Məhkəmə qərarları › İş №2-1(103)-4728/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4728/2025

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4728/2025 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X8 (sədrlik edən və məruzəçi), X10 və X6 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsiNümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldıldığı) ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:

1. Iddiaçı İddiaçı ##.##.1979-cu il təvəllüdlüdür.

2. Iddiaçıya # ###### 2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- **-*/*-*-*****/**** nömrəli ##.##.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, İddiaçı yenidən xidmətə qayıtması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmış və 171,33 manat təyin edilmiş, 8732,20 manat artıq ödəmə yaranmışdır.

4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-*****/**** nömrəli ##.##.2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, İddiaçı yenidən ehtiyata buraxılması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmış və 2398,60 manat təyin edilmişdir.

5. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış # ###### 2025-ci il tarixli *-**-*/*-M-****/**** nömrəli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubunda qeyd edilmişdir ki, “sonuncu xidmət keçdiyiniz orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024- cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, sizə # ###### 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlər ilə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, xidmət etdiyiniz orqan tərəfindən təqdim edilmiş məktubda ## #### 2023-cü il tarixindən yenidən həqiqi hərbi xidmətə qəbul olunduğunuz qeyd edilib. Müvafiq araşdırma ilə əlaqədar əmək pensiyanız # ###### 2023-cü il tarixindən dayandırılıb. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.4-cü maddəsinə əsasən, Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, 2023-cü ilin sentyabr ayında əmək pensiyanız yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilib. Eyni zamanda, pensiyanız ## #### 2023-cü il tarixindən yenidən hesablanaraq sizə artıq ödənilmiş 4991,53 manat vəsait müəyyən olunub. Həmin vəsaitin 278,07 manatı ##.##.2023-##.##.2024- cü ii tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıqödəmə 4713,46 (4991,53- 278,07) manat təşkil edib. Müraciətinizə əsasən, əmək pensiyanızdan tutulma # ###### 2025-ci il tarixindən dayandırılıb. Bundan başqa, ## ###### 2024-cü il tarixindən yenidən ehtiyata buraxılmağınızla əlaqədar əmək pensiyanız yenidən hesablanaraq 2398,60 manat məbləğində müəyyən olunub. Həmçinin əmək pensiyanız keçmiş müddət üçün yenidən hesablanaraq sizə ödənilməli olan 2375,61 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1,4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, sizə artıq ödənilmiş qalıq 4713,46 manat vəsaitdən sizə ödənilməli olan 2375,61 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib, qalan artıqödəməniz 2337,85 (4713,46-2375,61) manat təşkil edir. Həmin 2337,85 manat vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz, xahiş olunur”.

BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:

6. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin ##.##.2025-ci il tarixli 3-17-1/2- M- ****/**** saylı artıq ödənilmiş pul vəsaiti haqqında qərarın ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldığı) ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** saylı və ##.##.2024-cü il tarixli 3- 17-1/3-3- *****/**** nömrəli qərarların ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldıldığı) ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təqvim ili 25 il 4 ay, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 31 ildən artıq olmaqla hərbi xidmət dövrü keçmiş və 0# ###### 2022-ci il tarixdə (əmr Nb 0293) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla əlaqədar ona 2157 manat məbləğində i pensiya təyin edilmişdir ##.##.2023-cü il tarixdə yenidən hərbi xidmətə qəbul edilmiş, ##.##.2023-cü il tarixdən əmək pensiyası dayandırılmış, mobil telefonuna sms -lə məlumat gələrək əmək pensiyasının 154 manat 20 qəpik təşkil edilməsi qeyd edilmiş, ödənilən həmin məbləğə əsasən əmək pensiyadan tutulmalar həyata keçirilməyə başlanılmış və hal-hazırda 171 manat 33 qəpik pensiya kartına köçürülür. Təyin olunmuş pensiyanın əsassız azaldıldığı ##.##.2023-cü il tarixdən - ##.##.2024-cü il tarixədək hesablanaraq ödənilməsi, əmək pensiyasından tutulmanın dayandırılması, həmçinin əsassız geri alnmış məbləğlərin qaytarılması,eləcədə pensiyanın indeksləşdirilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət ünvanlamışdır. Cavabdeh tərəfindən (ünvanıma göndərilmiş ##.##.2025-ci il tarixli №*-**-l/*-M****/**** saylı artıq ödənilmiş pul vəsaiti haqqında qərarı-ünvanına çatma ##.##.2025) “Əmək pensiyaları haqqında” Qanunun 6.1.4;6.1.6.;6.1.9;20.1.1 l;32.1-l-ci və 39.1-ci maddələrinə istinad edilərək qalıq artıq ödəmələrin müəyyən edilməsi haqqında ərizə iddiaçının ünvanına göndərilmişdir. Inzibati orqanın əmək pensiyasında tutulma barədə dəlilləri qanunsuzdur, əsasızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 6.1.4;6.1.6.;6.1.9:20.1.11:32.1-1-ci və 39.1-ci maddələrinə istinad etməsi qanunsuzdur, çünki qeyd edilən dövr üçün də cavabdeh əmək pensiyasının ödəmək öhdəliyini daşıyırdı. Qanunvericiliyə əsasən, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılmasının əsası qismində çıxış etmir. Əksinə, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçısı statusunu müəyyən etmiş, həmin şəxslərin sonradan işləməyən əmək pensiyaçısı statusu müəyyən edildiyi təqdirdə isə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir. Cavabdehin ödənilmiş əmək pensiyası məbləğindən tutulması, eləcədə xidmətə bərpa olunan müddətdə əmək pensiyasının dayandırılması (azaldılması) qanuna zidd olmuş, eləcədə yenidən xidmətə bərpa edilən dövrdə sığorta hissəsi ilə ödənilmiş əmək pensiyası düzgün hesablanmamış bununlada Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən ##.##.1979-ci il təvəllüdlü iddiaçı İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması, tutulmanın dayandırılması və əmək pensiyası üzrətutulmuş məbləğlərin geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2025-ci il tarixli *-**-*/*-M-****/**** saylı məktubu ünvanlanmışdır. Belə ki, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında”Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, İddiaçı # ###### 2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda, xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli məktubda iddiaçının ## #### 2023-cü il tarixdən yenidən həqiqi hərbi xidmətə qəbul olunduğu qeyd edilib. Müvafiq araşdırma ilə əlaqədar onun əmək pensiyası # ###### 2023- cü il tarixdən dayandırılıb. Qanunun 38ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Buna görə də, 2023cü ilin sentyabr ayında iddiaçının əmək pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilib. Eyni zamanda, əmək pensiyası ## #### 2023-cü il tarixdən yenidən hesablanaraq İddiaçı artıq ödənilmiş 4991,53 manat vəsait müəyyən olunub. Həmin vəsaitin 278,07 manatı ##.##.2023-##.##.2024- cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıgödəmə 4713,46 (4991,53-278,07) manat təşkil edib. Bundan sonra iddiaçının müraciətinə əsasən, əmək pensiyasından tutulma # ###### 2025-ci il tarixdən dayandırılıb. ## ###### 2024-cü il tarixdən yenidən ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq 2398,60 manat məbləğində müəyyən olunub. Həmçinin əmək pensiyasının keçmiş müddət üçün yenidən hesablanaraq iddiaçıya ödənilməli olan 2375,61 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı artıq ödənilmiş qalıq 4713,46 manat vəsaitdən ona ödənilməli olan 2375,61 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib, hazırda qalan artıgödəmə 2337,85 manat (4713,46- 2375,61) təşkil edir.

10. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddianın rədd olunması qərara alınmışdır.

11. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Bakı Inzibati Məhkəməsinin 2-1(112)-7674/2025 nömrəIi ##.##.2025-ci il tarixli qərarı maddi və hüquq normaları pozulmaqla qəbul edildiyindən qüvvədə qala bilməz və ləğv edilməlidir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır: Belə ki, iş materiallarına əsasən, iş materiallarına əsasən ##.##.1979-ci il təvəllüdlü iddiaçı İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması, tutulmanın dayandırılması və əmək pensiyası üzrə tutulmuş məbləğlərin geri qaytarılması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2025-ci il tarixli *- **-*/*-M-****/**** nömrəli məktub ünvanlanmışdır. Belə ki, sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 20.14.1-ci maddəsinin # ###### 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, İddiaçı # ###### 2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda, xidmət etdiyi orqan tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli məktubda iddiaçının ## #### 2023-cü il tarixdən yenidən həqiqi hərbi xidmətə qəbul olunduğu qeyd edilmişdir. Müvafiq araşdırma ilə əlaqədar onun əmək pensiyası # ###### 2023-cü il tarixdən dayandırılmışdır. Bildiririk ki, Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Buna görə də, 2023-cü ilin sentyabr ayında iddiaçının əmək pensiyası yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilmişdir. Eyni zamanda, əmək pensiyası ## #### 2023- cü il tarixdən yenidən hesablanaraq İddiaçı artıq ödənilmiş 4991,53 manat vəsait müəyyən olunmuşdur. Həmin vəsaitin 278,07 manatı ##.##.2023-##.##.2024- cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmiş, qalıq artıqödəmə 4713,46 (4991,53-278,07) manat təşkil etmişdir. Bundan sonra iddiaçının müraciətinə əsasən, əmək pensiyasından tutulma # ###### 2025-ci il tarixdən dayandırılmışdır. Məhkəmənin diqqətinə onu da çatdırırıq ki, ## ###### 2024-cü il tarixdən yenidən ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq 2398,60 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin əmək pensiyasının keçmiş müddət üçün yenidən hesablanaraq iddiaçıya ödənilməli olan 2375,61 manat pul vəsaiti müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6- cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı artıq ödənilmiş qalıq 4713,46 manat vəsaitdən ona ödənilməli olan 2375,61 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmiş, hazırda qalan artıqödəmə 2337,85 manat (4713,46-2375,61) təşkil edir. Məhkəmə qərarında da qeyd edir ki, “cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati araşdırılma aparılmış və iddiaçıya # ###### 2025-ci il tarixdə məktub ünvanlayaraq yazı lığı razılığının təqdim edilməsini təklif etmişdir. Inzibati iş üzrə mübahisə edilməyən hal ondan ibarətdir ki, iddiaçıya # ###### 2022-ci ildə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilmişdir. ## #### 2023-cü ildə isə iddiaçı yenidən həqiqi hərbi xidmətə qəbul olunmuşdur. ## ###### 2024- cü ildə iddiaçı yenidən ehtiyata buraxılmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 38.1-ci maddəsində göstərilmişdir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Belə ki, qanunun bu normasına riayət edilməməsi dövlət büdcəsindən artıq və əsassız vəsaitlərin ödənilməsi ilə nəticələnir. Lakin iddiaçının təqdim etdiyi sübutlar və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında nə əmək pensiyaçısı nə də işəgötürən tərəfindən belə bir məlumatın səlahiyyətli inzibati orqana təqdim edilməsinə dair məlumat aşkar edilmir. Odur ki, cavabdeh haqlı olaraq öz səlahiyyəti çərçivəsində inzibati icraat aparmış və iddiaçıya əmək pensiyasını yalnız sığorta hissəsində ibarət olmaqla ödəmişdir (yuxarıda göstərilən dövrlər üzrə).Göründüyü kimi iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan əmək pensiyası alınması faktı aşkar edilmiş və müvafiq inzibati orqan tərəfindən bu hal araşdırılaraq pensiya ödənişinin dayandırılması və artıq ödənilmiş məbləğin geri tutulması barədə qərar qəbul edilmişdir. Əmək pensiyasının alınması hüququ qanunvericilikdə müəyyən olunmuş şərtlərlə tənzimlənir. Şəxsin həmin şərtlərə cavab vermədiyi halda pensiya ödənişlərinin davam etdirilməsi hüquqi əsasdan məhrum olur. Bu səbəbdən də inzibati orqan tərəfindən pensiyanın tutulması qanuna uyqun hesab edilir”. Əlavə məlumat üçün bildiririk ki, iddiaçının əmək pensiyası ##.##.2025-ci il tarixdə sonuncu məlumat vərəqəsinə əsasən yenidən hesablanmış və pensiya məbləği 3603.56 manat təşkil edir. Beləliklə, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur.

Tərəflərin izahatları

14. Iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Iddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli 3-17-1/3- *****/**** nömrəli qərarın 13-cü bəndinin tutulma hissəsinin və ##.##.2024-cü il tarixli 3-17-1/3- *-*****/**** nömrəli qərarın 13-cü bəndinin əvəzləşdirmə hissəsinin ləğv edilməsini və həmin qərarlar əsasında tutulmuş və əvzləşdirilmiş məbləğin geri ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası iddia tələbini dəqiqləşmiş məzmunda icraata qəbul etmişdir.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsiNümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBIQ EDILƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır

18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:

21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

19. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI

20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

22. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** saylı və ##.##.2024-cü il tarixli 3-17-1/3-3- *****/**** nömrəli qərarlarının 13-cü bəndini mübahisələndirir. Həmin qərarlar iddiaçıya işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası IPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. Iddiaçının digər tələbləri “öhdəliyin icrası” növündə olan iddia tələbinə aidddir ki, həmin iddia növü üçün qanunvericilkdə iddia müddəti nəzərdə tutulmamışdır.

23. Işin mahiyyətinə gəldikdə isə hazırki işin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının tələbi “cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli *-**-*/*-*- *****/**** saylı və ##.##.2024-cü il tarixli 3-17-1/3-3- *****/**** nömrəli qərarların ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı (azaldıldığı) ##.##.2023cü il tarixdən ##.##.2024-cü il tarixədək yenidən hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş (büdcəyə bərpa edilməsi ilə bağlı əvəzləşdirmə) məbləğlərin geri ödənilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeqini onunla əsaslandırmışdır ki, “iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan əmək pensiyası alınması faktı aşkar edilmiş və müvafiq inzibati orqan tərəfindən bu hal araşdırılaraq pensiya ödənişinin dayandırılması və artıq ödənilmiş məbləğin geri tutulması barədə qərar qəbul edilmişdir. Əmək pensiyasının alınması hüququ qanunvericilikdə müəyyən olunmuş şərtlərlə tənzimlənir. Şəxsin həmin şərtlərə cavab vermədiyi halda pensiya ödənişlərinin davam etdirilməsi hüquqi əsasdan məhrum olur. Bu səbəbdən də inzibati orqan tərəfindən pensiyanın tutulması qanuna uyğun hesab edilir. Nəticə etibarilə, cavabdeh tərəfindən vətəndaşın əmək pensiyası almaq hüququna malik olmaması ilə bağlı haqlı olaraq araşdırma aparılmış, mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə inzibati akt qəbul edilmişdir. Bu inzibati akt nəticəsində dövlət büdcəsindən əsassız ödənilmiş vəsaitlərin tutulması təmin olunmuşdur. Belə olan halda, həmin vəsaitlərin iddiaçıya qaytarılması üçün hüquqi əsas mövcud deyil.”

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. Işin faktiki hallarından görünür ki, iddiaçıya # ###### 2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3- **-*/*-*-*****/**** nömrəli ##.##.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarı qəbul edilmiş və iddiaçının yenidən xidmətə qayıtması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmış və 171,33 manat təyin edilmiş, 8732,20 manat artıq ödəmə yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının *-**-*/*-*-*****/**** nömrəli ##.##.2024cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən, İddiaçı yenidən ehtiyata buraxılması ilə əlaqədar pensiya məbləği yenidən hesablanmış və 2398,60 manat təyin edilmişdir.

26. Bundan sonra cavabdeh # ###### 2025-ci il tarixli *-**-*/*-M-****/**** nömrəli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubu ilə iddiaçıya bildirilmişdir ki, “xidmət etdiyiniz orqan tərəfindən təqdim edilmiş məktubda ## #### 2023-cü il tarixindən yenidən həqiqi hərbi xidmətə qəbul olunduğunuz qeyd edilib. Müvafiq araşdırma ilə əlaqədar əmək pensiyanız # ###### 2023-cü il tarixindən dayandırılıb. Eyni zamanda, pensiyanın ## #### 2023-cü il tarixdən yenidən hesablanaraq sizə artıq ödənilmiş 4991,53 manat vəsait müəyyən olunub. Həmin vəsaitin 278,07 manatı ##.##.2023- ##.##.2024- cü ii tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilib, qalıq artıqödəmə 4713,46 (4991,53- 278,07) manat təşkil edib. Müraciətinizə əsasən, əmək pensiyanızdan tutulma # ###### 2025-ci il tarixindən dayandırılıb. Bundan başqa, ## ###### 2024-cü il tarixindən yenidən ehtiyata buraxılmağınızla əlaqədar əmək pensiyanız yenidən hesablanaraq 2398,60 manat məbləğində müəyyən olunub. Həmçinin əmək pensiyanız keçmiş müddət üçün yenidən hesablanaraq sizə ödənilməli olan 2375,61 manat pul vəsaiti müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, sizə artıq ödənilmiş qalıq 4713,46 manat vəsaitdən sizə ödənilməli olan 2375,61 manat vəsait çıxılaraq büdcəyə bərpa edilib, qalan artıqödəməniz 2337,85 (4713,46-2375,61) manat təşkil edir. Həmin 2337,85 manat vəsaitin əmək pensiyanızdan hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur”.

27. Birinci instansiya məhkəməsinin sorğusu əsasında cavabdeh tərəfindən İddiaçı pensiya işinə dair sənədlərin və onun müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, inzibati orqan tərəfindən iddiaçının pensiyasının məbləğində artıq ödəmələrin aparılması ilə bağlı inzibati icraat cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və cavabdeh qurum tərəfindən tutulmalar aparıldıqdan sonra iddiaçı bu barədə məlumatlandırılmışdır.

28. Iş üzrə müəyyən olunur ki, iddiaçının xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq cavabdeh inzibati orqanın daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiyanın artıq hesablandığına” istinad etməklə “Inzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati icraatın aparıldığı şəxsi həmin icraata cəlb edib onu dinləməmiş, şəxsin məzmununa etimad göstərdiyi əlverişli inzibati aktı ləğv etmişdir. Qeyd olunanlarla da cavabdeh qurum iddiaçının konstitusion hüququ olan sosial təminat hüququna müdaxilə etmişdir.

29. Halbuki inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən də inzibati icraat aparırlar. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. 30.“Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).

31. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

32. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

33. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

35. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

36. “Inzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

37. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

39. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. Inzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

40. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur.

41. Iddiaçı hazırda cavabdehin ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** saylı və ##.##.2024-cü il tarixli 3-17-1/3-3- *****/**** nömrəli qərarların 13-cü bəndindən narazıdır. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

42. Işin faktiki hallarından aydın olur ki, cavabdehin öz təşəbbüsü əsasında apardığı inzibati icraat nəticəsində cavabdeh tərəfindən iddiaçıya artıq ödənilmiş 4991,53 manat vəsait müəyyən olunmuşdur. Həmin vəsaitin 278,07 manatı ##.##.2023- ##.##.2024- cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmiş, qalıq artıqödəmə 4713,46 (4991,53-278,07) manat təşkil etmişdir. Bundan sonra iddiaçının müraciətinə əsasən, əmək pensiyasından tutulma # ###### 2025-ci il tarixdən dayandırılmışdır. Bunla yanaşı müəyyən olunmuşdur ki, iddiaçının ## ###### 2024-cü il tarixdən yenidən ehtiyata buraxılmağı ilə əlaqədar iddiaçının əmək pensiyası yenidən hesablanaraq 2398,60 manat məbləğində müəyyən olunmuşdur. Həmçinin əmək pensiyasının keçmiş müddət üçün yenidən hesablanaraq iddiaçıya ödənilməli olan 2375,61 manat pul vəsaiti müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətinə etirazında da həmin vəsaitin Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirildiyini bildirmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması ilə bağlı qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin qaydaya görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

44. Buna baxmayaraq, cavabdeh tərəfindən yuxarıda istinad olunan normanın tələblərinə əməl olunmamış, artıq ödənilmiş pensiya məbləği əmək pensiyaçısının razılığı olmadan cavabdeh tərəfindən hissə-hissə iddiaçının pensiyasından tutulmuş, həmçinin əvəzləşdirilmiş bununla da “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin pozuntusuna və bunun üzərindən də iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxiləyə yol verilmişdir. Bu baxımdan istinad olunan normanın tələblərini pozmaqla iddiaçının pensiyasından tutmanı həyata keçirməkdə cavabdeh haqlı sayıla bilməz.

45. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi belə əsaslandırılmışdır.(*-*(***)-****/**** saylı ##.##.2019-cu il tarixli, *-*(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qərarlar)

46. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının oxşar *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qərardadda cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən mümkün sayılmamışdır. Sonuncu adıçəkilən qərardadda qeyd olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının X4 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli, X9 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə *-*(***)-****/**** saylı, ##.##.2023cü il tarixli, X5 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli, X2 Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə *-*(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli, X7 Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə *-*(***)-*/**** saylı, ##.##.2023-cü il tarixli qərarlar və X3 Sosial Müdafiə Fondu X1 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

47. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Bakı Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli 3-17-1/3- *****/**** nömrəli qərarın 13-cü bəndinin tutulma hissəsi və ##.##.2024-cü il tarixli 3-17-1/3- *-*****/**** nömrəli qərarın 13-cü bəndinin əvəzləşdirmə hissəsi ləğv edilməli və həmin qərarlar əsasında tutulmuş və əvzləşdirilmiş məbləğin geri ödənilməsi öhdəliyi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

49. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

50. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2023-cü il tarixli 3-17-1/3- *****/**** nömrəli qərarın 13-cü bəndinin tutulma hissəsi və ##.##.2024-cü il tarixli 3-17-1/3- *-*****/**** nömrəli qərarın 13-cü bəndinin əvəzləşdirmə hissəsi ləğv edilsin və həmin qərarlar əsasında tutulmuş və əvzləşdirilmiş məbləğlərin geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar