Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-4719/2025 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh qarşı iddia tələbinə dair işi üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh qarşı “Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən üçüncü şəxs1 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş *** nömrəli, ##.##.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi” bаrədə iddiа tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Bakı şəhəri Sabunçu rayonu Cavabdeh *** nömrəli, ## ### 2005-ci il tarixli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində yerləşən 6000 kv.m torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) üçüncü şəxs1 mülkiyyətinə verilmişdir. “Torpaqların alqı-satqısına dair akt”da qeyd edilmişdir ki, X4 ## ### 2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bilgəh bələdiyyə ərazisində 6000 (altı min) kv.m torpaq sahəsinin satılması barədə 2005-cı il ## ### tarixli *** nömrəli qərar qəbul edilmişdir. üçüncü şəxs1 ayrılmış torpaq sahəsinin eskiz sxemi Sabunçu rayon Cavabdeh ## ### 2005-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmişdir. ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxs1 adındadır. ********** qeydiyyat nömrəli ##.##.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.6 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə üçüncü şəxs2 adındadır. Cavabdeh ** nömrəli ## #### 2006-cı il tarixli qərarına əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağçılıq və bağ evi tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alğı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. “Torpaqların alqı-satqısına dair akt”da qeyd edilmişdir ki, İddiaçı ## ### 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Bilgəh bələdiyyə ərazisində 1200 (min iki yüz) kv.m torpaq sahəsinin satılması barədə 2006-cı il ## #### tarixli ** nömrəli qərar qəbul edilmişdir. Hazırkı iddia ilə iddiaçı Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən X3 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş *** nömrəli, ##.##.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh qarşı “Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən üçüncü şəxs1 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş *** nömrəli, ##.##.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin ## ######## 2022-ci il tarixli qərardadı ilə üçüncü şəxs1 və üçüncü şəxs2 məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh “Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması” barədə ##.##.2006-cı il tarixli ** saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akta əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi vətəndaş X5 mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh ##.##.2019-cu il tarixli arayışından görünür ki, yuxarıda qeyd edilmiş qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur. Cavabdeh inzibati ərazisində yerləşir və halhazırda hüquqi qüvvədədir. Cavabdeh “yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması” haqqında ##.##.2019-cu il tarixli şəhadətnamədən görünür ki, X5 Bilgəh qəsəbəsi, dalan 18 Məlik Aslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçı X5 AR ƏMDK DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsinə müraciət edərək onun mülkiyyətinə verilmiş torpaq sahəsinin üzərindəki hüquqlarının rəsmiləşdirilməsini xahiş etmişdir. Onun bu müraciətlərinə imtina cavabı verilmişdir. Ona görə də iddiaçı X5 cavabdeh AR ƏMDK DƏDRX-nin * saylı Bakı Ərazi İdarəsinə qarşı müvafiq iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması müddətində əmlakın reyestr xidmətinə hakim tərəfindən sorğular göndərilmişdir. Həmin sorğulara cavab olaraq bildirilmişdir ki, mübahisəli əmlak bələdiyyə tərəfindən digər şəxslərə verilib. Həmin torpaq ayırma sənədlərinin alınması üçün bələdiyyəyə müraciət etsə də nəticəsi olmamışdır. Lakin, məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, güya Cavabdeh *** saylı ilə ##.##.2005-ci il tarixli qərarı ilə mübahisəli torpaq sahəsi X3 verilib. Sonuncu da həmin sənədlər əsasında qeyd edilən torpaq sahəsini əvvəl öz adına, sonradan isə digər üçünçü şəxs üçüncü şəxs2 adına rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən verilməsi göstərilən *** saylı ilə ##.##.2005-ci il tarixli qərar aşağıda göstərilən əsaslara görə qanuni hesab edilə bilməz: Belə ki, cavabdeh tərəfindən eyni torpaq sahəsi barədə iki və ya daha çox şəxsə münasibətdə qərar verilməsi qanuna birbaşa ziddir. Digər tərəfdən, üçüncü şəxs X3 adına cavabdeh Cavabdeh tərəfindən verilməsi qeyd edilən *** saylı ilə ##.##.2005-ci il tarixli qərarı, torpaq sahəsinin ölçüsünə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə ziddir. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə, fərdi yaşayış evlərinin tikintisi üçün 0,06, fərdi bağ evlərinin tikintisi üçün 0.12 hektaradək sahə verilə bilər. Lakin, üçüncü şəxs X3 adına verilmiş qərarda, sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 kv.m. (0,6 h.) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan başqa, həmin qərar əsasında verilmiş, torpaqların alqı-satqısına dair ##.##.2005-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzalayan şəxslərdən biri torpaq şöbəsinin müdiri Şahid olmuşdur. Qeyd edilən şəxs isə həmin dövrdə orada fəaliyyət göstərməmişdir. Yuxarıda qeyd edilənlər, belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh Cavabdeh tərəfindən verilməsi göstərilən *** saylı ilə ##.##.2005-ci il tarixli qərar və onun əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqı-satqısına dair Akt qanunun pozulması ilə verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarda qeyd etmişdir ki, “....hüquq sistemdə mülkiyyət hüquqlarının mübahisəsində əsas meyar hüquqi üstünlükdür, yəni mülkiyyət hüququ ilk dəfə və qanuni şəkildə kimə verilibsə, onun hüquqları sonrakı hüquq əldəedənlərin hüquqlarından üstün sayılır. Beləki, hüquqi üstünlük verilməsindəəsas meyar hüququn yaranma vaxtıdır. Əvvəlyaranan hüquq sonrakı hüquqlardan üstün tutulur. Hüquq qanuni əsaslarla və düzgün prosedurla əldə edilməlidir.”(Qərar səh.7) Məhkəmə,“Hüquqi üstünlük” anlayışı barədə mülahizələriniməhz hansımaddi hüquq normaları ilə əsaslandırdığını qərarda göstərməmişdir. Qərarda hüquqitövsif yoxdur. Məhkəmə öz qərarında“Hüquqi üstünlük”anlayışınışərh edərək, “Hüququn qanuni əsaslarla və düzgün prosedurla əldəedilməsi” barədə fikirlərə yer vermiş, lakin nədənsə gəldiyi nəticəni əsaslandırarkən saxtalaşdırılmış və qanuna zidd olaraq tərtib edilmiş sənədlərə üstünlük vermişdir. Belə ki, iş materiallarında olan BakışəhəriSabunçu rayonu Cavabdeh “Fərdi bağçılıq və bağ evinin tikilməsi üçün torpaq sahəsi ayrılması” barədə ##.##.2006-cı il tarixli ** saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akta əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi vətəndaş X5mülkiyyətinəverilmişdir. Bakışəhəri Sabunçu rayonu Cavabdeh ##.##.2019-cu il tarixliarayışından görünür ki, yuxarıda qeyd edilmiş qərar əsasında verilmiş torpaq sahəsi iddiaçıya məxsusdur. Cavabdeh inzibati ərazisində yerləşir və hal hazırda hüquqi qüvvədədir. Cavabdeh“yerli büdcəninvergi ödəyicisi olan fizikişəxslərin uçota alınması” haqqında ##.##.2019- c u il tarixli şəhadətnamədən görünür ki, X5 Bilgəh qəsəbəsi,dalan 18 Məlik Aslanov küçəsi ünvanında vergi ödəyicisi kimi qeydiyyatdadır. Beləliklə, mübahisəli torpaq sahəsininməhz qanuniəsaslarla iddiaçının mülkiyyətinə verilməsi öz təsdiqinitapmışdır. Üçüncü şəxs X3gəlincə, onun adına rəsmiləşdirilmiş bələdiyyə sənədlərinə əsasən, sonuncuya 6000 kv.m. (0,6 h.) torpaq sahəsi verilmiş və bu da, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 8.0.1 və 8.0.2-ci maddələrinintələblərinə zidd olmuşdur. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinintələblərinə görə, fərdi yaşayış evlərinin tikintisi üçün 0,06, fərdi bağ evlərinin tikintisi üçün 0.12 hektaradək sahə verilə bilər. Lakin, üçüncü şəxs NəsirovTəvəkül Əliosman oğlunun adına verilmiş qərarda, sonuncuya fərdi yaşayışevinin tikilməsi üçün 6000 kv.m. (0,6 h.) torpaq sahəsinin verilməsi göstərilmişdir. Bundan əlavə, həmin qərarəsasında verilmiş, torpaqların alqı-satqısına dair ##.##.2005-ci il tarixdə tərtib edilmiş və imzalanmış aktdan görünür ki, həmin aktı imzalayan şəxslərdən biri güya torpaq şöbəsinin müdiri Şahid olmuşdur. Lakin,iş üzrə məhkəmə iclasındaşahid qismində iştirak etmiş Şahid ifadə verərək bildirmişdir ki, bələdiyyə tərəfindən qərar qəbul edilən dövrdə yəni 2005-ci ildə o, X6 Şöbəsində baş məsləhətçi vəzifəsində işləmişdir. Sözügedən “Torpaqların alqısatqısına dair akt”a baxış keçirən zaman, aktda olan imzanın ona məxsus olmadığını müəyyən etmişdir. O, 2005-ci ildə Suraxanı rayon ərazisində, 2011- 2015-ci illərə qədər isə Sabunçu rayon ərazisində işləmişdir. Məhkəməyə öz imzası ilə bir neçə sənəd təqdimetmiş və bildirmişdir ki, sözügedən aktdakıimza ona məxsus deyildir. Bunula əlaqədar məhkəmə ekspertiza təyinetsə də, sonradan rəy əldə etmədən, saxtalaşdırılmış və qanunsuzsənədlərəəsaslanaraq iş üzrəsəhv qərar qəbuletmişdir. Yuxarıda göstərilənlər, birinci instansiya məhkəməsinin iş materiallarında olan sənədləri tam araşdırmadığını, işəsəthi, qeyriobyektiv və birtərəfli yanaşdığınıaşkar təsdiq edir. Məhkəmə,“Hüquqi üstünlük”anlayışı barədə mülahizələriniməhz hansı maddi hüquq normaları ilə əsaslandırdığını qərarda göstərməmişdir. Qərarda hüquqitövsif yoxdur. Bundan başqa, məhkəmə diqqət yetirməmişdir ki, üçüncü şəxs NəsirovTəvəkül Əliosman oğlunun adına rəsmiləşdirilmiş bələdiyyə sənədlərinə əsasən, sonuncuya 6000 kv.m. (0,6 h.) torpaq sahəsi verilmiş və bu da, “Bələdiyyətorpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 8.0.1 və 8.0.2-ci maddələrinin tələblərinə aşkar zidd olmuşdur. Həmin Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərinə görə, fərdi yaşayış evlərinin tikintisi üçün 0,06, fərdi bağ evlərinin tikintisi üçün 0.12 hektaradək sahə verilə bilər. Lakin, üçüncü şəxs NəsirovTəvəkül Əliosman oğlunun adına verilmiş qərarda, sonuncuya fərdi yaşayış evinin tikilməsi üçün 6000 kv.m. (0,6 h.) torpaq sahəsinin verilməsi göstərilmişdir ki, bu da qanunaaşkarzidd hesab olunmalıdır. Məhkəməiş üzrə 4 ildən artıq məhkəməiclasları keçirərək, işdə olan sənədləri vəişin hallarını düzgün araşdırmamış və ümumiyyətləiş üzrə heç biraraşdırmaaparmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Torpaq Məcəlləsi: Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. ## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 65-ci maddənin 3-cü bəndin birinci cümləsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir 10.1-1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsünün təsviri”nin: 3-cü bəndinə görə plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. 4-cü bəndinə əsasən plan və ölçüdə aşağıdakılar göstərilir: 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 5-ci bəndinə görə bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur.
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini üvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adına ayrılmış torpaq sahəsinin yerləşdiyi yer üçüncü şəxs2 xüsusi mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir. Mübahisələndirilən qərar əsasında üçüncü şəxs1 ayrılmış torpaq sahəsi həmin şəxsin adına dövlət qeydiyyatına alınmış və koordinatları, döngə nöqtələri və sərhədləri müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hüquq sistemində mülkiyyət hüquqlarının mübahisəsində əsas meyar hüquqi üstünlükdür, yəni mülkiyyət hüququ ilk dəfə və qanuni şəkildə kimə verilibsə, onun hüquqları sonrakı hüquq əldə edənlərin hüquqlarından üstün sayılır. Belə ki, hüquqi üstünlük verilməsində əsas meyar hüququn yaranma vaxtıdır. Əvvəl yaranan hüquq sonrakı hüquqlardan üstün tutulur. Hüquq qanuni əsaslarla və düzgün prosedurla əldə edilməlidir. üçüncü şəxs1 ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə torpaq sahəsinə əldə etdiyi hüququ, İddiaçı ** nömrəli, ##.##.2006-cı il tarixli qərarı ilə əldə etdiyi torpaq sahəsi üzərində olan hüququndan üstündür. üçüncü şəxs1 ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə torpaq sahəsinə əldə etdiyi hüququ, İddiaçı ** nömrəli, ##.##.2006-cı il tarixli qərarı ilə əldə etdiyi torpaq sahəsi üzərində olan hüququndan üstündür. Məhkəmə kollegiyası apellyasiya şikayəti və iddia tələbinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti, iddia qaldırmaq səlahiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtinə (iddia qaldırmaq müddətinə-İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) də cavab verməlidir. Məhkəmə tərkibinin qənaətinə görə, hazırkı iddia ümümi mümkünlük şərtlərinə cavab vermir. Başqa sözlə, iddiaçını hazırkı iddianı qaldırmaqda subyektiv hüququn sahibi qəbul etmək olmaz. Belə ki, iddiaçının məqsədi Bakı şəhəri Sabunçu rayonu Cavabdeh tərəfindən üçüncü şəxs1 adına torpaq sahəsinin rəsmiləşdirilməsinə dair verilmiş *** nömrəli, ##.##.2005-ci il tarixli qərarın ləğv edilməsi və qərar əsasında verilmiş ##.##.2005-ci il tarixli torpaqların alqısatqısına dair aktın etibarsız hesab edilməsindən ibarətdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən Bilgəh bağ massivində 1200 kv.m torpaq sahəsi fərdi bağçılıq və bağ evi tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh *** nömrəli, ## ### 2005-ci il tarixli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində yerləşən 6000 kv.m torpaq sahəsi fərdi yaşayış evlərinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) üçüncü şəxs1 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli 3-21-3-30/2-8573/2024 ************ saylı saylı məktubu ilə məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, göstərilən X4 adına *** nömrəli ##.##.2005-ci il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.6 ha torpaq sahəsi və X8 ** nömrəli, ##.##.2006-cı il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.12 ha torpaq sahəsi faktiki olaraq ümumi hasardaxili 0.6292 ha təşkil edir (mübahisəlidir). Torpaq sahəsi üzərində tikili yoxdur. Mübahisəli 0.6292 ha torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi 005013034886 reyestr nömrəsi ilə 0.6 ha olmaqla üçüncü şəxs2 xüsusi mülkiyyətindədir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyini nəticə hissəsində qeyd edilmişdir ki, göstərilən üçüncü şəxs1 adına *** nömrəli ##.##.2005-ci il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.6 ha torpaq sahəsi və İddiaçı ** nömrəli, ##.##.2006-cı il tarixli Cavabdeh qərarı əsasında ayrılan 0.12 ha torpaq sahəsi faktiki olaraq ümumi hasardaxili 0.6292 ha təşkil edir (mübahisəlidir). Torpaq sahəsi üzərində tikili yoxdur. Mübahisəli 0.6292 ha torpaq sahəsinin koordinatlarını və yerləşməsini əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi 005013034886 reyestr nömrəsi ilə 0.6 ha olmaqla üçüncü şəxs2 xüsusi mülkiyyətindədir. Qeyd olunan mütəxəssis rəyindən və ekspertiza rəylərindən müəyyən olunur ki, hər iki rəy faktiki olaraq göstərilən torpaq sahələrinə əsasən tərtib edilmişdir. Həmin rəylərə əlavə edilmiş sxem isə faktiki olaraq göstərilmiş torpaq sahəsinin sxemidir. İş materiallarında olan (i/v 8) İddiaçı ayrılmış torpaq sahəsinin sxemi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin eskiz sxem “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi eksiz sxemdə miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini nəinki dəqiqliklə, ümumiyyətlə müəyyən etmək mümkün deyil. Bu baxımdan, İddiaçı və vaxtilə X4 adına təqdim edilmiş cizgilərin tədqiqi zamanı ayrılan torpaq sahələrinin rəsmi sənəd üzrə üst-üstə düşdüyünü müəyyən etmək qeyri-mümkündür. Belə ki, X4 ayrılmış 6000 kv.m. torpaq sahəsinin cizgisində torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən məlumatlar – 17-ci, 18-ci, 19-cu dalanlar göstərilməklə 18ci dalanda - Nardaran-Maştağa yolunun kənarında, iki qonşu torpaq sahəsindən sonra yerləşməsinə, üç tərəfdən qonşu torpaq sahəsi ilə bir tərəfdən isə ara yolla sərhəd olmasına dair məlumat vardır. İş üzrə təqdim edilmiş mütəxəssis rəyinə və həmin rəyə əlavə edilmiş cizgidən də görünür ki, torpaq sahəsi qeyd edilən cizgiyə uyğun yerləşir. İddiaçıya təqdim edilmiş cizgidə isə 1200 kv.m. torpaq sahəsinin üç tərəfində qonşu, bir tərəfində isə yol (ara yol deyil) olmasına dair məlumat vardır. İddiaçıya təqdim edilən cizgidə torpağın yerini müəyyənləşdirməyə imkan verən hər hansı məlumat mövcud deyildir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi üçüncü şəxsin adına qeydə alınmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi ilə bağlı şübhələr yoxdur, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Beləliklə, iddiaçının hazırkı iş üzrə iddia qaldırmaq səlahiyyəti ona görə istisna olunur ki, hüquqa müdaxilə açıq-aydın və birmənalı şəkildə nəzərə çarpmır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, hətta şərti olaraq hesab edilsə ki, hazırkı iddia ümümi mümkünlük şərtlərinə cavab verir, bu hal belə hazırkı tələbin mümkün sayılması üçün yetərli deyil. Belə ki, iddiaçı iddia qaldırmaq müddətini də ötürmüşdür. Başqa sözlə desək, hazırkı iddia tələbində xüsusi mümkünlük şərtləri ödənilmir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 15 ildən artıq müddət ərzində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının həmin torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatlı olmaması barədə nəticəyə gəlmək çətindir. Nəzərə almaq lazımdır ki, 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəslin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. Beləliklə, 2011-ci il # ###### tarixədək qəbul edilmiş aktlara qarşı əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə imkanı 2011-ci il # ###### tarixədək artıq itirilmişdirsə, onlar yeni qanuna görə də (o cümlədən, yeni qanunda bu növ iddialarla bağlı məhkəməyə müraciət etmə müddətlərinin nəzərdə tutulmaması əsası ilə) mübahisələndirilə bilməzlər. Başqa sözlə, iddiaçı artıq həmin aktlarla hüququnun pozulduğunu iddia edə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisə açmaq imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı nəzərdə tutmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ## ###### 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd etmək lazımdır ki, analoji hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı qərarında da ifadə olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 27/2025 nömrəli iş üzrə ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni məhkəmə aktı qəbul edilərək iddia tələbi mümkün sayılmamalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.