bu halda işçilərin əmək müqaviləsi bildirişlərinin elektron sistemə yüklənməsi üçün kifayət qədər vaxt olduğu aşkar görünür. Birinci instansiya məhkəməsi isə problemin aradan qaldırılmasına baxmayaraq iddiaçının əməliyyatı yerinə yetirməməsi ilə bağlı təqsirinin müəyyən edilməsini zəruri hesab etməmişdir. Əvəzində isə iddiaçı tərəfindən xx.xx.2022-сi və xx.xx.2022-ci il tarixdə X14 Xidmətinə edilmiş zəngləri əsas gətirərək problemin davam etməsini bildirmişdir. Həmin zənglərin nə ilə bağlı olduğunu müəyyənləşdirmək məqsədilə səsyazmaların tələb edilməsi ilə bağlı aidiyyəti quruma sorğu edilsə də, bununla bağlı məhkəməyə hər hansı məlumat təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə öz qərarında qeyd etmişdir ki, həmin səsyazmaların iddiaçı tərəfindən mütləq qaydada təqdim edilməsi əvəzinə, iddiaçının dediyi kimi, elektron sistemdə məlumatların yerləşməsi ilə bağlı problemin 27 aprel, 29 aprel 2022-ci il tarixdə deyil, məhz 04 may 2022-ci il tarixdə aradan qaldırıldığı inandırıcı görünür. Həmçinin aktda adları qeyd olunmuş şəxslərdən 2 nəfərin operativ vergi nəzarəti tədbirindən bir neçə saat sonra, yəni xx.xx.2022-ci il tarixdə saat 23:13 və 23:20-də əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirilməsi sistemdə hər hansı çətinlik olmadığını birbaşa sübut edir. Məhkəmənin iddianın təmin edilməsi üçün nöbvəti əsası baş vermiş pozuntu ilə əlaqədar hər hansı foto və ya video material təqdim edilməməsi ilə bağlıdır. Belə ki, aşkar edilmiş 3-cü şəxs - X3 münasibətdə məhkəmə şəxsin izahatının alınmamasını, faktı təsdiqləyən hər hansı görüntü olmamasını, yalnız iddiaçının həmin şəxslə bağlı verdiyi ifadəni əsas gətirərək inzibati orqanın həmin şəxsə münasibətdə təbiq etdiyi maliyyə sanksiyasını əsassız saymışdır. Məhkəmə X2 həqiqətən həmin gündə işlə tanış olmaq üçün ora gəldiyini və ya iddiaçının işçisi olduğunu müəyyənləşdirmək məqsədilə həmin şəxsin məhkəmə araşdırmasında iştirakını təmin edə bilərdi, lakin buna ehtiyac olmadığı qənaətinə gələrək iddiaçının verdiyi izahatı yetərli hesab etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmiş olsa da, məhkəmə düzgün araşdırma aparmayaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat olunmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 31 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək ona istinad etmişdir ki, operativ vergi nəzarəti zamanı onunla əmək müqaviləsinin bağlanılmadığı aşkar olunan şəxslərin əmək müqavilə bildirişini dəfələrlə sistemə daxil etmək istəsə də, bu, sistemdə yaranmış problemlə əlaqədar mümkün olmamış, bu barədə dəfələrlə qaynar xətlə əlaqə saxlasa da, problem aradan qaldırılmamış, müfəttişlər obyektdə olarkən də sistemi yoxlamış, lakin məlumatları sistemə vurmaq mümkün olmamışdır. Odur ki, yaranmış problemdə onun təqsirinin olmadığını bildirən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə aktının elan olunması xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən qərarların ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinə qarşı tələbi “qərarların ləğv edilməsi” barədədir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh qurum tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, iddianın təmin edilmədiyi (əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə qəbul edilmiş qərarın ləğvi tələbinin rədd edildiyi) hissədə məhkəmə qərarından iddiaçı apellyasiya şikayəti vermədiyi üçün qərarın qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmır. Mübahisələndirilən inzibati aktın (3 nəfərlə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb etməyə görə qəbul edilmiş qərarın) qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Vergi Məcəlləsi vergi ödəyiciləri tərəfindən büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər, o cümlədən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlaması həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Vergi qanunvericiliyi qeyd olunan yoxlamalardan hər birinin keçirilmə şərtlərin və qaydalarını tənzimləyir. Nəzərə almaq lazımdır ki, vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə həmin yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Həmin Qaydaların 10-cu bəndi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: Həmin Qaydaların 10.1-ci bəndinə əsasən bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. Həmin Qaydaların 10.2-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. Həmin Qaydaların 10.3-cü bəndinə görə operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. Həmin Qaydaların 10.4-cü bəndinə görə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıbbağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. Həmin Qaydaların 10.5-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. Həmin Qaydaların 10.6-cı bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. Həmin Qaydaların 10.7-ci bəndinə əsasən operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. Operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır:

1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli.

2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı.

4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı.

5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli.

6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli.

7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli.

8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı.

9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı.

10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı.

11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli.

13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. Hazırki işdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”dan görünür ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. 27 aprel 2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” qərara əsasən iddiaçının obyektində operativ vergi nəzarətinin keçirilməsi və yoxlamada iştirak edəcək şəxslər müəyyən edilmişdir. 04 may 2022-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, iddiaçıya məxsus obyektdə keçirilən operativ vergi nəzarəti zamanı sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərar iddiaçıya təqdim olunmuş və şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etmək ona təklif olunduğundan tərəfindən şəxsiyyət vəsiqəsinin kserosurəti vergi müfəttişinə könüllü olaraq təqdim olunmuşdur. Həmin protokolda fərdi sahibkar İddiaçı obyektdə olmasına baxmayaraq heç bir əsaslı səbəb göstərmədən tərtib edilmiş protokolla tanış olmaqdan və surətini almaqdan imtina etməsi barədə qeyd də aparılmışdır. 04 may 2022-ci tarixli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması haqqında” aktdan görünür ki, iddiaçıya məxsus obyektdə nağd qaydada ödəniş edilməsinə baxmayaraq çekin vurulmadığı müşahidə edilmişdir. Yayındırılmış çekin NKAya bərpa edilməsi, NKA-nın saatının real vaxtı əks etdirmədiyi də qeyd edilərək, bərpa çeki və X hesabatı akta əlavə edilmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, iddiaçı heç bir səbəb göstərmədən aktı imza etməkdən və aktın bir nüsxəsini almaqdan imtina etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3217 saylı xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 1000 manat məbləğinin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Operativ vergi nəzarətinin nəticəsi barədə digər 04 may 2022-ci il tarixli aktdan görünür ki, 4 nəfər işə cəlb edilmiş şəxsdən 3 nəfər fiziki şəxslə iddiaçı əmək müqaviləsi bağlamamışdır. Bununla bağlı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********3237 saylı xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsinin rəisinin 1-ci müavini vergi xidməti müşaviri X17 tərəfindən İddiaçı keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2022 tarixli 006014 №-li akt(lar)ına, eləcə də vergi nəzarət tədbiri zamanı toplanmış materiallara baxıb müəyyən etmişdir ki, Bakı şəhəri X18 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il larixli **********3940 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən operativ vergi nəzarəti tədbiri təyin olunmuş, vergi nəzarət tədbiri zamanı fərdi sahibkar İddiaçının (VÖEN: **********) fəaliyyət göstərdiyi ünvan 3 ünvanda yerləşən “Çinar kokoreç" adlı kafesində Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək nəticəsi xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və tərtib edilmiş akt vergi ödəyicisi tərəfindən imzalanmamışdır. Vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 2 (iki) nəfər fiziki şəxsin yazılı izahatı alınmış, həmin şəxslər onlarla əmək və ya xidmət müqaviləsinin bağlanmadığını etiraf etmişlər. 1 (bir) nəfər fiziki şəxs heç bir əsaslı səbəb göstərmədən izahat verməkdən imtina etmişdir. Bununla da fərdi sahibkar İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozduğundan Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2022-ci il tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışıdır. X5 yoxlama zamanı verdiyi izahatdan görünür ki, o, aşbaz kimi vəzifəyə götürülmüş, onunla əmək müqaviləsi bağlanılmamış, bildiriş təqdim edilməmiş, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s. barədə konkret məlumatları qeyd etmişdir. X6 yoxlama zamanı verdiyi izahatdan görünür ki, xadiməçi peşəsinə qəbul edilmiş, onunla əmək müqaviləsi bağlanılmamış, əmək müqaviləsi bildirişi təqdim edilməmiş, həmin şəxs aldığı əmək haqqı, iş saatları və s. barədə konkret məlumatları qeyd etmişdir. Digər- əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmiş işçi Ceyhun Nəbiyev isə izahat verməkdən imtina etdiyi üçün bu brədə vergi orqanı əməkdaşları tərəfndən müvafiq 04 may 2022-ci il tarixli akt tərtib edilmişdir. Eyni zamanda 04 may 2022-ci il tarixli digər aktdan da görünür ki, İddiaçı heç bir üzrlü səbəb göstərmədən qərar, çıxarışla tanış olmaqdan və tərtib edilmiş aktla tanış olaraq imzalamaqdan imtina etmişdir. Aktda həmçinin qeyd edilmişdir ki, iddiaçı işçilər barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsinin elektron sistemdə yaranmış çətinliklərlə bağlı olmasını da bildirmişdir. Bununla bağlı iddiaçı vergi orqanının qəbul etdiyi 16 iyun 2022-ci il tarixli qərarı ilə razılaşmayaraq onun ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçının 25 aprel 2022-ci il tarixli X14 Xidmətinə müraciətində iddiaçı əmək müqaviləsinin daxil edilməsi ilə bağlı elektron sistemin açılmadığını, imzalanmamış sənədin mövcud olduğunu, bildirişin imzalanmasının mümkün olmadığını qeyd etmiş, bununla bağlı ən qısa zamanda məsələyə baxılmasını xahiş etmişdir. İddiaçıya ünvanlanmış X14 Xidmətinin 29 aprel 2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı 25 aprel 2022-ci il tarixli müraciəti ilə əlaqədar (i.v.129, 142) əmək müqaviləsi bildirişinin altsistemə daxil edilməsinə dair texniki problem aradan qaldırılmışdır. Belə ki, qeyd olunan məsələ ilə bağlı Xidmətin əməkdaşları tərəfindən iddiaçı ilə əlaqə yaradılmış və köməklik göstərilərək problem həll olunmuşdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X14 Xidmətinin 30 avqust 2022-ci il tarixli məktubunda isə qeyd olunmuşdu ki, İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar təqdim edilmiş, həmin bildirişlərin imzalanması zamanı yaranmış texniki problem barədə 2022-ci il 27 aprel və 16 may tarixlərində X14 Xidmətinə müraciət etmiş və vətəndaş müvafiq qaydada cavablandırılmışdır. Birinci instansiya məhkəməsinin 22 noyabr 2022-ci il tarixli sorğusuna cavab olaraq Xidmətin digər məktubuna əlavə edilmiş poçta təhvil verilmə barədə sənəddən görünür ki, iddiaçıya cavab məktubu 05 may 2022-ci il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsi 24 yanvar 2023-cü il tarixli məktubla sorğunun natamam cavablandırılması ilə bağlı yenidən sorğu ilə müraciət etmiş, məhz Xidmət tərəfindən texniki sistemdə köməkliyin hansı tarixdə, konkret olaraq hansı saatda həyata keçirilməsi ilə bağlı məlumatları, o cümlədən köməkliyi təsdiq edəcək telefon danışığını tələb etmişdir. Xidmət həmin sorğuya cavab məktubunda qeyd etmişdir ki, iddiaçı ilə 27 aprel 2022-ci il tarixdə saat 17:49-da ( mob nömrə: ***-***-**-**) əlaqə saxlanılmış və problemin həlli həyata keçirilmişdir. Məhkəmənin 29 mart 2023-cü il tarixli məktubundan görünür ki, sorğuya yenə də düzgün cavab təqdim edilmədiyindən problemin həllini təsdiq edə biləcək həmin tarixdə baş tutmuş telefon danışığının, səs yazısının təqdim edilməsi tələb edilmişdir. Bununla bağlı "xxxx" MMC-yə birinci instansiya məhkəməsinin qərardadı da təqdim edilərək adıçəkilən tarixdə və saatda Xidmətlə iddiaçı arasında baş tutmuş telefon danışığının səs və ya mətn formasında məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Birinci instansiya məhkəməsinin 03 aprel 2023-cü il tarixli Müfəttişlik Xidmətinə məktubundan görünür ki, məhkəmə 27 aprel 2022-ci il tarixdə Xidmətin qeyd etdiyi telefon danışıqlarından başqa 29 aprel 2022-ci il, 04 may 2022-ci il tarixlərdə Xidmətə iddiaçı tərəfindən edilmiş zəng ilə əlaqədar aparılmış telefon danışıqlarının mahiyyəti, səs yazılarını da tələb etmişdir. Xidmətin məktubundan görünür ki, tərəflər arasında səs yazısı Əmək Müfəttişliyi Xidmətində mövcud deyil. "xxxx" MMC-nin birinci instansiya məhkəməsinin məktubuna cavab məktubundan da görünür ki, telefon danışıqlarının dinlənilməsi aparılmamışdır. Bununla bağlı birinci instansiya məhkəməsi 3 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə onun məsuliyyətə cəlb edilməsi ilə bağlı vergi orqanının qəbul etdiyi **********3237 nömrəli 16 iyun 2022-ci il tarixli qərarın ləğvi barədə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin hissədə birinci istansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla yuxarıda sadalanan maddi hüquq normalarına diqqət yetirildikdə müəyyən olunur ki, vergi orqanı tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi ilə bağlı tədbirlər tam olaraq qanunvericiliyin tələblərinə riayət olunmaqla aparılmışdır. Bu barədə hər hansı qanun pozuntusuna yol verilməsi ilə bağlı dəlil iddiaçı tərəfindən də irəli sürülməmişdir. İddiaçı iddiasının əsası kimi yeganə dəlil olaraq ona istinad edir ki, onun tərəfindən işlərin görülməsinə cəlb edilmiş 3 nəfər şəxsin əmək müqavilələrinin elektron sistemə yerləşdirilməməsinin səbəbi onun təqsiri üzündən deyil, elektron sistemdə yaranmış problem səbəbindən baş vermişdir. Hazırki işdə birinci instansiya məhkəməsi əmək müqavilələrinin daxil edilməsi ilə bağlı elektron sistemdə yaranmış problemə görə təqsirliliyin iddiaçının üzərinə qoyulmasının qanunsuz olduğunu bildirsə də, bu halı təkzib edə biləcək sübutların işdə yetəri qədər olmasını nəzərə almamışdır. Belə ki, əvvəla qeyd olunmalıdır ki, əmək müqavilələrin elektron sistemə daxil edilməsində yaranmış problemlə bağlı iddiaçının etdiyi müraciətə cavab olaraq Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iddiaçı ilə əlaqə saxlayaraq bu problemin 27 aprel 2022-ci il tarixdə həll olunduğu iş materiallarında olan Xidmətin məktublarının məzmunu ilə öz təsdiqini tapır. Odur ki, Xidmətin bu problemin həll edilməsi ilə bağlı sonradan iddiaçıya göndərdiyi rəsmi cavab məktublarının (həmin cavab məktublarının məlumatverici xarakterdə olması nəzərə alınmalıdır) iddiaçıya hansı tarixdə göndərilməsi və sonuncuya hansı tarixdə həmin məktubların çatmasının araşdırılmasına və yaxud da edilmiş zənglərlə bağlı iddiaçının səs yazılarının istər Xidmətdən, istərsə də "xxxx" MMC-dən tələb olunmasına heç bir ehtiyac olmamışdır. Kollegiya nəzərə alır ki, Xidmət tərəfindən əmək müqavilələrinin elektron sistemə daxil edilməsində yaranmış problemin 27 aprel 2022-ci il tarixdən aradan qaldırılmasına baxmayaraq iddiaçı həmin tarixdən cavabdeh vergi orqanı tərəfindən operativ vergi nəzarətinin keçirildiyi 04 may 2022-ci il tarixədək sözügedən əmək müqavilələrinin elektron sistemə daxil edilməsində təşəbbüs göstərməmiş, bununla bağlı çeviklik göstərməsi də iş materialları ilə təsdiq olunmur. Halbuki operativ vergi nəzarətinin keçirildiyi 04 may 2022-ci il tarixdə artıq əmək müqavilələrinin elektron sistemə daxil edilməsində yaranmış problemin aradan qalxdığı həmin əmək müqavilələrinin qeydiyyata alınmasının mümkünlüyü ilə sübuta yetirilir. Birinci instansiya məhkəməsi isə xx.xx.2022-сi və xx.xx.2022-ci il tarixlərdə X14 Xidmətinə edilmiş zəngləri əsas gətirərək problemin davam ediyini bildirmiş, 04 may 2022-ci il tarixdə əmək müqavilələrinin elektron sistemə daxil edilməsinin mümkünlüyünü sözügedən problemin həmin tarixədək mövcud olması, yəni əslində problemin aradan qalxmadığını və buna görə də iddiaçının təqsirinin olmadığı qənaətinə gəlmişdir. İşin apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, vergi orqanının əməkdaşı olaraq 04 may 2022-ci il tarixdə iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti zamanı nəzarət-kassa aparatından düzgün istifadə edilib-edilmədiyi və işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edililb-edilmədiyi ilə bağlı yoxlama aparılarkən yemək sifarişi etdikdən sonra qarşılığında etdiyi ödənişlə bağlı çekin vurulmadığı, yəni kassaya baxış zamanı ödənişin kassaya vurulmadığı aydın olmuşdur. Həmçinin 3 nəfər işçi ilə əmək müqaviləsi bağlanmadan onların işlərə cəlb olunduğu müəyyən edilmiş, onlardan ikisinin izahatı alınmış, digəri – ofisiant Ceyhun isə əvvəlcə şəxsiyyət vəsiqəsi barədə məlumatları versə də, sonradan izahat verməkdən imtina etmiş və restoranı tərk etmişdir. Bu barədə tərəflərindən sərbəst akt tərtib edilmişdir. Sahibkar əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmiş hər üç şəxsin onun işçisi olduğunu etiraf etmiş və şifahi olaraq bildirmişdi ki, elektron sistemdə (bazada) problem olduğundan onların əmək müqaviləsi bildirişini qeydiyyata aldıra bilməmişdir. Aşkar olunan 3 şəxsdən 2 nəfər işçi isə sərbəst izahat vermişlər ki, onlardan biri 1 həftədir ki, əmək müqaviləsi olmadan işləyir, digəri isə 2 həftədir ki, obyektdə fəaliyyət göstərir və onunla da əmək müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Hər iki şəxs izahatında onlara iddiaçı tərəfindən aylıq və ya gündəlik əmək haqqının verildiyini bildirmişdir. Şahid qismində dindirilmiş X10 da ifadəsində bildirmişdir ki, vergi orqanının əməkdaşı olaraq 04 may 2022-ci il tarixdə iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti keçirilərkən 4 nəfər işçidən 3 nəfərinin əmək müqaviləsi bağlanmadan iş başında olduğu müşahidə edilmiş, həmin şəxslərdən 2-sinin sərbəst izahatı alınsa da, digər şəxs- Ceyhun Nəbiyev əvvəlcə şəxsiyyət vəsiqəsini təqdim edərək onun həmin obyektdə ofisiant kimi işlədiyini şifahi bildirsə də, sonradan izahat verməkdən imtina etmişdir, bu barədə sərbəst akt da tərtib olunmuşdur. Obyektdə operativ vergi nəzarəti zamanı əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilən hər 3 şəxsin iş başında olduğu, yəni Ceyhun Nəbiyevin ofisiant, Vəfa Talıbovanın xadiməçi, Ehtibar Rəhimovun isə aşbaz işini gördüyü müəyyən edilmişdir. Həmin 3 nəfərdən 2-si öz izahatında da bu halları təsdiqləmiş, digər 1 nəfər isə izahat verməkdən imtina etmiş, bu barədə də akt tərtib olunmuşdur. Bundan öncə sahə inspektoru tərəfindən reyd aparılarkən iddiaçıya ona məxsus obyektdə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə işçilər cəlb etdiyi təqdirdə bunun qanunla müəyyən edilmiş müvafiq maliyyə sanksiyasının tətbiqinə əsas verməsi barədə ümumi xəbərdarlıq edilmiş, bu barədə xəbərdarlıq yazılı şəkildə iddiaçıya təqdim olunmuş və sonuncu tərəfindən həmin xəbərdarlıq imzalanmışdır. 2 nəfər işçi isə izahat verərək onların həmin obyektdə işlədiklərini, əmək müqaviləsinin onlarla bağlanmadığını və işləməyə görə iddiaçı tərəfindən onlara günlük və ya aylıq əmək haqqının verilməsinin razılaşdırıldığını bildirmişlər. Hesab edir ki, əmək müqavilələrinin qeydiyyata alınmamasında elektron sistemin işləməməsi barədə iddiaçının dedikləri bəhanədir, çünki elə həmin tarixdə (xx.xx.2022-ci ildə) gec saatlarda iddiaçının özü tərəfindən əmək müqavilələri qeydiyyata aldırılmışdır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya məxsus obyektdə aparılmış operativ vergi nəzarəti nəinki qanunvericiliyin tələblərinə müvafiq şəkildə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olmuş, eyni zamanda həmin operativ vergi nəzarəti zamanı aşkar olunmuş hal- 3 nəfər şəxslə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmə faktı tam sübuta yetirilir. Həmin şəxslərdən ikisi yuxarıda da qeyd olunduğu kimi, özlərinin operativ vergi nəzarəti zamanı alınmış izahatlarına və vergi müfəttişlərinin verdikləri izahatlara görə iddiaçıya məxsus obyektdə aşbaz və xadiməçi işlədikləri halda iddiaçı ilə əmək müqavilələri mövcud olmamış və iddiaçı tərəfindən onlara günlük və ya aylıq əmək haqqının verilməsi qeyd olunmuşdur. Digər şəxs- Ceyhun Nəbiyev isə həmin obyektdə ofisiant kimi fəaliyyət göstərsə də, yəni operativ vergi nəzarəti zamanı həmin şəxsin ofisiant işlərini görməsi vergi müfəttişləri tərəfindən aşkar olunmuş (bu fakt onların apellyasiya baxışı zamanı verdikləri izahatlarla da təsdiq olunur), əvvəlcə həmin şəxs şəxsiyyət vəsiqəsini vergi müfəttişlərinə təqdim edib bu barədə məlumatları şifahi şəkildə bildirsə də, sonradan yazılı izahat verməkdən imtina etmiş və restoranı tərk etmişdir. Bu barədə vergi müfəttişləri tərəfindən ayrıca akt da tərtib olunmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, istər sahibkarın özünün obyektində aparılan operativ vergi nəzarəti ilə bağlı tərtib edilən protokol və aktı almaqdan, onu imzalamaqdan, izahat verməkdən imtina etməsi, istərsə də əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilən Ceyhun Nəbiyevin onun barəsində məlumatlara dair izahat verməkdən imtina etməsi ilə bağlı, vergi müfəttişləri tərəfindən vergi qanunvericiliyinin tələblərinə uyğun şəkildə hər dəfə ayrıca aktlar tərtib olunmuşdur. Bu da bir daha onu deməyə əsas verir ki, vergi müfəttişləri tərəfindən operativ vergi nəzarəti ilə bağlı hərəkətlər vergi qanunvericiliyində təsbit edilmiş qaydalara riayət edilməklə aparılmışdır. Kollegiya bu barədə onu da qeyd etməyi zəruri hesab edir ki, istər iddiaçının obyektində aparılmış operativ vergi nəzarəti zamanı izahat verməkdən, tərtib olunmuş aktı imza etməkdən imtina etməsi, istərsə də əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmiş Ceyhun Nəbiyevin izahat verməkdən imtina etməsi kimi hallar vergi orqanının baş vermiş pozuntularla bağlı müvafiq inzibati akt qəbul etmək səlahiyyətinə və bu səlahiyyətdən irəli gələn müvafiq maliyyə sanksiyasının tətbiqinə kölgə sala bilməz, başqa sözlə aparılmış inzibati icraatı qüsurlu saya bilməz, çünki vergi ödəyicisinin və ya əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilən fiziki şəxsin izahat verməkdən imtina etməsi onların hüququ olaraq vergi qanunvericiliyində də nəzərdə tutulmuşdur. Əksinə, vergi qanunvericiliyində belə hallarda vergi orqanı əməkdaşının ayrıca akt tərtib etmə imkanının olduğu təsbit edilmişdir ki, hazırki işdə də cavabdeh vergi orqanının əməkdaşları tərəfindən həmin ayrıca akt tərtib edilməklə vəzifələri düzgün yerinə yetirilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilməmişdən öncə sahə inspektoru tərəfindən hələ xx.xx.2022-ci il tarixdə reyd aparılarkən əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə işçilər cəlb etdiyi təqdirdə bunun qanunla müəyyən edilmiş müvafiq maliyyə sanksiyasının tətbiqinə əsas verməsi barədə iddiaçıya ümumi xəbərdarlıq edilmiş, bu barədə xəbərdarlıq yazılı şəkildə iddiaçıya təqdim olunmuş və sonuncu tərəfindən həmin xəbərdarlıq imzalanmışdır (i.v. 107-108). Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə baş tutan operativ vergi nəzarəti zamanı aşkar olunan hallar vergi ödəyicisinin yuxarıda adı çəkilən reyd zamanı ona edilmiş xəbərdarlığa məhəl qoymamasını deməyə əsas verir. Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində - a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək və c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 №-li qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunanlarla bağlı aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırmaları zamanı təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə təkzib edilmişdir. Belə olan halda vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlaması ilə bağlı 16 iyun 2022-ci il tarixli **********3237 nömrəli qərarı qəbul etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan mübahisələndirilən 16 iyun 2022-ci il tarixli **********3237 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı qismən, iddia tələbinin təmin olunan hissəsində (16 iyun 2022-ci il tarixli **********3237 nömrəli qərarın ləğv olunduğu hissədə) ləğv olunmalı və həmin hissədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X18 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2023 saylı 12 iyun 2023-cü il tarixli qərarı qismən, iddia tələbinin təmin edildiyi- 16 iyun 2022-ci il tarixli **********3237 nömrəli qərarın ləğv olunduğu hissədə ləğv olunsun. Həmin hissədə iddia tələbi rədd olunsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar