Məhkəmə qərarları › İş №2-1(103)-4721/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4721/2025

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4721/2025 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçının cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “ödənilmiş pul məbləğlərinin iddiaçıya geri qaytarılması, rəy tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizəsinə əsasən iddiaçı 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara görə gömrük rəsmiləşdirilməsi üçün “xxxx” MMC tərəfindən ödənilmiş 27357,98 manat məbləğində pulun geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. ##.##.2024-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədən görünür ki, iddiaçı “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydaları”na 1 №li əlavədə göstərilən formada ərizə ilə cavabdehə müraciət edərək ******** nömrəli, ##.##.2023-cü il tarixli invoys sənədi, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilənlərə əsasən müəyyən edilmiş və kodu 01231000355930 sorğu nömrəli, XİF MN üzrə 843131000 kodu altında bəyan olunmuş, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilənlərdən fərqli olaraq, həmçinin əsassız olaraq gömrük orqanı tərəfindən tutulmuş idxal gömrük rüsumu üzrə 22979,14 manat, ƏDV üzrə 4166.44 manat, elektron gömrük xidmət haqqı üzrə 180 manat, elektron gömrük xidməti üzrə ƏDV 32.40 manat olmaqla ümumilikdə 27357.98 manat (iyirimi yeddi min üç yüz əlli yeddi manat, doxsan səkkiz qəpik) məbləğində pul vəsaitinin “xxxx” MMC-yə qaytarılmasını və ya “xxxx” MMC-nin gələcək xarici iqtisadi fəaliyyətində istifadə edilməsi üçün rəy tərtib edilməsini xahiş etmişdir

3. ##.##.2023-cü il tarixli, ************** nömrəli gömrük bəyannaməsinə əsasən iddiaçının adına Azərbaycan Respublikasının sərhədlərindən kənarda yerləşən şirkətdən eskalatorlar üçün hissələr, ötürücü qayışlar, eskalatorlarda istifadə üçün nəzərdə tutulmuş qara metaldan ivsiz barmaqcıqlar, eskalatorlarda istifadə üçün nzərdə tutulan ötürücü qayışlar üçün plastikdən şkivlər, eskalatorların elektron bloklarında istifadə üçün nəzərdə tutulan “Telemecanuiqe” markalı induktivlik çarxları, “EATON” markalı, “NZMN3-A400” tipli, 400-690 V elektrk gərginliyinə hesablanmış, cərəyan gücü 400 A olan avtomatik elektrik açarları, FT12x0 tipli quraşdırılmış işıq saçan diodlu indikator panellər üçün naqillər və kabellər üçün kontakt elementləri, Display Port FT12x0300012780, “NBN4-12GM50-E2” tipli mülki aviasiyada istifadə edilməyən eskalatorun dövrlər sayının təyini üçün sayğac idxal edilmişdir.

4. Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspert rəyinə əsasən “xxxx” MMCnin ünvanına ********* nömrəli, ##.##.2023-cü il tarixli invoysun 1,2, 4-7, 9-11, 14-24, 26- 28, 30,32,34,47,38,43,48,49,50,51,53-55,65,67,70-ci mal mövqeləri üzrə idxal olunmuş yük XİF MN-ə görə aşağıdakı kimi sinifləşdirilir, 1-ci mövqe üzrə “EATON” markalı, “NZMN3-A400” tipli, 400-690 V elektrik gərginliyinə hesablanmış, cərəyan gücü 400 A olan avtomatik elektrik açarları 8536 20 900 0; 2,17-ci mövqe üzrə - “Bıhl+wıedemann” markalı 30 V elektrik gərginliyinə hesablanmış, cərəyan gücü 3 A olan rele 8536 41 900 04; 14, 48-ci mövqe üzrə “PEPPERL-FUCHS” markalı 230-115 V elektrik gərginliyinə hesablanmış mülki aviasiyada istifadə edilməyən düzləndirici 8504 40 830 95; 9-cu mövqe üzrə FT12x0, FTx0PPİ tipli, mülki aviasiyada istifadə edilməyən, quraşdırılmış işıq saçan diodlu indikator panellər 8531 20 200 9; 6-cı mövqe üzrə FT12x0 tipli quraşdırılmış işıq saçan diodlu indikator panellər üçün naqillər və kabellər üçün kontakt elementləri 8536 90 100 0; 7-ci mövqe üzrə “Schneider electric” markalı, “HMİGTO5310” modelli, 24 V elektrik gərginliyinə hesablanmış, 12 duym rəngli, sensorlu, monitorlu quraşdırılmış hesablayıcı maşını olmayan idarəetmə paneli 8537 10 980 0; 10, 15, 32-ci mövqe üzrə eskalatorların qara metaldan konstruksiyasında istifadəsi nəzərdə tutulan plastikdən bağlantı elementləri 3926 90 970 0; 11, 37, 49-cu mövqe üzrə “Schneider electric” markalı 220-380 V elektrik gərginliyinə hesablanmış dəyişdirici açarlar 8536 50 800 0; 16-cı mövqe üzrə eskalatorların elektron bloklarında istifadəsi nəzərdə tutulan “Telemecanuiqe” markalı induktivlik çarxları 8504 50 950 0; 18-20, 22-ci mövqe “NBN4-12GM50-E2” tipli mülki aviasiyada istifadə edilməyən, eskalatorun dövrlər sayının təyini üçün sayğac 9029 10 000 9; 21,23, 24-cü mövqe üzrə “SİEMENS” markalı 24-240 V elektrik gərginliyinə hesablanmış yaddaşlı proqramlaşdırılan kontrollerlər 8537 10 910 0; 26-cı mövqe üzrə xarici çevrəsinin uzunluğu 190 sm, en kəsiyi klinli sonsuz ötürücü qayışlar 4010 33 000 0; 27-ci mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan “ВЕКА” markalı mərkəzi yağlama bloku 8479 89 600 0; 28, 30-ci mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan ötürücü qayışlar üçün plastikdən şkivlər 8483 50 800 0; 38, 51-ci mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan qara metallardan diyircəkli zəncirlər 7315 11 900 0; 43-cü mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan qara metaldan yivsiz barmaqcıq 7318 15 900 0; 50-ci mövqe üzrə “MDEXX” markalı gərginliyin ölçülməsi üçün gücü 1.44 kVA transformator 8504 31 210 0; 53, 54-cü mövqe üzrə eskalatorların əyləc sistemində istifadəsi nəzərdə tutulan elektromaqnit ilişmələr 8505 20 000 0; 55, 65-ci mövqe üzrə eskalatorda istifadəsi nəzərdə tutulan qara metaldan istiqamətləndirici konstruksiya və hissələr 8431 31 000 0; 70-ci mövqe üzrə eskalatorda istifadəsi nəzərdə tutulan sürətin tənzimlənməsi üçün otürücü qutular 8483 40 510 0; 67-ci mövqe üzrə yastı metal prokatdan alınmış, üzəri sinklənmiş, soyuq deformasiyadan sonrakı emala məruz qalmamış C formalı və qapalı olmayan profillər 7216 61 100 0. 34-cü mal mövqeləri üzrə idxal olunmuş yükdən nümunə təqdim olunmadığından ekspertizanın aparılması mümkün olmamışdır.

5. Cavabdehin iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubuna əsasən iddiaçıya bildirilmişdir: “Sizin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanladığınız ##.##.2024-ci il tarixli, 19 VB-**/**** nömrəli ərizənizə aidiyyəti uzrə baxılmışdır.Bununla əlaqədar olaraq bildiririk ki, gömrük borcu üzrə ödənilmiş gömrük ödənışlərınin qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cu il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş, “Gömrük ödənişlərinin qaytarılması Qaydaları" ilə, gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması isə Azərbaycan Respublikasının Verg Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksıyalanın' qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. "Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənışlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gomruk ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici huquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi - VÖEN göstərilməlidir. Qaytarılmalı olan gömrük ödənişlərinin yaranma səbəblərini ərizə ilə müəyyən etmək mümkün olmadıqda onların qaytarılmalı olduğunun təsdiqi üçün şəxs aşağıdakı sənədləri gömrük orqanına təqdim edə bilər: -gömrük ödənişlərinin hesablanması və alınması üçün əsas olan, həmçinin alınmasını təsdiq edən sənədlər (bəyannamə, qəbzlər və s); gömrük ödənişlərinin səhv nəticəsində artıq ödənilməsini və ya malın qüsurlu olmasını sübut edən sənədlər ( malın qiymətini təsdiq edən sənəd, müşayiət sənədləri, müqavilə, müvafiq normativ sənədlər, malın texniki pasportu və s.).Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizənin forması isə "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"na * nömrəli əlavədə nəzərdə tutulmuşdur .Gömrük rəsmiləşdirilməsi aparılan zaman artıq vəsait ödənildiyini hesab edirsizsə yuxanda qeyd edilən müvafiq ərizələr ilə gömrük orqanına müraciət etmək hüququnuzun olduğu nəzərinizə çatdırılır”

6. BM/SM-**-*** nömrəli, ##.##.2022-ci il tarixli müqavilənin 2.1-ci bəndinə və həmin müqavilənin xüsusi şərtlərinə əsasən “xxxx” QSC bu müqavilənin xüsusi şərtlərində “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən qiymətlərlə Victoria FT-732, Viktoria FT-935, Victoria Tube FT-955, Tugela FT-945 tipli eskatorlar və Orinoco FS- 985 tipli travolatorlar üçün ehtiyat hissələrinin satın alınmasına dair İcraçının ƏDV ilə 998984,35 manat məbləğində təklifini qəbul etmişdir.

7. “xxxx” MMC-nin ** saylı, ##.##.2025-ci il tarixli mütəxəssis rəynə əsasən aparılmış tədqiqatlar nəticəsində “xxxx” MMC-nin ******** nömrəli, ##.##.2023-cü il tarixli invoys ilə idxal etdiyi ************** nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklər (mallar, ehtiyat hissələri) təyinatı üzrə eskalatorun və travolatorun ehtiyat hissələri və onların işləməsində köməkçi rol oynayan avadanlıq və detallar kimi istifadə edildiyindən (həmçinin qeyd olunan malların idxalı BM/***-**-*** saylı, ##.##.2022-ci il tarixli müqavilə ilə “xxxx” QSC-nin sifarişinə görə olduğundan, ölkə ərazisinə gətirilən malların təyinatı artıq bəlli olur) həmin malların Azərbaycan Respublikası Nazirlər Kabinetiinin ##.##.2017-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə 8431 (yalnız və ya əsasən 8425-8430 mal mövqelərinin avadanlığı üçün nəzərdə tutulmuş hissələr:8428 mal mövqeyinin maşın və ya mexanizmlərin – liftlərin, skipli yük qaldırıcılarının və ya eskalatorların) mal mövqeyinin 8431 31 000 0 alt yarımmövqeyində sinifləşdirilməsi müəyyən edilmişdir.

8. ##.##.2023-cü il tarixli “xxxx” QSC-nin Satınalmaların Təşkili və Müqavilələr şöbəsinin rəisi Elvin Bağırov, Eskalator xidmətinin rəisi Elçin İsmayılov, “xxxx” MMC-nin direktoru İrfan Terzioğlu tərəfindən tərtib edilmiş akta əsasən ##.##.2022-ci il tarixli BM/SM - 22- *** saylı mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinə əsasən əlavədə adları göstərilən ehtiyat hissələri “xxxx" QSCdə istismar olunan Victoria FT- 732, Victoria FT-935, Victoria Tube FT-955, Tugela FT- 945 tipli eskalatorlar və Orinoco FS-985 tipli travolatoriar üçün aiddir, ehtiyat hissələrinin hansı tip avadanlıq üçün müvafiq olması cədvəlin sütunlarında şəkillər ilə birgə əks olunmuşdur, bu avadanlıqlar TK Elevator tərəfindən bu eskalatorlara və travolatorlara uyğun olaraq xüsusi istehsal olunmuşdur, başqa tip eskalator, travolator avadanlıqlarında və başqa istismar sahəsində istifadəsi texniki olaraq mümkün deyildir, müvafiq müqaviləyə əsasən tədarük edilən ehtiyat hissələri “xxxx" QSC-də halhazırda istismar olunan eskalator və travolatorlarda yarana biləcək problemləri aradan qaldırmaq üçün nəzərdə tutulmuşdur, ehtiyat hissələrin tədarükünün gecikməsi eskalator və travolatorlarda yarana biləcək qüsurların aradan qaldırılmasında çətinlik törədə bilər ki, bu da avadanlıqların fasiləsiz işinə xələl gətirə bilər. Ehtiyat hissələrinin adları və şəkilləri akta 40 vərəqdə əlavə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “iddiaçı tərəfindən bəyan edilmiş 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında bəyan edilmiş malların XİF MN üzrə 8431310000 kod ilə 0% gömrük dərəcəsinin əsasən rəsmiləşdirilmiş hesab edilməsi, 01231000355930 sorğu nömrəli,##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında bəyan edilmiş mallara görə gömrük rəsmiləşdirilməsi üçün “xxxx” MMC tərəfindən ödənilmiş idxal gömrük rüsumu üzrə 22979,14 manat, ƏDV üzrə 4166,44 manat, elektron gömrük xidmət haqqı üzrə 180 manat, elektron gömrük xidməti üzrə ƏDV 32.40 manat olmaqla ümumilikdə 27357,98 manat məbləğində pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçı “xxxx” MMC-yə geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Sonradan iddiaçı İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC tərəfindən bəyan edilmiş 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında bəyan edilmiş malların XİF MN üzrə “8431310000” kodu ilə 0% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında bəyan edilmiş mallara görə gömrük rəsmiləşdirilməsi üçün “xxxx" MMC tərəfindən ödənilmiş idxal gömrük rüsumu üzrə 22979,14 manat, ƏDV üzrə 4166.44 manat, elektron gömrük xidmət haqqı üzrə 180 manat, elektron gömrük xidməti üzrə ƏDV 32.40 manat olmaqla ümumilikdə 27357.98 manat (iyirimi yeddi min üç yüz əlli yeddi manat, doxsan səkkiz qəpik) məbləğində pul vəsaitinin “xxxx” MMC-yə (Kapital Bank ASC (KOB mərkəz filialı), M/h: AZ37NABZ01350100000000001944, SWIFT BIK: AIINAZ2XXXX) qaytarılması və ya “xxxx” MMC-nin gələcək xarici iqtisadi fəaliyyətində istifadə edilməsi üçün rəy tərtib edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

11. Məhkəmənin ## ###### 2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.

12. İddiaçı “xxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının ünvanına ##.##.2023-cü il tarixdə Macarıstanın "TK X2 GmbH" şirkətindən Türkiyə Respublikasının "xxxx" şirkətinin tapşırığı ilə 34FTY085/34GJV398 nömrə nişanlı yük avtomaşınında ********* nömrəli, ##.##.2023- cü il tarixli invoys sənədi ilə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir.Macarıstanın "TK X2 GmbH" şirkəti ilə Türkiyə Respublikasının "xxxx" şirkəti arasında bağlanılan müqavilə üzrə "xxxx" MMC ilə Türkiyə Respublikasının "xxxx" şirkəti arasında bağlanmış EC-***** nömrəli, ##.##.2023-cü il tarixli müqavilə əsasında “eskalator üçün ehtiyat hissələri” yükü idxal edilmişdir. "xxxx" MMC-yə məxsus olan və satış məqsədilə Azərbaycan Respublikasına gətirilmiş, 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malları "xxxx" MMC-yə "xxxx" QSC onlar arasında bağlanmış BM/***-**-*** saylı, ##.##.2022-ci il tarixli müqaviləyə əsasən sifariş vermişdir. "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində mal müşayiətedici sənədləri, yəni yükü göndərən şirkət tərəfindən göndərilmiş ixrac bəyannaməsi və invoys sənədi əsasında 01231000355930 sorğu nömrəli ##.##.2023cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar XİF MN üzrə 843131000 kodu altında bəyan olunmuşdur. "xxxx" MMC idxal etdiyi malların XİF MN-də göstərilən “843131000” nömrəli koda uyğun olduğunu öz mövqeyinə və iradəsinə əsasən deyil, məhz malların ixracını həyata keçirmiş Macarıstanın "TK X2 GmbH" şirkəti ilə bağladığı müqavilə, ********* nömrəli, ##.##.2023-cü il tarixli invoys sənədi, ##.##.2023- cü il tarixli gömrük bəyannaməsində göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. Bu səbəbdən də, həmin kod 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsində öz əksini tapmış və gömrük orqanına həmin 843131000 kod bəyan edilmişdir. Lakin malların bəyannaməsinin rəsmiləşdirilməsi həyata keçirilən zaman Bakı Baş Gömrük İdarəsi tərəfindən Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilmiş, həmin İdarənin rəyində idxal edilən mallar bəyan edilən 8431310000 kod altında deyil, həmin invoysun 1-2, 4-7, 9-11, 14-24, 26-28, 30, 32, 34, 37-38, 43, 48-49, 50-51, 53- 55, 65, 67, 70-ci mövqelərinin 8536209000, 8536419000, 8504408309, 8531202009, 8536901000, 8537109800, 3926909700, 8536508000, 8504509500, 9029100009, 8537109100, 4010330000, 8479896000, 8483508000, 8483508000, 7315119000, 7318159000, 8504312100, 8505200000, 8431310000, 8483405100, 7216611000 kodlar altında sinifləşdirilməsi müəyyən edilmişdir.Mərkəzi Gömrük Ekspertizası İdarəsinin qeyd olunan rəyinə əsasən “xxxx” MMC tərəfindən 01231000355930 sorğu nömrəli ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləğinin idxal gömrük rüsumu üzrə 22979,14 manat, ƏDV üzrə 4166.44 manat, elektron gömrük xidmət haqqı üzrə 180 manat, elektron gömrük xidməti üzrə ƏDV 32.40 manat olmaqla ümumilikdə 27357.98 manat təşkil etdiyi müəyyən edilmiş və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən iddiaçı barəsində gömrük ödənişlərindən yayınma əsası ilə araşdırma başlanmışdır. "xxxx" MMC-nin direktoru Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəyinə əsasən malların kodunun fərqli olması nəticəsində yaranmış əlavə gömrük ödənişlərini ödəməyə hazır olması barədə ərizə yazmağa məcbur olmuşdur. Sahibkarlıq fəaliyyətini həyata keçirən "xxxx" MMC üçün idxal etdiyi malların ondan tələb olunan artıq gömrük ödənişlərinin ödənilməməsi səbəbindən gömrükdə saxlanılması Şirkətin fəaliyyətinə mənfi təsir edib, onun sahibkarlıq sahəsindəki işgüzar nüfuzuna xələl gətirə bilərdi, “xxxx” QSC ilə bağladığı müqavilənin şərtlərini icra edə bilməməsi və ya bu sahədə çətinlik yaranması və nəticədə xeyli miqdarda ziyana məruz qalacağı ilə nəticələnə bilərdi ki, bu da qəbul edilməz olduğu üçün o, Bakı Baş Gömrük İdarəsinin tələb etdiyi gömrük rüsumu və onun ƏDV-sini ödəmək məcburiyyətində qalmışdır. Bundan sonra Bakı Baş Gömrük İdarəsinin ## ###### 2023-cü il tarixli qərarı ilə AR CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh inzibati orqan Gömrük Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun normalarını pozaraq, iddiaçı üçün əlverişli olan idxal etdiyi malların təqdim etdiyi müqavilə, ixrac bəyannaməsi, invoys və mənşə sertifikatında göstərilən təsnifat koduna uyğunluğunun müəyyən edilməsi ilə bağlı xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, təkrar ekspertiza keçirmə, məsləhət vermə) etməli olduğu halda, bunu etməmiş, əksinə, əsaslandırılmamış ekspert rəyinə istinad edərək idxal olunan malların kodunun fərqli koda uyğun olduğunu bildirmiş, iddiaçı da əlavə zərərə məruz qalmaması üçün məcbur qalıb ödəməli olmadığı gömrük ödənişini ödəmişdir. Qeyd olunanlarla bağlı iddiaçı cavabdeh inzibati orqana ##.##.2024-cü il tarixli məktubla rəsmi müraciət edərək, 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara görə gömrük rəsmiləşdirilməsi üçün “xxxx" MMC tərəfindən ödənilmiş 27357.98 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmiş, lakin sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı “xxxx” MMC göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış ##.## 2024-ci il tarixli, 19 VB-**/**** nömrəli ərizəsinə baxılmışdır. İddiaçı tərəfə cavab məktublarında "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosialsığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"nın * nömrəli əlavəsində qeyd edilmiş düzgün müraciət formasının tələblərinin gözlənilmədiyi, qanunvericiliyin tələbləri gözlənilməklə inzibati orqana müraciətə dair düzgün müraciətin forması və təkrar müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddia tələbi əsaslandırılmaqla və müraciətə baxılmasının mümkün olması üçün zəruri olan məlumatlar qeyd edilməklə yeni bir müraciət daxil olmadığından iddiaya məhkəmə qaydasında baxılmasının mümkün olmadığını hesab edirlər. Eyni zamanda qeyd edilən gömrük bəyannamələri üzrə araşdırma aparılan zaman tərəflərindən heç bir artıq ödənilmiş məbləğ müəyyən edilməmişdir. İddiaçı “xxxx” MMC tərəfindən ölkəyə idxal edilən malların gömrük rəsmiləşdirilməsi məqsədi ilə gömrük orqanlarına təqdim edilmiş 01231000355930 sorğu nömrəli gömrük bəyannaməsi qanunun tələbləri gözlənilməklə mallar müvafiq prosedur altında yerləşdirərək gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. Rəsmiləşmə prosesində gömrük orqanı əməkdaşı tərəfindən gömrük məcəlləsi ilə ona verilmiş səlahiyyətlər daxilində ekspertizanın təyin edilməsi hüququndan istifadə edilərək malların təsnifat kodunun dəqiq müəyyən edilməsi üçün Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət edilmişdir. Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən malların təsnifat kodunun dəqiq müəyyən edilməsi məqsədi ilə edilmiş müraciətə malların təsnifat koduna dair xüsusi biliyə malik ekspert tərəfindən baxış keçirilərək rəy verilmişdir. Ekspert tərəfindən verilmiş rəyə uyğun gömrük orqanı əməkdaşı tərəfindən gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. Gömrük rüsum dərəcələri isə Nazirlər Kabinetinin *** saylı, ## ###### 2017- ci il tarixli qərarı ilə müəyyən edildiyindən, ekspert tərəfindən müəyyən edilmiş XİF MN kodlarına uyğun rüsumlar tətbiq edilmiş və gömrük ödənişlərinin düzgün qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh sonradan iddiaya əlavə etirazını təqdim edərək göstərmişdir ki, “xxxx” MMC-nin ünvanına ********* nömrəli ##.##.2023-cü il tarixli invoys əsasında idxal olunan və 01231000355930 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən “EATON” markalı, “NZMN3-A400” tipli cərəyan gücü 400 A olan avtomatik elektrik açarları, “Bıhl+wıedemann” markalı 30 V elektrik gərginliyinə hesablanmış rele, 230 V elektrik gərginliyinə, 2 A cərəyan gücünə hesablanmış düzləndirici, FT12xO, FTxOPPİ tipli quraşdırılmış işıq saçan diodlu indikator panellər, FT12xO tipli quraşdırılmış işıq saçan diodlu indikator panellər üçün kabel birləşdirici qurğular, “Schneider electric” markalı, “HMİGTO5310” modelli 12 duym rəngli, sensorlu, monitorlu idarəetmə paneli, eskalatorlarda istifadəsi nəzərdə tutulan plastikdən bağlantı elementləri, “Schneider electric” markalı 220-380 V elektrik gərginliyinə hesablanmış dəyişdirici açarlar, “Telemecanuiqe” markalı induktivlik çarxları, “NBN4- 12GM50-E2” tipli eskalatorun dövrlər sayının təyini üçün datçik, “SIEMENS” markalı yaddaşlı proqramlaşdırılan kontrollerlər, xarici çevrəsinin uzunluğu 190 sm sonsuz ötürücü qayışlar, eskalatorlarda istifadəsi nəzərdə tutulan “ВЕКА” mərkəzi yağlama bloku, ötürücü qayışlar üçün plastikdən şkivlər, qara metallardan diyircəkli zəncirlər, qara metaldan yivsiz barmaqcıq, “PEPPERLFUCHS” markalı 230-115 V elektrik gərginliyinə hesablanmış düzləndirici, “MDEXX” markalı gərginliyin ölçülməsi üçün gücü 1.44 kVA transformator, eskalatorların əyləc sistemində istifadəsi nəzərdə tutulan elektromaqnit ilişmələr, eskalatorda istifadəsi nəzərdə tutulan qara metaldan istiqamətləndirici konstruksiya, eskalatorda istifadəsi nəzərdə tutulan sürətlər qutusu, yastı metal prokatdan alınmış soyuq deformasiyadan sonrakı emala məruz qalmamış C formalı və qapalı olmayan profillər” yüklərinin gömrük yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertizaya göndərilməsi məqsədilə prob və nümunələrin təqdim edilməsi üçün göndərilmişdir. Mərkəzi Gömrük Ekspertizası idarəsi tərəfindən tərtib edilmiş *-**-****/*-******/**** nömrəli, ##.##.2023-cü il tarixli ekspertiza rəyi ilə invoysda qeyd edilmiş mallar aşağıdakı mal mövqeləri üzrə sinifləşdirilmişdir:1-ci mövqe üzrə “EATON” markalı, “NZMN3-A400” tipli, 400-690 V elektrik gərginliyinə hesablanmış, cərəyan gücü 400 A olan avtomatik elektrik açarları 8536 20 900 0; 2, 17-ci mövqe üzrə - “Bıhl+wıedemann” markalı 30 V elektrik gərginliyinə hesablanmış, cərəyan gücü 3 A olan rele 8536 41 900 04; 14, 48-ci mövqe üzrə “PEPPERL- FUCHS” markalı 230-115 V elektrik gərginliyinə hesablanmış mülki aviasiyada istifadə edilməyən düzləndirici 8504 40 830 95; 9-cu mövqe üzrə FT12xO, FTxOPPİ tipli, mülki aviasiyada istifadə edilməyən, quraşdırılmış işıq saçan diodlu indikator panellər 8531 20 200 9; 6-cı mövqe üzrə FT12xO tipli quraşdırılmış işıq saçan diodlu indikator panellər üçün naqillər və kabellər üçün kontakt elementləri 8536 90 100 0; 7-ci mövqe üzrə “Schneider electric” markalı, “HMİGTO5310” modelli, 24 V elektrik gərginliyinə hesablanmış, 12 duym rəngli, sensorlu, monitorlu quraşdırılmış hesablayıcı maşını olmayan idarəetmə paneli8537 10 980 0; 10, 15, 32-ci mövqe üzrə eskalatorların qara metaldan konstruksiyasında istifadəsi nəzərdə tutulan plastikdən bağlantı elementləri 3926 90 970 0; 11,37, 49-cu mövqe üzrə “Schneider electric” markalı 220- 380 V elektrik gərginliyinə hesablanmış dəyişdirici açarlar 8536 50 800 0; 16-cı mövqe üzrə eskalatorların elektron bloklarında istifadəsi nəzərdə tutulan “Telemecanuiqe” markalı induktivlik çarxları 8504 50 950 0; 18-20, 22-ci mövqe üzrə “NBN4-12GM50-E2” tipli mülki aviasiyada istifadə edilməyən, eskalatorun dövrlər sayının təyini üçün sayğac 9029 10 000 9; 21,23, 24-cü mövqe üzrə “SİEMENS” markalı 24-240 V elektrik gərginliyinə hesablanmış yaddaşlı proqramlaşdırılan kontrollerlə r8537 10 910 0; 26-cı mövqe üzrə xarici çevrəsinin uzunluğu 190 sm, en kəsiyi klinli sonsuz ötürücü qayışlar 4010 33 000 0; 27-ci mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan “ВЕКА” markalı mərkəzi yağlama bloku 8479 89 600 0; 28, 30-ci mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan ötürücü qayışlar üçün plastikdən şkivlər 8483 50 800 0; 38, 51- ci mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan qara metallardan diyircəkli zəncirlər 7315 11 900 0; 43-cü mövqe üzrə eskalatorlarda istifadəsi nəzərdə tutulan qara metaldan yivsiz barmaqcıq 7318 15 900 0; 50-ci mövqe üzrə “MDEXX” markalı gərginliyin ölçülməsi üçün gücü 1.44 kVA transformator 8504 31 210 0; 53, 54-cü mövqe üzrə eskalatorların əyləc sistemində istifadəsi nəzərdə tutulan elektromaqnit ilişmələr 8505 20 000 0; 55, 65-ci mövqe üzrə eskalatorda istifadəsi nəzərdə tutulan qara metaldan istiqamətləndirici konstruksiya və hissələr 8431 31 000 0; 70-ci mövqe üzrə eskalatorda istifadəsi nəzərdə tutulan sürətin tənzimlənməsi üçün otürücü qutular 8483 40 510 0; 67-ci mövqe üzrə yastı metal prokatdan alınmış, üzəri sinklənmiş, soyuq deformasiyadan sonrakı emala məruz qalmamış C formalı və qapalı olmayan profillər 7216 61 100 0 kodu üzrə. Bəyannaməçi həmin ekspert rəyi ilə razılaşaraq gömrük bəyannaməsinin müvafiq qrafasındakı təsnifat koduna düzəliş etdikdən sonra ödənilməli olan gömrük ödənişlərini ödədiyi üçün gömrük rəsmiləşdirilməsi başa çatdırılmışdır. İddiaçı “xxxx” MMC tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş “Azərbaycan Respublikası xxxx” tərəfindən tərtib edilmiş ekspertiza rəyinə etiraz edilir və bildirilir ki, sözügedən yüklərin gömrük orqanı tərəfindən rəsmiləşdirmə prosesi ##.##.2023cü il tarixində başa çatdırılaraq, yüklər sərbəst dövriyyəyə buraxılmışdır. ##.##.2023cü il tarixindən sonra mallar gömrük nəzarətindən çıxmış sayıldığı üçün, yüklərin XİF MN kodlarının sonradan mübahisələndirilməsi nəticəsində yenidən araşdırılması zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 158.4-cü maddəsinin (Digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər) tələblərinə birbaşa zidd olmaqla, sübutların mötəbərliyi, sonradan baxışa təqdim edilmiş yüklərin rəsmiləşməyə təqdim edilən yüklərlə eyniliyi (hər hansı detalın dəyişdirilmiş olması ehtimalı), sonradan təşkil edilmiş müstəqil ekspertizanın rəyinin obyektivliyi və şəffaflığının hansı dərəcədə olmasını qeyri-müəyyən edir. Yəni ## ###### 2023-cü il tarixindən mallar üzərində gömrük nəzarəti tam şəkildə başa çatdırılmışdır. Təqdim edilmiş ** nömrəli, ## ##### 2025-ci il tarixli ekspertiza rəyi isə 1 ildən çox müddət keçdikdən sonra, gömrük orqanı əməkdaşının iştirakı olmadan, şəxsi məvacib hesabına verilmiş sorğu əsasında təşkil edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan da görünür ki, mallar barəsində XİF MN kodunun müəyyən edilməsi sırf hüquqi xarakter daşıması səbəbindən səlahiyyətləri daxilində olmamışdır. Bu səbəbdən də, “Azərbaycan Respublikası xxxx” tərəfindən tərtib edilmiş rəyə münasibətdə bildirilir ki, sözügedən qurumun belə bir səlahiyyətinin olması qanunvericilikdə öz əksini tapmamışdır.Həmçinin analoji işlərlə bağlı məhkəmə təcrübəsi araşdırıldıqda, Mərkəzi Gömrük Ekspertizası Mərkəzinin yüklərə dair əsaslandırılmış rəyinin iş üzrə mötəbər sübut qismində qəbul olunduğunu görmək mümkündür. Belə ki, Bakı inzibati Məhkəməsində iddiaçı X8 cavabdeh Bakı Baş Gömrük idarəsinə qarşı “bəyan edilmiş XİF MN kodu əsasında yüklərin rəsmiləşdirilməsi” tələbi üzrə iddia ərizəsinə məkhəmə tərəfindən baxılaraq iddia tələbi təmin edilməmişdir. İşin hallarına əsasən iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin XİF MN kodunun müəyyən edilməsinin hüquqi əhəmiyyət kəsb edən məsələ olması səbəbilə imtina edilməsindən sonra MGEİ rəyi yeganə mötəbər sübut qismində qiymətləndirilməklə yekun məhkəmə aktı çıxarılmışdır.Başqa analoji işlər qismində “xxxx” MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı "bəyan edilmiş XİF MN kodu əsasında yüklərin rəsmiləşdirilməsi” tələbi üzrə iddia ərizəsinə məkhəmə tərəfindən baxılaraq iddia tələbi təmin edilməmişdir, işin hallarına əsasən iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin malların tərkibini müəyyən etməsindən sonra XİF MN kodunun müəyyən edilməsinin hüquqi əhəmiyyət kəsb etməsi səbəbi ilə XİF MN kodunun müəyyən edilməsi üçün məhkəmənin ünvanlandığı sorğu məktubuna cavab olaraq Mərkəzi Gömrük Ekspertizası idarəsi tərəfindən “Azərbaycan Respublikasının xarici iqtisadi X12, idxal gömrük rüsumlarının dərəcələrinin və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017- ci il tarixli, *** saylı Qərarının mal mövqeyi üzrə Qeydlərinin şərhi məhkəməyə təqdim edilmişdir. Həmin Qeydlər mötəbər sübut qismində məhkəmə tərəfindən qiymətləndirilmiş və iddia tələbinin rədd edilməsinə dair yekun məhkəmə aktı çıxarılmışdır.Azərbaycan Respublikası adından qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1 (***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli Qərarına əsasən, mallar üzrə XİF MN kodlarına münasibətdə tətbiq edilməli olan hüquq norması həmin Qərarın 32-ci və 33-cü bəndlərinə əsasən, Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələri və Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiya, həmçinin onun ayrılmaz tərkib hissəsi olan “izahnamə”dir. “izahnamə” (izahedici qeydlər) bilavasitə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın şərhini və tətbiqini təmin etmək məqsədi daşıyır. Bu fakt isə özlüyündə “izahnamə”nin (izahedici qeydlər) sözügedən konvensiyanın ayrılmaz tərkib hissəsi olduğunu, onun Konvensiyanın təfsir və tətbiqində nəzərə alınmalı olduğunu təsdiq edir.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi, iddiaçı “xxxx” MMC tərəfindən bəyan edilmiş 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin, “xxxx” MMC-nin 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında bəyan edilmiş mallar XİF MN üzrə “8431310000” kodu ilə 0% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunsun, 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi əsasında bəyan edilmiş mallara görə gömrük rəsmiləşdirilməsi üçün “xxxx" MMC tərəfindən ödənilmiş idxal gömrük rüsumu üzrə 22979,14 manat, ƏDV üzrə 4166.44 manat, elektron gömrük xidmət haqqı üzrə 180 manat, elektron gömrük xidməti üzrə ƏDV 32.40 manat olmaqla ümumilikdə 27357.98 manat (iyirimi yeddi min üç yüz əlli yeddi manat, doxsan səkkiz qəpik) məbləğində pul vəsaitinin “xxxx” MMC-yə (kapital Bank ASC (KOB mərkəz filialı), M/h: AZ37NABZ01350100000000001944, SWIFT BIK: AIINAZ2XXXX) qaytarılması üçün rəy tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin yeganə sübutu olan ekspert rəyinə gəldikdə isə məhkəmə həmin rəyə tənqidi yanaşır, belə ki, həmin ekspert rəyi məhkəmə araşdırması zamanı tədqiq edilmiş çoxsaylı sübutlar - həm avadanlıqların və hissələrin sifariş edilməsi haqqında müqavilə, həmin müqavilələrə əlavə edilmiş siyahılar, yazılı şəkildə təqdim edilmiş müstəqil mütəxəssis rəyi, məhkəmə iclasında dinlənilmiş mütəxəssis rəyi, avadanlıqları və hissələri sifariş etmiş “xxxx” QSC-nın vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akt və akta əlavə edilmiş siyahı ilə təkzib olunur.

17. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan yalnız ekspert rəyini əsas kimi götürməklə və ona istinad etməklə, işin obyektiv hallarını hərtərəfli araşdırmaqdan, iddiaçının xeyrinə olan halları əsassız şəkildə nəzərə almaqdan boyun qaçırmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh apellyasiya şikayətləri verərək Bakı İnzibati Məhkəməsinin e- *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşagıda qeyd edilmig səbəblərdən məhkəmənin qararı ile razrlaşmayaraq şikayetlərini bildirirlər: 1) İlk olaraq məhkəmə öz qərarının əsaslandırma hissəsində iddiaçı “xxxx” MMC-nin adından məhkəməyə təqdim edilən sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisi İsmayılov Elçin Əlpaşa oğlunun ifadəsinə əsasən avadanlıqlar Almaniya Federativ Respublikasında istehsal olunmuşlar və yalnız eskalatorlar üçün nəzərdə tutulmuşdur. Almaniya Respublikasının şirkətinin rəsmi nümayəndələrindən sifarişlə alınmışdır. BM/SM-**-*** nömrəli, ##.##.2022-ci il tarixli müqavilənin 2.1-ci bəndinə və həmin müqavilənin xüsusi şərtlərinə əsasən “xxxx” QSC bu müqavilənin xüsusi şərtlərində “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən qiymətlərlə Victoria FT- 732, Viktoria FT-935, Victoria Tube FT-955, Tugela FT-945 tipli eskatorlar və Orinoco FS-985 tipli travolatorlar üçün ehtiyat hissələrinin satın alınmasına dair İcraçının ƏDV ilə 998984,35 manat məbləğində təklifini qəbul etmişdir.Məhkəmə tərəfindən qeyd edilmiş hallara istinad edilməklə XİF MN kodunun müəyyən edilməsi zamanı sübut kimi qiymətləndirilmişdir Lakin nə daxili qanunvericilikdə, nə də beynəlxalq praktikada belə bir halın mövcudluğu qeyri-mümkündür ki, malların idxal edildikdən sonrakı istifadə təyinatına əsaslanaraq XİF MN kodu təyin olunsun. Azərbaycan Respublikasında XİF MN kodlarının təyini zamanı birbaşa rəhbər tutulan əsas qanunvericilik aktı “Azərbaycan Respublikasının xarici iqtisadi X12, idxal gömrük rüsumlarının dərəcələrinin və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** saylı Qərarıdır. Həmin qərarda mallar yalnız onların ümumi xarakterli əlamətlərinə görə qruplaşdırılmışdır. Əlavə izahlar olduğu halda isə istənilən mal qrupu və mövqeyi üçün xüsusi qeydlərlə aydınlıq gətirilmişdir. Bu barədə Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti Nümayəndə da məhkəmə iclası zamanı bildirmişdir ki, malların sifarişi və təyinatının metropolitenə məxsus olmasının XİF MN kodunun müəyyən edilməsi ilə qəti şəkildə əlaqəsi yoxdur. 2) Daha sonra məhkəmə öz qərarında “xxxx” MMC-nin ** saylı, ##.##.2025-ci il tarixli mütəxəssis rəyini iş üzrə əsaslı sübut hesab etmişdir.Bununla bağlı birinci instansiya məhkəməsində işə baxılan zaman həm yazılı, həm də şifahi qaydada etiraz təqdim edilmişdir. İddiaçı “xxxx” MMC tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş “Azərbaycan Respublikası xxxx” tərəfindən tərtib edilmiş ekspertiza rəyinə etiraz edərək nəzərə çatdırır ki, sözügedən yüklərin gömrük orqanı tərəfindən rəsmiləşdirmə prosesi ##.##.2023-cü il tarixində başa çatdırılaraq, yüklər sərbəst dövriyyəyə buraxılmışdır. ##.##.2023-cü il tarixindən sonra mallar gömrük nəzarətindən çıxmış sayıldığı üçün, yüklərin XİF MN kodlarının sonradan mübahisələndirilməsi nəticəsindən yenidən araşdırılması zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 158.4-cü maddəsinin (Digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər.) tələblərinə birbaşa zidd olmaqla, sübutların mötəbərliyi, sonradan baxışa təqdim edilmiş yüklərin rəsmiləşməyə təqdim edilən yüklərlə eyniliyi (hər hansı detalın dəyişdirilmiş olması ehtimalı), sonradan təşkil edilmiş müstəqil ekspertizanın rəyinin obyektivliyi və şəffaflığının hansı dərəcədə olması qeyri-müəyyəndir.Yəni ## ###### 2023-cü il tarixindən mallar üzərində gömrük nəzarəti tam şəkildə başa çatdırılmışdır. Təqdim edilmiş ** nömrəli, ## ##### 2025-ci il tarixli ekspertiza rəyi isə 1 ildən çox müddət keçdikdən sonra, gömrük orqanı əməkdaşının iştirakı olmadan, şəxsi məvacib hesabına verilmiş sorğu əsasında təşkil edilmişdir. 3) Həmçinin, məhkəmə öz qərarında qeyd etmişdir ki, cavabdehin yeganə sübutu olan ekspert rəyinə gəldikdə isə məhkəmə həmin rəyə tənqidi yanaşır, belə ki, həmin ekspert rəyi məhkəmə araşdırması zamanı tədqiq edilmiş çoxsaylı sübutlar - həm avadanlıqların və hissələrin sifariş edilməsi haqqında müqavilə, həmin müqavilələrə əlavə edilmiş siyahılar, yazılı şəkildə təqdim edilmiş müstəqil mütəxəssis rəyi, məhkəmə iclasında dinlənilmiş mütəxəssis rəyi, avadanlıqları və hissələri sifariş etmiş “xxxx” QSC-nın vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akt və akta əlavə edilmiş siyahı ilə təkzib olunur. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan yalnız ekspert rəyini əsas kimi götürməklə və ona istinad etməklə, işin obyektiv hallarını hərtərəfli araşdırmaqdan, iddiaçının xeyrinə olan halları əsassız şəkildə nəzərə almaqdan boyun qaçırmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.Qeyd edilənlərə münasibətdə ilk olaraq bildirirlər ki, gömrük orqanı tərəfindən iddiaçı “xxxx” MMC-nin də iştirakı ilə keçirilmiş ekspertizanın rəyinə tənqidi yanaşıldığı vurğulanmasına baxmayaraq bu qənaətə gəlmək üçün əsaslar göstərilməmişdir və ekspertiza rəyinin rəhbər tutulduğu analoji məhkəmə qərarlarının təqdim edildiyi halda hansı səbəbdən MGEİ tərəfindən tərtib edilmiş rəyə tənqidi yanaşıldığı qeyd edilməmişdir. Halbuki birtərəfli qaydada gömrük orqanının iştirakı belə olmadan keçirilmiş müstəqil ekspertizanın rəyi iş üzrə sübut qismində qiymətləndirilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin qərarında cavabdeh inzibati orqanın yalnız ekspert rəyini əsas kimi götürməklə və ona istinad etməklə, işin obyektiv hallarını hərtərəfli araşdırmaqdan, iddiaçının xeyrinə olan halları əsassız şəkildə nəzərə almaqdan boyun qaçırmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozduğu qeyd edilmişdir. Lakin gömrük orqanı tərəfindən Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələrinin tələblərindən irəli gələrək malların XİF MN kodlarının müəyyən edilməsi zamanı sərbəst təsnifatlandırma aparılan zaman ekspertiza rəyi yalnız tövsiyə xarakterli sənəd olaraq qiymətləndirilmişdir. Məhkəmə iclasına təqdim edilən yeganə sübut ekspertin rəyi deyil, Azərbaycan Respublikası Konstitusiyasına əsasən üstün hüquqi qüvvəsi olan beynəlxalq hüquq norması olmuşdur. Hətta tərəfimizdən məhkəməyə həm yazılı qaydada təqdim edərək, həm də şifahi çıxış zamanı XİF MN kodlarının təyin edilməsində əsasın Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq konvensiyanın müddəaları olduğu bildirilmişdir. Həmin beynəlxalq sənədin müddəaları əsasında isə Azərbaycan Respublikasının milli qanunvericilik aktı olan “Azərbaycan Respublikasının xarici iqtisadi X12, idxal gömrük rüsumlarının dərəcələrinin və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli, *** saylı Qərar qəbul edilmişdir. Həm beynəlxalq, həm də milli qanunvericilik normalarında açıq şəkildə idxal olunan malların XİF MN kodlarının müəyyən edilməsi zamanı rəhbər tutulmalı olan xüsusi qeydlər mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarda isə həmin müddalara heçbir hüquqi qiymət verilməyərək hansı səbəbdən həmin normaların deyil, müstəqil ekspertin firkinin əsas təşkil etməsi qeyd edilməmişdir.Halbuki, Azərbaycan Respublikası adından qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)- ****/**** saylı, ##.##.2024-cü il tarixli Qərarına əsasən, mallar üzrə XİF MN kodlarına münasibətdə tətbiq edilməli olan hüquq norması həmin Qərarın 32-ci və 33-cü bəndlərinə əsasən, Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələri və Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiya, həmçinin onun ayrılmaz tərkib hissəsi olan “İzahnamə”dir. “İzahnamə” (izahedici qeydlər) bilavasitə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın şərhini və tətbiqini təmin etmək məqsədi daşıyır. Bu fakt isə özlüyündə “İzahnamə”nin (izahedici qeydlər) sözügedən konvensiyanın ayrılmaz tərkib hissəsi olduğunu, onun Konvensiyanın təfsir və tətbiqində nəzərə alınmalı olduğunu təsdiq edir.Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilmiş mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, iş materiallarında kifayət qədər əsaslandırılmış, qanuni və mötəbər mənbələrdən əldə edilmiş sübutların olmasına baxmayaraq məhkəmə yekun qərarında təqdim edilmiş sübutları təkzib edəcək halları qeyd etməmişdir.Eyni zamanda bildirirlər ki, xarici iqtisadi X12nın şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi X12nın ayrılmaz hissəsidir. Yuxarıda qeyd etdiyimiz normadan görünür ki, bəyan edilən malların xarici iqtisadi X12 üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Mübahisəyə tətbiq edilməli olan hüquq Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələri və onlarla əlaqəli Malların Xarici İqtisadi X12 və Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiya, həmçinin onun ayrılmaz tərkib hissəsi olan “İzahnamə”dir. Qeyd etmək lazımdır ki, “İzahnamə” (izahedici qeydlər) bilavasitə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın şərhini və tətbiqini təmin etmək məqsədi daşıyır. Bu fakt isə özlüyündə “İzahnamə”nin (izahedici qeydlər) sözügedən Konvensiyanın ayrılmaz tərkib hissəsi olduğunu, onun Konvensiyanın təfsir və tətbiqində nəzərə alınmalı olduğunu təsdiq edir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3- cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. ..... 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. ..... 319.1. Xarici iqtisadi X12 - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. 319.2. Xarici iqtisadi X12nın şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi X12nın ayrılmaz hissəsidir. 319.3. Xarici iqtisadi X12ndan tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir. 319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi X12 X9 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X4 Edilmiş Sisteminə və X10 xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır. 321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi X12nda kodu (kodları) müəyyən olunur. 321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. 321.3. Bəyan edilən malların xarici iqtisadi X12 üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X12 uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. .....

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

28. Belə ki, cavabdeh Bakı Baş Gömrük İdarəsində iddianın mümkünlük şərtlərinə cavab verməməsini, iddiaçının qanunla müəyyən edilmiş formada ərizə ilə cavabdehə müraciət etməməsini göstərsə də məhkəmə bununla razılaşmır.Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədən görünür ki, iddiaçı “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydaları”na 1 №li əlavədə göstərilən formada ərizə ilə cavabdehə müraciət edərək ******** nömrəli, ##.##.2023-cü il tarixli invoys sənədi, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilənlərə əsasən müəyyən edilmiş və kodu 01231000355930 sorğu nömrəli, XİF MN üzrə 843131000 kodu altında bəyan olunmuş, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsində göstərilənlərdən fərqli olaraq, həmçinin əsassız olaraq gömrük orqanı tərəfindən tutulmuş idxal gömrük rüsumu üzrə 22979,14 manat, ƏDV üzrə 4166.44 manat, elektron gömrük xidmət haqqı üzrə 180 manat, elektron gömrük xidməti üzrə ƏDV 32.40 manat olmaqla ümumilikdə 27357.98 manat (iyirimi yeddi min üç yüz əlli yeddi manat, doxsan səkkiz qəpik) məbləğində pul vəsaitinin “xxxx” MMC-yə qaytarılmasını və ya “xxxx” MMCnin gələcək xarici iqtisadi fəaliyyətində istifadə edilməsi üçün rəy tərtib edilməsini xahiş etmişdir.

29. Beləliklə, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. Daha sonra məhkəmə Kollegiyası işin faktiki halları ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, hazırkı mübahisənin əsasında gömrük bəyannaməsi üzrə iddiaçı tərəfindən bəyan edilmiş malların XİF MN üzrə “8431310000” kodu ilə 0% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması dayanır.

31. Cavabdeh isə iddiaçının mövqeyi ilə razılaşmayır ki, mallar üzrə XİF MN kodlarına münasibətdə tətbiq edilməli olan hüquq norması Gömrük Məcəlləsinin 319, 320 və 321-ci maddələri və Azərbaycan Respublikasının tərəfdar olduğu “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiya, həmçinin onun ayrılmaz tərkib hissəsi olan “izahnamə”dir. “izahnamə” (izahedici qeydlər) bilavasitə “Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında” Beynəlxalq Konvensiyanın şərhini və tətbiqini təmin etmək məqsədi daşıyır. Bu fakt isə özlüyündə “izahnamə”nin (izahedici qeydlər) sözügedən konvensiyanın ayrılmaz tərkib hissəsi olduğunu, onun Konvensiyanın təfsir və tətbiqində nəzərə alınmalı olduğunu təsdiq edir.

32. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş Bakı Baş Gömrük İdarəsinin mütəxəssisi Nümayəndə bildirmişdir ki, sənədlərdə metal oxunun (bolt, qayka) harda istifadə olunması qeyd olunmamışdır və mallar materialın istifadəsinə görə qaynaqlanır və sinifləşir, lakin həmin avadanlıqların harda istifadə olunması qeyd olunmamışdır. 2022-ci ildə o ekspert təyin olunmuşdur. Onun işlədiyi quruma sorğu daxil olmuşdur ki, qeyd olunan mallar eskalator üçün nəzərdə tutulmuşdurmu? Avadanlıqlara baxış keçirdikdən sonra bunu inkar etməyərək bildirmişdi ki, bəli, eskalator üçün nəzərdə tutulmuşdur.Lakin bu mallar yalnız eskalatorlar üçün nəzərdə tutulmamışdır. Avadanlıqların bütün elektrik avadanlıqlarında istifadəsi mümkündür.

33. Məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisi İsmayılov Elçin Əlpaşa oğlu bildirmişdir ki, avadanlıqlar Almaniya Federativ Respublikasında istehsal olunmuşlar və yalnız eskalatorlar üçün nəzərdə tutulmuşdur. Almaniya Respublikasının şirkətinin rəsmi nümayəndələrindən sifarişlə alınmışdır. Qeyd olunan avadanlıqların proqram təminatı var. Onlar rəqəmlərlə müəyyən olunur, misal üçün (737 və 935). Avadanlıqların rəqəmlərinin dəyişməsi proqram nəsillərinin dəyişməsi deməkdir. Hər rəqəmə uyğun proqram təminatı mövcudur. Proqramların yazılması, yalnız Almaniya FR-ə məxsusdur. 2012ci ildən eyni eskalatorlar Dərnəgül və Azadlıq metropoliteni stansiyalarında istifadə olunur. Həmin avadanlıqlar fabrik tərəfindən təsdiq olunaraq “xxxx” QSC-ya göndərilmişdir, xüsusi təyinatlı avadanlıqar olduğundan ağır iş rejimi üçün nəzərdə tutulmuşdur.Xüsusi təyinatlı avadanlıqların dartıcı zəncirləri tam fərqli olur.Bütün avadanlıqlar proqram təminatı ilə tənzimlənir, həmin avadanlıqlardan eskalatorlardan başqa heç bir yerdə istifadə oluna bilməz. Çünki bu avadanlıqlar zavoddan proqramlaşdırılaraq göndərilirlər və xüsusi təyinatlı avadanlıqlardır.

34. Bundan başqa işin hallarından, həmçinin, məhkəməyə təqdim edilmiş həm müqavilədən, həm də kommersiya invoysindan göründüyü kimi iddiaçının ünvanına göndərilən avadanlıq “eskalatorların hissələri” kimi qeyd edilmişdir, eyni zamanda gömrük qaiməsində idxal olunan avadanlıq “eskalatorda hissələr” kimi qeyd edilmişdir.

35. Eyni zamanda məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin mütəxəssis rəyi ilə, habelə məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş “xxxx” QSC-nın əməkdaşının məhkəmədə verdiyi izahat, eyni zamanda “xxxx” QSC-nın vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akt və akta əlavə edilmiş siyahıdakı məlumatlar ilə iddiaçının idxal etdiyi məhsulların metro nəqliyyatında istifadə edilən eskalatorların ehtiyat və tərkib hissələri olması təsdiq edilir.

36. Birinci instansiya məhkəməsinin mövqeyin düzgün sayan məhkəmə Kollegiyası da yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin yeganə sübutu olan ekspert rəyinə tənqidi yanaşır, belə ki, həmin ekspert rəyi məhkəmə araşdırması zamanı tədqiq edilmiş çoxsaylı sübutlar - həm avadanlıqların və hissələrin sifariş edilməsi haqqında müqavilə, həmin müqavilələrə əlavə edilmiş siyahılar, yazılı şəkildə təqdim edilmiş müstəqil mütəxəssis rəyi, məhkəmə iclasında dinlənilmiş mütəxəssis rəyi, avadanlıqları və hissələri sifariş etmiş “xxxx” QSC-nın vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akt və akta əlavə edilmiş siyahı ilə təkzib olunur.

37. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan yalnız ekspert rəyini əsas kimi götürməklə və ona istinad etməklə, işin obyektiv hallarını hərtərəfli araşdırmaqdan, iddiaçının xeyrinə olan halları əsassız şəkildə nəzərə almaqdan boyun qaçırmaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur.

38. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 24.3-cü və 24.4-cü maddələri.)

39. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi X12 uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. 321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi X12, idxal gömrük rüsumların dərəcələri və ixrac gömrük rüsumların dərəcələri, xarici iqtisadi X12nın əsas şərhetmə qaydaları”nda göstərilir: Malların Xarici İqtisadi X12 (bundan sonra - XİF MN) görə sinifləşdirilməsi aşağıdakı Qaydalara uyğun həyata keçirilir:

1. Bölmələrin, qrupların və alt qrupların adları yalnız XİF MN-dən istifadədə rahatlığı təmin etmək üçün verilir; hüquqi məqsədlər üçün XİF MN-da malların sinifləşdirilməsi mal mövqelərinə, bölmələrə və ya qruplara dair müvafiq qeydlərin mətnlərinin əsasında və bu mətnlərdə başqa hal nəzərdə tutulmadıqda, aşağıdakı müddəalara uyğun həyata keçirilir:

2. a) Mal mövqeyinin adında hər hansı bir mala dair istənilən istinad komplekt və tamamlanmış malın əsas xüsusiyyətlərinə malik olan qeyri-komplekt və ya natamam halda olan mala dair istinad kimi də baxılmalıdır, həmçinin yığılmamış və ya sökülmüş halda təqdim olunmuş komplekt və ya tamamlanmış mala da istinad kimi baxılmalıdır (və ya bu Qaydaya əsasən müəyyən mal mövqeyində komplekt və ya tamamlanmış mala dair istinad kimi sinifləşdirilən mal kimi baxılmalıdır). b) Mal mövqeyinin adında hər hansı bir materiala və ya maddəyə dair istənilən istinad bu materialın və ya maddənin digər materiallarla və ya maddələrlə qarışıqlarına və ya birləşmələrinə istinad kimi də baxılmalıdır. Müəyyən materialdan və ya maddədən olan mala dair istənilən istinad tamamilə və ya qismən bu materialdan və ya maddədən ibarət olan mallara istinad kimi də baxılmalıdır. Birdən çox materialdan və ya maddədən ibarət olan malların sinifləşdirilməsi 3-cü Qaydanın müddəalarına müvafiq həyata keçirilir.

3. 2 (b) Qaydaya və ya hər hansı bir başqa səbəblərə görə, prima facie, malların iki və ya daha çox mal mövqelərinə aid edilməsi mümkün olduğu halda belə malların sinifləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: a) Ümumi təsvirli digər mal mövqeləri ilə müqayisədə üstünlük malın təsviri daha konkret olan mal mövqeyinə verilir. Lakin, iki və ya daha çox mal mövqelərinin hər biri yalnız qarışığın və ya çoxkomponentli məmulatın materiallarının və ya maddələrinin bir hissəsinə, və ya pərakəndə satış üçün dəstdə təqdim olunmuş malların yalnız bir hissəsinə aid edilirsə, hətta mal mövqeyinin birində malın təsviri daha tam və dəqiq verildikdə, həmin mala münasibətində bu mal mövqeləri bərabər olan kimi baxılmalıdır. b) Sinifləşdirilməsi 3 (a) Qaydasına uyğun mümkün olmayan müxtəlif materiallardan ibarət olan və ya müxtəlif komponentlərdən hazırlanmış qarışıqlar, çoxkomponentli məmulatlar, və pərakəndə satış üçün dəstlərdə təqdim olunmuş mallar, bu meyarın tətbiqi mümkün olduqda, bu mallara əsas xüsussiyyət verən materiala və ya tərkib hissəsinə görə sinifləşdirilməlidir. c) 3 (a) və ya 3 (b) Qaydanın müddəalarına uyğun sinifləşdirilməsi mümkün olmayan mallar baxılması üçün eyni dərəcədə uyğun olan mal mövqelərinin kodlarının artımı qaydasında sonuncu mal mövqeyində sinifləşdirilməlidir. ... XİF MN üzrə kod 8431 31 000, mal mövqelərinin adı - Yalnız və ya əsasən 8425-8430 mal mövqelərinin avadanlığı üçün nəzərdə tutulmuş hissələr:, Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) “0”. XİF MN üzrə kod 8428 mal mövqelərinin adı - Digər qaldırılma, yerdəyişmə, yüklənmə və ya boşaldılma üçün maşınlar və qurğular (məsələn, liftlər, eskalatorlar, konveyerlər, kanat yolları): XİF MN üzrə kod mal mövqelərinin adı 8428 40 000 0 – eskalatorlar və hərəkət edən piyada səkiləri.

40. Həmin qaydaların “Maşınlar, avadanlıq və mexanizmlər; elektrotexniki avadanlıq; onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirinin və səsin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları” adlı xvı bölməsində qeyd edilir: “2. Bu bölməyə dair 1-ci qeydin, 84-cü qrupa dair 1-ci qeydin və 85-ci qrupa dair 1-ci qeydin müddəalarına riayət etmək şərti ilə, maşın hissələri (8484, 8544, 8545, 8546 və ya 8547 mal mövqelərinin məmulatlarının hissələrindən başqa) aşağıdakı qaydalara uyğun sinifləşdirilməlidir: (a) 84-cü və ya 85-ci qrupun hər hansı bir mal mövqelərinə daxil edilmiş hissələr (8409, 8431, 8448, 8466, 8473, 8487, 8503, 8522, 8529, 8538 və 8548 mal mövqelərindən başqa) bütün hallarda onlar üçün nəzərdə tutulmuş mal mövqelərində sinifləşdirilməlidir.”

41. Məhkəməyə təqdim edilmiş həm müqavilədən, həm də kommersiya invoysindan göründüyü kimi iddiaçının ünvanına göndərilən avadanlıq “eskalatorların hissələri” kimi qeyd edilmişdir, eyni zamanda gömrük qaiməsində idxal olunan avadanlıq “eskalatorda hissələr” kimi qeyd edilmişdir.

42. Eyni zamanda məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin mütəxəssis rəyi ilə, habelə məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş “xxxx” QSC-nın əməkdaşının məhkəmədə verdiyi izahat, habelə “xxxx” QSC-nın vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akt və akta əlavə edilmiş siyahıdakı məlumatlar ilə iddiaçının idxal etdiyi məhsulların metro nəqliyyatında istifadə edilən eskalatorların ehtiyat və tərkib hissələri olması təsdiq edilir.

43. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh şikayətdə istinad edtmişdir ki, Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti Nümayəndə da məhkəmə iclası zamanı bildirmişdir ki, malların sifarişi və təyinatının metropolitenə məxsus olmasının XİF MN kodunun müəyyən edilməsi ilə qəti şəkildə əlaqəsi yoxdur.

44. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin qurumu olaraq Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti Nümayəndə məhkəmə iclası zamanı malların sifarişi və təyinatının metropolitenə məxsus olmasının XİF MN kodunun müəyyən edilməsi ilə qəti şəkildə əlaqəsi olmadığını bildirsə də, məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisi İsmayılov Elçin Əlpaşa oğlu bildirmişdir ki, avadanlıqlar Almaniya Federativ Respublikasında istehsal olunmuşlar və yalnız eskalatorlar üçün nəzərdə tutulmuşdur. Almaniya Respublikasının şirkətinin rəsmi nümayəndələrindən sifarişlə alınmışdır. Qeyd olunan avadanlıqların proqram təminatı var. Onlar rəqəmlərlə müəyyən olunur, misal üçün (737 və 935). Avadanlıqların rəqəmlərinin dəyişməsi proqram nəsillərinin dəyişməsi deməkdir. Hər rəqəmə uyğun proqram təminatı mövcudur. Proqramların yazılması, yalnız Almaniya FR-ə məxsusdur. 2012-ci ildən eyni eskalatorlar Dərnəgül və Azadlıq metropoliteni stansiyalarında istifadə olunur. Həmin avadanlıqlar fabrik tərəfindən təsdiq olunaraq “xxxx” QSC-ya göndərilmişdir, xüsusi təyinatlı avadanlıqar olduğundan ağır iş rejimi üçün nəzərdə tutulmuşdur.Xüsusi təyinatlı avadanlıqların dartıcı zəncirləri tam fərqli olur.Bütün avadanlıqlar proqram təminatı ilə tənzimlənir, həmin avadanlıqlardan eskalatorlardan başqa heç bir yerdə istifadə oluna bilməz. Çünki bu avadanlıqlar zavoddan proqramlaşdırılaraq göndərilirlər və xüsusi təyinatlı avadanlıqlardır.

45. Bundan başqa məhkəmə Kollegiyası bir daha vurğulayır ki, işin hallarından, həmçinin, məhkəməyə təqdim edilmiş həm müqavilədən, həm də kommersiya invoysindan göründüyü kimi iddiaçının ünvanına göndərilən avadanlıq “eskalatorların hissələri” kimi qeyd edilmişdir, eyni zamanda gömrük qaiməsində idxal olunan avadanlıq “eskalatorda hissələr” kimi qeyd edilmişdir.Eyni zamanda məhkəməyə təqdim edilmiş “xxxx” MMC-nin mütəxəssis rəyi ilə, habelə məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş “xxxx” QSC-nın əməkdaşının məhkəmədə verdiyi izahat, habelə “xxxx” QSC-nın vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akt və akta əlavə edilmiş siyahıdakı məlumatlar ilə iddiaçının idxal etdiyi məhsulların metro nəqliyyatında istifadə edilən eskalatorların ehtiyat və tərkib hissələri olması təsdiq edilir.

46. Daha sonra cavabdeh şikayətdə istinad edtmişdir ki, ##.##.2023-cü il tarixindən sonra mallar gömrük nəzarətindən çıxmış sayıldığı üçün, yüklərin XİF MN kodlarının sonradan mübahisələndirilməsi nəticəsindən yenidən araşdırılması zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 158.4-cü maddəsinin (Digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər.) tələblərinə birbaşa zidd olmaqla, sübutların mötəbərliyi, sonradan baxışa təqdim edilmiş yüklərin rəsmiləşməyə təqdim edilən yüklərlə eyniliyi (hər hansı detalın dəyişdirilmiş olması ehtimalı), sonradan təşkil edilmiş müstəqil ekspertizanın rəyinin obyektivliyi və şəffaflığının hansı dərəcədə olması qeyri-müəyyəndir.Yəni ## ###### 2023-cü il tarixindən mallar üzərində gömrük nəzarəti tam şəkildə başa çatdırılmışdır. Təqdim edilmiş ** nömrəli, ## ##### 2025-ci il tarixli ekspertiza rəyi isə 1 ildən çox müddət keçdikdən sonra, gömrük orqanı əməkdaşının iştirakı olmadan, şəxsi məvacib hesabına verilmiş sorğu əsasında təşkil edilmişdir.

47. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh ##.##.2023-cü il tarixindən sonra mallar gömrük nəzarətindən çıxmış sayıldığı üçün və həmin vaxtdan xeyli müddət keçdiyindən sübutların mötəbərliyi, sonradan baxışa təqdim edilmiş yüklərin rəsmiləşməyə təqdim edilən yüklərlə eyniliyi (hər hansı detalın dəyişdirilmiş olması ehtimalı), sonradan təşkil edilmiş müstəqil ekspertizanın rəyinin obyektivliyi və şəffaflığının hansı dərəcədə olmasının qeyri-müəyyənliyini bildirsə də, cavabdehin nümayəndəsi ##.##.2026-cı il tarixli məhkəmə iclasında yenidən "xxxx" MMC–nin ********* nömrəli, ##.##.2023- cü il tarixli invoys sənədi ilə idxal etdiyi, Bakı Baş Gömrük İdarəsində 01231000355930 sorğu nömrəli, ##.##.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların, eskalator üçün ehtiyat hissələrinin ayrıayrılıqda eskalatordan kənar digər qurğu və ya avadanlıqlara quraşdırılmaqla və ya müstəqil şəkildə istifadəsi mümkün olub-olmamasının müəyyən edilməsi üçün təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir.

48. Cavabdehin nümayəndəsinin şifahi vəsatəti təmin olunaraq qeyd edilən məsələ ilə bağlı ekspertiza təyin olunsa da, ##.##.2026-cı il tarixdə məhkəmə yə ekspertiza keçirilməsindən imtina barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzininin məktubu daxil olmuşdur.Həmin məktubda qərardadda qoyulan sualların cavablandırılması müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən cavablandırıla bilməsi qeyd olunmuşdur.Bu halda “xxxx” MMC-nin mütəxəssis rəyinin sübut sayılması istisna olunmur.Həmçinin, bu rəy yuxarıda qeyd edilən digər sübutlarla birgə qiymətləndirilərək nəticəyə gəlinir.

49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar