Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4711/2025 11.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi″ tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14328/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbayan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Fövqəladə Hallar Nazirliyinin hərəkətsizliyinin (sifarişçi X4 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 1 ünvanında inşa etdirilmiş 2 mərtəbəli fərdi yaşayış evinin mənim evimin hasarına doğru çıxarılmış, ara məsafəsinə dair qaydalara riayət olunmadan inşa olunmuş konsol (dirsək) hissəsinin tikintisinə cavabdeh tərəfindən nəzarət edilməməsini, konsol (dirsək) hissəsinin tikintisinin aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim etməməsini, həmin pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edib və onun əsasında tikinti işlərinin dayandırılması barədə qərar qəbul etməməsini və həmin hissənin sökülməsi barədə məhkəməyə müraciət etməməsini) qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14328/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və və iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər ray., Buzovna qəsəbəsi 443a nömrəli bağ evinə ortaq (yanaşı) divar qonşusu X4 tərəfindən Azərbaycan Respublikasınıntikinti qanunvericiliyinin tələbləri kobud surətdə pozulmaqla, tikintidə ara məsafələrinə və qonşuluq hüququna dair qanunvericiliyin tələblərinə riayət olunmamaqla qanunsuz tikinti işi aparılmışdır. X4 tərəfindən aparılan tikinti işi özü-özlüyündə qanunsuz tikili olmaqla yanaşı birbaşa olaraq iddiaçıya məxsus bağsahəsinin cavabdeh tərəfindən üç tərəfdən qapadılaraq mühasirəyə alınmasına, bağ evində yaşayan şəxslərin xüsusilə yaşlı sakinlərin sağlamlığı üçünzərərli olan havasızlıq və rütubət şəraitinin yaranmasına, günəş şüalarının qarşısının kəsilməsinə, yanğın təhlükəsizliyi qaydalarının pozulmasına məsafəsinə riayət olunmadığı üçün həmin tikilidə başlayan yanğın qısa müddətdə iddiaçının evinə keçə və ya yüksək ballı zəlzələ başverdikdə tikintinin dağıntılarıiddiaçının və onun ailə üzvlərinin xəsarət alması ilə nəticələnə bilər və s) səbəb olması iddiaçının həm bu tikilinin sökülməsini, həmin tikilinin daşınmazəmlakın dövlət reyestrində çıxarışının ləğv edilməsini və həmin çıxarışın verilməsi əsas olmuş hüquqi hərəkət və hərəkətsizliyin qanunsuz (etibarsız) hesab edilməsini tələb etməyi üçün kifayət edən subyektiv hüquqi əsasdır. Sözügedən tikiliyə 1 saylı Əİ tərəfindən çıxarış verilməmişdən öncədən Xəzər Rayon Məhkəməsinin icraatında İddiaçı Şoqqızının cavabdeh X3 qarşı cavabdehə qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi, aparılmış qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülməsi tələblərinə dair e-2(003)-3493/2024 nömrəli mülki iş mövcuddur. Xəzər Rayon Məhkəməsinin e-16(003)-180/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki iş üzrə yekun məhkəmə aktı qəbuledilənədək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində İddiaçı mülkiyyətində olan sahəsi 0,05123 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 41,1 kv.m yaşayış, 90,5 kv.m köməkçi sahədən ibarət 443a saylı bağ evinin qonşuluğunda mülkiyyət hüququ əsasında cavabdeh X3 məxsus bağ sahəsində (Bakı şəhəri , Xəzər rayonu, Buzovna qəsəbəsi, 6-cı Buzovna küçəsi, 64) tikinti işlərinin aparılması cavabdeh X4 və digər şəxslərə qadağan edilmişdir. Sözügedən qərardad daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış həmin yarımtikilinin gələcəkdə də dövlət qeydiyyatına alınmaması üçün məlumat məqsədilə tərəfimizdən 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubla idarənin səlahiyyətlərinə aid olmadığı üçün qərardadın icrasının mümkün olmadığı bildirilmişdir. Halbuki məktubdada qeyd edildiyi kimi qərardad icra olunmaq yox məlumat məqsədilə İdarəyə təqdim edilmişdir. Həmçinin ARDŞAK yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinixx.xx.2024-cü il tarixli 3-35-1/2-2360/2024 nömrəli və Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 12/2-2477/2024 nömrəli məktublarınaəsasən qeyd olunan səlahiyyətli dövlət orqanlarının heç birinə X4 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, 443 nömrəlbağ evindətikinti işlərinin aparılması üçün müraciətin daxil olmadığı bildirilmişdir. Xəzər Rayon Məhkəməsinin icraatında olan e-2(003)-3493/2024 nömrəli mülki işin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh tərəfindən qanunsuztikilinin xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarış təqdim edilmişdir. Tikintidə ara məsafəsinə dair qaydalara və qonşuluq hüququna riayət olunmadan inşa olunduğu adi insan gözü ilə belə görünən, tikinti işlərinin aparılması üçün rəsmi qaydada müraciət olunmamış, tikintisi məhkəmə qərardadı qadağan olunmuş və bu barədə məlumat qeydiyyat orqanına təqdim olunmuş, faktiki olaraq tikintisi başa çatmamış bir yarımtikilinin sökülməsinə dair məhkəmə iddiasına baxıldığı vaxtda dövlət reyestrində bağ evi kimi qeydə alınması ciddi hüquq pozuntusu olmuşdur. Qeyd olunanları nəzərə alaraq Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında xx.xx.2024-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə X2 xüsusi mülkiyyəti kimi qeydə alınmış bağ evinin (faktiki olaraq yarımtikilinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını və bu qeydiyyatın əks olunduğu Çıxarışın ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İdarənin müraciətə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə Çıxarışın ləğvinə dair mübahisənin məhkəmə qaydasında həll olunmalı olduğubildirilmişdir. Bu məqsədlə (çıxarışın ləğv edilməsi öhdəliyinin 1 saylı Əİ üzərinə qoyulması) Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bununla əlaqədar olaraq, Xəzər rayon Məhkəməsinin e-2(003)-195/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xəzər Rayon İcra Hakimiyyəti olmaqla cavabdeh X3 qarş“tikinti işlərinin aparılmasının qadağan edilməsi və qanunsuz tikilmiş tikilinin sökülməsi” tələbinə dair 2(003)-195/2025 mülki iş üzrə icraat, İddiaçı cavabdeh ƏMDK DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyilə əlaqədar mübahisələr-yaşayış sahəsi üzrə- yaşayış sahəsi ilə bağlı digər mübahisələr üzrə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olaninzibati iş üzrə yekun məhkəməaktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmçinin Bakı İnzibati Məhkəməsinin 15(112)-565/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən əsas işə mahiyyəti üzrə baxılıb qurtaranadək X2 adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Xəzərayonu, Buzovna qəsəbəsi, 443 ünvanında yerləşən, ümumi sahəsi 375,90 kv.m olan bağ evinə dair hüquqların qeydiyyata alınması (üçüncü şəxslərinadına rəsmiləşdirilməsi) ilə bağlı növbəti hərəkətlərin edilməsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qadağan edilmişdir. Lakin həmin iş üzrə Bakı İnzibati Məhkəməsi iddianın mümkün sayılmaması haqqında e-2-1(112)-4465/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. İddianın mümkünsüz hesab edilməsi üçün məhkəmənin əsaslandırması isə ilk növbədə məlumatlandırma icraatı ilə bağlı qaydalara əməl edilməsinin qanuniliyinin mübahisələndirilməli olmasının hesab edilməsidir. Belə ki, məhkəmə qeyd edir ki, hansı ki, həmin icraat çərçivəsində evin şəhərsalma və tikinti qanunvericiliyinə əməl edilməklə tikilməsi halları (bu fonda həmçinin, ara məsafəsinə əməl edilib-edilməməsi ilə bağlıməsələlər) araşdırıla bilər. Yalnız həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb (çıxarışın ləğvi) irəli sürülə bilər. Həmin mümkünsüzlük qərardadından apellyasiya şikayəti verilmiş lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)-3517/2025xx.xx.2025-ci il Qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin iddianın mümkünsüz hesab edilməsi haqqında qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Həmin şikayət əsasında Ali Məhkəmənin icraatında 2-1(102)-3621/2025 nömrəli iş mövcuddur. Yəni həm Xəzər rayon İcra Hakimiyyətinə həm dəTikintidə X1rşı Bakı İnzibati Məhkəməsində iddiaların qaldırılma səbəbi Bakı İnzibati Məhkəməsi tərəfindən çıxarışın ləğv olunması tələbinə dair iddianın mümkün sayılmaması haqqında e-2-1(112)-4465/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın çıxarılması olmuşdur və kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qərarı ləğv edildiyi halda hazırkı iddiaların qaldırılmasına xüsusi zərurət mövcud olmayacaqdı. Lakin Ali Məhkəmə tərəfindən sözügedən mümkünsüzlük qərardadı ləğv edilməmişdir. Bütün bunlarla yanaşı çıxarışın ləğv olunması barədə iddianın mümkünsüz hesab olunması ehtimalını nəzərə alaraq çıxarışa əsas olmuş sənədlərin etibarsız hesab olunması (inzibati orqanların hərəkətsizliyinin etibarsız hesab edilməsi barədə) həm Xəzər rayon İcra Hakimiyyətinə həmTikintidə X1rşı Bakı İnzibatı Məhkəməsində ayrıca iddialar qaldırılmış, o cümlədən Tikintidə Təhlükəsizlik Nəzarət Dövlət Agentliyinə ayrıca şəkildə sözügedən tikilinin sökülməsi üçün məhkəmədə iddia qaldırılması məqsədilə müraciət ünvanlanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə tərəflərin iştrakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəmədə qaldırılan iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına uyğun iddia növünə müvafiq olan və prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə, formasına və s. riayət olunmaqla) qaydasında, cavabdehliyi qanunvericiliklə müəyyən olunan inzibati orqana qarşı qaldırıldıqda və formal olaraq hüquq və azadlıqların pozulması (müvafiq sübutlar da əlavə edilməklə) əsaslandırıldığı halda, məhkəmə icraatı mümkündür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında qeyd etmişdir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir (b.b. 1.1;1.4; 2.3). Konkret halda, iddiaçının cavabdehə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməsi″ tələbinə dair hazırkı iddiasının məhkəmə icraatını mümkün edən əsasların mövcudluğu müəyyən olunmur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Buzovna qəsəbəsində mülkiyyətində olan 0.05123 ha torpaq sahəsində yerləşən 443a nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 375,9 kv.m olan bağ evi və 0,1483 ha torpaq sahəsi X2 mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(003)- 180/2024 saylı qərardadından görünür ki, iddiaçı X8 həmin iş üzrə cavabdeh X3 qarşı “tikinti işlərinin aparılmasının qadağan edilməsi və tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 ara məsafəsinə və qonşuluq hüququna riayət olunmadan qanunsuz tikinti işlərinin aparılmasının qadağan edilməsi, qanunsuz inşa olunmuş tikintinin cavabdehin hesabına sökülməsi və sairə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4465/2025 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 Xəzər rayonu, Buzovna qəsəbəsi, 443 ünvanında yerləşən bağ evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024- cü il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardadda göstərilmişdir ki, iddiaçı həmin fərdi yaşayış evinin inşasının onun rifahını pozduğuna istinad edirsə, bu qonşuluq hüququ münasibətlərindən irəli gələn mülki xarakterli mübahisədir və iddiaçının hüquqi marağına uyğun olaraq ehtimal etdiyi pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı mülki qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Hansı ki, iş materiallarından göründüyü kimi, iddiaçı artıq bu hüququndan istifadə edərək üçüncü şəxsə qarşı “tikilinin sökülməsi” tələbi ilə bağlı Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və hazırda baxılır. Bu məsələdə isə mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyət hüququnun qeydiyyatının hər hansı əhəmiyyəti yoxdur. Eyni zamanda qərardadda göstərilmişdir ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş sənədlər, başqa sözlə, məlumatlandırma icraatı ilə bağlı qaydalara əməl edilməsinin qanuniliyi mübahisələndirilməlidir. Hansı ki, həmin icraat çərçivəsində evin şəhərsalma və tikinti qanunvericiliyinə əməl edilməklə tikilməsi halları (bu fonda həmçinin, ara məsafəsinə əməl edilib-edilməməsi ilə bağlı məsələlər) araşdırıla bilər. Yalnız həmin iddia uğurlu olacağı təqdirdə cavabdeh inzibati orqana qarşı hazırkı tələb (çıxarışın ləğv edilməsi) irəli sürülə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı Fövqəladə Hallar Nazirliyinin qonşu torpaq sahəsində inşa edilən tikintiyə nəzarət edilməməsi, tikinti işlərinin dayandırılması və həmin hissənin sökülməsi barədə məhkəməyə müraciət edilməməsindən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini tələb edir. Göründüyü kimi, iddiaçının əsas hüquqi marağı (gözləntisi) X3 məxsus olan bağ evinin sökülməsindən ibarətdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya qeyd edir ki, hazırki tələbinin məzmunundan göründüyü kimi iddiaçının əsas məqsədi X3 məxsus olan bağ evinə verilmiş çıxarışın ləğv edilməsi və həmin bağ evinin sökülməsi olduğundan hazırki iddianın təmin olunması (cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi) özlüyündə iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmır. Belə ki, hazırda Ə.Lütfəlibəyovin adına verilmiş çıxarış qüvvədədir və ləğv edilməmişdir. Kollegiya onu da qeyd edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün olmayan hüquqi müdafiə vasitəsindən istifadə etdiyindən hazırkı iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmadığını, təqdim edilmiş sübutlara prosessual qanunvericiliyinin tələbləri səviyyəsində hüquqi qiymət verilmədiyini, əsassız olaraq iddianı mümkün saymadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14328/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14328/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.