Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4707/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər X28 (sədrlik edən və məruzəçi), X37 və X29 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Iddiaçı X1, Üçüncü şəxslər X7, X8 iştirakları ilə, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. . -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: AZ1050, ünvan 6 28) ünvanında yerləşən 0.0143 ha torpaq sahəsi və üzərində yerləşən 98.60 kv.m fərdi yaşayış evi ##.##.2024-cü il tarixdə 1124177058 qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. -Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi ##.##.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Arayışa əsasən ünvan 5 (Yeni qaydalarla: AZ1050, ünvan 6 28) ünvanında X7, X8, üçüncü şəxs4 Habil qızı, X9, X10, Novruzlu Əziz Habil oğlu, X11, Novruzov Habil Əziz oğlu, X2, X3, X12, X19, Quliyeva Xatın Gündüz qızı qeydiyyatdadır.
3. Məhkəmə sorğusuna cavab olaraq Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli *-**/*-*-**-**** nömrəli məktubunda göstərilmişdir ki, ev təsərrüfatları uçotu kitabında vətəndaşlar X7, X8, X10 və Quliyev Xatın Gündüz qızı qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. Həmçinin qeyd edək ki, həmin ünvanda bir 1(bir) fərdi yaşayış evi mövcuddur. Sorğuda adları qeyd olan digər şəxslər üçüncü şəxs4 Habil qızı, Novruzlu Əziz Habil oğlu. X11, Novruzlu Habil Əziz oğlu və X19 ev təsərrüfatları uçotu kitabında qeydiyyatda olsalarda həmin ünvanda yaşamırlar. Onlar yəni Novruzov ailəsi həmin fərdi yaşayış evini Quliyev ailəsinə satıb və oradan köçüb.
4. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubunda göstərilmişdir ki, X7, X8, üçüncü şəxs4 Habil qızının, X10, Novruzlu Əziz Habil oğlunun, X11, Novruzov Habil Əziz oğlunun, X19 və Quliyeva Xatın Gündüz qızının sözügedən fərdi yaşayış evi üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki:
5. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 5 (Yeni qaydalarla: AZ1050, ünvan 6 28) ünvanında yerləşən 0.0143 ha torpaq sahəsi və üzərində yerləşən 98.60 kv.m fərdi yaşayış evi ##.##.2024-cü il tarixdə 1124177058 qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. -##.##.2024-cü il tarixli Ərizəsində X1 bildirmişdir ki, ünvan 5 üvanında yerləşən ona məxsus evə çıxarış və texniki pasport verilməsini xahiş etmiş, evin ünvannın 8A olmalı olduğunu, ev 8 ünvanının qonşuya aid olduğunu bildirmişdir.
7. -##.##.2011-ci il tarixli Bağışlama Müqaviləsinə əsasən Rzayeva Səfurə Vəfa qızı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 8 ünvanında yerləşən fərdi evin ½ hissəsini nəvəsi X1 bağışlamışdır.
8. -Qanun üzrə Vərəsəlik Şəhadətnaməsinə əsasən X4 vərəsəsi olaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 8 ünvanına yerləşən əmlak X5 mülkiyyətinə verilmişdir.
9. Məhkəmə sorğusuna cavab olaraq Suraxanı Rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli **/*-*****/** nömrəli məktubunda göstərilmişdir ki, adları qeyd olunan şəxslər haqqında Suraxanı RPI-nin QMB-də heçbir məlumat aşkar edilmədi.
10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli **/*-***** nömrəli məktubunda göstərilmişdir ki, üçüncü şəxs4 Habil qızının ##.##.2015-ci il, X8 ##.##.2003-cü il, X7 ##.##.2014-cü il, X10 ##.##.2014-cü il, Novruzlu Əziz Habil oğlunun ##.##.2015-ci il, X11 ##.##.2020-ci il, Novruzov Habil Əziz oğlunun ##.##.2006-cı il, Quliyeva Xatın Gündüz qızının ##.##.2014-cü il, Novruzova Səkinə tarixdən Bakı şəhəri, Suraxanı rayonu, X13 ##.##.2017-ci il qəsəbəsi, Telman Nərimanov küçəsi, ev 8 (Yeni qaydalarla: ünvan 6 28) ünvanına qeydiyyata alınmasına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki:
11. -##.##.2024-cü il tarixli *E-**/***** nömrəli X20 Əziz oğlu bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsində yerləşən *A saylı qeyri-yaşayış sahəsinin qazdan istifadəyə dair texniki şərtin X8 adına dəyişdirilməsinə etiraz etmir.
12. -Azərişıq ASC tərəfindən verilmiş Abunə haqqında məlumata əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsində yerləşən mənzil üzrə A*********M***** nömrəli sayğac 110701300040001 abonent nömrəsi ilə X8 adına qeydiyyata alınmışdır.
13. -##.##.2014-cü il tarixli Evlərin Alqı-Satqı Müqaviləsinə əsasən Novruzov Habil Əziz oğlu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsində yerləşən *A saylı evi 83000 azn qiymətə alıcı X8.
14. -“Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş Memarlıq və Planlaşdırma Layihəsindən görünür ki, layihə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi ev 8A üçün sahibi X8 ilə 2022-ci il tarixdə tərtib edilmişdir.
15. Cavabdeh Suraxanı Rayon Polis Idarəsinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli **/*-R-****/**/** nömrəli məktubda bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DIO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, Siz aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlisiniz.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
Iddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
16. Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək X7, X8, üçüncü şəxs4 Habil qızının, X10, Novruzlu Əziz Habil oğlunun, X11, Novruzov Habil Əziz oğlunun, X19, Quliyeva Xatın Gündüz qızının onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi, *A saylı ev ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi * saylı ev ilkin olaraq nənəsi Səfurə Rizayevanın adına olmuş və onun AR DƏDRX Bakı Ərazi Idarəsi tərəfindən onun adına Qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan nənəsi həmin evi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi ev 8A bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. ##.##.2011-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəəfindən ona Daşınmaz əmlakın reyestr nömrəsi: 0066011003321-10301, Qeydiyyat nömrəsi - ********** saylı Çıxarış verilmişdir. Lakin 2024-cü ildə Reyestr Xidmətində ünvanla bağlı düzəliş edildiyindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Telman Nərimanov küçəsi Asaylı evə dair Qeydiyyat nömrəsi 1124177058, ##.##.2024-cü il tarixində yeni Çıxarış verilmişdir. Göstərilən mənzil həm nənəsinin mülkiyyətində olan da, həm də onun mülkiyyətində olan da nə o, nə də nənəsi ailə üzvlərindən başqa heç kimi həmin evə qeydiyyata götürülməsi üçün razılıq verməmişdirlər. Lakin hazırda ailə üzvlərinin evə qeydiyyata götürülməsi üçün müraciət etdikdə məlum olmuşdur ki, onun icazəsi və xəbəri olmadan mənzildə 9 nəfərəin qeydiyyatı olduğunu bilmişdir.Mübahisəli evdə o və ailə üzvlərindən başqa, heç kim yaşamır və onların onun evinə hər hansı bir formada istifadə hüquqları yoxdur. Bununla əlaqədar evinə əsasız qeydiyyata götürülmüş şəxslərin evdən qeydiyyatdan çıxarılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinə müraciət etmiş və Polis Idarəsinin ##.##.2025-ci il tarixli 34/2 R-****/* saylı məktubunda evinə qeydiyyatda olanların qeydiyyatdan çıxarılmaları barədə məhkəməyə müraciət etməyi məsləhət edilmişdir. onun xüsusi mülkiyyətində olan evinə, qeyri qanuni yollarla qeydiyyata götürülən şəxslər onun evindən qeydiyyatdan çıxarılmalıdırlar Kənar şəxslərin onun evinə qeydiyyata götürülmələri, onun öz xüsusi mülkiyyətində olan evindən sərbəst istifadə etmək imkanlarını məhdudlaşdırır. Belə ki, Hazırda o xüsusi mülkiyyətində olan mənzilindən sərbəst istifadə etmək, müxtəlif hüquqi sənədlər(alqısatqı, bağışlama, ipoteka və s.) tərtib etmək istəyir, lakin onun mənzilində qeydiyyatı olan şəxslər onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatının olması səbəbindən mənzilə dair öz hüququmdan istifadə etməyinə imkan verilir.
18. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir.
19. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə X7, X8, üçüncü şəxs4 Habil qızı, X10, Novruzlu Əziz Habil oğlu, X11, Novruzov Habil Əziz oğlu, X19, Quliyeva Xatın Gündüz qızı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
20. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilməsi, Novruzov Habil Əziz oğlu, üçüncü şəxs4 Habil qızı, Novruzlu Əziz Habil oğlu, X11 və X19 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, T.Nərimanov küçəsi ev 8A (Yeni qaydalarla: AZ1050, ünvan 6 28) ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinə həvalə edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçının qeydiyyatdan çıxarılma ilə bağlı tələbini aşağıdakı hallar nəzərə alınmaqla qiymətləndirir: -1. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmışdırmı; -2. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslər iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayırlarmı; -3. qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqları mövcuddurmu. Hazırkı işdən müəyyən olunur ki, ünvan 3 ünvanında 2 fərdi yaşayış evi mövcuddur.
22. ünvan 5 (Yeni qaydalarla: AZ1050, ünvan 6 28) ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ##.##.2024-cü il tarixdə 1124177058 qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
23. Eyni zamanda mübahisəli ünvanda yerləşən digər fərdi yaşayış evi X8 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır. Belə ki, X8 evi ##.##.2014-cü il tarixdə Novruzov Habil Əziz oğlundan almışdır. Hazırda həmin ev X8 və istifadəsindədir, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar. Quliyev Gündüzün adına olan abonent məlumatları, eləcə də qəsəb nümayndəliyindən verilmiş arayış onların sözügedən ünvanda daimi yaşadıqlarını təsdiq edir.
24. Beləliklə, ünvan 3 ünvanında eyni ünvan göstəricisinə malik iki ayrı fərdi yaşayış evləri var.. Iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslərdən X8, X7, X10, Quliyeva Xatın Gündüz qızı X8 həmin ünvanda 2014-cü ildən qeydiyyatda olmaqla faktiki yaşayırlar.
25. Digər üçüncü şəxslər isə Novruzov Habil Əziz oğlu, üçüncü şəxs4 Habil qızı, Novruzlu Əziz Habil oğlu, X11, X19 hazırda X8 aid evdə yaşamış və qeydiyyatda olan şəxslər olmaqla, məhkəməyə ünvanladıqlar ərizələrində qeydiyyatdan çıxarılma ilə bağlı iddiaya etiraz etmədiklərini bildirmişlər.
26. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Hazırkı halda X8, X7, X10, Quliyeva Xatın Gündüz qızı- üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Mübahisəli ünvan 5 ünvanında yerəşən əmlak ilkin olaraq ev 8 ünvanı kimi qeydiyyatda olmuş, sonuncu dəfə 2024-cü ildə iddiaçnın adına ev 8A ünvanı kimi qeydiyyata alınmışdır. Üçüncü şəxslər isə ev 8A ünvanına 2014-cü ildə, yəni iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ev 8A kimi qeydiyyata alınmazdan öncə qeydiyyata alınmışlar.
28. Bundan əlavə, nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
29. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin *-*(***)- *****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
30. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan evin Tərtib edilmiş Texniki Pasportunda ünvan kimi “ ünvan 7 kimi göstərilmişdir. Yeni Suraxanı qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi yenidən hər iki evə baxış keçirmiş və 1080 №li ##.##.2025-ci il tarixli Arayışında göstərilmişdir ki, “ünvan 1 ünvanda yalnız Rizayev Samir ailə üzvləri və valideynləri birlikdə yaşayırlar. Ev təsərrüfat kitabında Telman ünvan 9 ünvanda X7, X8 , X10 və Quliyeva Xatın Gündüz qızı qeydiyyatda olmalarına baxmayaraq , lakin həmin ailəyə məxsus fərdi yaşayış evi Suraxanı rayonu , Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə deyilən ərazidə yerləşir və ailəsi ilə həmin evdə yaşayırlar. Necə ola bilər ki, iki başqa -başqa ailə və iki başqa başqa ev eyni nömrə ilə qeyd edilir ? 3-cü şəxslərin onun evinə heç bir hüquqları olmadığı halda, onların iddiaçının evinə qeydiyyatalarının olması qanunszudur. Qeyd edir ki, Quliyevlərin yaşadıqları ev xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsində sözügedən fərdi yaşayış evi üzərində istifadə hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bu fakt ona dəlalət edir ki, 3-cü şəxslər kimlərləsə əlbir olaraq iddiaçının evinin ünvanından istifadə edərək özbaşına tikilmiş evə saxta ünvan alaraq qeydiyyata düşüblər. Məhkəmə göstərdiyi halları araşdırmamışdır. Hazırda ailə üzvlərinin evə qeydiyyata götürülməsi üçün müraciət etdikdə məlum olmuşdur ki, onun icazəsi və xəbəri olmadan mənzildə 9 nəfərin qeydiyyatı olduğunu bilmişdir. Bildirir ki, mübahisəli evdə iddiaçı və ailə üzvlərindən başqa , heç kim yaşamır və onların iddiaçının evinə hər hansı bir formada istifadə hüquqları yoxdur.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
32. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
33. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxslər apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.Verilən suallara cavabında 3-cü şəxs X7 bildirmişdir ki, X7, X8, X10 və Quliyeva Xatın Gündüz qızı ünvan 1 ünvanda 2014-cü ildən qeydiyyatda olmaqla yaşayırlar.Onların evi iddiaçının evindən xeyli məsafədə uzaqda yerləşir.Evlərinin yerləşdiyi əraziyə Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə deyilir, bu yalnız məsələn, sahə həkimində aydınlıq olması üçün belə adlanır.Lakin onların evlərinin ünvanı rəsmi olaraq Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə deyil, ünvan 8 ünvanıdır.
34. Digər 3-cü şəxs X8 da 3-cü şəxs X7 dedikləri ilə razı olduğunu bildirmişdir.
35. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
37. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
38. Azərbaycan Respublikasının Prezidentinin ## ###### 2008-ci il tarixli ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın:
39. 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə əsasən ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir.
40. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayətində qərar iddianın rədd olunan hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
42. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(IPM-in 82-ci maddəsi)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.Iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
44. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işin hallarına görə, ünvan 5 (Yeni qaydalarla: AZ1050, ünvan 6 28) ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ##.##.2024-cü il tarixdə 1124177058 qeydiyyat nömrəsi ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
45. Eyni zamanda mübahisəli ünvan olan ünvan 5 ünvan üzrə digər fərdi yaşayış evi X8 aid olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş əmlakdır.
46. Belə ki, X8 evi ##.##.2014-cü il tarixdə Novruzov Habil Əziz oğlundan almışdır. Hazırda həmin ev X8 və istifadəsindədir, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar.
47. Məhkəmə Kollegiyası qeyd edir ki, Quliyev Gündüzün adına olan abonent məlumatları, eləcə də qəsəb nümayndəliyindən verilmiş arayış onların sözügedən ünvanda daimi yaşadıqlarını təsdiq edir.
48. Beləliklə, müəyyən olunur ki, ünvan 3 ünvan göstəricisinə malik iki ayrı fərdi yaşayış evləri var.
49. Iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslərdən X8, X7, X10, Quliyeva Xatın Gündüz qızı həmin ünvanda 2014-cü ildən qeydiyyatda olmaqla faktiki yaşayırlar.
50. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının üçüncü şəxslər X8, X7, X10, Quliyeva Xatın Gündüz qızını ünvan üzrə qeydiyyatdan çıxarması üçün tələb olunan şərtlər ödənilmir. -1. Üçüncü şəxslər iddiaçının razılığı əsasında sözügedən ünvana qeydiyyata düşməmişlər. -2. Üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, X8 aid evdə halhazıradək yaşayırlar. -3. Üçüncü şəxslər iddiaçıya məxsus evlə bağlı əmlak hüquqlarına malik deyillər, özlərinin yaşadıqları fərdi yaşayış evinə əmlak hüquqlarına iddia edə bilərlər. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
51. Bundan əlavə qeyd edilməlidir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
52. Hazırkı halda X8, X7, X10, Quliyeva Xatın Gündüz qızı- üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə deyil, onlara məxsus ayrı evdə yaşayırlar və yaşadıqları evin ünvanı üzrə qeydiyyatdadırlar. Mübahisəli ünvan 5 ünvanında yerəşən əmlak ilkin olaraq ev 8 ünvanı kimi qeydiyyatda olmuş, sonuncu dəfə 2024-cü ildə iddiaçnın adına ev 8A ünvanı kimi qeydiyyata alınmışdır. Üçüncü şəxslər isə ev 8A ünvanına 2014-cü ildə, yəni iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində ev 8A kimi qeydiyyata alınmazdan öncə qeydiyyata alınmışlar.
53. Bundan əlavə, nəzərə alınsa ki, qanun fiziki şəxsin bilavasitə “yaşayış yeri” üzrə qeydə alınmanı tələb edir, bu halda üçüncü şəxslərin yaşadıqları fərdi yaşayış evinin yerləşdiyi ünvan üzrə qeydiyyatda qalmaları qanunsuz, inzibati orqanın onları yaşayış yeri ünvanından qeydiyyatdan çıxarmaqdan imtinası isə əsassız hesab edilə bilməz.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ######## 2020- ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228- ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
55. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır.
56. Məhkəmə qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınması zamanı yeni ünvan verilməsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana müraciət etmək hüququ olduğu halda bu imkandan istifadə etməməsi və əmlakın ünvan 4 ünvanı üzrə qeydiyyata alınması onun eyni ünvanlı digər fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına əsas verməməlidir. Eyni zamanda bu hal iddiaçının ünvanın dəyişməsi ilə bağlı müvafiq inzibati orqana yenidən müraciət etmək və yeni ünvan göstəricilərinə malik çıxarışı əldə etmək imkanını da məhdudlaşdırmır.
57. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olan evin Tərtib edilmiş Texniki Pasportunda ünvan kimi “ünvan 7 kimi göstərilmişdir. Yeni Suraxanı qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyi yenidən hər iki evə baxış keçirmiş və 1080 №li ##.##.2025ci il tarixli Arayışında göstərilmişdir ki, “ünvan 1 ünvanda yalnız Rizayev Samir ailə üzvləri və valideynləri birlikdə yaşayırlar. Ev təsərrüfat kitabında Telman ünvan 9 ünvanda X7, X8 , X10 və Quliyeva Xatın Gündüz qızı qeydiyyatda olmalarına baxmayaraq, lakin həmin ailəyə məxsus fərdi yaşayış evi Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə deyilən ərazidə yerləşir və ailəsi ilə həmin evdə yaşayırlar. Necə ola bilər ki, iki başqa -başqa ailə və iki başqa başqa ev eyni nömrə ilə qeyd edilir? 3-cü şəxslərin onun evinə heç bir hüquqları olmadığı halda, onların iddiaçının evinə qeydiyyatalarının olması qanunszudur.
58. Apellyasiya şikayətinin dəlilləri baxımından məhkəmə Kollegiyası Bakı şəhəri, Suraxanı rayonu Icra Hakimiyyəti Başçısının Suraxanı qəsəbə inzibati ərazi üzrə Nümayəndəliyinə ## ###### 2026-cı il tarixli sorğu göndərərək X7 və ailə üzvlərinin yaşadığı evin ünvanının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Nümayəndəliyin əvvəlki məktubunda Aşağı Qəsəbə deyilən ərazi kimi qeyd olunmuşdur) Telman Nərimanov küçəsi, *A saylı ev, yoxsa Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Telman Nərimanov küçəsi, * saylı ev ünvanı olması barədə məlumatın məhkəməyə təqdim olunması xahiş olunur.
59. Həmin sorğuya Bakı şəhəri, Suraxanı rayonu Icra Hakimiyyəti Başçısının Suraxanı qəsəbə inzibati ərazi üzrə Nümayəndəliyinin ## ###### 2026-cı il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X7 ailə üzvləri ilə birgə 8A ünvanında qeydiyyatda olmasına baxmayaraq onun yaşadığı ünvan X6 Qəsəbə kimi tanınır. Həmin fərdi yaşayış evinin Telman ünvan 10 * saylı ünvanlara aidiyyatı yoxdur.*A saylı ev Rizayevlər ailəsinə, * saylı ev isə Cahangirovlar ailəsinə məxsusdur.
60. Apellyasiya baxışı zamanı yuxarıda qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, 3-cü şəxs X7, X8, X10 və Quliyeva Xatın Gündüz qızı ünvan 1 ünvanda 2014-cü ildən qeydiyyatda olmaqla yaşayırlar.Onların evi iddiaçının evindən xeyli məsafədə uzaqda yerləşir.Evlərinin yerləşdiyi əraziyə Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə deyilir, bu yalnız məsələn, sahə həkimində aydınlıq olması üçün belə adlanır.Lakin onların evlərinin ünvanı rəsmi olaraq Yeni Suraxanı qəsəbəsi, Aşağı Qəsəbə deyil, ünvan 8 ünvanıdır.
61. Məhkəmə Kollegiyasının iclasında 3-cü şəxs X7 və 3-cü şəxs X8 da qeyd edilənləri bir daha təsdiq etmişlər.
62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
63. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına verilə bilər.