Məhkəmə qərarları › İş №2-1(103)-471/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-471/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-471/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2268/2022 saylı, 02 iyun 2022-ci il il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, ona 64 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1972-xx.xx.1974-cü illərdə Bakı zavodunun təmir-instrumental sexində işlədiyi (1 il 9 ay 18 gün), xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət etdiyi (2 il 20 gün), xx.xx.1976-xx.xx.1976-cı illərdə Bakı karamel fabrikində təmirmexaniki sexində işlədiyi (3 ay 1 gün), xx.xx.1976-xx.xx.1977-ci illərdə SSRİ-nin 50 İlliyi adına AXDPİ-də işlədiyi (7 ay 19 gün), xx.xx.1977-xx.xx.1977-ci illərdə Azərbaycan SSR Tikinti nazirliyinin mənzil-kommunal idarəsində işlədiyi illərdə, digər əmək fəaliyyəti ilə üstüstə düşməyən xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək (1 ay 26 gün), xx.xx.1977xx.xx.1980-ci illərdə texniki vasitələr kabinetində işlədiyi (2 il 5 ay 7 gün), xx.xx.1980xx.xx.1980-ci illərdə Bakı direksiyasında işlədiyi illərdə, digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.1980-ildən xx.xx.1980-ci ilədək (1 ay 10 gün), xx.xx.1980-xx.xx.1987-ci illərdə texniki araşdırmalar şöbəsində işlədiyi (7 il 2 gün), xx.xx.1987-xx.xx.1988-ci il Bakı kompleks şöbəsində işlədiyi (1 il 1 ay 19 gün), xx.xx.1988-xx.xx.1988-ci illərdə Neft Sənayesi Nazirliyi kompleks layihə şöbəsində işlədiyi (14 gün), xx.xx.1988-xx.xx.1989-cu illərdə “Neyron” kooperativ kompüter mərkəzində işlədiyi (1 il 4 ay 13 gün), xx.xx.1989xx.xx.1990-cı illərdə Mədəni sağlamlıq kompleksi “Ocaq”da işlədiyi (2 ay), xx.xx.1990xx.xx.1990-cı illərdə “Uğur” gənclər-kooperativ mərkəzində işlədiyi (5 ay 23 gün), xx.xx.1990-xx.xx.1992-ci illərdə “Tərəqqi” Mühəndis-kompüter mərkəzində işlədiyi (1 il 11 ay 19 gün), xx.xx.1992-ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası "xxxx" Çoxfunksiyalı şirkətində işlədiyi (2 il 2 ay 14 gün), xx.xx.1994-xx.xx.2003-cü illərdə “Merkuri interneyşnl” şirkətində işlədiyi (8 il 2 ay 22 gün), xx.xx.1999-cu ildən xx.xx.2021-ci ilədək 70 yaşına çatmış ahıl şəxsə (xx.xx.1929-cu il təvəllüdlü anası X2) qulluq etdiyi müddətin digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.2003-cü ildən xx.xx.2021-ci ilədək olan (18 il 6 ay 7 gün) dövrlərin, ümumilikdə 48 il 6 ay 24 gün iş stajının sosial sığorta stajına daxil edilməsi, ona 64 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı pensiya hüququnun yarandığı gün, yəni 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin qanunvericiliyə uyğun hesablanmaqla iddiaçıya ödənilməsinə dair xx.xx.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini xx.xx.2021-ci il tarixində qəbul etsə də, bu günə kimi iddiaçıya pensiya təyinatı aparmamışdır. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 1 iyul 2018-ci ildən 30 iyun 2019-cu il tarixinədək kişilərin 64 yaşında yaşa görə əmək pensiyası hüququ yaranırdı. İddiaçının 64 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. xx.xx.1972-ci ildən hərbi xidmət və əyani təhsil də daxil olmaqla iddiaçı xx.xx.2003-cü ilədək müxtəlif peşələrdə işləmişdir. Bundan əlavə, iddiaçının 70 yaşına çatmış xx.xx.1929-cu il təvəllüdlü anası X2 etdiyi qulluq dövrü də iddiaçının sosial sığorta stajına daxil edilməldir. İddiaçının 25 ildən çox stajı olduğuna görə iddiaçının 64 yaşında, yəni xx.xx.2019-cu il tarixində yaşa görə əmək pensiyası hüququ yaranır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçının işlədiyi "xxxx" çoxfunksiyalı şirkətin və "xxxx" interneyşnl şirkətin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin müəssisələrdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək iddiaçıya əmək pensiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "xxxx" çoxfunksiyalı şirkətində, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" interneyşnl şirkətində işlədiyini iddia edir. İddiaçının "xxxx" çoxfunksiyalı şirkətində və "xxxx" interneyşnl şirkətində çalışdığı dövrlərlə bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə sorğu ünvanlanmışdır. Milli Arxiv İdarəsinin məktubunda adı qeyd olunan müəssisələrin arxiv sənədlərinin təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda, iddiaçının anası X1q etdiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən anasına qulluq etdiyi dövrlərlə bağlı Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021ci il tarixli akt təqdim edilmişdir. Lakin təqdim edilmiş akt “ahıl şəxsə qulluq edilməsi müddətinin” sığortaolunanın sığorta stajına daxil edilməsinin əsasını təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Qanunvericilik normasından da göründüyü kimi Mənzil Kommunal Təsərrüfat Birliyinin Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş akt ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməsi əsasını təsdiq edən aktlar sırasına daxil deyildir. Belə olan halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2268/2022 saylı, 02 iyun 2022-ci il il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddianın qismən təmin edilməsi, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək Bakı zavodunun təmir-instrumental sexində işlədiyi, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmət keçdiyi, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Bakı karamel fabrikində təmir-mexaniki sexində işlədiyi, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək SSRİ 50 İlliyə adına AXDPİ-də işlədiyi, xx.xx.1977-ci ildən xx.xx.1977ci ilədək Azərbaycan SSR Tikinti nazirliyinin mənzil-kommunal idarəsində işlədiyi, xx.xx.1977-ci ildən xx.xx.1980-ci illərdə texniki vasitələr kabinetində işlədiyi, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək Bakı direksiyasında işlədiyi, xx.xx.1980-ci ildən xx.xx.1987-ci ilədək texniki araşdırmalar şöbəsində işlədiyi, xx.xx.1987-ci ildən xx.xx.1988-ci il Bakı kompleks şöbəsində işlədiyi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək Neft Sənayesi Nazirliyi kompleks layihə şöbəsində işlədiyi, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək “Neyron” kooperativ kompüter mərkəzində işlədiyi, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Mədəni sağlamlıq kompleksi “Ocaq”da işlədiyi, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək “Uğur” gənclər-kooperativ mərkəzində işlədiyi, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək “Tərəqqi” Mühəndis-kompüter mərkəzində işlədiyi, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək "xxxx" Çoxfunksiyalı şirkətində işlədiyi, xx.xx.1994-cü ildən xx.xx.2003-cü ilədək “Merkuri interneyşnl” şirkətində işlədiyi dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməklə, İddiaçı 64 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Öz növbəsində, iddiaçı da qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməmiş hissədə qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə cavabdeh tərəf dövlət orqanıdır və konstitusiyaya əsasən dövlət hər şeydən öncə vətəndaş üçün mövcud olmalıdır. Lakin cavabdeh orqan bu vəzifəsini yerinə yetirməmişdir. Təxminən 3 ildir cavabdehə dəfələrlə müraciətlər edir. Əgər qulluq aktı icra hakimiyyəti və yaxud DSMF-nin nümayəndələri tərəfindən tərəfindən təsdiq olunmalıdırsa bunu ona izah etmək cavabdehin vəzifəsi idi. Cavabdeh inzibati orqan ilk dəfə müraciət edəndə iddiaçıya bildirmişdir ki, “ahıl şəxsə qulluq etməyinizlə bağlı qonşularla notariusdan ərizə alıb gətirin”, o da cavabdehin dediyi kimi notarial qaydada ərizə təqdim etmişdir. Sonradan isə bildirmişər ki, “İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəliklərindən qonşuların şahidlikləri ilə bağlı akt gətirin”, o cavabdehin bu tələbini də yerinə yetirmişdir. İndi isə həmin aktı sübut kimi qəbul etmirlər. O bu məsələ ilə bağlı bağlı neçə illərdi cavabdehə müraciətlər etmişdir, cavabdeh qaydalara uyğun olaraq özü komissiya təyin edib, bu aktı tərtib etməli idi, lakin bunu etmədi, səbəb kimi də qəyyumu olmamağını göstərmişdir. İmtinaların hamısında cavabdeh qulluq dövrünü staja daxil etməməyinin səbəbini onun ahıl şəxsi üzərində patronaj təyin edilməməsini əsas gətirmişdir. Halbuki, patronaj 70 yaşına çatmış ahıl şəxsin deyil, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxsin üzərində təyin edilir. Başqa bir yandan, qulluq aktı icra hakimiyyətinin tabeliyində fəaliyyət göstərən MİS tərəfindən təsdiq olunmuşdur ki, bu dövlət orqanı da icra hakimiyyətinin nümayəndəsidir. Təcrübədə də belə hallarda qulluq aktını icra hakmiyyətinin nümayəndəlikləri təsdiq edir. Yəni icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyi varsa, nümayəndə yoxdursa, icra hakimiyyətinin MİS tərəfindən bu cür aktlar və arayışlar verilir. Bundan əlavə, ahıl şəxsə qulluq etməyi hansısa bir dövlət orqanı deyil, onsuz da qonşular şahidlik edərək imzalayırlar. Qonşulardan ibarət bu aktdan əlavə, cavabdehə notariat qaydasında təsdiq edilmiş ərizə də təqdim etmişdir. Həmin ərizə məhkəməyə də təqdim edilib və iş materiallarında var. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Azərbaycan Almanya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 668 nömrə ilə, "xxxx" Çoxsahəli Firmasının xx.xx.1996-cı il tarixdə 28215 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən "xxxx" şirkəti xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmağı, "xxxx" şirkəti adlı hüquqi şəxsin isə dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Azərbaycan-Almanya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 668 nömrə ilə, "xxxx" Çoxsahəli Firmasının xx.xx.1992-ci il tarixdə 28215 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan məktublarda qeyd olunan Azərbaycan- Almanya "xxxx" Birgə Müəssisəsinin və "xxxx" Çoxsahəli Firmasının dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumatlar arasında ziddiyyətlər mövcuddur. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi tərəfindən qeyd olunan ziddiyyətlər araşdırılmamış və xx.xx.2022-ci il tarixli, 2-1(112)-2268/2022-ci il nömrəli qərarda həmin ziddiyyətlərə aydınlıq gətirilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 2268/2022 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin və iddiaya dair etirazın məzmununa uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmiş, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hər iki apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək həqiqi hərbi xidmət keçmişdir. X5 X8 Təhsil Müəssisəsi tərəfindən verilmiş MB seriyalı 221468 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı həqiqətən 1978-ci il tarixdə X5 X8 Təhsil Müəssisəsinə qəbul olunmuş və 1984-cü il tarixdə adı keçən institutun ingilis dili ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının xx.xx.1984-cü il tarixli qərarına əsasən İddiaçı orta məktəbdə ingilis dili müəllimi ixtisası verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.1988-ci il tarixində tərtib edilmiş İT-İ seriyalı ******* saylı əmək kitabçanıza və hərbi biletinizin surətinə əsasən sığorta stajınız 18 il 1 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış kapitalınız 18 il 1 ay sığorta stajına uyğun olaraq 13.065,57 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Mərkəzi Filialın monitorinq və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən əmək kitabçanızda qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək "xxxx" çoxsahəli firmasında və xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək "xxxx" Azərbaycan-X10 müəssisəsində olan əmək fəaliyyətinizin araşdırılması zamanı qeyd olunan müəssisələrin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmadığı müəyyən edilmişdir. Bu səbəblə həmin dövrlərin araşdırılması mümkün olmamış və bu dövrlər sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, həmin müddətlərdən biri hesablanır. Sözügedən maddənin tələblərinə əsasən 1978-1984cü illəri əhatə edən təhsil dövrünüz əmək fəaliyyəti dövrünüzlə üst-üstə düşdüyündən təhsil dövrünüzün sığorta stajına daxil ediİməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39.1-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ananız X3 üzərində patronaj təyin edilməyiniz barədə müvafiq icra hakimiyyəti orqanının qərarını təqdim etdikdən sonra yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. Əlavə olaraq bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/22 saylı məktubdan görünür ki, sorğuda qeyd olunan "xxxx" çoxsahəli firmasının və "xxxx" Azərbaycan-X13 müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: “dövlət reyestrində məktubunuza əlavə edilmiş əmək kitabçasının surətində göstərilmiş Azərbaycan-Almanya "xxxx" Birgə Müəssisəsinin (VÖEN:**********) xx.xx.1994cü il tarixdə 668 nömrə ilə, "xxxx" Çoxsahəli Firmasının xx.xx.1992-ci il tarixdə 28215 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. "xxxx" Çoxsahəli Firması 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: ““dövlət reyestrində "xxxx" şirkətinin xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hazırkı dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Reyestrdə "xxxx" şirkəti adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: “"xxxx" Çoxsahəli Firması və "xxxx" Azərbaycan-X11 Müəssisəsi barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində "xxxx" Çoxsahəli Firmasının xx.xx.1996-cı il tarixdə 28215 nömrə ilə və Azərbaycan-Almaniya "xxxx" Birgə Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 668 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxslər 2004cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdirlər”. İddiaçı məxsus əmək kitabçasının (xx.xx.1973-cü il) notarial qaydada təsdiq olunmuş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı Bakı zavoduna qəbul olunana qədər əmək stajı olmamış, xx.xx.1972-ci ildə Bakı zavodunun təmir instrumental sexinə 1-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1972-ci ildə 1-ci dərəcəli dülgər ixtisası verilmiş, xx.xx.1974-cü ildə vəzifədən azad edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə Bakı karamel fabrikinə təmir-mexaniki sexə ikinci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə SSRİ 50 illiyə adına AXDPİ-yə qəbul edilmiş, xx.xx.1977-ci ildə xaric edilmiş, xx.xx.1977-ci ildə Şaumyan rayonu 109 saylı məktəbə texniki vasitələr kabinetinə laborant təyin edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə texniki araşdırmalar şöbəsinə 2-ci dərəcəli mono-fəhlə qəbul edilmiş, xx.xx.1984-cü ildə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987ci ildə Bakı kompleks şöbəsinə köçürülmə yolu ilə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin sərəncamına əsasən Az.NİPİ neft institutuna köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 592 saylı məktubuna əsasən kompleks layihə şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1988-ci ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr seçilmiş, xx.xx.1989-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu ildə Mədəni sağlamlıq kompleksi “Ocaq” istismar üzrə texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Uğur” gənclər-kooperativ mərkəzinə müfəttiş təyin edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Tərəqqi” Mühəndis-kompüter mərkəzinə EHM baş operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə EHM AVK mərkəzinə rəis v.i.e keçirilmiş, xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası "xxxx" Çoxfunksiyalı şirkətin prezidentinin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1994-cü ildə “Merkuri interneyşnl” şirkətinə mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı sexə qəbul olunana qədər əmək stajı olmamış, xx.xx.1977-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin Mənzilkommunal idarəsinə 4 saylı Mİİ-yə usta qəbul edilmiş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1979-cu ildə baş tikinti idarəsinin 17 saylı Tİ 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə Bakı direksiyasına oyun avtomatlarında pul qəpik xırdalamaq üçün xəzinədar qəbul edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir. İnzibati işin araşdırılmış hallarından görünür ki, xx.xx.1972-xx.xx.1974-cü illərdə Bakı zavodunun təmir-instrumental sexində işlədiyi (1 il 9 ay 18 gün), xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordu sıralarında hərbi xidmət etdiyi (2 il 20 gün), xx.xx.1976-xx.xx.1976-cı illərdə Bakı karamel fabrikində təmir-mexaniki sexində işlədiyi (3 ay 1 gün), xx.xx.1976xx.xx.1977-ci illərdə SSRİ 50 İlliyə adına AXDPİ-də işlədiyi (7 ay 19 gün), xx.xx.1977xx.xx.1977-ci illərdə Azərbaycan SSR Tikinti nazirliyinin mənzil-kommunal idarəsində işlədiyi illərdə, digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.1977-ci ildən xx.xx.1977ci ilədək (1 ay 26 gün), xx.xx.1977- xx.xx.1980-ci illərdə texniki vasitələr kabinetində işlədiyi (2 il 5 ay 7 gün), xx.xx.1980- xx.xx.1980-ci illərdə Bakı direksiyasında işlədiyi illərdə, digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.1980-ildən xx.xx.1980-ci ilədək (1 ay 10 gün), xx.xx.1980-xx.xx.1987-ci illərdə texniki araşdırmalar şöbəsində işlədiyi (7 il 2 gün), xx.xx.1987-xx.xx.1988-ci il Bakı kompleks şöbəsində işlədiyi (1 il 1 ay 19 gün), xx.xx.1988-xx.xx.1988-ci illərdə Neft Sənayesi Nazirliyi kompleks layihə şöbəsində işlədiyi (14 gün), xx.xx.1988-xx.xx.1989-cu illərdə “Neyron” kooperativ kompüter mərkəzində işlədiyi (1 il 4 ay 13 gün), xx.xx.1989- xx.xx.1990-cı illərdə Mədəni sağlamlıq kompleksi “Ocaq”da işlədiyi (2 ay), xx.xx.1990- xx.xx.1990-cı illərdə “Uğur” gənclər-kooperativ mərkəzində işlədiyi (5 ay 23 gün), xx.xx.1990-xx.xx.1992-ci illərdə “Tərəqqi” Mühəndiskompüter mərkəzində işlədiyi (1 il 11 ay 19 gün), xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası "xxxx" Çoxfunksiyalı şirkətində işlədiyi (2 il 2 ay 14 gün), xx.xx.1994-xx.xx.2003-cü illərdə “Merkuri interneyşnl” şirkətində işlədiyi (8 il 2 ay 22 gün), xx.xx.1999-cu ildən xx.xx.2021-ci ilədək 70 yaşına çatmış ahıl şəxsə (xx.xx.1929-cu il təvəllüdlü anası X2) qulluq etdiyi müddətin digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.2003-cü ildən xx.xx.2021-ci ilədək olan (18 il 6 ay 7 gün) dövrlərin, ümumilikdə 48 il 6 ay 24 gün iş stajının sosial sığorta stajına daxil edilməsi, ona 64 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı əmək kitabçasına (xx.xx.1973-cü il) əsasən xx.xx.1972-ci ildə Bakı zavodunun təmir instrumental sexinə 1-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1972-ci ildə 1ci dərəcəli dülgər ixtisası verilmiş, xx.xx.1974-cü ildə vəzifədən azad edilmiş, xx.xx.1974cü ildən xx.xx.1976-cı ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1976-cı ildə Bakı karamel fabrikinə təmir-mexaniki sexə ikinci dərəcəli çilingər qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə SSRİ 50 illiyə adına AXDPİ-yə qəbul edilmiş, xx.xx.1977-ci ildə xaric edilmiş, xx.xx.1977-ci ildə Şaumyan rayonu 109 saylı məktəbə texniki vasitələr kabinetinə laborant təyin edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə texniki araşdırmalar şöbəsinə 2-ci dərəcəli mono-fəhlə qəbul edilmiş, xx.xx.1984-cü ildə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1987-ci ildə Bakı kompleks şöbəsinə köçürülmə yolu ilə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin sərəncamına əsasən Az.NİPİ neft institutuna köçürülməsi ilə əlaqədar işdən azad edilmişdir. İddiaçı ona məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1988-ci ildə Neft Sənayesi Nazirliyinin xx.xx.1988-ci il tarixli, 592 saylı məktubuna əsasən kompleks layihə şöbəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1988-ci ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr müavini vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ildə “Neyron” kooperativ kompüter mərkəzinə sədr seçilmiş, xx.xx.1989-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1989-cu ildə Mədəni sağlamlıq kompleksi “Ocaq”da istismar üzrə texnik vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Uğur” gənclər-kooperativ mərkəzinə müfəttiş təyin edilmiş, xx.xx.1990-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1990-cı ildə “Tərəqqi” Mühəndis-kompüter mərkəzinə EHM baş operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə EHM AVK mərkəzinə rəis v.i.e keçirilmiş, xx.xx.1992-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası "xxxx" Çoxfunksiyalı şirkətin prezidentinin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1994-cü ildə “Merkuri interneyşnl” şirkətinə mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci ildə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ona məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən isə xx.xx.1977-ci ildə Azərbaycan SSR Tikinti Nazirliyinin Mənzil-kommunal idarəsinə 4 saylı Mİİ-yə usta qəbul edilmiş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1979-cu ildə baş tikinti idarəsinin 17 saylı Tİ 2-ci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1980-ci ildə Bakı direksiyasına oyun avtomatlarında pul qəpik xırdalamaq üçün xəzinədar qəbul edilmiş, xx.xx.1980-ci ildə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla ümumilikdə 30 il 29 gün staja malikdir (üst-üstə düşən dövrlər nəzərə alınmaqla xx.xx.1972-xx.xx.1974, xx.xx.1974- xx.xx.1976, xx.xx.1976-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1977xx.xx.1977, xx.xx.1977-xx.xx.1980, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1989, xx.xx.1989xx.xx.1990, xx.xx.1990-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1992-xx.xx.1994, xx.xx.1994-xx.xx.2003). İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan - xx.xx.2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. -22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğundur və iddiaçının apellyasiya şikayətinin əsas dəlili xx.xx.1929-cu il təvəllüdlü anası X1q etdiyi müddətin digər əmək fəaliyyəti ilə üst-üstə düşməyən xx.xx.2003-cü ildən xx.xx.2021-ci ilədək olan dövrlərin (18 il 6 ay 7 gün) sosial sığorta stajına daxil edilməsindən ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələbini qeyd olunan hissədə təsdiq edəcək hər hansı sübut təqdim olunmamışdır. Təqdim etdiyi yalnız Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib edilmiş 14 iyul 2021-ci il tarixli aktdır ki, həmin akt iddiaçı tərəfindən ahıl şəxsə qulluq edilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də qeyd olunan hissədə iddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan məktublarda qeyd olunan Azərbaycan-Almanya "xxxx" Birgə Müəssisəsinin və "xxxx" Çoxsahəli Firmasının dövlət qeydiyyatından keçməsi ilə bağlı məlumatlar arasında ziddiyyətlərin mövcud olmasından ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan-Almanya "xxxx" Birgə Müəssisəsinin (VÖEN:**********) xx.xx.1994-cü il tarixdə 668 nömrə ilə və "xxxx" Çoxsahəli Firmasının xx.xx.1992-ci il tarixdə 28215 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Əmək kitabçasında göstərilən məlumatların və məhkəməyə təqdim edilmiş qeyd olunan məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müddətlərin də iddiaçının sosial sığorta stajına əlavə edilməli olduğu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2268/2022 saylı, 02 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının və cavabdehin ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2268/2022 saylı, 02 iyun 2022-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar