Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-474/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair ” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2254/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X1 ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının anası X2 mülkiyyətində olmuş, 21 aprel 2015-ci il tarixli bağışlanma müqaviləsinə əsasən anası tərəfindən ona bağışlanmış, xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. O, 2009-cu ildə X4 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1478/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Ailə qurduğu vaxtdan X8 şəhərində yaşamış, onun Bakı şəhərində qeydiyyata düşməyə ünvanı olmadığından, mənzil hələ anasının mülkiyyətində olarkən, sonuncu müvəqqəti evə qeydiyyata düşməsinə razılıq vermiş mənzilə qeydiyyata alınmış, lakin bir gün belə həmin mənzildə yaşamamış, həmin evə dair hər-hansı istifadə və ya sahiblik hüququ yaranmamışdır. Hal-hazırda boşandığından Zaur Süleymanovun mənzildə qeydiyyatda qalmasını istəmir və onun mülkiyyət hüquqlarını pozur. Həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, müsbət cavab almamış, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsi ilə bağlı məhkəməyə ünvanladığı etirazında bildirmişdir ki, İddiaçı Aydınovananın ünvan 5 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti xx.xx.2021-ci il tarixdə Nərimanov RPİ-nə daxil olmuş, 078-25108S saylı məktubla tərəflərindən ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda, şəxslərin qeydiyyatdan çıxarılmasının tərəflərindən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq hesab edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2254/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1976-cı il təvəllüdlü X1 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 12 ünvanında yerləşən 23 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilmişdir. Üçüncü şəxs Zaur Süleymanov apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunun təfsirində səhvə yol vermiş, düzgün nəticəyə gəlməmişdir. O, mübahisəli mənzilə hələ iddiaçı mülkiyyətçi olmamışdan əvvəl qeydiyyata düşmüşdür. Mənzil hazırki iddiaçının adına rəsmiləşdiriləndə razılıq da vermişdir. Hələ iddiaçıdan əvvəl qeyd olunan məzildən onun istifadə hüququ olub. İddiaçı mənzili öz adına rəsmiləşdirdiyi vaxtdan əvvəl mənzildən onun istidfadə hüququ olub. İddiaçı ilə rəsmi olaraq nikahda olmuş, bir ailə kimi birgə təsərrüfat yaradaraq idarə etmişlər. Mənzil iddiaçıya bağışlama müqaviləsi əsasında formal olaraq keçsə də, həmin mənzilin pulunu ödəmiş, sadəcə formal olaraq bağışlama əsasında iddiaçının adma rəsmiləşdirilib. Məhkəmə isə bunların heç birinə qiymət vermədən onun hüquqlarımı pozan qərar çıxarmışdır. Çünki mübahisədən görünür ki, bizim nikah xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilib. Məhkəmə, mübahisəyə qiymət verərkən ilk növbədə Mülki Məcəllənin 228-ci maddəsinin tələblərini rəhbər tutmalı idi. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cti maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən üçüncü şəxs (apellyator) Zaur Süleymanov 2010-cu ilə qədər Bakıda işlədiyini, akademiyada oxuyarkən mübahisəli evə qediyyata düşdüyünü, lakin başqa mənzildə kirayədə qaldığını, bundan sonra işi ilə əlaqədar Gəncə, 2020-ci ildən isə Göygöldə və Şəmkirdə yaşadığını, mülkiyyətçi ilə mənzildən istifadəyə notarial müqavilə bağlanmadığını və ona qarşı əmlak tələbinin olmadığını, bununla da faktiki olaraq iddiaçının mülkiyyətində olan həmin mənzildə heç vaxt yaşamadığını bildirsə də, hər bir halda, apellayasiya şikaytində israrlı olmuş və məqsədinin ailəsini bərpa etmək, onunla barışmaq niyyəti olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil üçüncü şəxsin 2013-cü ildə qeydiyyata düşməsinə baxmayaraq, mübahisəli mənzildə heç vaxt yaşamadığını evin iddiaçıya valideyni tərəfindən bağışlandığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə mülkiyyətində olan - ünvan 6 ünvanında yerləşən mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb edir. İş materialarına əlavə olunmuş AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* N-li xx.xx.2022-ci il tarixli arayşından görünür ki, həqiqətən də üçüncü şəxs Zaur Süleymanov həmin mənzildə qeydiyyatdadır. Cavabdehin etirazından isə göründüyü kimi, 078-25108S saylı məktubla ərizəçiyə məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmiş, bununla da dolayısı ilə iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin iddiaçının ərizəsinin icrasından imtina etməsi əsassızdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qeydiyyatdan çıxarılmanın yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirildiyini bildirmişdir. Adıçəkilən Qanunun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, “...iddia mahiyyətcə əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 12 ünvanında yerləşən 23 saylı mənzili 22 aprel 2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlama müqaviləsi”nə əsasən əldə etmişdir. Hazırda sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. 3-cü şəxs iddiaçının keçmiş əri olmaqla, qeyd edilən mənzildə yaşamamasına və onun həmin mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etməkdədir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, üçüncü şəxs Zaur Slüemanovun və iddiaçının nümayəndəsi Vəkil hazırkı məhkəmə iclasında verdikləri izahatlarına əsasən də müəyyən olunur ki, Zaur Slüemanov Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 12 ünvanında heç vaxt yaşamamış, formal olaraq qeydiyyatdan yararlanmış və onun nə mənzilin əvvəlki mülkiyyətçisi Maya Əliyeva ilə, nə də ki bağışlama müqaviləsi əsasında xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hazırkı mülkiyyətçisi iddiaçı Leyla Əliyeva ilə aralarında Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq qaydada notarial qaydada bağlanmış mənzildən istifadə hüqununa dair müqavilə mövcud deyildir. İddiaçının izahatından belə anlaşılır ki, apellyasiya şikayətini formal olaraq vermiş, əslində onu verməkdə dolayısı ilə, əvvəlki ailə münasibətlərini bərpa etmək, barışmaqdır (İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 1478/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, aralarında 22 aprel 2009-cu il tarixdə bağlanmış nikah pozulmuşdur). Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında qeyd etmişdir ki, “2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilərək, üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina olunması əsassız olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən də məhz qeyd olunanlar nəzərə alınmaqla iddianın təmin edilməsi barədə düzgüne olan nəticəyə gəlinmişdir. Ona görə də məhkəmə kollegiyası üçüncü şəxs Zaur Süleymanovun apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qanunun təfsirində səhvə yol verdiyini, qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2254/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2254/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.