Məhkəmə qərarları › İş №2-1(103)-474/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-474/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-474/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi ilə (məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “yaşayış binalarının istismarına icazə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5047/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n et d i : Birinci instansiya məhkəməsində aparılan icraat : "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanında inşa edilmiş 2 ədəd 1 girişli 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə etdiyi müraciət yeni layihəyə uyğun tikintiyə icazə alınmaması əsası ilə təmin edilməmişdir. İddiaçılar X10, X7, X8, X9 və X11 cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının (bina 1 və 2) istismarına icazə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısmm xx.xx.2014-cü il tarixli, 646 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda mövcud tikililərin sökülməsi və yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında yaşayış binalarının layihələri hazırlanmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 451 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda baş plan üzrə 1 saylı yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 61 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda Baş Plan üzrə 2 saylı yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. 2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/46 nömrəli ayrıc aktı tərtib edilmişdir. Həmin akta əsasən tikinti 1,3250 ha ərazini əhatə edir. Daha sonra 1 və 2 saylı yaşayış binalarında zirzəminin təyinatının qeyri-yaşayış obyektinə dəyişdirilməsi və mansarda tikintisi üçün layihədə dəyişiklik edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 04/16 saylı məktubuna əsasən həmin dəyişikliyə razılıq verilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq layihələndirmə işləri üzrə lisenziyası olan "xxxx" MMC tərəfindən yaşayış binasının işçi layihəsi hazırlanmışdır. Tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. FHN-nin X14 Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən yaşayış binası yanğın təhlükəsizliyi tələblərinə cavab verməklə inşa edilmişdir və yanğın texniki ləvazimatlarla təchiz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən yaşayış binaları sanitariya gigiyenik və epidemioloji tələblərə uyğun hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə FHN-nin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 003391 nömrəli istismara hazırlıq aktı tərtib edilmişdir. Həmçinin FHN-nin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən yaşayış binaları eskiz layihəsi və konstuktor cizgiləri əsasında inşa edilmişdir və hər hansı nöqsan aşkar edilməmişdir. Mənzillər su, qaz, elektrik və rabitə sistemləri ilə təmin edilmişdir. Binalarda mənzillər satılmışdır və həmin şəxslər artıq binada məskunlaşmışdırlar. Lakin cavabdeh əsassız olaraq binanın istismara qəbuluna icazə verməkdən imtina edir. Hətta bina sakinləri özləridə də müraciət etsələr də, cavabdeh bu müraciəti nəzərə almamışdır. Cavabdeh öz mövqeyini belə izah etmişdir ki, əlavə mansarda mərtəbəsi icazə alınmadan inşa edilmişdir. Halbuki həmin inşaat işləri yuxarıda göstərildiyi kimi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdır. Ümumilikdə nəzərə alınmalıdır ki, tikinti işləri başa çatmışdır və sakinlər binalarda məskunlaşmışdır. Cavabdeh müvafiq tikinti işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olubolmaması məsələsinə diqqət yetirmək əvəzinə, formal əsasla istismara icazə verməkdən imtina edir. İddiaçılar X10, X7, X8, X9, X11 və “Yusifoğlu MTK”- nın nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar X10, X7, X8, X11 və X5 əsl iddiaçı "xxxx" MTK ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin isə əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilərək, əsl olmayan iddiaçılar X10, X7, X8, X9 və X11 əsl iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5047/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. İşin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda inşa edilmiş 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları və müvafiq tikintiyə icazə sənədləri ilə iddiaçıya icazə verilmiş, lakin sonradan, həmin binaların yeni layihələri razılaşdırılmışdır. Yeni layihə ilə həmin binaların üzərində əlavə mansarda mərtəbəsinin tikintisi nəzərdə tutulmuşdur. Xüsusi bilik tələb edilmədən, əlavə mərtəbənin inşa edilməsinin konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olması qənaətinə gəlmək mümkündür. Belə olan halda hesab edirik ki, 75.1-ci maddənin tələbləri pozulmuşdur. Belə ki, BakıŞəhər İcra Hakimiyyəti başçısmm xx.xx.2014-cü il tarixli, 646 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda mövcud tikililərin sökülməsi və yerində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında yaşayış binalarının layihələri hazırlanmışdır. Bakı Şəhər İcra Hakimiyyətibaşçısının xx.xx.2016-cı il tarixli, 451 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda baş plan üzrə 1 saylı yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Bakı Şəhərİcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 61 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanda Baş Plan üzrə 2saylı yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə icazəverilmişdir. 2018-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/46 nömrəli ayrıc aktı tərtib edilmişdir. Həmin akta əsasən tikinti 1,3250 ha ərazini əhatə edir. Daha sonra 1 və 2 saylı yaşayış binalarında zirzəminin təyinatının qeyri-yaşayış obyektinə dəyişdirilməsi və mansarda tikintisi üçün layihədə dəyişiklik edilmişdir. Bakı Şəhər İcraHakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli04/16 saylı məktubuna əsasən həmin dəyişikliyə razılıq verilmişdir. Nəzərə alınmalıdır ki, müvafiq layihələndirmə işləri üzrə lisenziyası olan "xxxx" MMC tərəfindən yaşayış binasının işçi layihəsi hazırlanmışdır. Tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. FHN-nin X14 Xidmətinin xx.xx.2019-cuil tarixli məktubuna əsasən yaşayış binası yanğın təhlükəsizliyi tələblərinə cavab verməklə inşa edilmişdir və yanğın texniki ləvazimatlarla təchiz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən yaşayış binaları sanitariya gigiyenik və epidemioloji tələblərə uyğun hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə FHN-nin Tikintidə Təhülkəsizliyə NəzarətDövlət Agentliyi tərəfindən 003391 nömrəli istismara hazırlıq aktı tərtib edilmişdir. Həmçinin FHN-nin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən yaşayış binaları eskiz layihəsi və konstuktor cizgiləri əsasında inşa edilmişdir və hər hansı nöqsan aşkar edilməmişdir. Mənzillər su, qaz, elektrik və rabitə sistemləri ilə təmin edilmişdir. Bununla da hesab edirik ki, tikinti həmin Məcəllənin 75.1ci maddəsində göstərilən tikintiyə dair normative tələblərə əməl olunmaqla həyata keçirilmişdir. Lakin cavabdeh verdiyi etiraz ərizəsində tikinti normalarının pozulmasına deyil, sadəcə icazə sınədinin alınmamasına əsaslanaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 04/16 saylı məktubuna əsasən tikintidə qeyd olunan dəyişikliyə razılıq verilmişdir. Müvafiq layihələndirmə işləri üzrə lisenziyası olan "xxxx" MMC tərəfindən yaşayış binasının işçi layihəsi hazırlanmışdır. Tikinti işləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmişdir. FHN-nin X14 Xidmətinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən yaşayış binası yanğın təhlükəsizliyi tələblərinə cavab verməklə inşa edilmişdir və yanğın texniki ləvazimatlarla təchiz edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən yaşayış binaları sanitariya gigiyenik və epidemioloji tələblərə uyğun hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə FHN-nin Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 003391 nömrəli istismara hazırlıq aktı tərtib edilmişdir. Həmçinin FHN-nin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən yaşayış binaları eskiz layihəsi və konstuktor cizgiləri əsasında inşa edilmişdir və hər hansı nöqsan aşkar edilməmişdir. Mənzillər su, qaz, elektrik və rabitə sistemləri ilə təmin edilmişdir. Belə olan halda sadəcə icazə sənədinin olmamasına əsaslanaraq iddianın təmin edilməməsi düzgün hesab edilə bilməz. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından məlum olur ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda inşa edilmiş 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları və müvafiq tikintiyə icazə sənədləri ilə iddiaçıya icazə verilmiş, lakin sonradan, həmin binaların yeni layihələri razılaşdırılmışdır. Həmin yaşayış binalarının istismarına icazə verilməsi üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə etdiyi müraciət yeni layihəyə uyğun tikintiyə icazə alınmaması əsası ilə təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “....göründüyü kimi, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün təqdim edilməli olan ilk sənəd tikintiyə icazə sənədidir ki, hazırkı işdə mövcud deyil. Məhkəmə həmçinin vurğulayır ki, tikinti layihəsinin razılaşdırılması da özlüyündə həmin layihənin tikintisinə icazə kimi qiymətləndirililə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, ilk növbədə aşağıdakıları qeyd edir : Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi: Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.12. Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13. Tikintiyə icazənin və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə də şamil edilir. 75.14. Tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 75.16. Tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14-cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. İşin mübahisələndirilməyən hallarından məlumdur ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2390-cı məhəllə ünvanda inşa edilmiş 2 ədəd 16 mərtəbəli 1 girişli yaşayış binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 451 nömrəli və xx.xx.2018-ci il tarixli 61 nömrəli Sərəncamları və müvafiq tikintiyə icazə sənədləri ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə icazə verilmiş, lakin sonradan, həmin binaların üzərində əlavə mansarda mərtəbəsinin tikintisinə dair hazırlanmış işçi layihəsinin memarlıq hissəsi Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2018-ci il tarixli 18/04-166 nömrəli məktubu ilə razılaşdırılsa da, əlavə mansarda mərtəbəsi müvafiq icazə alınmadan inşa edildiyindən, istismarına icazə verilməmişdir. Göründüyü kimi, sözügedən hər iki 16 mərtəbəli bina ilə bağlı hər hansı mübahisə olmamış, lakin daha sonradan əlavə edilən mansard mərtəbələrinin işçi layihəsinin ekspertizadan keçirilərək tikintisinə icazə alınmadığı üçün yeni layihə əsasında binaların istismarına icazə verilməmişdir. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz məktubundandan aydın olur ki, cavabdehin imtinasının əsası onunla bağlıdır ki, ekspertizadan keçirilmiş tikinti layihələri konstruktiv və dayanıqlığa təsir edəcək dəyişlik edildiyi təqdirdə yenidən ekspertizadan keçirilməli və bunun nəticəsində müsbət rəy alıdıqdan sonra yeni tikintiyə icazə sənədi almalıdır. Kollegiya cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, doğrudur ki sonradan əlavə edilmiş mansard mərtəbəsinin tikintisinə dair hazırlanmış layihə sənədləri ekspertizadan keçirilməmişdir. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən təsdiq edilmiş Bakı şəhəri, Nizami, Babək prospekti 2390 saylı məhəllədə İddiaçı MMC tərəfindən inşa olunmuş 16 mərtəbəli yaşayış binasının (“blok1 və blok2) mansarda mərtəbəsinin texniki vəziyyəti haqqında texniki rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 saylı məhəllədə İddiaçı MMC tərəfindən inşa olunan binaların mansarda mərtəbəsinin texniki müayinəsi təqdim edilmiş eskiz layihəsi və konstruksiya cizgiləri əsasında aparılmışdır. Müayinə zamanı mansarda mərtəbəsinin yükdaşıyan konstruksiyalarında çat, deformasiya və zədələrə rast gəlinməmişdir. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 saylı məhəllədə İddiaçı MMC-yə məxsus 16 mərtəbəli yaşayış binasının mansarda mərtəbəsi qeyd olunan iradlarla inşa edilmişdir. Həmin rəydə iradlar bölməsində aşağıdakılar qeyd olunmuşdur: TTNDA X1 Baş İdarəsinin rəyi təqdim edilməyib; Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X2 Ekspertiza Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, 22764 nömrəli rəyində dam örtüyü “monolit dəmir-beton tava üzərində yumşaq materiallardan” qəbul edilmişdir, yerində isə mansarda mərtəbəsi inşa olunmuşdur; Təqdim olunmuş yeni mansarda mərtəbəsinin layihəsində parapet elementləri nəzərə alınmamışdır. Yerində inşa olunmuş parapet divarı və köhnə layihələrdə mansarda mərtəbəsi ilə bağlı uyğunsuzluq vardır; Mansarda mərtəbəsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, Azərbaycan Seysmoloqlar Assosiasiyasının hesabat rəyi, FHN X16 Xidmətinin rəyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məktubu, müəllif nəzarət jurnalı təqdim olunmamışdır. Həmin iradlarla bağlı isə Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, həmin iradlar əsasən aradan qaldırılmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 04-22/7-4 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 məhəllə 2390 ünvanında tikintisi başa çatmış İddiaçı MMC-yə məxsus yaşayış binaları sanitariy-gigiyenik və sanitariya-epidemioloji tələblərə uyğun hesab olunmuşdur. İş materiallarına əlavə edilmiş TTNDA X1 Baş İdarəsinin rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2390 məhəllədə yaşayış binası (bina 1) işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. Rəydə bira sıra iradlar qeyd olunmuş, rəyin qeyd bölmələrində həmin iradların işçi qaydasında aradan qaldırıldığı qeyd edilmişdir. Eyni zamanda iş materiallarına Azərbaycan Seysmoloqlar Assosiasiyasının hesabatı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş rəy, müəllif jurnalı, FHN X16 Xidmətinin rəyi, liftin texniki hazırlığı və qəbulu aktı məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, tikintiyə əlavə edilmiş dəyişliklərin konstruktiv və dayanıqlılığa təsir etməməsi texniki rəy ilə təsdiqlənmiş, rəydə göstərilən iradlar əsasən aradan qaldırılmış və Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsinin 75-ci maddəsində qeyd edilən tikintiyə dair normativ tələblərə riayət edilmişdir. Məhz tikintiyə icazə sənədinində mahiyyəti ondan ibarətdir ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmasın. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi qaydaları müəyyən olunmuşdur. Həmin Fərmanın 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir. Eyni zamanda qeyd edilmişdir ki, həmin Fərmanının 1.2-ci bəndinə uyğun olaraq Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. İş materiallarından da görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390-cı məhəllədə 2 ədəd, 1 səviyyə zirzəmili, 1 girişli, 16+ mansarda mərtəbəli yaşayış binasının (bina 1 və 2) istimarına dair 18 dekabr 2019-cu il tarixli istismara hazırlıq aktı verilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisəli binalarda tikinti işləri başa çatmışdır və sakinlər binalarda məskunlaşmışdır. Qeyd edilənlərə əsasən Kollegiyanın qənaəti ondan ibarətdir ki, sözügedən binalar qanunvericiliyin tələbləri yerinə yetirilməklə inşa edildiyindən və lazımı icazələr və razılıqlar alındığından, təkcə əlavə mansarda mərtəbəsi müvafiq icazə alınmadan tikildiyi üçün yaşayış binalarının istismarına icazə verilməməsi əsaslı hesab edilə bilməz. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv ediməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5047/2023 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2390 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarının (bina 1 və 2) istismarına icazə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar