Məhkəmə qərarları › İş №2-1(103)-471/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-471/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-471/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının qanuni təmsilçisi X7 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6757/2023 saylı, 08 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0367 saylı qərarının ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində qəbul olunmuş “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********4776 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2022ci il tarixinədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Bundan sonra, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişləri X2 və X4 tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********4776 saylı qərarına əsasən İddiaçı MMC-yə (VÖEN: **********) məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 3105-ci məhəllə, Dərnəgül qəsəbəsi ünvanında yerləşən anbarda xx.xx.2022-ci il tarixdə keçirilən Operativ vergi nəzarəti zamanı əldə edilən elektron qaimə-fakturalar, idxal sənədləri və alış aktları əsasında müəyyən edilmiş alış qiymətinə əsasən 42 935,37 manat dəyərində mal qalığı aşkar olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilən arayışa əsasən ticarət əlavəsi 30-40% (faiz) təşkil etmişdir. Operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin elektron qaimə fakturaları, yük gömrük bəyannamələri, nəzarət kassa aparatının fiskal hesabatları, aldığı və satdığı malların adlı siyahıları və digər məlumatlar araşdırılmış, həmin malların sənədli olduğu müəyyən olunmuş və bununla bağlı xx.xx.2022-ci il tarixli, 000139 saylı akt tərtib olunmuşdur. İddiaçı MMC-nin rəhbəri X8 tərtib olunmuş aktla tanış olduqdan sonra aktı imzalamış və bir nüsxəsini qəbul etmişdir. Lakin, daha sonra həmin vəzifəli şəxslər tərəfindən bir akt da tərtib olunmuşdur və həmin xx.xx.2022-ci il tarixli 000140 nömrəli aktda qeyd olunmuşdur ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı müəyyən olunmuşdur ki, 2022-ci il 25 yanvar-17 noyabr (17 noyabr daxil olmaqla) tarixləri aralığında anbardan satış qiyməti ilə 106974,7 manat məbləğində alkoqollu içkilər elektron qaimə-faktura təqdim etmədən NKA-a mədaxil olunaraq satılmışdır və Vergi Məcəlləsinin 16.1.11-6 və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin akta əsasən Vergi Məcəlləsinin 16.1.11-6 və 71-1-ci maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 106974,7 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Daha sonra isə cavabdeh orqan tərəfindən xx.xx.2023-cü il tarixli **********0367 nömrəli qərar ilə İddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 106974,7 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması qərara alınmışdır. Hesab edir ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 000140 nömrəli aktı əsassız olaraq tərtib olunmuşdur və onun əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********0367 nömrəli qərar tamamilə qanunsuz və əsassızdır. Belə ki, vergi orqanının “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4776 nömrəli qərarı qanun normalarına zidd şəkildə qəbul olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1, 50.2 və 50.3-cü maddələrinin tələblərinə əsasən qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada beş əsas müəyyən etdiyi halda, hazırki iş üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə vergi orqanı tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarda göstərilən əsaslardan heç biri qeyd olunmamış, qərar ümumiyyətlə əsaslandırılmamışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda qöstərilməməsi operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Bundan əlavə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti pərakəndə satışla bağlı yox, məhz mal qalığı ilə bağlı keçirilmişdir və bununla bağlı artıq xx.xx.2022-ci il tarixli 000139 nömrəli akt qəbul olunmuşdur. Həmin akt ilə operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin elektron qaimə fakturaları, yük gömrük bəyannamələri, nəzarət kassa aparatının fiskal hesabatları, aldığı və satdığı malların adlı siyahıları və digər məlumatlar araşdırılmış, həmin malların sənədli olduğu müəyyən olunmuşdur. Buna görə də, hesab edir ki, vergi orqanı tərəfindən əlavə olaraq bir aktın (xx.xx.2022-ci il tarixli, 000140 nömrəli) daha qəbul olunması və həmin aktın vergi nəzarətinin keçirilməsi məqsədlərinə uyğun olmaması onun qanunsuz və əsassız olaraq tərtib olunduğunu göstərir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 000140 nömrəli aktda və xx.xx.2023-cü il tarixli **********0367 nömrəli qərarda da cavabdeh orqan tərəfindən heç bir əsaslandırıcı hal qeyd olunmamışdır və formal olaraq maddəyə istinad olunaraq vergi məsuliyyətinə cəlb olunduğu qeyd olunmuşdur. X11 Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinin vergi müfəttişləri X2 və X4 tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli aktda qeyd olunmuşdur ki, “OVN tədbiri zamanı anbarın yerləşdiyi ərazi ticarət, alış veriş zonasından uzaqda olduğu, pərakəndə ticarət məqsədləri üçün uyğun olmadığı, ətrafda avto təmir obyektlərinin üstünlük təşkil etdiyi müəyyən olundu”. Ancaq həmin akt iddiaçıya rəsmi qaydada verilməmişdir. Halbuki, vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmçinin, Operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, vergi orqanı tərəfindən iddiaçının pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 106974,7 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Lakin iddiaçı uzun müddətdir ki, iri vergi ödəyicisi olaraq ölkə ərazisinə müxtəlif çeşiddə alkoqollu içkiləri idxal etməklə onların həm topdan, həm də pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. İddiaçının əsas fəaliyyəti topdan satışdan ibarət olsa da, dövriyyəsinin müəyyən faizi pərakəndə satış da təşkil edir. Məhz bu səbəbdən də iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat subyektləri topdan satışla yanaşı, həmçinin pərakəndə satış kimi vergi uçotunda qeydiyyata alınmışlar. “Topdansatış” və “pərakəndə satış” anlayışların açıqlaması vergi qanunvericiliyində öz təsdiqini tapmışdır. Pərakəndə satışı topdansatışdan fərqləndirən odur ki, pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Alıcının vergi orqanında uçotda VÖEN-i olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edə bilsin. Həmçinin qanunvericilikdə malların harada, hansı həddə və ya həcmdə satışı pərakəndə, hansı bölgədə, hansı həddə və ya həcmdə satışı isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zamanı həmin malları alan şəxsdən hansı məqsədlər üçün malların aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni, əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə mal aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Lakin operativ vergi nəzarət tədbirini keçirən vergi əməkdaşları tərəfindən iddiaçının satış dövriyyəsinin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə ümumiyyətlə müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci maddəsində imperativ qaydada təsbit edilmişdir ki, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi orqanı iddiaçı tərəfindən həmin malların həqiqətən də topdansatış qaydasında satılmasına – vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlilləri təqdim etməmiş, belə sübutlar barədə iddiaçıya məlumat verməmişdir. Yəni cavabdeh operativ vergi nəzarətinin nəticələri haqqında aktda əsassız olaraq iddiaçının satdığı malları topdan satış kimi göstərmişdir ki, bununla da vergi qanunvericiliyinin normalarının tələbləri pozulmuş və belə pozuntu ilə tərtib edilmiş akt əsasında mübahisələndirilən qərar qəbul edilmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş nəzarət kassa aparatının **********8 nömrəli xx.xx.2022ci il tarixli qeydiyyat vərəqəsindən göründüyü kimi AZ1108, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən **********-10001 kodu olan ANBAR təsərrüfat subyektində quraşdırılmış TPS 320 Smart POS markalı, Zavod nömrəsi CİA0320A00200114, NMQ-in zavod nömrəsi isə ********************3831 olan nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyi cavabdeh vergi orqanı tərəfindən təsdiq olunmuşdur. Bu da onu göstərir ki, cavabdeh özü malların pərakəndə satışına icazə vermişdir və bunun üçün heç bir məhdudiyyətin olmadığını qəbul etmişdir. Anbarda aşkar olunan malların pərakəndə satış üçün saxlanıldığını nəzərə aldıqda aydın şəkildə görünür ki, heç bir vergidən yayınmadan söhbət gedə bilməz. Çünki vergi ödəyicisi olaraq bütün satılmış malların dövriyyəsi bəyan edilmiş və müvafiq vergilər dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı MMC-nin (VÖEN: **********) hüquqi şəxs kimi qeydiyyata alındığı xx.xx.2016-cı il tarixdə əsas fəaliyyət növü “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090) kimi seçilmişdir. Vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli **********202900 nömrəli hüquqi şəxsin məlumat dəyişikliyi ərizəsinə əsasən, "xxxx" MMCnin (VÖEN: **********) əsas fəaliyyət növü “Alkoqollu və digər içkilərin topdan satışı” (46340), əlavə fəaliyyət növləri isə “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090), "Saxlama və anbarlara yığma” (52101) və “Alkoqollu içkilərin ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı” (4711204) kimi qeyd edilmişdir. İşin mahiyyəti ilə bağlı bildirir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4776 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 3105-ci məhəllə, Dərnəgül qəsəbəsində yerləşən "Anbar" adlı obyektində xx.xx.2022-ci il tarixidən xx.xx.2022-ci il tarixədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 106974,7 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 000140 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Həmçinin, iddiaçıya xx.xx.2022-ci il tarixli **********4778 saylı tələbnamə təqdim edilmiş, lakin tələbnamədə qeyd edilən sənədlər vergi orqanına təqdim edilməmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0367 nömrəli Qərarı ilə iddiaçı barəsində 106974,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarın əsaslandırılmadığını bildirmişdir. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Operativ vergi nəzarəti zamanı tərtib edilən sənədlərin formaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 18 may 2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaları” ilə müəyyən edilir. Qeyd olunan qaydalarda əks edilmiş formal tələblərə vergi orqanı tərəfindən riayət edilmişdir. Operativ vergi nəzarətinin keçirilməsinin əsası ilə bağlı bildirilir ki, vergi ödəyicisinə təqdim edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda operativ vergi nəzarətinin keçirilmə əsası qeyd olunmuş və vergi ödəyicisi bundan xəbərdar olmuşdur. İddiaçı məsuliyyətə cəlb etmə barədə qərarın əsaslandırılmadığını iddia edir. Bununla bağlı cavabdeh bildirir ki, cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli, **********0367 saylı qərarda Vergi Məcəlləsində göstərilən bütün formal tələblərə riayət edilmişdir. Həmçinin, məsuliyyətə cəlb etmə barədə qərarda operativ vergi nəzarəti zamanı tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 000140 saylı akta istinad edilmiş, həmin aktda hansı hadisənin qərarın qəbul edilməsi üçün əsas olduğu aydın şəkildə göstərilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, tərtib olunmuş aktın rəsmi qaydada ödəyiciyə təqdim olunmamışdır. Cavabdeh bildirir ki, tərtib olunmuş akt və qoşma sənədlər yoxlama zamanı vergi ödəyicisinə təqdim olunmağına baxmayaraq, aktı imzalamaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmiş, xx.xx.2022-ci il **********128300 saylı məktubla vergi ödəyicisinə göndərilmiş və həmin tarixdə oxunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6757/2023 saylı, 08 avqust 2023-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0367 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6757/2023 saylı, 08 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) hüquqi şəxs kimi qeydiyyata alındığı xx.xx.2016-cı il tarixdə əsas fəaliyyət növü digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090) kimi seçilmişdir. Vergi ödəyicisinin xx.xx.2019-cu il tarixli **********202900 nömrəli hüquqi şəxsin məlumat dəyişikliyi ərizəsinə əsasən, İddiaçı MMC-nin (VÖEN: **********) əsas fəaliyyət növü “Alkoqollu və digər içkilərin topdan satışı” (46340), əlavə fəaliyyət növləri isə “Digər qruplara daxil edilməyən sair fərdi xidmətlərin göstərilməsi” (96090), “Saxlama və anbarlara yığma” (52101) və “Alkoqollu içkilərin ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı” (4711204) kimi qeyd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********4776 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 3105-ci məhəllə, Dərnəgül qəsəbəsində yerləşən “Anbar” adlı obyektində xx.xx.2022-ci il tarixidən xx.xx.2022-ci il tarixədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 106974,70 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 000140 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Həmçinin, iddiaçıya xx.xx.2022-ci il tarixli **********4778 saylı tələbnamə təqdim edilmiş, lakin tələbnamədə qeyd edilən sənədlər vergi orqanına təqdim edilməmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0367 nömrəli Qərarı ilə iddiaçı barəsində 106974,70 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 50.3-cü maddəsində və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydaların”da qeyd olunur ki, vergi orqanının operativ vergi nəzarətinin keçirilməsi barədə qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Göründüyü kimi xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə” Qərar Vergi Məcəlləsinin və Qaydaların tələbinə uyğun olaraq tərtib edilmişdir. Bununla yanaşı plandankənar yoxlamanın təyin edilməsi üçün əsas “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda əks olunmuş və həmin Qərar və çıxarış sənədlərlə birlikdə ödəyiciyə təqdim olunmuşdur. Məhkəmə işin hallarını düzgün qiymətləndirməyərək normativ hüquqi aktın tətbiqində səhvə yol vermiş, qanunu səhv təfsir etmişdir. Məlum olduğu kimi Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və bu Məcəllənin 50.1.1-50.1.14cü maddələrində sadalanan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Başqa sözlə, vergi nəzarətinin bu növü digər növlərindən fərqli olaraq sürətli və çevik şəkildə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə riayət olunub-olunmamasını yoxlamaq imkanı verir. Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin keçirilmə əsasları, 50.3-cü maddəsində nəzarət tədbirinin keçirilməsi barədə qəbul edilmiş qərarın məzmununda qeyd edilməli olan məsələlər, 50.4-50.6-cı maddələrində isə nəzarət tədbirinin keçirilməsi qaydaları ilə bağlı normalar öz əksini tapmışdır. Sadalanan maddələrlə əksini tapmış normalarda operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı nəzarət olunan əməliyyatlar və hallar xüsusi olaraq hər hansı bir müddətlə məhdudlaşdırılmamışdır. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsasları müəyyən edən Vergi Məcəlləsinin 50.2-ci maddəsi bir daha buna dəlalət edir. Belə ki, vergi orqanı vergi ödəyicisi tərəfindən qanunvericiliyin pozulması barədə kifayət qədər əsaslar aşkar etdikdə operativ vergi nəzarəti həyata keçirərək həmin pozuntunun həqiqətən də baş verib-vermədiyini müəyyən etmək üçün operativ vergi nəzarəti keçirir. Yəni, hər bir halda operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar edərək şəxsi məsuliyyətə cəlb etməkdən ibarətdir. Bu baxımdan nəzarət tədbirlərinin şamil olunduğu əməliyyatlar və hallarla bağlı yeganə müddət məhdudiyyəti Vergi Məcəlləsinin 56.1-ci maddəsində müəyyən olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Göründüyü kimi Vergi Məcəlləsinin 56.1-ci maddəsi ümumi norma kimi vergi qanunvericiliyi ilə bağlı bütün növ hüquqpozuntularına görə məsuliyyətə cəlb etmənin müddətini müəyyən etmişdir. Buna əsasən də vergi qanunvericiliyində operativ vergi nəzarəti zamanı tədbir görülməsi üçün aşkar olunan hər hansı hüquqpozuntusuna dair tələb kimi həmin pozuntunun yoxlama keçirilən müddət ərzində baş verməsi tələb olunmur. OVN-nin əhatə etdiyi məsələlərin siyahısına nəzər saldıqda bir daha aydın olur ki, nəzarətin bu forması yalnız cari fəaliyyətlə məhdudlaşmır. Belə ki, VM-nin 50.1.11-ci maddəsinə müvafiq olaraq OVN-nin əhatə etdiyi məsələlərdən biri kimi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi çıxış edir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Başqa sözlə, konkret şəxslərə münasibətdə bir təqvim ayı ərzində nağd hesablaşmaların aparılması üçün yuxarı hədd müəyyən edilmişdir. Bu qaydaya əməl edilib-edilməməsi vəziyyətinə operativ vergi nəzarəti həyata keçirmək üçün hər bir halda bir təqvim ayı ərzində baş vermiş əməliyyatlar əhatə olunmalıdır. Göründüyü kimi qanunvericilik birbaşa olaraq OVN vasitəsilə keçmiş zaman kəsiyində baş vermiş əməliyyatların təftiş edilməsinə imkan verir. Eyni nümunələri VM-nin 50.1.9-cu, 50.1.13-cü və digər maddələrinin timsalında davam etdirmək mümkündür. Həmçinin, Vergi Məcəlləsinin 58.17-ci maddəsi də operativ vergi nəzarətinin məhz tədbir keçirilən anda baş verən hüquq pozuntusu ilə məhdudlaşmadığına işarə edir. Həmin Məcəllənin 58.17-ci maddəsinə əsasən bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13- 1-ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Hazırki halda da, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş, vergi ödəyicisi tərəfindən ümumilkdə 106 974,7 manat dəyərində malların satışına dair elektron qaimə-faktura olmadığı, həmin malların pərakəndə qaydada nəzarət kassa aparatı vasitəsilə rəsmiləşdirildiyi və vergi ödəyicisinin ünvan 3 ünvanında yerləşən təsərrüfat subyektinin topdan satış fəaliyyəti məqsədləri üçün istifadə edilən anbar olduğu müəyyən edilmişdir. Bununla da, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə isə qeyd edilən normanı nəzərə almamış, bu istiqamətdə, yəni malların anbardan pərakəndə qaydada satılması məsələsini ümumiyyətlə araşdırmamış, buna hər hansı münasibət bildirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Maliyyə sanksiyasının tətbiq edilməsinə əsas vergi ödəyicisi tərəfindən malların anbardan pərakəndə qaydada satılması faktı olmuşdur ki, hazırki halda malların hansı məqsədlər üçün satılması əhəmiyyətsizdir. Vergi orqanı tərəfindən isə malların pərakəndə qaydada anbardan satılması faktı sübuta yetirilmiş, vergi ödəyicisinin təsərrüfat subyektinin topdansatış məqsədləri üçün istifadə edildiyinə dair sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə qeyd edilən halları nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Bu nöqteyi nəzərdən də barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apelyasiya şikayətinə etiraz verilərək, apelyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, həmin şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi, həmçinin iddiaçının nümayəndəsi və vəkili cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, vergi orqanının xx.xx.2022-ci il tarixli **********4776 nömrəli qərarı ilə İddiaçı MMC-nə məxsus ünvan 4 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 000140 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 106974,7 manat dəyərində e-qaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 106974,70 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 4 ünvanında “Anbar” adlı obyektində operativ vergi nəzarəti təyin edilmiş, həmin operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş akta əsasən vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 106974,7 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akt əsasında hazırda iddiaçı tərəfindən mübahisələndirilən, iddiaçıya ümumilikdə 106974,7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********0367 nömrəli qərar qəbul edilmişdir, iddiaçı sözügedən qərarın ləğv edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi zamanı vergi sanksiyası tətbiq edilə bilər və bu hər hansısa bir müddətlə məhdudlaşdırılmamışdır. Operativ vergi nəzarətinin məqsədi təkcə cari fəaliyyəti yoxlamaq yox, həmçinin artıq baş vermiş qanun pozuntusu faktını aşkar etməkdən ibarətdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 50.1 Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.2 Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3 Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. İddiaçı MMC-də operativ vergi nəzarətin keçirilməsi üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir. xx.xx.2022-ci il tarixli, **********4776 nömrəli qərardan müəyyən edilir ki, vergi orqanı həmin qərarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsaslarını göstərməmiş, qərarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 36.1. Əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olarag məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Beləliklə, Vergi Məcəlləsinin müddəalarında vergi sahəsində yoxlama kimi kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə əməl edibedilməməsinə vergi nəzarət forması kimi göstərilmişdir, yəni vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir. Qeyd olunan normalardan aydındır ki, vergi orqanına vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin işin faktki hallarına görə cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. İddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktda iddiaçının xx.xx.2022-ci il tarixdə 106974,7 manat dəyərində malların elektron qaimə-faktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən həmin malların həqiqətən də topdansatış qaydasında satılmasına - vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”: 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.62. Pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63. Topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Belə olan halda pərakəndə satışı topdansatışdan fərqləndirən meyar pərakəndə satışda malın alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılması, topdansatışda isə malların alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılmasıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaların: 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.4. Elektron qaiməfaktura yalnız vergi odəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir. Göründüyü kimi topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır, malı əldə edən alıcı vergi orqanında uçotda olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edilsin. Lakin vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, malın kimə, hansı həcmdə və hansı qiymətə satdığını təsdiq edən sənədləri təqdim etməmişdir. Cavabdeh operativ vergi nəzarətinin nəticələri haqqında aktda yalnız kassa çeklərində göstərilən məbləğlərin həcmini əsas götürməklə cavabdehin satdığı malları elektron qaimə-faktura təqdim etmədən satılması (topdan satış kimi) göstərmişdir ki, bununla da yuxarıda istinad edilən normaların tələbləri pozulmuş və belə pozuntu ilə tərtib edilmiş akt əsasında mübahisələndirilən qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********0367 nömrəli qərarının ləğv edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6757/2023 saylı, 08 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar