Məhkəmə qərarları › İş №2-1(103)-473/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-473/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-473/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə , X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “xxxx” QSC ) “torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4072/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 16.03.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısına əsasən ona verilmiş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən 2007-ci ilədək “xxxx” QSCnin Həkim-Sanitar Xidmətində çalışmışdır. Həmin xəstəxanadan onlara Zirədə yerləşən torpaq sahələri verilmişdir. O da daxil olmaqla bütün işçilər evin (mətnə uyğun) sənədləşməsi ilə bağlı müəyyən xərclər çəkmişlər. Lakin bu gün həmin torpaq sahəsi ona verilməmişdir. Aqibəti barədə heç bir məlumatı yoxdur. Torpaq sahəsi verilən üzvlərin siyahısında onun adının olmasına baxmayaraq, ona ayrılmış torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Bununla əlaqədar olaraq, aidiyyəti orqana, yəni cavabdehə dəfələrlə müraciət edərək bağ sahəsinin ölçüsünün müəyyən edilməsinə və siyahıdakı sıra nömrəsinin dəqiqləşdirilməsinə köməklik göstərilməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir. İnzibati orqan 09.01.2020-ci il tarixli sonuncu məktubunda bildirmişdir ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında onun adı vardır, lakin ona ayrılmış bağ sahəsinin ölçüsü və nömrəsi göstərilməmişdir. İddiaçının razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 10.06.2020-ci il tarixli qərardadı ilə “xxxx” QSC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4072/2020 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 16.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4072/2020 nömrəli qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilərək, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun tərtib edilmişdir. Üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün hesab edilərək, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarında olan: - Bakı şəhər X4 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarının, xxxx 26 Bakı Komissarları adına xəstəxananın bağ sahəsi əldə etmək istəyən işçilərinin 24.03.1988-ci il tarixli siyahısının lazımı qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarına əsasən Azərbaycan SSR Səhiyyə Nazirliyi xxxxnın 26 Bakı Komissarları adına xəstəxanasının 52 nəfər üzvündən ibarət yoldaşlıq cəmiyyətinə Zirə qəsəbəsində 3,3 ha torpaq sahəsi ayrılmışdır. 24.03.1988-ci il tarixdə tərtib edilmiş bağ sahəsi əldə etmək istəyən işçilərinin siyahısında (siyahıda 61 nəfərin adı qeyd olunmuşdur) İddiaçı adı qeyd edilmişdir. - “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidmətinin Bakı X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə ünvanlandığı 61 №-li, 08.04.2011-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarı qərarı ilə Əzizbəyov rayonu, Zirə qəsəbəsində Bakı X7 52 nəfərdən ibarət kollektivinə bağ sahəsi üçün torpaq sahəsi ayrılmışdır. Uzun müddət ərzində xəstəxana işçilərinin bir qrupu Respublikadan getmiş, bəziləri öz dünyasının dəyişmişdir. 24 dekabr 1999-cu il tarixdən xəstəxananın ümumi yığıncağı və həmin yığıncaqda məlum olmuşdur ki, bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısı olmamışdır. Ümumi yığıncağın 02 saylı protokolunun qərarı ilə yeni siyahı tərtib olunmuşdur. Tərtib olunmuş 2 (iki) səhvədən ibarət siyahının qəbul olunması xahiş edilmişdir. - Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvləri, şöbə müdirlərinin və Həmkarlar İttifaqı Komitəsi üzvləri ilə birlikdə keçirilən ümumi iclasın 24 dekabr 1999-cu il tarixli, 2 saylı protokolunun və ona əlavə edilmiş Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, həmin iclasının qərarına əsasən Bakı şəhər X8 İcraiyyə Komitəsinin 18 sentyabr 1987-ci il tarixli, 19/340 nömrəli qərarı ilə Bakı şəhəri, Əzizbəyov rayonunun Zirə qəsəbəsində kollektiv bağçılıq təsərrüfatını təşkil etmək məqsədi ilə 26 Bakı Komissarları adına Azərbaycan Dəmir Yolu hissə Xəstəxanasının 52 nəfər əmək kollektivinə ayrılmış 3,3 hektar bağ sahəsi üçün torpaq sahəsini xəstəxananın HİK-nin 1987-ci ildə əmək kollektivi üzvlərinin ərizələrinə əsasən 52 nəfərə bölünməsi barədə qərarını əsas götürərək, lakin onlardan bir hissəsinin 1988-1990-cı illərdə yaranmış vəziyyətlə bağlı Respublikadan köçüb getmələrini, bəzilərinin isə verilmiş torpaq sahəsindən imtina etməsinə (imtina ərizələri protokola əlavə olunur), onlardan sonrakı illərdə xəstəxananın əmək kollektivinin üzvlərinin tərkibində gedən müəyyən dəyişikliklərlə əlaqədar olaraq əlavə xəstəxananın rəhbərliyinə ərizə və müraciətlərə baxılaraq 52 nəfər üçün ayrılmış bağçılıq-yoldaşlıq torpaq sahəsinin hər bir nəfərə eyni ölçüdə bölünüb verilməsi zamanı imtiyazlı 8 (səkkiz) nəfər içşiyə iki pay, 36 (otuz altı) nəfər işçiyə isə bir pay verilməklə 44 (qırx dörd) nəfərdən ibarət siyahının təsdiq edilməsi qərara alınmışdır. Təsdiq edilmiş siyahıda İddiaçı adı qeyd edilməmişdir. - “xxxx” QSC-nin iddiaçıya ünvanladığı 2730 №-li, 23.04.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx” QSC Həkim-Sanitar Xidmətinin tabeliyində olan Bakı X7 tibb işçilərinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə bağ sahələrinin bölgüsü 2011-ci il tarixində həyata keçirilmişdir və onunla bağlanan əmək müqaviləsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci naddəsinin “ç” bəndinə əsasən, 18.05.2007-ci il tarixli, 105\k nömrəli əmrlə xitam verilmişdir - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin iddiaçıya ünvanlandığı 05.11.2019-cu il tarixli, **********115 №-li, 22.11.2019-cu il tarixli, **********508 №-li, 09.01.2020-ci il tarixli, **********46 №-li məktubların surətlərindən görünür ki, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “26 Bakı Komissarları adına xəstəxana” bağçılıqyoldaşlıq üzvlərinin siyahısında adı var, lakin ona ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ünvanlandığı 02.04.2020-ci il tarixli, **********52 №-li məktubun surətindən görünür ki, Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin ümumi iclasının 24 dekabr 1999cu il tarixli, 02 saylı Protokolu ilə “Bağ sahəsi veriləcək işçilərin Siyahısı” təsdiq edilmiş və həmin siyahıda onun adı qeyd edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia ərizəsilə “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısına əsasən ona verilmiş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak X9 Xidmətinə ünvanlanmış ərizədə Zirədə ona verilmiş torpaq sahəsinin ölçüsünün müəyyən edilməsi və siyahıdakı sıra nömrəsinin dəqiqləşdirilməsinə kömək edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının hazırkı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciəti mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbi ilə bağlı iddiaçının cavabdeh inzibati orqana müraciəti və cavabdeh tərəfindən iddiaçıya cavab məktubunun ünvanlanması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Həmçinin iş materiallarından müəyyən edildiyi kimi Bakı şəhər X4 İcraiyyə Komitəsinin 18.09.1987-ci il tarixli, 19/340 nömrəli qərarına əsasən Azərbaycan SSR Səhiyyə Nazirliyi xxxxnın 26 Bakı Komissarları adına xəstəxanasının 52 nəfər üzvündən ibarət yoldaşlıq cəmiyyətinə Zirə qəsəbəsində 3,3 ha torpaq sahəsi ayrılmış, 24.03.1988-ci il tarixdə tərtib edilmiş bağ sahəsi əldə etmək istəyən işçilərinin siyahısında (siyahıda 61 nəfərin adı qeyd olunmuşdur) İddiaçı adı qeyd edilmişdir. Eyni zamanda Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən “26 Bakı Komissarları adına xəstəxana” bağçılıqyoldaşlıq üzvlərinin siyahısında adı var, lakin ona ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçıya ünvanlandığı 02.04.2020-ci il tarixli, **********52 №-li məktubun surətindən görünür ki, Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin ümumi iclasının 24 dekabr 1999-cu il tarixli, 02 saylı Protokolu ilə “Bağ sahəsi veriləcək işçilərin Siyahısı” təsdiq edilmiş və həmin siyahıda onun adı qeyd edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adının 24.03.1988-ci il tarixli siyahıda olsa da, sonradan Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin ümumi iclasının 24 dekabr 1999-cu il tarixli, 02 saylı Protokolu ilə “Bağ sahəsi veriləcək işçilərin Siyahısı”nda hansı səbəbdən olmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda, Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvləri, şöbə müdirlərinin və Həmkarlar İttifaqı Komitəsi üzvləri ilə birlikdə keçirilən ümumi iclasın 24 dekabr 1999-cu il tarixli, 2 saylı protokolunun və ona əlavə edilmiş Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısının lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 52 nəfər üçün ayrılmış bağçılıq-yoldaşlıq torpaq sahəsinin hər bir nəfərə eyni ölçüdə bölünüb verilməsi zamanı imtiyazlı 8 (səkkiz) nəfər içşiyə iki pay, 36 (otuz altı) nəfər işçiyə isə bir pay verilməklə 44 (qırx dörd) nəfərdən ibarət siyahının təsdiq edilməsi qərara alınmış, təsdiq edilmiş siyahıda İddiaçı adı qeyd edilməmişdir. Lakin, iş materiallarında olan “xxxx” QSC-nin iddiaçıya ünvanladığı 2730 №-li, 23.04.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx” QSC Həkim-Sanitar Xidmətinin tabeliyində olan Bakı X7 tibb işçilərinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinə bağ sahələrinin bölgüsü 2011-ci il tarixində həyata keçirilmiş və onunla bağlanan əmək müqaviləsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci naddəsinin “ç” bəndinə əsasən, 18.05.2007-ci il tarixli, 105\k nömrəli əmrlə xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına iddiaçının adının müvafiq siyahıda qeyd edilməsinə dair imtina məktubu mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə 18.05.2007-ci il tarixdə xitam verilsə də, onun adının hansı səbəbdən 24 dekabr 1999-cu il tarixli Bakı X7 “Sağlamlıq” bağçılıq-yoldaşlıq cəmiyyəti üzvlərinin siyahısında olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası İPM-nin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, işin yenidən birinci instansiya icraatı zamanı yuxarıda qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-4072/2020 nömrəli qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4072/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ “26 Bakı Komissarları adına xəstəxana” bağçılıq-yoldaşlıq üzvlərinin siyahısına əsasən ona verilmiş torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar