Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-47/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X13nə qarşı “2016-cı il tarixdə təyin edilmiş İİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9701/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarından iddaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyun 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X13nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “2016-cı il tarixdə təyin edilmiş İİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir. Ağır şəkər xəstəsi, hazırda insulindən istifadə edir, yəni insulindən asılı şəkərli diabet xəstəsidir. O, 2000-ci il tarixdən xəstə olmağına baxmayaraq ona bildirilmişdir ki, guya onun ambulator və stasionar müalicələri haqqında məlumat yoxdur. Bu doğru deyil. Ona görə ki, o, müalicələrdə olmuşdur. Belə ki, ağır şəkərdir, o, müalicə almasa yaşaya bilməz. Onun müayinədən keçməsi barədə sənədləri vardır. Həmçinin onun xəstəlik çıxarışları vardır. O, xəstə ola-ola ona 2-ci qrup əlilliyə görə verilən pensiya da kəsilmişdir. Onun əlillik pensiyası 2021-ci il tarixdən kəsilmişdir. Həmin əlillik pensiyasının da təmin olunaraq, onun verilməsini istəyir. Ona görə də o, məcbur olub, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9701/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. O, 2000-ci il tarixdən xəstə olmağına baxmayaraq ona bildirmişlər ki, quya onun ambulator və stasionar müalicələrdə olmağı barədə məlumat yoxdur. Bu doğru deyil. Ona görə ki, o, müalicələrdə olmuş və hal-hazırda da müalicə oluram. Belə ki, ağır şəkər xəstəsidir, müalicə almasa yaşaya bilməz. Onun daim müalicələrdə olmağı barədə barədə sənədləri vardır. Həmçinin onun xəstəlik çıxarışları vardır. Ona, xəstə ola-ola 2-ci qrup əlilliyə qörə verilən pensiya də kəsilmişdir. Onun əlillik pensiyası 2021-ci il tarixdən kəsilmişdir. Hesab edir ki, bu tamamilə qanunsuzdur. Onun sosial təminat hüququ pozulmuşdur. Bildirir ki, məhkəmə tərəfindən ekspertiza müəyyən olunsa da, o, ekspertizadan keçmək üçün ekspertin yanına getdikdə, ekspert onun üzünə baxaraq yola saldı, onu hər hansı ekspertizadan keçirməyərək, məhkəməyə rəy göndərmişdir. O, hakimdən təkrar ekspertiza istəsə də, hakim buna diqqət etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəflərin izahatları İddiaçı iddia tələbinin və apellyasiya şikyətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0003 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2016- cı il tarixdə ümumi xəstəliklə (şəkərli diabet diaqnozu ilə) ikinci dərəcə əlillik təyin olunmuş, növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. Bakı 21 nömrəli şəhər poliklinikasının Həkim məsləhət komissiyasının 0038003AAB76 №li xx.xx.2021-ci il tarixli bildirişindən müəyyən olunur ki, İddiaçı 21 nömrəli şəhər poliklinikasının Həkim məsləhət komissiyası tərəfindən müayinə olunmuş və bu barədə göndəriş Tibbi-Sosial Ekspert komissiyasına göndərişlərin reyestrinə daxil edilmişdir. xx.xx.2014-cü il tarixli xxxxxxx0001 akt №-li qiymətləndirmənin nəticəsindən görünür ki, X2: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10-E14-Şəkərli diabet=>E10- İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: Şəkərli diabet İİ tip ağır insulin tələbi...Meyar: 2.2.İkinci dərəcə əlillik=>2.2.9. Ağır gedişli endokrin və infeksion-allergik xəstəliklər, hormon asılılığı vəziyyəti ilə... xx.xx.2015-ci il tarixli xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10- E14-Şəkərli diabet=>E10-İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: Şəkərli diabet...Meyar: 2.2.İkinci dərəcə əlillik=>DİGƏR: digər xx.xx.2016-ci il tarixli xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10- E14-Şəkərli diabet=>E10-İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: Şəkərli diabet...Meyar: 2.2.İkinci dərəcə əlillik=>DİGƏR. xx.xx.2021-ci il tarixli xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: İV sinif-Endokrin sistemin xəstəlikləri, maddələr=>E10- E14-Şəkərli diabet=>E10- İnsulindən asılı şəkərli diabet..Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, inusilindən asılı, nəzarət olunmayan..Ağırlaşma G63.2*Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü.4 işarəsi ilə)., Ağırlaşma H36.0*Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü.3 işarəsi ilə) OU proliferativ diabetik retinopatiya. Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya...Meyar: İmtina edilir....İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: xəstəyə əlavə müalicə təyin edilir, 2000-ci ildən xəstə olmasına baxmayaraq, ambulator və stasionar müalicələr haqqında məlumat yoxdur. Dövlət Tibbi-Sosial Ekspet Komissiyasının xxxxxxx0004 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.1955-ci il təvəllüdlü İddiaçı əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X13 21 nömrəli Şəhər Poliklinikasının 602 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2021-ci ildə xəstənin təklikdə stasionar müalicəsi olmadığı halda xəstəyə “insulindən asılı olmayan şəkərli diabet İİ tip, ağır forma, insulindən asılı, nəzarət olunmayan. Diabetik polinevropatiya. OU.Proliferativ diabetik retinopatiya. Diabetik angiopatiya.. Diabtuik nefropatiya.. Dayaq hərəkət pozulması. Xroniki pankreatit. Xroniki xolesistit. Qaraciyərin piinfiltrasiyası. Qaraciyər 2 sm böyüyüb.ÜİX.Stabil gərginlik stenokardiyası" diaqnozu ilə Forma 088 yazılmış TSEK-ə göndərilmişdir. Lakin əlavə müalicəyə ehtiyacın olması səbəbilə imtina edilmişdir. Xəstə yenidən polilinikaya dəvət olundu, stasionar müalicə üçün xəstəxanaya göndəriş təklif olundu, lakin xəstə stasionar müalicədən imtina edir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X7 X13 tərəfindən verilmiş T 571/2023 saylı (ekspertizanın başlanma tarixi 02 avqust 2023-cü il, başa çatma tarixi 24 avqust 2023-cü il) rəydən görünür ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş 088 saylı göndərişində qeyd edilmiş “Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, inusilindən asılı, nəzarət olunmayan. Ağırlaşma G63.2*Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü.4 işarəsi ilə)., Ağırlaşma H36.0*Diabetik retinopatiya (ElO-El4 ümumi dördüncü.3 işarəsi ilə) OU proliferativ diabetik retinopatiya. Ağırlaşma 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya...” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, buna görə də əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Diaqnozda olan xəstəliklə əlaqədar onun hazırda əlavə ixtisaslaşdırılmış müalicəsinə ehtiyacı yoxdur, belə ki, belə xəstələr dipanser qeydiyyata götürülürlər və müalicə həkimləri tərəfindən təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. 2.3. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, №-li 413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, №-li 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının bəndlərindən birini aid etmək mümkün olmadı. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1177/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mütəxəssis cəlb edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspertinə tapşırılması, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: xx.xx.1995-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla), onda hazırda hansı xəstəlik və qüsurların olduğu (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) müəyyən edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13nin xx.xx.2024-cü il tarixli 4523 saylı məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı iddiası ilə bağlı təyin edilən məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təqdim edilməsi məhkəməyə bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır və bu səbəbdən də sənədlər ekspertiza aparılmadan təkrar icrasız geri qaytarılmışdır. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Nəbz” Tibb Mərkəzinin xx.xx.2025-ci il tarixli 04 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə “Nəbz” Tibb Mərkəzində həkim-endokrinoloq qəbulunda olmuş və laborator müayinədən keçmişdir. Pasiyentə “Şəkərli diabet tib2. Diabetik polineyropatiya. Artrial hipertenziya ikinci dərəcə” diaqnozu qoyulmuş və müalicə təyinatı verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X7” X13n ekspertinə tapşırılaraq ekspert qarşısında xx.xx.1995-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla), iddiaçı barəsində işdə olan “Nəbz” Tibb Mərkəzinin xx.xx.2025-ci il tarixli 04 nömrəli arayışındakı məlumatlar nəzərə alınmaqla, onda hazırda hansı xəstəlik və qüsurların olduğunun (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) müəyyən edilməsi tapşırılmış, inzibati iş üzrə ekspert rəyi verilməsi üçün iş materialları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13nə təqdim olunması Ekspertizanın keçirilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi SosialEkspertiza və Reabilitasiya Agentliyi X13ndən mütəxəssisinin dəvət olunmadan həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2025-ci tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13nin xx.xx.2025-cü il tarixli T240/2025 saylı ekpert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “1955-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş 088 saylı göndərişində qeyd edilmiş “Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Digər dəqiqləşdirilməmiş ağırlaşmalarla, Şəkərli diabet İİ tip, ağır forma, inusilindən asılı, nəzarət olunmayan.. Ağırlaşma G63.2*Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü.4 işarəsi ilə)., Ağırlaşma H36.0*Diabetik retinopatiya (ElO-El4 ümumi dördüncü.3 işarəsi ilə) OU proliferativ diabetik retinopatiya. Ağırlaşma: 179.2* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya...” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulsa da, şəxsin əyani müayinələri zamanı əlillik təynatına əsas verəcək patofuksional dəyişikliklər aşkar edilməmişdir. Tibbi sənədlərin təhlilinə əsasən İddiaçı “Şəkərli diabet tip 2. Diabetik polineyropatiya. Arterial hipertenziya İİ dərəcə” diaqnozundan əziyyət çəkir. İddiaçı müayinə üçün Akad.M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə göndərildi və müayinə zamanı “Qanın biokimyəvi müayinəsi zamanı qlükoza (aclıq) 437mg/dL(norma 83-110), kreatinin 0,96mg/dL (norma 0,5-1,4). Aşağı ətrafların dopplerində-sol aşağı ətrafda ümumi bud arteriyasının mənfəzi açıqdır. Səthi bud arteriyasının aşağı 1/3-də ciddi stenoz qeyd olunur. Dizaltı arteriyada poststenotik axın izlənilir. Arxa qamış arteriyasının mənfəzi açıqdır, poststenotik axın izlənilir. Ön qamış arteriyasında, arxa daban arteriya və incik arteriyada tıxanma qeyd olunur. Sol aşağı ətrafda böyük dərialtı vena dərialtıbud qovşaqda 7mm, bud və baldır nahiyyəsində VSM-də davamlı reflüks izlənilir. Baldır nahiyəsində VSM ilə əlaqəli varislər” qeyd olunur. Hazırda iddiaçının tələbi “2016-cı il tarixdə təyin edilmiş İİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla qeyd edir ki, iddiaçının hüquqi marağı onun ikinci dərəcə əlilliyinin müddəti bitdikdən sonra etdiyi müraciəti əsasında ona xx.xx.2021-ci il tarixdə imtina verildiyi üçün həmin tarixdən ona əlilliyin təyin olunmasından ibarətdir. Məhkəmə kollegiyası əvvəlcə hazırki işin mahiyyəti üzrə araşdırılması istiqamətində prosessual hərəkətlər etsə də, sonradan “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmal məktubu məhkəməyə daxil olmuşdur. Həmin İcmal məktubun öyrənilməsi zamanı məlum olmuşdu ki, bu sahədə məhkəmə təcrübəsinin vahidliyi bir qədər də dəqiqləşdirilmişdir. Belə ki, həmin İcmal məktubda qeyd olunmuşdu ki, “...... məhkəmələr tərəfindən əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə mübahisələrə baxılarkən bəzi hallarda şəxsin sağlamlıq vəziyyətinin tibbi göndərişlərin verildiyi vaxta uyğun qiymətləndirilməli olması baxımından, əlilliyin müəyyən olunmasından imtina edildikdən uzun müddət sonra qaldırılan iddialar mümkün sayılmamış, bəzi hallarda isə iddianın mümkünlük şərtlərinin ödənildiyi hesab edilməklə, işlərə mahiyyəti üzrə baxılmışdır. Göstərilən xüsusata münasibətdə qeyd edilməlidir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, eləcə də müddətlə bağlı məhdudiyyətlərə tabedir. Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.” İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxmamışdan əvvəl iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini tam yoxlamamışdır. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçının İİ dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdən yenidən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət edib-etmədiyi məsələsi araşdırılmalıdır. Hazırki işdə iddiaçının verdiyi iddia tələbi “məcburetmə haqqında iddia” növünə aid olduğu üçün həmin iddia üzrə inzibati icraat haqqında qanunvericilikdə və İnzibati Prosessual Məcəllədə məhkəməyə müraciət etmə müddəti 1 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. İşdən görünür ki, iddiaçı 2016-cı il tarixdə 5 il müddətinə təyin olunmuş ikinci dərəcəli əlilliyinin xx.xx.2021-ci il tarixdə müddəti bitdikdən sonra ona həmin əlilliyin yenidən verilməsi ilə bağlı müraciət etmiş, həmin müraciəti əsasında ona xx.xx.2021-ci ildə imtina verilmişdir və iddiaçı həmin imtinadan bu iddia ilə məhkəməyə müraciət etməmişdən 1 ay öncə deyil, bundan daha öncə məlumatlı olmuşdur. Belə ki, əlilliklə bağlı müavinətlərin verilməsi həmin əlilliyin dayandırılması ilə eyni vaxtda dayandırıldığı üçün iddiaçıya da bu halın 2021-ci ildə məlum olması faktı istisna edilmir. Odur ki, iddiaçıya 2016-cı ildə təyin olunan ikinci dərəcə əlilliyin müddəti xx.xx.2021-ci ildə bitdikdən sonra etdiyi müraciətinə xx.xx.2021-ci ildə verilmiş imtinadan elə həmin 2021-ci ildə məlumatlı olsa da, həmin imtinanı 1 ay müddətində mübahisələndirməmiş və yalnız hazırki iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı ona əliliyin təyin edilməsindən imtina edildikdən təxminən 2 il keçdikdən sonra, bununla da qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülməklə məhkəməyə müraciət etdiyi üçün və yuxarıda qeyd olunan normaların tələbinə görə, iddia müddəti ötürüldükdə və bundan 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi yolverilməz olduğuna görə məhkəmə kollegiyası iddia müddətinin bərpası ilə bağlı müvafiq ərizənin verilməsini iddiaçıya təklif etməyə lüzum görməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqların müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki bu zaman məhkəmə iddianın mümkünlük şərtlərinin tam ödənilib-ödənilmədiyi məsələsini araşdırmalı idi. Çünki yuxarıda da qeyd olunduğu kimi, iddiaçının iddia tələbi “məcburetmə haqqında” iddia növünə aid olduğu üçün məhz bu növdə iddianın mümkünlük şərtləri diqqətlə yoxlanılmalı idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9701/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9701/2023 saylı 17 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-47/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-47/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver