Məhkəmə qərarları › İş №2-1(103)-4739/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4739/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4739/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs Əli-zadə Nüşabə Kərim qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 25,5 kv.metr, ümumi sahəsi 27,5 kv.metr olan 2 otaqlı 14 saylı mənzilə dair adına kirayə müqaviləsi bağlanılmasına sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-6798/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 25,5 kv.metr, ümumi sahəsi 27,5 kv.metr olan 2 otaqlı 14 saylı mənzilə dair İddiaçı adına kirayə müqaviləsi bağlanılması barədə qərar (sərəncam) qəbul edilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-6798/2025 saylı qərarından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Cavabdeh başçısının birinci müavini Vüqar Şıxəmmədov tərəfindən imzalanmışdır, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək apellyasiya şikayətini imzalayan şəxsin apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi bildirilsə də, cavabdeh tərəfindən bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmədiyi üçün Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2978/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbul olunmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qanuni qüvvəyə minmiş və Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh Bakı şəhəri Cavabdehnə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktubları ilə qeyd olunan qərarın icra olunması, nəticəsi barədə məhkəməyə məlumat verilməsi cavabdeh inzibati orqandan tələb olunmuş, həmçinin məhkəmə qərarının icrasının təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə cavabdeh inzibati orqan xəbərdar edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-6798/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-6798/2025 nömrəli qərarının icra olunmaması səbəbindən cavabdeh Bakı şəhəri Cavabdeh 500 (beş yüz) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Hazırda cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin dinlənilmə hüququnu təmin etməklə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əli-zadə Nüşabə Kərim qızı apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. İş materiallarından görünür ki, cavabdeh məhkəmə qərardadının surətini elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə rəsmi olaraq qəbul etmişdir, apellyasiya şikayətini isə xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardaddan şikayət vermə müddəti (10 gün) cavabdeh tərəfindən buraxılmışdır (06 gün). Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək qərardaddan apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə və sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, cavabdeh tərəfindən ərizə və müddətin üzrlü səbəblərdən buraxılması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Cavabdeh başçısının birinci müavini Vüqar Şıxəmmədov tərəfindən imzalanmışdır. Lakin apellyasiya şikayətinə onun apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən sənədlər (etibarnamə, əmr, sərəncam və s.) əlavə edilməmişdir. Apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək apellyasiya şikayətini imzalayan şəxsin apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi bildirilsə də, cavabdeh tərəfindən bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, apellyasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən cavabdehə məktub göndərilərək qeyd olunan nöqsanların aradan qaldırılması bildirilsə də, cavabdeh tərəfindən qeyd olunan tələblərə riayət edilməmiş, cavabdeh tərəfindən məhkəməyə qeyd olunan ərizə və sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 86.1. Şikayət daxil olduqdan sonra inzibati məhkəmə şikayətlə bağlı aşağıdakı formal tələblərə apellyasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: 86.1.1. şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmasını. 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Buna görə də cavabdehin qərardaddan verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6798/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli qərardadından cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar