Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4702/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Arif qızının sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Burcalıyev Ələsgər Müşfiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 2-1(112)- 13671/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin 13 yanvar 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının müraciət etdiyi xx.xx.2025-ci il tarixdən 3 il əvvələ, yəni xx.xx.2022-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə anadan olmuşdur. УB-İ seriyalı, 110915 nömrəli diplomun surətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-29-50/2-M-1467-4-118/2025 nömrəli, xx.xx.2025-ci tarixli arayışının əslinin, ZE seriyalı, ******* nömrəli hərbi biletin surətinin və SHXÇDX-nin Xəzər rayon İdarəsinin 19 nömrəli, xx.xx.2025-ci il tarixli arayışının əslinin məlumatlarına əsasən, iddiaçı hərbi xidmət (xx.xx.1984- xx.xx.1986) dövrü də daxil olmaqla xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək əyani təhsil almış (6 il 10 ay 18 gün ümumi staj), ИТ-І № ******* nömrəli, xx.xx.1990-cı il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq edilmiş surətinin məlumatlarına əsasən iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək “28 Aprel" Neft və Qazçıxarma idarəsində 4-cü dərəcəli operator peşəsində işləmiş (1 il 8 ay 10 gün 1 nömrəli siyahı üzrə güzəştli staj), xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək geoloq peşəsində işləmiş (7 il 8 ay 28 gün 1 nömrəli siyahı üzrə güzəştli staj), xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək X6 sexində rəis peşəsində işləmiş (xx.xx.2006-cı il taixədək 5 il 11 ay 1 nömrəli siyahı üzrə güzəştli staj), xx.xx.2007ci il tarixdən hal-hazıradək HİK-də işləyir. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 2 ay 26 gün, 1 nömrəli siyahı üzrə güzəştli iş stajı isə 15 il 4 ay 8 gün gün təşkil edir. İddiaçı xx.xx.1966-cı il tarixdə anadan olmuş, xx.xx.2018-ci il tarixdə 52 yaşına çatmışdır. İddiaçı (Etibarnamə üzrə nümayəndəsi X1 vasitəsilə) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2025-ci il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli məktubla, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmiş, imtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il 1 tarixinədək güzəştli iş stajının 10 ildən az (1 il 8 ay 10 gün (xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, xx.xx.2006-cı il tarixədək 22 il 2 ay 26 gün ümumi stajı, 15 il 4 ay 8 gün nömrəli siyahı üzrə güzəştli stajı topladığına görə, ona X2 haqqında Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan pensiya təyin edilməldir.
3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) Qazma bəndində 1100000-23187 kodu üzrə quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək adıçəkilən şəxsin 1 №-li Siyahı üzrə güzəştli iş stajı 10 ildən az (1 il 8 ay 10 gün (xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildiririk ki, SOCAR “Azneft” İB “28 May NQÇİnin İddiaçı dair xx.xx.2025-ci il tarixli 14-2-1-7/2- 191/2025 nömrəli arayışında xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən qüllə quraşdırıcıları-qaynaqçıları vəzifəsinə aid deyildir Xüsusilə qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmununu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəsissədən əlavə məlumat, vəzifə təlimatları tələb etməklə və ya digər müvafiq araşdırma aprılmaqla iddiaçının həqiqətən güzəştli şərtlərlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13671/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı 8.02.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının müraciət etdiyi 4.06.2025-cı il tarixdən 3 il əvvələ, yəni 4.06.2022-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır.
5. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 8.02.1966-cı ildə doğulmuş, onun 52 yaşı 8.02.2018-ci il tarixdə tamam olmuşdur. “X2 haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət illəri və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 20 ildən çoxdur. Cavabdeh iddiaçının yaş həddinə çatması və ümumi stajının olmasını mübahisələndirmir. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının tələb olunan güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmiş, iddiaçının yerinə yetirdiyi işin xarakteri qeyd edilmişdir. Belə ki, “SOCAR” “Azneft” İB “28 May” NQÇİ-nin 30 may 2025-ci il tarixli 14-2-1-7/2- 191/2025 №-li məktubunda qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı həqiqətən: xx.xx.1990-cı il tarixdə “28 Aprel” Neft və Qazçıxarma idarəsinə gənc mütəxəssis kimi 4cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir (əmr № 212k, xx.xx.1990-cı il). xx.xx.1992-ci il tarixdə idarənin X6 sexinə 2-ci kateqoriyalı geoloq vəzifəsinə keçirilmişdir (əmr № 79k, xx.xx.1992-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 1991-ci il tarixli, 400 nömrəli qərarına əsasən “28 Aprel” adına Neft və Qazçıxarma İdarəsinin adı dəyişdirilimiş, xx.xx.1992-ci ildən “28 May” Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır. 12.01,1993-cü il tarixdə “28 May” Neft və Qazçıxarma İdarəsinin 2 nömrəli Neft Qazçıxarma sexinə 2-ci dərəcəli geoloq vəzifəsinə (əmr № 6k, 09.01,1993-cü il), xx.xx.1993-cü il tarixində Mərkəzi mühəndis texnoloji xidmətinin geoloji nəzarət qrupuna geoloq vəzifəsinə keçirilmişdir (əmr № 266k, xx.xx.1993-cü il). İcraçı: xx.xx.2000ci il tarixində İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsinin X6 sexinə rəis vəzifəsinə təyin edilmişdir (əmr № 11k, xx.xx.2000-ci il). xx.xx.1999-cu il tarixində İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsində seçkili vəzifəyə seçildiyinə görə öz xahişi ilə xitam verilmişdir (əmr № 198k, 10.11,2007-ci il). İddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək “28 Aprel” Neft və Qazçıxarma İdarəsində işlədiyi operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neftqaz və qaz kondensatının hasilatı sahəsində 1100000а a) fəhlələr sinfində göstərilən kod: 1100000a-15824 neft və qaz hasilatı üzrə operatorlar peşəsinə uyğundur. xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi geloloq vəzifəsi siyahıda nəzərdə tutulmamışdır, amma həmin vəzifədə əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji və geofiziki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi geloloq vəzifəsində həmin işin funksiyalarını icra etmişdir. İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi “28 May” Neft və Qazçıxarma İdarəsinin X6 sexinin rəis vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) quyularda lay təzyiqinin saxlanması işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da 01,02.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi rəis vəzifəsində həmin işin funksiyalarını icra etmişdir. Həmçinin “SOCAR” “Azneft” İB “28 May” NQÇİ-nin 06 avqust 2025-ci il tarixli 14-2-1- 7/2-269/2025 №-li məktubunda qeyd edilmişdir ki, İddiaçı İdarədə operator, geoloq, rəis peşə və vəzifələrində çalışmış, əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji, geofiziki və texniki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçı işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neftqaz və qaz kondensatının hasilatı sahəsində göstərilən aşağıdakı peşə və vəzifələrlə eynilik təşkil edir. Belə ki, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi (1 il 8 ay 10 gün) operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində a) fəhlələr sinfində göstərilən kod: 1100000a-15824 neft və qaz hasilatı üzrə operatorlar peşəsinə uyğundur. xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi (7 il 8 ay 27 gün) geoloq vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji, geofiziki və texniki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod; 1100000b-17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsi ilə eynilik (uyğunluq) təşkil edir. xx.xx.2000-ci il tarixindən 31,12.2007-ci il tarixinədək işlədiyi (5 il 11 ay) rəis vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) quyularda lay təzyiqinin saxlanması işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifəsi ilə eynilik (uyğunluq) təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrə uyğun və uyğun gələn, yəni tamamilə eynilik təşkil edən stajı birlikdə 17 il 2 ay 5 gün (xx.xx.1990-xx.xx.2007-ci il tarixlər arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu məktublarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-668/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Əlövsət Verdiyevin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-116/2024 nömrəli, X1 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)- 90/2024 nömrəli, X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-1844/2023 nömrəli, X3 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(102)-945/2023 nömrəli və X2 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2- 1(102)-954/2023 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır”. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir.
6. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
7. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) Qazma bəndində 1100000—23187 kodu üzrə quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək adıçəkilən şəxsin 1 №-li Siyahı üzrə güzəştli iş stajı 10 ildən az (1 il 8 ay10 gün (xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildiririk ki, SOCAR “Azneft” İb “28 May NQÇİ-nin İddiaçı dair xx.xx.2025-ci il tarixli 14-2-1-7/2-191/2025 nömrəli arayışında xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən qüllə quraşdırıcılarıqaynaqçıları vəzifəsinə aid deyildir. Xüsusilə bildiririk ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Bundan başqa birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi geloloq vəzifəsi siyahıda nəzərdə tutulmamışdır, amma həmin vəzifədə əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji və geofiziki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Lakin məhkəmə sözügedən mövqeyini əsaslandırmamış, hər hansı bir mötəbər dəlilə istinad etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi “28 May” Neft və Qazçıxarma İdarəsinin X6 sexinin rəis vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) quyularda lay təzyiqinin saxlanması işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da 01,02.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi rəis vəzifəsində həmin işin funksiyalarını icra etmişdir. Lakin məhkəmə bu mövqeyini də əsaslandırmamış, mötəbər dəlillərə istinad etməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddianın təmin edilməsi üçün qanuni əsaslar da mövcud deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X2 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №- li Siyahı üzrə müəyyən edilmiş xüsusilə zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Formalaşmış vahid məhkəmə təcrübəsi də hazırki iş üzrə iddianın rədd edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibari Prosessual Məcəlləsinin81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
IV. Tərəflərin izahatları:
8. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Əsaslandırıcı hissə
V. Tətbiq olunan hüquq
10. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “X2 haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (mövcud redaksiya): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
12. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 1 nömrəli siyahı üzrə kişilərə 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 20 ildən; - güzəştli iş stajı 10 ildən az olmamalıdır.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2 nömrəli Əlavə-Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir: 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
Vİ.Məhkəmənin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
15. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətlərində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
16. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
17. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticəsi ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
18. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür və 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh quruma müraciət etmişdir.
19. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. İş materiallarına əlavə edilmiş əmək kitabçasının iş yeri üzrə təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçının hərbi xidmət illəri və təhsil illəri də nəzərə alınmaqla ümumi iş stajı 20 ildən çoxdur. Hazırki iş üzrə mübahisə iddiaçının güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.
20. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı’’nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) Qazma bəndində 1100000-23187 kodu üzrə quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək adıçəkilən şəxsin 1 №-li Siyahı üzrə güzəştli iş stajı 10 ildən az (1 il 8 ay 10 gün (xx.xx.1990-xx.xx.1992-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Əlavə olaraq bildiririk ki, SOCAR “Azneft” İB “28 May NQÇİ-nin İddiaçı dair xx.xx.2025-ci il tarixli 14-2-1-7/2- 191/2025 nömrəli arayışında xx.xx.2003-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunub. İddiaçı işlədiyi vəzifə sözügedən arayışda istinad olunan və yuxarıda qeyd edilən qüllə quraşdırıcıları-qaynaqçıları vəzifəsinə aid deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
21. Məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
22. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir.
23. Belə ki, “SOCAR” “Azneft” İB “28 May” NQÇİ-nin 30 may 2025-ci il tarixli 14-2-1-7/2- 191/2025 №-li məktubunda qeyd edilmişdir ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı həqiqətən: xx.xx.1990-cı il tarixdə “28 Aprel” Neft və Qazçıxarma idarəsinə gənc mütəxəssis kimi 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir (əmr № 212k, xx.xx.1990-cı il). xx.xx.1992ci il tarixdə idarənin X6 sexinə 2-ci kateqoriyalı geoloq vəzifəsinə keçirilmişdir (əmr № 79k, xx.xx.1992-ci il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 noyabr 1991-ci il tarixli, 400 nömrəli qərarına əsasən “28 Aprel” adına Neft və Qazçıxarma İdarəsinin adı dəyişdirilimiş, xx.xx.1992-ci ildən “28 May” Neft və Qazçıxarma İdarəsi adlandırılmışdır. 12.01,1993-cü il tarixdə “28 May” Neft və Qazçıxarma İdarəsinin 2 nömrəli Neft Qazçıxarma sexinə 2-ci dərəcəli geoloq vəzifəsinə (əmr № 6k, 09.01,1993-cü il), xx.xx.1993-cü il tarixində Mərkəzi mühəndis texnoloji xidmətinin geoloji nəzarət qrupuna geoloq vəzifəsinə keçirilmişdir (əmr № 266k, xx.xx.1993-cü il). İcraçı: xx.xx.2000-ci il tarixində İddiaçı “28 May” Neft və Qazçıxarma İdarəsinin X6 sexinə rəis vəzifəsinə təyin edilmişdir (əmr № 11k, xx.xx.2000-ci il). xx.xx.1999-cu il tarixində İddiaçı ilə bağlanmış Əmək Müqaviləsinə xx.xx.2007-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən “28 May” Neft və Qazçıxarma İdarəsinin Həmkarlar İttifaqı Komitəsində seçkili vəzifəyə seçildiyinə görə öz xahişi ilə xitam verilmişdir (əmr № 198k, 10.11,2007-ci il). İddiaçı xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək “28 Aprel” Neft və Qazçıxarma İdarəsində işlədiyi operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000а a) fəhlələr sinfində göstərilən kod: 1100000a-15824 neft və qaz hasilatı üzrə operatorlar peşəsinə uyğundur. xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi geloloq vəzifəsi siyahıda nəzərdə tutulmamışdır, amma həmin vəzifədə əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji və geofiziki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi geloloq vəzifəsində həmin işin funksiyalarını icra etmişdir. İddiaçı xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi “28 May” Neft və Qazçıxarma İdarəsinin X6 sexinin rəis vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində Xəzər dənizinin “Günəşli” Yatağındakı platformalarında (Dərin dəniz özüllərində) quyularda lay təzyiqinin saxlanması işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində 1100000b b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar peşəsində (vəzifəsində) işləyənlər hansı işləri görürlərsə, İddiaçı da 01,02.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi rəis vəzifəsində həmin işin funksiyalarını icra etmişdir.
24. Həmçinin “SOCAR” “Azneft” İB “28 May” NQÇİ-nin 06 avqust 2025-ci il tarixli 14-2-1- 7/2- 269/2025 №-li məktubunda qeyd edilmişdir ki, İddiaçı İdarədə operator, geoloq, rəis peşə və vəzifələrində çalışmış, əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji, geofiziki və texniki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. İddiaçı işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində göstərilən aşağıdakı peşə və vəzifələrlə eynilik təşkil edir. Belə ki, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək işlədiyi (1 il 8 ay 10 gün) operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində a) fəhlələr sinfində göstərilən kod: 1100000a-15824 neft və qaz hasilatı üzrə operatorlar peşəsinə uyğundur. xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyi (7 il 8 ay 27 gün) geoloq vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) yerləşən quyularda, mədənlərdə, quyular üzərində aparılan geoloji, geofiziki və texniki işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod; 1100000b-17541 quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədəngeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifəsi ilə eynilik (uyğunluq) təşkil edir. xx.xx.2000-ci il tarixindən 31,12.2007-ci il tarixinədək işlədiyi (5 il 11 ay) rəis vəzifəsində əmək funksiyalarını faktiki olaraq dəniz şəraitində - Xəzər dənizinin Günəşli yatağındakı platformalarında (Dərin dəniz özüllərində) quyularda lay təzyiqinin saxlanması işlərlə bağlı vəzifələri icra etməklə yerinə yetirmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X bölməsinin 2. Neft-qaz və qaz kondensatının hasilatı sahəsində b) rəhbərlər və mütəxəssislər sinfində göstərilən kod: 1100000b-23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar, böyük ustalar vəzifəsi ilə eynilik (uyğunluq) təşkil edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrə uyğun və uyğun gələn, yəni tamamilə eynilik təşkil edən stajı birlikdə 17 il 2 ay 5 gün (xx.xx.1990-xx.xx.2007-ci il tarixlər arasındakı dövrlər) təşkil edir.
25. Odur ki, bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmiş, iddiaçının yerinə yetirdiyi işin xarakteri qeyd edilmişdir.
26. Beləliklə, iddiaçının mübahisələndirilən dövrdə zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş arayışla təsdiq olunmuş, eləcə də iddiaçının işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə uyğunlaşdırılmışdır. Bu əsasla məhkəmə müəyyən edir ki, iddiaçının güzəştli əmək stajı mövcuddur və bu, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasına hüquqi əsas yaradır.
27. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
28. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
29. İddiaçının pensiya hüququ xx.xx.2008-ci il tarixdən yaranmış, xx.xx.2025-ci il tarixə qədər pensiya təyinatı üçün lazımi qaydada müraciət etməmiş, üç ildən əvvəlki dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.
30. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2025-ci il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2022-ci il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-cü il tarixli 2-1(112)- 13671/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13671/2025 nömrəli iş üzrə xx.xx.2025-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Günel Sevdimalıyeva Hakimlər Pərviz Hüseynov Rəşid Səmədov